Orta əsrlərdə Avropada texnikanın inkişafı
140
Şəkil 1.90. Trebuşetin ümumi görünüşü.
üzərində qurulurdu. Bu, maşını nəql etməklə bərabər, həm də atma
zamanı ona təkan verirdi və beləliklə atma məsafəsini artırırdı. Bununla
bərabər çarxlı maşınlar yumşaq torpaqlarda bataraq qalırdılar ki, bu da
onların manevretmə qabiliyyətini aşağı salırdı.
Avropaya
odlu
silahların
ərəblərdən
İtaliya
ərazisi
uzərindən gəlməsi ilə bağlı
olaraq, topların ilk dəfə tətbiq
olunması da Florensiyada baş
verir. Ona gorə də, bu sahədə
tətbiq olunan anlayışlar (kanon,
bombardman) Italiyan mənşə-
lidirlər. İlk olaraq toplar Çində
düzəldilsə də, onların texniki
cəhətdən
təkmilləşdirilməsi
avropalılara aiddir. İlk toplar
ölçüsünə görə çox kiçik olub, əl
silahı kimi istifadə olunmuşdur.
Onların kalibrləri 30-40 mm
arasında yerləşirdi (şəkil 1.91).
Bu toplar ilk vaxtlarda adi
sağanaq şəklində hazırlanmış və
oxların
atılmasında
istifadə
olunmuşlar.
1360-cı
ildə
qurğuşun
mərmilərin
düzəldilməsi
ilə
əlaqədar
topların
konstruksiyalarında köklü dəyişikliklər baş verir. Barıtın yanması
zamanı əmələ gələn qazın enerjisini kinetik enerjiyə çevirmək üçün yeni
topların kipliyi artırılmışdır. Bundan əlavə kürəni atmaq üçün uzadılmış
borulardan istifadə edilmişdir. O dövrdə məlum olan başqa silahlara
(trebuşet, oxatan sağanaq) nisbətən toplar daha dəqiq idilər və uzaq
məsafəyə mərmilərin atılmasını təmin edirdilər.
Orta əsrlərdə Avropada texnikanın inkişafı
141
Bu səbəbdən X
Ι
V əsrdə, topların döyüş silahı kimi tətbiqi yan
keçilməz idi. Uzun müddət topların yüklənməsi onun qabaq tərəfindən
aparılmışdır. 1380-ci ildə ilk dəfə olaraq alman mühəndisi Vöqler (alm.
Vögler) tərəfindən topların arxa tərəfdən yüklənməsi sınaqdan
keçirilmişdir [1.71].
Topların Avropada geniş tətbiqi əlbəttə barıtın burada yenidən ixtira
olunması ilə bağlı idi. Barıt ilk dəfə Çində tapılsa da, orta əsrlərdə
Avropa əyalətlərində bu sehirli tozun kimyəvi tərkibi maraqla
öyrənilirdi. Artıq X
ΙΙΙ
əsrdə Avropada barıtın tətbiqinə aid məlumatlara
rast gəlinir. İlk dəfə olaraq inglilis Roje Bakon (ingl. Roger Bacon)
1242-1267-ci illərdə tərtib etdiyi əlyazmalarında barıtın tərkibinə və
tətbiqinə aid müxtəlif məlumatlar verir. X
Ι
V əsrdə alman keşişi Bertold
Şvarts (alm. Berthold Schvarz) barıtın istehsal olunması ilə məşğul
olmuşdur. Orta əsrlərdə odlu silahların istehsalı və tətbiqi Almaniyada
geniş yayılmışdır. Buna o dövrdə fəaliyyət göstərən, barıt istehsal edən
manufakturaların olması dəlalət edir [1.19].
Döyüş texnikası ilə bərabər antik dövrdən məlum olan hazırlama
üsullarını özündə əks etdirən bir çox sənət növləri də orta əsrlərdə geniş
Şəkil 1.91. Ən qədim Avropa odlu silahı, oxatan sağanaq, 1330-ci il.
Orta əsrlərdə Avropada texnikanın inkişafı
142
yayılmışdır. Germanların əhatə etdiyi ərazilərdə dəmirçi peşəkarlığı
geniş tətbiq olunurdu. Ən qədim German dəmirçi alətləri antik dövrün
sonuna dəlalət edir. Onların alətləri: zindan, çəkic, bülöv, kəlbətin və
deşici alətlərdən ibarət idi. Ancaq məftil istehsalı və stamplarla döymə
hələ o dövrdə məlum deyildi. Dəmirçi məhsullarına silahlar, əsasən isə
bir və iki tilli qılınc, balta, dəbilqə və eləcə də kənd təsərrüfatı və
emalatxana alətləri aid idilər. Antik dövrdən və qədim Şərqdən məlum
olan, iplə işləyən torna dəzgahı da geniş tətbiq olunurdu.
German sənətkarlığının inkişaf etməsini həm də o dövrdə tekstil və
saxsı qabların istehsalında görmək mümkündür. Onlar yaşayan
ərazilərdə kəndçi
−
sənətkar əlaqələri yeni dövrün başlanması üçün əsas
rol oynayan orta əsrin iqtisadi, texniki və mədəni inkişafına təkamül
vermişdir.
Antik dövrün ənənələrini götürüb, inkişaf etdirmək də xristianlıq
dininin yayılması ilə bərabər kilsələrin uzərinə düşmüşdür. Roma və
Yunanıstandan fərqli olaraq kilsələr insanları sənətkarlıq işləri ilə
məşğul olmağa məcbur edirdilər. Orta əsr üçün əsas rol oynayan kotan
və su çarxının ixtirası kilsələr tərəfindən qəbul edilərək tətbiq edilmiş və
yayılmışdir. Qədim yunan su dəyirmanı Qaliya, İngiltərə və həmçinin
Mozel və Reyn ərazilərində tətbiq edilmişdir. Kotan və su dəyirmanları
sonrakı dövrdə yeni texnologiya və işçi maşınların yaradılmasında
aparıcı rol oynamışdılar.
Kilsələrdə sənətkarların hazırladıqları bürünc zınqırovlarla bərabər,
kilsələrdən kənarlarda, kəndlərdə də metal üzrə sənətkarlıq işləri
inkişafdan qalmırdı. Döymə əsas üsul olaraq qalırdı.
Dəmirin saflaşdırılması Germanların dövründə də qədim dövrdəki
kimi kömür sobalarda aparılırdı (bax: səh. 35). Dəmirin əridilməsi üçün
lazım olan yüksək temperatur əldə edilə bilmədiyindən, töküklərin
istehsalı mümkün deyildi. Dəmirin keyfiyyəti sadəcə olaraq, müxtəlif
termiki emal üsullarının köməyi ilə əldə edilirdi.
Dəmirçilərin alətləri də illər boyu az dəyişmişdir. Orta əsrlərdə
dəmirçi işləri kənd təsərrüfatı üçün lazım olan alət, kotan hissələri, mis-
Dostları ilə paylaş: |