Müsəlman elmi
125
Əl-Cəzari
Ə
l-Cəzari X
ΙΙ
-X
ΙΙΙ
əsrlərdə Diyarbəkirdə (Türkiyə) yaşamışdır.
Texnika sahəsindəki yaradıcılığı ilə öz dövrünün tanınmış mühəndisi
sayılan Əl-Cəzari İraqda anadan olmuşdur.
Sonralar Türkiyəyə köçən Əl
Cəzari su nəql edən maşınların layihələndirilməsi, mürəkkəb
konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin düzəldilməsi ilə
məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazmış “Mexaniki
sənətin nəzəri və praktiki əsasları” (ərəb.
Əl Cəmi Bein Əl-Elm Val-
Amal Əl-nafi Fİ Sinat) kitabında təsvir etmişdir. Bu kitab X
ΙΙ
I əsrdə
Avropada bərabəri olmayan, nəzəri və praktiki mexanika haqqında
vacib bir texniki əsər sayılırdı. Əl Cəzari yaxşı mühəndis və təcrübəli
sənətçi olduğundan onun kitabında praktiki aspekt çox sahəli idi.
Kitabda müxtəlif qurğuları şəkillərlə izah edərək o, maşınqayırmanın
tarixi üçün dəyərli bir əsər qoymuşdur.
Kitabda 50-yə yaxın maşının layihələndirilməsi, hazırlanması və
yığılmasını təsvir edən texnologiya 6 fəsildə təsvir edilmişdir [1.56,
1.59, 1.66, 1.67]. Buraya su saatları, əlüzyuyan qurğu və su qaldıran
maşınlar (nasoslar) və b. daxildirlər. 1976-cı ildə Əl Cəzarinin layihəsi
əsasında düzəldilmiş saatın İngiltərədə “Elmi muzeydə” təşkil olunmuş
“İslam festivalı dünyası” adlı sərgidə göstərildikdən sonra, orada
müsəlman texnikasına yaranan maraq məhz onun adı ilə bağlıdır.
Əl Cəzarinin kitabı 1974-cü ildə amerika alimi Donald Hill
tərəfindən ingilis dilinə tərcümə olunur [1.59]. Kitabda əsasən iki
silindrik nasosun işləmə prinsipi, su saatları və dişli valların
maşınqayırmada tətbiqi, deşiklərin dəqiq kalibrlənməsi, tikinti ağacların
laminasiyası, valların statik tarazlanması, kağız modellərin maşınların
layihələndirilməsində tətbiqi, bağlı qum qəliblərdə tökmə kimi
texnologiyalar tarixdə ilk dəfə olaraq onun tərəfindən izah edilmişdir.
Əl-Cəzarinin layihəsi və rəhbərliyi altında hazırlanan bir çox qurğuların
tətbiqi ona böyük şöhrət gətirmişdir. Onun kitabı müsəlman
maşınqayırması üçün əvəzolunmaz bir xəzinə idi. Aşağıda Əl Cəzarinin