Fuad M^mmadot
Kulturologiva effektiv» bayat va faalivYaıa
aparan vol
etdirir. İnsanın davranışında təzahür
olunan xarakteri fərdi
mədəniyyətin mühüm indikatorudur. Xarakter onun fərdi eneıji
formasını, psixologiyası və həyat fəaliyyətinin məntiqini təmsil edir.
Bu forma insanın düşüncə mədəniyyəti, hiss və davranışında əks
olunur. İnsanın mədəniyyəti və taleyini müəyyən edən xarakterin
formalaşmasında
psixologiyanın
əhəmiyyəti
böyükdür.
Lakin
psixologiya çox halda insanın güenetikası ilə də şərtlənir. Buna görə
də tərbiyə
prosesində insan xarakterinin genetik xüsusiyyətlərini
nəzərə almaq zəruridir. Bu baxımdan, insanın və insan cəmiyyəti
xarakterinin genetik xüsusiyyətlərinin öyrənilməsi üçün etologiya
(heyvanların davranışı haqqında elm) üzrə toplanmış müşahidələrdən
istifadə edən bioloq alimlərdən - K.Lorensin, N.Tinberqin, K.fon
Frişin elmi tədqiqatlarının
nəticələri
maraqlıdır.
Onların
irəli
sürdükləri “İnsan mədəniyyətinin instiktiv əsası” nəzəriyyəsi
heyvanların sabit davranışlarında əks olunan həyat instinktlərini insan
təbiətinin təbii mənbələri ilə eyniləşdirir. Burada yaşayış yerinin
tikilişi,
“izdivac rəqsləri”, nəslartırma qayğıları, səs və vizual
siqnallarıb ötürülməsi, kollektiv “məişət” və s. nəzərdə tutulur.
İnsanın ruhi mədəniyyətinin formalaşdın İmasının zahiri şərtləri
cəmiyyətin sosial-mədəni mühiti, onlann təhsil və tərbiyəsinin
məzmun və keyfiyyəti, ictimai münasibətləri, ölkədə iqtisadi, sosial,
ekoloji və siyasi situasiya ilə müəyyənləşir. İrsi keyfiyyətlər və
psixologiya ilə bərabər xarakter, həm də, insanın ətraf mühit şəraitinə
uyğunlaşması nəticəsində yaranan təhsil, tərbiyə, təcrübə və həyat
tərzindən də asılıdır. Ayn-ayn fərdlərin bir yerdə götürülmüş mədəni
eyniliyi, sosial qrup, millət və ya cəmiyyəti səciyyələndirən sosial
mədəniyyəti təmsil edir. Etnik, milli, dini, siyasi və digər
mədəniyyətlər bunlardandır. İnsan mədəniyyətindəki fərqlər çox
zaman, müxtəlif insanlarda və xalqlarda özünəməxsus tərzdə təzahür
olunan, mədəniyyətə həssaslıq dərəcəsi ilə şərtlənir.
Bu gün kulturologiya dövlət iqtisadi proqram və layihələrinin
həyata keçirilməsinin effektiv elmi aləti kimi də vacib və zəruridir.
Belə ki, kiçik və orta sahibkarlığın inkişafı, eləcə də yoxsulluğun
azaldırlması və iqtisadi inkişafla əlaqədar layihələr əhalinin
yenidənhazırlanması, təlimlənməsi və maariflənməsi
üzrə xüsusi
kulturoloji proqramların hazırlanıb reallaşdınlmasını tələb dir. Bu
proqram və layihələr ümumi mədəni səviyyənin, istehsal və istehlak
358
Fuad Mammadov
Kullurnlogiva cffeklivli hovat va faalivvaıa aparan vol
mədəniyyəti, hüquqi və idarəetmə mədəniyyəti, resurslardan səmərəli
istifadəni stimullaşdınlması və regionlarda effektiv istehsalın
yüksəldilməsinə imkan verəcəkdir. Əhalinin təlimləndirilməsinin
interaktiv
kulturoloji
proqramları,
diskussiya
və
debatlar
Azərbaycanın sosial infrastrukturu və vətəndaş cəmiyyətinin
inkişafina yardım, ictimai rifahın yüksəlişi, ölkədə demokratik dövlət
mədəniyyətinin inkişafı və möhkəmləndirilməsinə xidmət edir. Bu
fəaliyyət fərdi mülkiyyət, vətəndaşların özünüidarəsi, yeni iş
yerlərinin açılması, respublikanın regionlarında müasir sosial-iqtisadi
infrastrukturun inkişafı üçün
yeni imkanlarının axtarışının
məhsuldarlığına yardım edə bilər. Kulturoloji treninqlər region
əhalisinin sosial-iqtisadi inkişaf üzrə maraq və tələbatlarının
müəyyənləşdirilməsinə və onlann demokratik ölkələrin beynəlxalq
siyasəti, ölkənin milli maraqlanna cavab verən ictimai işlərə fəal cəlb
edilməsinə yardım edəcəkdir. Bu ölkədə struktur islahatlann
genişləndirilməsinə və dərinləşdirilməsinə, sosial ədalətin səviyyəsi
yüksəldilməsinə, korrupsiyanın səviyyəsinin azaldılmasına, sosial-
iqtisadi və siyasi stabilliyin möhkəmləndirilməsinə imkan verəcəkdir.
Sərmayə, vergi,gömrük, maliyyə-kredit siyasəti ilə birgə bu fəaliyyət
respublika əhalisinin (eləcə də qaçqın və məcburi köçkün) həyat
səviyyəsi və onun keyfiyyətinin yüksəlməsinə, vətəndaşların
dövlətdən asılılığının azalmasına və onlarda liberalizm və iqtisadi
azadlıq
prinsiplərinə əsaslanan demokratiyanın real imkan və
üstünlüklərinə inam hissinin möhkəmlənməsinə imkan verəcəkdir.
Azərbaycan regionlarında yeni kulturoloji texnologiyaların tətbiqi,
bəşəriyyətin sosial-mədəni təcrübəsi haqqında universal biliklərin
ötürülməsi və praktik istifadəsi
ölkənin tərəqqisi üçün böyük
perspektivlər açacaqdır.
Sosial-mədəni inkişafı, millətin mənəvi sağlamlığına nail olmaq,
ölkə vətəndaşlarının maddi rifahı və təhlükəsiz inkişafında idarəetmə
mədəniyyətinin
inkişaf etdirilməsi və onun təkmilləşdirilməsinin
aparıcı əhəmiyyətə malikdir. İdarəetmə mədəniyyətinin aşağı
səviyyəsi nəinki effekti olmayan inkişafa, həm də özündə siyasi,
iqtisadi və mənəvi böhran, humanitar və ekoloji fəlakət təhlükəsi
ehtiva edir. Yüksək idarəetmə mədəniyyəti rəhbərdə tarix, dünya
mədəniyyəti nəzəriyyəsi, eləcə də tarix, iqtisadiyyat, fəlsəfə, məntiq,
psixologiya, sosiologiya, antropologiya, etnoqrafiya, dinşünaslıq və
359
Kuad
Mammadov
KqUurologiya effekljvli havat va faaliwata aparan vol
digər elm sahələrinin nəzəriyyəsi sahəsində ciddi biliklərin
mövcudluğunu tələb edir. Bu zaman idarəçi güclü məntiq, incə
psixologiya və yüksək etikaya, fərdi insan mədəniyyəti haqqında
biliklərə malik olmalıdır. Bütün bunların peşəkarlıq vərdişləri və
rəhbərin praktik təcrübəsi ilə ahəngi düzgün siyasi, iqtisadi və sosial
qərarların qəbul edilməsini təmin edir.
İdarəetmə mədəniyyətinin effektivliyi bütün səviyyələrdə müəyyən
dərəcədə rəhbərin mədəniyyətindən asılıdır. Siyasətçi və menecerlər
rəhbərlik qabiliyyətinə malik olaraq, insanları istiqamətləndirməyi və
öz arxası ilə aparmağı bacarmalıdır. Bu, xüsusi təbii istedad olan
düzgün planlaşdırma bacarığıdır. İşə münasibətini şəxsi nümunə ilə
nümayiş etdirərək, yüksək peşəkarlıq nümayiş etdirən rəhbər
tələbkarlıq və nəzarəti
öz kollektiv üzvlərinə hörmət, inam,
humanistlik və qayğı ilə uyğunlaşdırmalıdır. Belə münasibət rəhbərin
yüksək nüfuz qazanmasına yardım edir, təşkilatın əməkdaşlarında ona
cavab məhəbbəti, səmimiyyət, təşəbbüskarlıq və vətənpərvərlik hissini
stimullaşdırır.
Vətəndaş cəmiyyətində
idarəetmə mədəniyyəti
sosiumlararası və qruplararası
razılığın əldə edilməsinə yardım
etməlidir. Belə idarəetmənin başlıca vasitələri informativ- maarifçi
texnologiyalardır. Bu, kütləvi informasiya vasitələrinin yardımı ilə
həyata keçirilən maarifçilik proqramlarıdır.
Qarşılıqlı anlaşma və
razılığın əldə edilməsinin ən effektiv vasitələrindən biri
debat,
tərəflərin qarşılıqlı anlaşması üçün birbaşa dialoqlar metodlarının
istifadəsi ilə tele, - radio verilişlərinin təşkilidir. Belə yanaşma
vətəndaş cəmiyyəti üçün dağıdıcı epidemik effektə malik “qara PR”-
la bağlı şəxsi konflikt, rəqabət, həsəd və uğurlu inkişafa mənfi təsir
göstərən digər neqativ hadisələrin aradan qaldırılmasına imkan verir.
Rəhbər öz məntiqi-psixoloji yanaşmasında, hər bir insanın can atdığı,
səadət anlamını rəhbər tutmalıdır. Gənclərlə aparılan interaktiv
məşğələlər göstərir ki, müasir insanların əksəriyyətinin səadət
haqqında anlayışı - məhəbbət; insanın və onun yaxınlarının
sağlamlığı; maddi rifah; ailə, kollektiv və cəmiyyətdə hörmət,
məhəbbət, anlam
qazanaraq, həyatda layiqli yer tutmaq imkanı;
insanlar naminə yaratmaq imkanı, başqaları üçün yaşamaq bacarığı;
insanın maraq və həyati tələbatlarının ödənilməsi, başqalarından asılı
olmadan sərbəst, lakin
öz söz və əməllərinə görə məsuliyyət
mədəniyyəti daxilində, cəmiyyətin etik mədəniyyəti ilə həmahəng
360
Kuad Məmmədov
Kulturologiva effcktivli havat
уэ
foalivvota aparan vol
yaşamaq
imkanı;
məqsəd
və
arzularına
nail
olmaq,
özünütəkmilləşdirmək imkanından ibarət hiss və təsəvvürlərin
məcmuudur.
Müasir
dövlətlərdə
yüksək
idarəetmə
mədəniyyətinin
formalaşdırılması
kulturoloji yanaşma üzərində qurulmalıdır. Dövlət
quruculuğu proseslərini
düzgün görüb uğurla idarə o,
etmək üçün
kulturoloji yanaşmanın böyük elmi və praktik əhəmiyyəti vardır.
Bununla belə, o,
dövlət və sosial idarəetmə sisteminin özünün
təkmilləşdirilməsi üçün olduqca zəruridir, çünki, ölkənin maddi-
maliyyə, təbii-coğrafi və insan resurslarının effektiv istifadəsi ondan
asılıdır. O, idarəetmə proseslərinin yüksək humanist etika, insan
həmrəyliyi,
vətəndaşların
maraq
və
mədəniyyətlərinin
harmonizasiyası əsasında planlaşdırma və nəzarətini təmin edən
düzgün siyasi menecmentin formalaşdınlmasma imkan verir.
Kulturoloji yanaşma mədəni proseslərin ümumi dinamikasının sosial,
elmi, etik, estetik, siyasi, iqtisadi, ekoloji, psixoloji, antropoloji, dini
və uğurlu sosial - mədəni siyasətin yaradılması üçün
digər aspektlərdə
də öyrənilməsinə imkan verir.
Beləliklə,
kulturologiva, inkişaf prosesində yaranan
dialektik
ziddiyyətlərin ətraf mühitin tələbi və təşkilatın daxili ehtiyaclarına
uyğun həll edilməsinə düzgün yanaşmanın yaradılması, təşkil və
idarəetmə üsullarının innovativ dəyişdirilməsi üçün geniş imkanlar
açır. Məlum olduğu kimi, “rəssam şah əsərləri təqlid edə-edə yaranır”.
Lakin, bu, onun təşəkkülünün
birinci mərhələsidir. Əsas odur ki,
toplanmış bilik və təcrübə əsasında yeni, daha kamil əsər yaradasan.
Bu qanunauyğunluq
idarəetmə mədəniyyəti üçün də ədalətlidir. İnsan,
cəmiyyət və dövlətin rifahı naminə özündə insan təfəkkürünün ən
yüksək nailiyyətlərini təcəssüm etdirən
yeni, daha kamil effektiv
idarəetmə modellərini yaratmaq vacib və zəruridir. İdarəetmə
mədəniyyətinin təkmilləşdirilməsi məqsədi ilə təşkil fəaliyyətinin beş
əsas sahəsi daimi kulturoloji təhlillə əhatə olunmalıdır - strategiya,
texnologiya, psixologiya, sosiologiya və dizayn. Bununla belə,
effektiv inkişafa nail olmaq üçün imkanlardan düzgün istifadə etmək
və hakimiyyət mədəniyyəti, rol mədəniyyəti, vəzifə mədəniyyəti və
şəxsiyyət mədəniyyəti kimi
təşkilat mədəniyyəti formalarının
harmoniyasına nail olmaq lazımdır. Bütün bunlar məmurlann dövlət-
inzibati idarəetmə sahəsində
xüsusi nəzəri hazırlığı ilə bərabər.
361