Kuad Mammjdo’
l^u|turgiya.effektivlj h?yal to foaliyvatj аватар yçl
onlann
ciddi
ümumi və xüsusi kulturoloji
hazırlığının həyata
keçirilməsini tələb edir.
Əfsuslar olsun ki, respublikada hələ də dövlətin kulturoloji elm və
təhsilinin Azərbaycan ictimaiyyətinin sosial-iqtisadi inkişafındakı
rolunun qiymətləndirilməməsi halları mövcuddur və bu, milli
mədəniyyətin effektiv inkişafında öz əksini tapmaya bilməz. Bu
istiqamətdə Azərbaycanda kulturologiyanın
təşəbbüsçüsü olan
“Simürğ” Mədəniyyət assosiasiyasının çoxsaylı cəhdləri hələ də
istənilən nəticəni vermir.-İndiyə qədər respublikada, həm müxtəlif
istiqamət və səviyyəli mütəxəssislərin
peşəkar hazırlığı, həm də
xalqın ümumi mədəni səviyyəsinin
yüksəldilməsi üçün
həyati
əhəmiyyət daşıyan
kulturoloji təhsil və maarifin bütöv sistemi
yaradılmamışdır. Bu baxımdan yalnız, kulturoloq mütəxəssislərin
xüsusi hazırlığını həyata keçirən,
Azərbaycan Mədəniyyət və
İncəsənət Universiteti xüsusiyyət təşkil edir.
Ölkənin
inkişafında
kulturologiyanın
strateji
rolunun
qiymətləndirilməməsinin əsas səbəblərindən biri odur ki, cəmiyyətdə
mədəniyyət anlamı hələ də ikinci - “üstqurum”hadisəsi, başlıca olaraq,
incəsənət, etika və mədəni irs kimi məhdud çərçivədə başa düşülür.
Bütöv sosial sistem olan mədəniyyətin
düzgün elmi anlamının
olmaması,
sosial-mədəni
siyasətin
prioritetlərinin
düzgün
seçilməsində,
effektiv mədəni
islahatm
hazırlanması və
keçirilməsində çətinliklər yaradır. Buna görə də dövlət tərəfindən
respublikanın sovet dövründən qalmış mədəni sisteminin kökündən
dəyişdirilməsi
hələ də həyata keçirilməmişdir. Azərbaycan
kulturoloqlarının elmi nailiyyətlərinin beynəlxalq nüfuz qazanmasına
baxmayaraq, onlar Azərbaycanın özündə hələ də istifadə olunmurlar.
TəhsilNazirliyinin təsdiq etdiyi tədris proqramlarında ali məktəblər
üçün kulturologiya fənni qeyri-peşəkarcasına “mədəniyyətşünaslıq”
kimi müəyyənləşdirilmişdir. 2002-ci ildə Nazirlik tərəfindən
bu
mühüm elmi fənnin
ölkənin ali məktəblərində
144 saatdan az
olmayan həcmdə
öyrənilməsini nəzərdə tutan
“Kulturologiya”
monoqrafiyası
tədris vəsaiti kimi təsdiq edilmişdir. Lakin indiyə
qədər təcrübədə Nazirliyin 18 saatlıq həcmi nəzərdə tutan sərəncamı
tətbiq olunur, orta məktəblərdə isə, kulturologiyanın bir hissəsi olan
mədəniyyətşünaslıq
tamamilə tədris olunmur. 1996-cı ildə
Bakı
Sosial İdarəetmə və Politologiya , eləcə də N.Tusi adına Pedaqoji
362
Fuad Mamırıxlov
Kulturologiya effektivli havat v» faalivvata aparan vol
Universitetdə kulturologiya kafedralan bağlanmışdı. Kulturologiyaya
belə münasibəti izah etmək çətin olduğu qədər, ona haqq qazandırmaq
da mümkün deyil. 2001-ci ildə Bakıda keçirilən mədəni siyasət
problemləri üzrə
Beynəlxalq kulturoloji konfransın tövsiyələrinə
baxmayaraq, hələ indiyə qədər ölkədə mədəniyyət üzrə Milli Şura
yaradılmamışdır, nə akademik institut, nə də kulturoloji tədqiqatlar
mərkəzi var. Hələ də kulturologiya sahəsində dissertasiya müdafiəsi
üzrə xüsusi şuralar təşkil edilməmiş, 1995-ci ildə azərbaycan
ziyalılarının və BMT-nin Azərbaycandakı nümayəndəliyinin yardımı
ilə təsis edilmiş
Beynəlxalq dünya mədəniyyəti universitetinin
fəaliyyəti üçün şərait yaradılmamışdır. Lakin nikbinliyi itirmədən
ümid etmək olar ki, mədəniyyətin, onun tarixi missiyasının, eləcə də
dövlətin inkişafında kulturologiyanın
yaradıcı rolunun düzgün
anlamı, gec və ya tez, baş verməlidir. Bu, nə qədər tez baş verərsə,
kulturologiyaya hərtərəfli dövlət yardımı nə qədər tez baş verərsə,
ölkəmiz üçün bir o qədər yaxşı olacaqdır.
Qeyd olunmuş kəsrlər nəticəsində
təşkilat və idarəetmə
mədəniyyətinin inkişafı, məsuliyyət mədəniyyəti, həyattəminat
mədəniyyəti, intellektual, mənəvi, siyasi, tibbi, ekoloji və mənəvi
mədəniyyətin xüsusi diqqət tələb edən digər sahələri sosial-mədəni
siyasətin diqqətindən kənarda qalmışdır. Buna baxmayaraq, milli
mədəniyyətin inkişafinın bu strateji sahələri
vətəndaş cəmiyyəti
mədəniyyətinin
formalaşdırılması,
istehsal
və
idarəetmənin
effektivliyinin
yüksəldilməsi,
davamlı
inkişaf,
yoxsulluğun
azaldırlması və Azərbaycanda həyat keyfiyyətinin yüksəldilməsi üçün
həlledici əhəmiyyət daşıyır. Bunu əldə rəhbər tutaraq, ölkənin bütün
ali məktəblərində
kafedralarının açılması vacibdir, eləcə də.
Azərbaycanın bütün məktəbləri və məktəbəqədər müəssisələrində
xüsusi mədəniyyətşünaslıq
kabinələrinin yaradılması zəruridir.
Azərbaycanın bütün ali məktəblərdə kulturologiya, orta məktəb və
məktəbəqədər
müəssisələrdə
isə
mədəniyyətşünaslığın
tədrisi
interaktiv xarakter daşımalı, sistemli, yaradıcı və maraqlı olmalıdır.
Bu zaman kitab, sənəd, işgüzar oyunlar, müsabiqələr, dövlət və
ictimai xadimlərlə görüş, olimpiada, diskussiya, debat
və digər
formalardan istifadə edilməlidir. Məktəb işi təlim mühitinin
demokratikləşməsinə yardım etməli, sinifdənxaric iş formalan ilə -
363
Fuad YUmmadot
Kulturologiya effektivli hayat va Ы ПууЛэ aparan vol
maraqlar üzrə klublar, dəyirmi masalar, diskussiya klubları və s ilə
tamamlanmalıdır. Evdə təhsil və müstəqil hazırlığın da əhəmiiyyəti
böyükdür.
Sosial hadisə olan
müasir dünya mədəniyyətinin miqyas və
çoxcəhətliliyi
bəşəriyyətin
sosial-mədəni
inkişafı
haqqında
sistemləşdirilmiş elmi biliklərin ötürülməsinin yeni forması olan ali
kulturoloji təhsil'm xüsusi rolunu şərtləndirir. Azərbaycanın ali
məktəblərindəki Kulturoloji təhsil
azərbaycan mədəni dəyərlərinin
nəsildən-nəslə qorunub yenidən hasil edilməsi nəinki yardım etməli,
eləcə də onun modernləşdirilməsi tələbatlarını ödəməlidir. Bu
məqsədlə,o, başqa xalq və dövlətlərin
sosial-mədəni inkişaf
təcrübəsinin tarixi təcrübəsi, onların ənənə, həyat fəaliyyəti
texnologiyaları, başlıca nailiyyətləri, mədəni innovasiyalanvə inkişaf
perspektivləri haqda bilikləri cəmiyyətə ötürmək funksiyasını terinə
yetirməlidir.
Demokratik
ölkələrin
təcrübəsinə
istinadən,
Azərbaycanın ali məktəblərində cəmiyyətin sosial inkişafının ən
müxtəlif vəzifələrini yerinə yetirməyə qabil, dövlət quruculuğu və
idarəçiliyi üzrə ümumi mədəniyyəti kifayət qədər yüksək səviyyəli
yüksək ixtisaslı mütəxəssislərin hazırlığını həyata keçirmək vacibdir.
Kulturoloji təhsil kulturoloji mütəxəssislərin yüksək erudisiyasını,
dövlətin və bütövlükdə cəmiyyətin, öz təşkilatının maraq və missiyası
kontekstində öz fəaliyyətinin nəticə və perspektivlərini obyektiv
qiymətləndirmək qabiliyyətini təmin etməlidir.
Bununla belə, bu gün Azərbaycanda kulturoloqların
təhsil və
tərbiyə, incəsənət, elm, idarəetmə, informasiya və mətbuat, milli
təhlükəsizlik, xarici siyasət (beynəlxalq münasibətlər), eləcə də qeyri-
hökumət təşkilatlan şəbəkəsi, bələdiyyələr və mədəniyyətin digər
digər sosial institutlan və
sistem üzrə xüsusi hazırlığı
böyük
əhəmiyyət qazanmağa başlayır. Müasir kulturoloq yüksək ümumi və
peşə biliklərinə, innovasiyalı təfəkkür, düzgün idarəetmə qərarlan
çıxarma qabiliyyətinə,insanlarla işlərkən mütəhərrikliyə,
sərt
xarakterə malik olmalıdır. O, öz praktik fəaliyyətində bəşəriyyətin
tarix boyu yaratdığı həyat texnologiyalan və nailiyyətləri üzrə bütün
biliklərə istinad etməlidir. Kulturoloji hazırlıq tərəqqipərvər ölkələrin,
ən əvvəl demokratik dövlətlərdə, dövlət və sosial idarəetmə, idarəetmə
mədəniyyətinin
dünya
təcrübəsi
sahəsində
elmi-praktik
364
Fujid Məmmədov
Kulturologiva effeklitli havat va faalivval» aparan vol
nailiyyətlərinin
öyrənilməsi və yaradıcı istifadəsi üçün xüsusi
əhəmiyyətə
malikdir.
O,
idarəetmənin
mürəkkəb
sistemli
məsələlərinin düzgün həll edilməsi, dövlət və sosial idarəetmə sistemi
inkişafını və effektivliyinin yüksəldilməsini təmin edən yeni
texnologiyaların hazırlanması üçün qeyri-məhdud imkanlar açır.
Tədqiqatçı-kulturoloqlar, müəllim və menecerlər
qarşısında
ümumi məsələlərlə birgə, xüsusi vəzifələr də durur.
Belə ki,
tədqiqatçı-kulturoloq
müasir informasiya texnologiyalan və
beynəlxalq informasiya banklanndan istifadə etməklə,
zamanın
tələblərinə cavab verən milli mədəniyyətin inkişafının idarəetmə
metodlanna və tərəqqipərvər həyat texnologiyalanna əsaslanan yeni
növ
sosial-mədəni
fəaliyyət
və
mədəni
təşkilatlann
modelləşdirilməsini həyata keçirmək qabiliyyətinə malik olmalıdır.
Bu məsələnin həlli azərbaycan və digər xalqlann mədəni irs, ənənə,
inkişaf təcrübəsi və ənənələrinin peşəkar tədqiqini, mədəniyyətlərin
müqayisəli təhlilini keçirmək, respublikada davamlı sosial-mədəni
inkişafa yardım edən, dünya mədəniyyətinin inkişaf tendensiyalannı
ekstrapolyasiya etmək bacanğını nəzərdə tutur. Dünya mədəniyyəti
kontekstində
Azərbaycan
mədəniyyətinin
inkişaf
vəziyyəti,mədəniyyət sahəsində qanunverici və nəzarətçi siyasət,
mədəniyyət
abidələrinin
mühafizə
vəziyyəti,
mədəniyyət
müəssisələrinin innovasiyalı fəaliyyəti, mədəni
yeniliklərin tətbiq
vəziyyəti, mədəniyyətin
dəyişilməsi prosesi, mədəni mübadilə,
əməkdaşlıq və s. tədqiqat obyekti olmalıdır. Tədqiqatçı kulturoloqun
inkişafı və peşəkar kimi formalaşması üçün milli və xarici ölkə elmi-
tədqiqat fəaliyyəti təcrübəsinin, eləcə də, tədqiqatların təşkili
təcrübəsi, konfrans, seminar, treninq, kulturologiya üzrə məcmuə və
əsərlərin nəşrinin mühüm əhəmiyyəti vardır.
Müəllim-kulturoloq
dünya və milli mədəniyyət tarixi və
nəzəriyyəsini beynəlxalq təhsil standartlarına uyğun novasiyalı
metodların tətbiqi ilə tədris etməklə respublikada kulturoloji təhsilin
yüksək keyfiyyətini təmin etməlidir. Tədris dünya kulıturologiyasının
ən
yeni
nailiyyətləri
əsasında
proqressiv
kompüter
texnologiyalarından istifadə etməklə, yüksək ixtisaslı mütəxəssislərin
- dövlət idarəçiliyinin müxtəlif sahələrində çalışan alim, incəsənət
xadimləri,
mütəxəssislərin
cəlb
edilməsi
ilə
keçirilməlidir.
365
Dostları ilə paylaş: |