AntiVİrus proqramlarinin yaradilmasi və İNKİŞafi



Yüklə 20,89 Kb.
səhifə3/3
tarix06.01.2022
ölçüsü20,89 Kb.
#82613
1   2   3
ANTİVİRUS PROQRAMLARININ YARADILMASI VƏ İNKİŞAFI (1)

evristik təhlil və davranış blokiratorları kimi virusdan müdafiə sistemləri yaradılır. Evristika (qədim yunan sözü εὑρίσκω – “axtarıram”, “açıram” deməkdir) insan təfəkkürü ilə dərk edilməyən yaradıcılığı öyrənən elm sahəsidir. Evristika psixologiya, fiziologiya, kibernetika və digər elm sahələri ilə əlaqəlidir, amma elm sahəsi kimi hələlik tam şəkildə formalaşmamışdır.

1998-ci ildə iki amerikalı yeniyetmənin yaratdıqları virus ABŞ müdafiə nazirliyinin 500-dən çox kompüterinə yoluxandan və nəticədə nazirliyin işi praktik olaraq iflic vəziyyətinə düşəndən sonra dövlət də, cəmiyyət də başa düşməyə başladı ki, kompüter viruslarının törədə biləcəyi təhlükə kütləvi qırğın silahlarının törətdiyi təhlükədən az olmaya bilər. Bundan sonra əvvəlcə Pentaqon, onun ardınca isə bütün iri korporasiyalar keyfiyyətli və etibarlı antivirus proqram təminatına sifarışləri artırırlar. Bu da daha keyfiyyətli antivirus proqram təminatı vasitələrinin yaradılmasını stimullaşdırırdı. Bu cür vəziyyət dolayı yolla müxtəlif sahələrdə, o cümlədən şəbəkələrdə informasiya təhlükəsizliyi sisteminin inkişafında müsbət rol oynadı. Yəni insanlar anlamağa başladılar ki, təhlükə təkcə viruslardan yaranmır. Windows əməliyyat sistemi yaranandan və İnternetdən istifadə genişlənəndən sonra kompüter virusları ilə mübarizə daha da kəskin şəkil alır. Hazırda dünyada antivirus proqram təminatının işlənib hazırlanması ilə 60-a qədər kompaniya məşğul olur.

Microsoft Securiti Essentials pulsuz antivirusdur. Bu antivirus öz imkanlarına görə pullu antiviruslardan geri qalmır. Hal-hazırda demək olar ki, kompüter istifadəçilərinin hamısı daim virus bazaları ilə yenilənən antivirus vasitələrindən istifadə etmək məcburiyyətindədir. Dr.Web antiviruslar ailəsi poçt və şəbəkə soxulcanlarından, putkitlərdən (aşkar və ləğv edilməsi daha mürəkkəb olan viruslardan), fayl viruslarından, troya proqramlarından, stels-viruslardan, polimorf viruslardan, cansız (cisimsiz) viruslardan, makroviruslardan, MS Office sənədləri yoluxduran viruslardan, casus proqram təminatından, parol oğurlayan proqramlardan, klaviatura casuslarından, pullu zəng proqramlarından, reklam proqram təminatından, potensial təhlükəli proqram təminatından, xaker utilitlərindən və s. mudafiə üçün nəzərdə tutulmuşdur.

Antivirus ESETNOD32. 1988-ci ildə Çexoslovakiya televiziyası ilə “Şəhər kənarında xəstəxana” adlı maraqlı serial göstərirdilər. İlk kompüter virusları da diskin kənarinda yerləşən boot-sektora hücum edirdilər. Antivirusun adındakı NOD abbreviaturası da bundan götürülmüşdür. NOD (Nemocnica na Okraji Disku və ya Disk kənarında xəstəxana). Antivirus NOD32 32 və 64 mərtəbəli Windows əməliyyat sistemlərini himayə edir. Bu antivirus sistemi asinxron yoxlaya bilir. Antivirus makrovirusu tapmaq üçün MS Word və Excel faylların daxili quruluşunu təhlil edir. NTFS fayl sistemini himayə edir.

1989-cu ildə Con MakAfi ABŞ-da öz antivirus kompaniyasını yaradır. Bir neçə aylıq gərgin işdən sonra McAfee VirusScan antivirus proqramı yaradılır. Kompaniya antivirusu istifadəçilərə pulsuz verirdi. Ona görə də bu kompaniya əvvəlcə Kaliforniya ştatında, sonra da bütün ölkədə istifadəçilərin çox böyük məhəbbətini qazandı.

Panda kompaniyasının əsası 1990-cı ildə Mikel Urizarbarren tərəfindən İspaniyanın Bilbao şəhərində qoyulmuşdur. Panda Security antivirus proqramı minimal resurslardan istifadə etməklə virusdan səmərəli mudafiənin həyata keçirilməsini təmin edə bilir. Panda firmasının məhsulları məişət və korporativ kompüter istifadəçilərin informasiya təhlükəsizliyini təmin edir. Bu kompaniyanın dünyanın 200-dən çox olkəsində müştəriləri, 50-dən çox olkəsində isə ofisləri var.

Antivirus Panda faktiki iki moduldan ibarətdir – Panda Ultrafast və Panda SmartClean2. Birinci modul - süni intellektin bəzi texnologiyalarından və mexanizmlərindən istifadə etməklə virusları tapır və zərərsizləşdirir. İkinci modul isə virusun törətdiyi nəticələri aradan qaldırır.

AVAST kompaniyasının əsası 1991-ci ildə Çexoslovakiyada qoyulmuşdur. Kompaniyanın baş ofisi Praqada yerləşir. Avast! antivirus proqramı Windows, Lınux, Mac OS əməliyyat sistemləri, həmçinin Palm, Android və Windows CE platformalı kompüterlərdə (cibdə gəzdirilən fərdi kompüterlərdə) isifadə edilə bilir. Evdə - yəni məişətdə istifadə etmək üçün antivirusun Free-pulsuz; Pro, Internet Security və Premier kimi pullu, həmçinin qeyri-kommersiya məqsədi ilə istifadə edilən variantları buraxılır. Anivirusun orta və böyük biznes üçün Endpoint Protection, Endpoint Protection Plus, Endpoint Protection Suite və Endpoint Protection Suite Plus kimi versiyaları mövcuddur. Antivirusun serverlər üçün File Server Security və Email Server Security kimi versiyaları vardır. Avast antivirus proqramı ICSA Labs (təhlükəsizlik məhsullarının o cümlədən antivirusların tədqiqi, sınaqdan keçirilməsi və sertifikatlaşdırılması ilə məşğul olan) beynəlxalq assosiasiyanın sertifikatını almışdır. Proqramın adı “avast” ingiliscə “anti-virus advansed set” – “qabağa çəkilmiş antivirus yığımı” mənasını verən ifadənin qısaldılmış formasıdır. Nədənsə ingilis dilində dayan! mənasını verən avast sözünün də olmasına uzun muddət fikir verən olmayıb.



Avast! Free ən populyar pulsuz antivirus hesab edilir. Dünya üzrə avast! antivirus istifadəçilərinin sayı təxminən 200 milyona çatır. 1995-ci ildən başlayaraq Avast firması təkcə antivirus məhsulları yaratmaqla məşğuldur.

2010-cu ilə kimi bu firma ALWIL Software adlanırdı. 2010-cu ildə bu firmanın adını dəyişdirib AVAST Software qoydular. Bu firma 1988-ci ildə işə yeni başlayanda onun əməkdaşlarının sayı 5-6 nəfərdən ibarət olub. İndi bu firmada yüzlərlə mütəxəssis çalışır. Beləlikə, son olaraq qeyd etmək lazımdır ki, hər bir kompüter istifadəçisi viruslardan daim müdafiə olunmalı və bu məqsəd uğrunda daim mübarizə aparmaq üçün mütləq istifadə etdiyi fərdi kompüterinə tanıdığı antivirus proqramını yükləməlidir. Yerinə yetirilən bu əməliyyat həm onun kompüterdən istifadəsini sadələşdirər, həm də ki, ona məxsus olan kompüterdən uzun müddət səmərəli istifadə etməsinə imkan verər.
Yüklə 20,89 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə