Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə32/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   28   29   30   31   32   33   34   35   ...   104

Fund  Mommadov
K u llu ro lo g iv a  efTcklivli havat va faalivvata aparan vol
*  
Şəxsiyyətlərarası ünsiyyət mədəniyyəti
*  
Nitq mədəniyyəti

İdarəetmə mədəniyyəti

İnsani dəyərlərin  ümumiliyinin dərk edilməsi

Millətlərarası  həmrəylik və qayğı
Ф 
Humanist etikaya əsaslanan  dinlərarası həmrəylik 

Başqalarını duymaq qabiliyyəti 
Ф 
Sosial məsuliyyət 
Ф 
Tolerantlıq və dözümlülük 
it, 
Ziddiyyətlərin həllində qeyri-zorakılıq 
& 
Yaradıcı  fəaliyyət
*  
Məhsuldar əməkdaşlıq
ZORAKILIĞIN NÖVLƏRİ
° 
İrqi 

Etnik 
° 
Siyasi 
° 
Sosial 

Struktur 

Psixoloji 

Mənəvi 
° 
Fiziki 

Gender 

Dini 

Hüquqi 

Hərbi 

İqtisadi 

Mədəni 

Vəzifə
SÜLH  MƏDƏNİYYƏTİ VƏ MÜNAQİŞƏLƏRİN  HƏLLİ
Mürəkkəb 
dinamik  inkişafla 
səciyyələnən  müasir  həyatda 
müxtəlif ictimai-siyasi quruluş və idarəetmə sistemləri, həyat-fəaliyyət 
texnologiyaları,  mədəni  dəyərlər  sistemləri,  fərdlərin  və  xalqların
134
t'uad  Mammadov
Kullurologiva effektivli h.ıval va faaliyyata aparan  vol
xarakterləri  ilə  şərtlənən  bir  çox  dialektik  ziddiyyət  və  münaqişələr 
müşahidə edilir.
Münaqişə  -  qarşılıqlı  münasibətlərin  pozulması  ilə  nəticələnən 
ziddiyyətlərin 
insan  formasıdır.  Münaqişə  sülhü 
dağıtmaqla, 
bəşəriyyətin  normal  həyat  fəaliyyəti  və  inkişafı  üçün  zəruri  olan 
təbii  şəraiti  məhv  edir.  Münaqişələr  etnik,  əmək,  ailə,  din,  mədəni, 
siyasi,  hərbi,  ictimai  və s.  zəmində  yarana bilər.  Mahiyyət etibarilə, 
bütün  insani  münaqişələr  mədəniyyət  və  maraq  toqquşmalarının 
nəticəsidir.
Ziddiyyətlərin  kəskinləşməsi  və  münaqişələrin  həlli  mərhələlərini 
aşağıdakı kimi  təqdim etmək olar.
•  
Maraqların ziddiyyəti
•  
Mövqelərin ziddiyyəti
•  
Vasitələrdəki ziddiyyətlər
•  
Pozulmiş  münasibətlər
•  
Neqativ emosiyalar
•  
Düşmənçilik hərəkətləri
Münasibətlərin 
münaqişəsini  danışıqlar,  müzakirələrlə  birgə, 
qarşılıqlı  faydalı nəticələrin  əldə edilmkəsi yolu ilə  aradan qaldırmaq 
olar.  Münaqişənin  sosial  terapiyası  və  ya  aradan  qaldırılmasına 
yönələn  danışıq  prosesinin  uğurlan  çox  halda,  münaqişə tərəflərinin 
şəxsiyyətə  hörmət,  digər  mədəniyyətə,  dinə  və  insan  hüquqlarına 
hörmət,  məsuliyyət  mədəniyyəti, 
doğruçuluq,  dözümlülük  kimi 
universal mədəni prinsiplərə  riayət etməsindən asılıdır.
Kulturologiya - mədəniyyət və maraq  münaqişələrinin düzgün həll 
edilməsi  və  aradan  qaldırılmasının  əsasıdır.  Bir  çox  münaqişələrin 
xarakterinin  təhlili  və sülh mədəniyyəti  yaradılması  imkanlan  göstərir 
ki,  yüksək  ağıl  və  hiss  mədəniyyəti,  intellektual  və  etik  mədəni 
dəyərlərə  bağlı  insanların  xeyirxahlığı,  onların  qarşılıqlı  anlaşma  və 
qarşılıqlı  faydalı  əməkdaşlıq  qabiliyyəti,  yalnız  bəşəriyyət  üçün 
humanist xidmətə yönələn yaradıcı  fəaliyyət  dünyanı xilas edə bilər.
Yüksək mənəvi prinsiplər olmadan münaqişələrin sülh yolu ilə həll 
ediməsinin  qeyri-mümkünlüyünə  əmin  olmaq  üçün,  münaqişə 
tərəflərinin  ziddiyyət  zamanı  əl  atdıqları  vasitələrə  nəzər  asalmaq 
kifayətdir.  Dahi  filosof-şair  Mirzə  Şəfi  Vazehin  müdrik  misralarını 
yada salmaq istərdik:
135


Fuad  M»mm*lov
Kulturologiva effektivli  haval  vo faalivvata aparan vol
Xeyirlə Şər müharibəsində  Şərin qüvvəsi ondadır ki,
Xeyir üçün qədul olmayan çox şey Şər üçün qəbuldur.
Deməli,  insanlar  arasında  təbii  dialektik  ziddiyyətlərin  sülh  yolu 
ilə  həll  edilməsinin  və  mümkün  ola  biləcək  münaqişələrin  aradan 
qaldırılmasının əsas şərti  yüksək mənəvi mədəniyyətdir.  Buna görə də 
kulturoloji  təhsil,  maarif  və  tərbiyə  yüksək  ruhi  mədəniyyət 
formalaşdıran  əlverişli  mədəni  mühit  üçün  əsas  şərt  olaraq,  insan  və 
xalqlar arasında  qarşılıqlı hörmət, dözüm, qarşılıqlı anlaşma yaradır.
Münaqişələrin  həlli  və  aradan  qaldırılmasının  metodoloji  əsasını 
insan,  etnos,  millət  və  dövlətin 
maraq  və  mədəniyyətlərinin 
uyğunlaşmasına 
tarazlı  kulturoloji  yanaşma 
təşkil  edir.  Dünya 
sivilizasiyası  inkişafının  çoxəsrlik  inkişafı  göstərir ki,  humanizm,  sülh 
mədəniyyəti,  tolerantlıq,  əməkdaşlıq  prinsipləri 
və  kantın  “xoş 
məram”-ına  əsaslanan  beynəlxalq  sosial-mədəni  siyasət  vasitəsi  ilə 
müxtəlif xalqların  mədəniyyətlərini uyğunlaşdırmaq  vacibdir.
Bəşəri  dəyərlərin  prioritetləri  əsasında  dünya  sülh  mədəniyyəti 
təsdiqi  və  xalqların  mədəni  eyniliyinin  formalaşdırılması  bəşəriyyətin 
strateji 
maraqlarına  cavab 
verən  dünya  siyasi 
və 
iqtisadi 
əməkdaşlığının 
etibarlı  təməli  kimi,  dini,  milli,  irqi 
maneələrin 
aradan qaldırılmasına yardım edəcəkdir.
• 
Gender mədəniyyəti
GENDER MƏDƏNİYYƏTİ
Gender  mədəniyyətinin  inkişafi  hüquqi  dövlət  və  demokratik 
cəmiyyətin mədəni  inkişafının strateji istiqamətlərindən biridir.
Ф 
Gender 
mədəniyyəti 
kişi 
ilə 
qadın 
arasında
şəxsiyyətlərarası 
münasibətləri,  ailə  və  ictimai  institutların 
qarşılıqlı  təsirini  səciyyələndirən  sosial  münasibətlərin  inkişafda 
olan sistemidir.
Ф 
Gender  -   sosial-mədəni  anlayış  olmaqla, 
şəxsiyyət  və 
cəmiyyətin  yüksək etik mədəniyyəti  ilə  sıx bağlıdır.  O, kişi  və qadın 
arasındakı  bioloji  fərqlərlə  yanaşı  mental,  emosional,  təfəkkür  və 
davranış  fərqləri, həyatda onların sosial rollarının bölünməsi haqqında 
təsəvvür yaradır.
136
Fuad  Mammadot
Kulturologiva effektivli havat va faalivvata aparan vol
 
Əgər  genderin 
bioloji  göstəriciləri  cinslə  əlaqədardırsa, 
sosial-mədəni  göstəricilər  insanlann mədəniyyəti, tərbiyəsi  xarakteri, 
psixologiyası,  həyat  tərzi,  sosial  mühiti,  maraqlan  və  peşəsi  ilə 
bağlıdır.
Ф  Gender  bu  və  digər  xalqın  milli-mədəni  dəyərlər  sistemi  ilə 
şərtlənən 
kişi-qadın  münasibətlərinin  şəxsi  və  ictimai  səviyyədə 
sosial-mədəni modeli kimi təzahür olunur.
Ф 
Gender milli mədəniyyət və  ümumiyyətlə cəmiyyətin  mədəni 
səviyyə və xüsusiyyətlərini, cəmiyyətin  sosial  infrastrukturunun  baza 
ölçülərini başa düşüb qiymətləndirməyin  mühüm göstəricisidir.
&  Demokratik 
dövlətdə 
gender  mədəniyyəti 
dövlət  və
cəmiyyətin  idarə edilməsi  və ictimai  münasibətlərin  tənzimlənməsinin 
mühüm alətidir.
Ф 
Gender  mədəniyyəti  milli  və  sosial  mədəniyyətin  inkişafında 
pozitiv  sinergetikanın  mühüm  vasitələrindən  biri  kimi, 
sosial 
tarazlığın yaranmasına təsir göstərir.
$  
Cəmiyyətdə 
bərabərhüquqlu 
münasibətlərin
formalaşdırılması,  cəmiyyətin  rifah  və  davamlı  inkişaf  tələblərinə 
cavab verərək, insanlann sosial  fəallığını  artınr, şəxsiyyətin  ahəngdar 
inkişafi və özünütəkmilləşdirməsinə şərait yaradır.
Ф 
Cəmiyyətdə  kişi  ilə  qadının  sosial-mədəni  rolu  və  onlann 
qarşılıqlı  mədəni  münasibətləri,  çox  zaman,  xalqın  sosiallaşmasının 
tarixi  sistemi,  davranış-düşüncə  stereotipləri  və  mədəni  ənənələrlə 
müəyyən edilir.
Ф 
Mədəniyyətin  ən  mühüm  sosial  institutlanndan  biri  olan 
gender  mədəniyyətinin 
məzmunu 
cəmiyyətin  xarakteri,  ruhi  və 
maddi mədəniyyəti, vətəndaşların psixoloji aurası ilə birgə dəyişir.
® 
Gender  mədəniyyətinin  təhlili  bu  və  ya  digər  cəmiyyətin 
sosial-mədəni inkişaf proseslərini qiymətləndirmək, proqnozlaşdırmaq 
və  modelləşdirmək,  ictimai  münasibətləri  anlamaq  üçün  mühüm 
əhəmiyyət daşıyır.
GENDER NƏZƏRİYYƏSİ VƏ GENDER SİYASƏTİ
Ф
 
Gender  sistemi  nəzəriyyəsinə  uyğun  olaraq,  o.  belə 
nəzərədən keçirilir:
137


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə