Fuad
MammadoY
Kullurologiva cffcklivli hcvat
уд
faalivvala aparan vol
məntiqi
təhlili
əsasında,
F.Məmmədov
ilk
dəfə
olaraq,
kulturologiyanm sabit sosial inkişafdakı zəruri təməl rolunu, effektiv
dövlət idarəçiliyindəki
strateji əhəmiyyətini və insanın həyat
fəaliyyətindəki texnologiya və imkanlarını elmi əsaslarla şərh edir.
F.Məmmədovun,
müasir həyatda
siyasi
mədəniyyətin
tərəqqipərvər formalarından biri olan, demokratiya mədəniyyəti və
vətəndaş cəmiyyəti, onun mahiyyət, prinsip, dəyər, normalarının
təhlili mövzusuna müraciət etməsi əsərin məziyyətlərindəndir. Müəllif
xarici ölkələrdə iqtisadi inkişafin idarə edilməsi təcrübəsini nəzərdən
keçirərək, demokratik cəmiyyətdə dövlət idarəçiliyinin mahiyyət və
xüsusiyyətlərini, yoxsulluqla mübarizə prinsiplərinin idarə edilməsi
yollarını göstərmişdir. O, aparıcı dünya ölkələrində istifadə olunan
idarəetmə prinsiplərini və mədəniyyətin
təşkili tiplərini də
araşdırmışdır. Əsərdə, həm də, sosial-mədəni siyasətin mühüm
problemləri, bələdiyyə idarəçiliyinin xüsusiyyətləri və qeyri hökumət
təşkilatlarının idarə olunması problemləri öz əksini tapmışdır.
F.Məmmədov öz tədqiqatlarında
dünya mədəniyyəti və
sivilizasiyasının problemlərinə əhəmiyyətli yer verir. Burada, o,
yüksək əqli və mənəvi mədəniyyəti yer üzərində insanın, sülhün və
həyatın xilası üçün başlıca faktor kimi qiymətləndirir. O, texnogen
sivilizasiya şəraitində müxtəlif xalqların dünya mədəniyyəti haqda
biliklərinin artırılmasını, mədəniyyətlərarası dialoqun rolunu, xalqlar
və dinlərarası harmoniyanın dünya mədəniyyətinin əsasını təşkil
etməsini, bəşəriyyətin sabit inkişafı, əməkdaşlıq və
birgəyaşayış
şəraiti üçün tolerantlığın əsas şərt olmasını xüsusi qeyd edir.
Monoqrafiyada kulturoloji təhsilin mahiyyətinin təhlilinə, məqsəd
və məramına, imkanlarına və gözlənilən nəticələrinə
xüsusi yer
ayrılmışdır. Müəllif universal biliklərə malik şəxsiyyət və liderlərin
formalaşdırılma vasitəsi kimi sistemli kulturoloji təhsilin
üstün
cəhətlərini göstərir. Kulturoloji təhsil və maarifi universal və xüsusi
elmi biliklərin cəmiyyətə ötürülməsi, həmçinin potensial, qabiliyyət
və istedadı inkişaf etdirmə prosesi kimi nəzərdən keçirən
müəllif,
ilk dəfə olaraq, YUNESKO səviyyəsində
xüsusi beynəlxalq
kulturoloji təhsil proqramının hazırlanması və həyata keçirilməsini
təklif etmişdir. O, qlobal idarəetmədə
uğur əldə edilməsi, sülh
mədəniyyəti və qender bərabərliyinin bərqərar olması, yoxsulluğun
16
Fuad Mammadot
Kullurologiva cffcklivli havat va faalivvala aparan vol
və terrorizmin aradan qaldırılması, bütün dünyada sabit və təhlükəsiz
inkişafa nail olmaq üçün belə təhsilin mühümlüyünü əsaslı dəlillərlə
sübut edir. Müəllif dünya mədəniyyəti tarixi və nəzəriyyəsinin, fənn
kimi, dünyanın bütün orta və ali məktəblərində interaktiv tədrisinin
zəruriliyini qeyd edərək, onun şəxsiyyətin harmonik inkişafı və
müxtəlif xalqların mədəni dəyərlər sisteminin yaxınlaşmasındakı
əhəmiyyətini qeyd edir. Buna əsaslanaraq ,o, YUNESKO tərəfindən ,
həmin təşkilatın
üzvü olan ölkələrdə
sistemli və
interaktiv
kulturoloji təhsilə istiqamətlənmiş
xüsusi deklarasiyanın
qəbul
olunmasının məqsədəuyğunluğu barədə təklif tərtib etmişdir.
Monoqrafiyanın ən qiymətli bölmələrindən biri
, dünya
sivilizasiyası kontekstində Azərbaycan mədəniyyətinin inkişafi ilə
əlaqədar bir çox geniş məsələlərin təhlilinə həsr edilmişdir.
Azərbaycanda demokratik mədəniyyətin təşkili və inkişafi tarixi,
azərbaycançılıq şüuru, ilk demokratik respublika dövründə siyasi
mədəniyyət, Azərbaycanın müasir mədəniyyəti və onun gələcəyi daim
müəllifin diqqət mərkəzindədir, tədqiqatçı nəinki mədəniyyət
fenomenini düzgün anlamağa, respublikanın proqressiv inkişafi üçün
onun imkanlarının formalaşdınlmasmda, eləcə də Azərbaycanın
.müasir ruhi mədəniyyətini obyektiv qiymətləndirilməsində, dövlətin
mədəniyyət siyasətinin mahiyyət və prioritetlərinə düzgün baxış
yaradılmasında
yardımçı plmağa can atır. O, ölkənin tərəqqipərvər
inkişafında mədəniyyətin idarə edilməsinin zəruriliyini qeyd edir və
onun başlıca məqsəd və metodlarının seçilməsinə can atır. Bu
motivasiya onun kulturoloji tədqiqatlarının mahiyyət, istiqamət və
metodologiyasına , eləcə də müasir Azərbaycan dövləti və cəmiyyəti
inkişafının aktual problemləri və onların obyektiv həllinə elmi və
aksioloji yanaşmalara baxışları müəyyənləşdirmişdir.Maraqlıdır ki,
Azərbaycanın dinamik və sabit inkişaf modelini
yaratmaq üçün
müəllif bəşəriyyətin, eləcə də müxtəlif ölkə və xalqların sosial-
mədəni təcrübəsindən yaradıcılıqla istifadə etmişdir. O, sənaye və
informasiyalı cəmiyyət quruculuğunda dövlətin rəqabət qabiliyyəti
və inkişafimn yüksək sürət və keyfiyyətinin əsas şərti kimi, dövlət
idarəçiliyində kulturoloji yanaşmanın strateji əhəmiyyətini
xüsusi
qeyd edir. Mədəni irsin qorunmasının zəruriliyini şərtsiz qəbul
edərək, o, milli mədəniyyətin
fəal modemləşdirilməsinin həyati
17
Kuad Mommadov
Kulturologiya cffcKtivlj hoyat »э f?a|jyyata aparan yol
əhəmiyyətini xüsusi qeyd etmiş, onu ictimai tərəqqi, milli inkişafin
obyektiv tələbləri, dünya sivilizasiyasının qanunauyğunluqları və
inkişaf tendensiyalarının
başlıca
faktoru
kimi
göstərmişdir.
Azərbaycan
dilində
kulturoloji
terminologiyanın
hüdudlarını
genişləndirən alım, ilk dəfə olaraq elmi tədavülə mənəvi mədəniyyətin
intellektual və əxlaqi mədəniyyətlərin birliyini ifadə edən mənasını,
“ruhi mədəniyyət” terminini daxil etmişdir.
Müəllifin bir sıra məruzə və məqalələri Müstəqil Azərbaycan
Respublikasında
demokratik dövlətçilik və vətəndaş cəmiyyəti
mədəniyyətinə, mədəni inkişafin idarə edilməsi metodlarının təkmil-
ləşdirilməsinə,
beynəlxalq mədəni əlaqələrin
genişləndirilməsinə
həsr olunmuşdur. Əsərdə, həmçinin, müəllifin mədəniyyət hüququ,
azərbaycan dilində
kulturoloji terminologiya, kulturoloji elm və
təhsilin nəzəri və praktik məsələlərə yanaşması əks olunmuşdur.
Müəllifin 90-cı illərdə nəşr etdirdiyi və hələ keçən əsrin 80-ci
illərində formalaşan, Azərbaycanda demokratik cəmiyyət və hüquqi
dövlət quruculuğunda mədəniyyətə və onun əhəmiyyətinə həsr olunan
erkən məqalə və məruzələrin kitaba daxil edilməməsi təəssüf doğurur.
Bu əsərlərin məziyyətləri ondan ibarətdir ki, F.Məmmədov
respublikada ilk dəfə olaraq, Azərbaycanın daha uğurlu gələcəyinin
qurulması, təhlükəsiz və sabit inkişafının təmin edilməsi, daxili və
xarici siyasətinin effektiv inkişaf strategiyalarının
yaradılması və
dövlət quruculuğu və idarəedilməsi üçün kulturologiyanm elmi-
fəlsəfi, metodoloji və praktik dəyərini göstərmişdir.
Fuad Məmmədovun
məqalə, məruzə və çıxışlarında təhlilinin
başlıca (“kant”) prinsipi
olan tənqid
həqiqət axtarışı , dünya
mədəniyyəti inkişafının pozitiv təcrübəsi, elmi nailiyytlərə əsaslanan
insan həyatı və cəmiyyətin inkişafında proqressiv dəyişikliklərə meyl,
sosial terapiya ilə motivləşərək, özünü büruzə v erir.
Onun sosial-mədəni inkişaf konsepsiyasının əsasını texnogen sivili
zasiyanın destruktiv prosesləri və müasir kütləvi mədəniyyətin hakim
liyinin aradan qaldırılmasına istiqamətlənən məhsuldar sosial-mədəni
siyasəti təmin edən intellektual və etik mədəniyyətin harmoniyası və
sintezi, elm, təhsil, etikanın müstəqil və prioritet inkişafi haqqında
müddəalar təşkil edir. Müəllif hesab edir ki, idarəetmədə və siyasətdə
obyektiv dialektik ziddiyyətlərin kulturoloji baxımdan düzgün və elmi
18
p4ad Mammadov
Kulturologiya effcktivli hayat
уд
faalivvata aparan yol
cəhətdən əsaslandırılmış həlli
kommunikativ ictimai praktikanın
təkmilləşdirilməsi, cəmiyyətin inteqrasiyası və sabit inkişafi, tərəqqi
pərvər dəyişikliklər üçün yeni imkanlar açır.O, hərtərəfli insan inki
şafına yönələn elitar mədəniyyətin formalaşdırılması və kütləviləşdi-
rilməsi,
keçid dövründə azərbaycan cəmiyyəti mədəniyyətindəki
böhranların aradan qaldırılması imkanlarını nəzəri şərh etməyə çalışır.
Mədəniyyət anlamına geniş yanaşma, Hegel, Kant fəlsəfəsi və
digər
görkəmli dünya kulturoloji fikir nailiyyətlərindən istifadə,
dünya mədəniyyəti və sivilizasiyasının
problem və inkişaf
qanunauyğunluqlarının kompleks, sistemli təhlili, müəllifə, müasir
Azərbaycanda
ictimai tərəqqiyə yönəlmiş
elmi əsaslı praktik
əhəmiyyətli tövsiyələr tərtib etməyə şərait yaratmışdır.
Tarix elmləri doktoru Fuad Teyyub oğlu Məmmədov Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının
professoru .’’Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının prezi
denti, “İntellektual inkişaf problemi” Beynəlxalq Elmlər Akademiya
sının və Rusiya pedaqoji və sosial elmlər Akademiyasının akade
mikidir. O, Azərbaycan cəmiyyəti və dövlətinin modernləşdirilməsi
və sosial inkişafına yönələn tarix, elm və mədəniyyət nəzəriyyəsinə
həsr olunmuş 200-dən çox elmi, elmi-pedaqoji məqalə,konsepsiya,
layihələrin müəllifi, həmmüəllifi və tərtibçisidir. Onların arasında
2002-ci ildə “Simurq” AKA-da nəşr olunmuş yalnız respublikanın ali
məktəblərində deyil, həm də
Rusiya, ABŞ, Almaniya, Fransa,
Avstriya və digər
ölkələrin
kitabxanalarında
istifadədə olan
“Kulturologiya”
fundamental əsəri, Azərbaycan
mədəniyyət
assosiasiyası , Beynəlxalq Dünya Mədəniyyəti Universiteti, Vətəndaş
Cəmiyyəti
Beynəlxalq Mədəniyyət Forumunun
və beynəlxalq
ictimaiyyəti marağına səbəb olan digər layihələri qeyd etmək olar.
O,
Azərbaycanda
lider və şəxsiyyətlərin formalaşdınlmasma
yardım edən və dünya mədəniyyəti və sivilizasiyalarının nailiyyətləri
və demokratik ölkələrin idarəetmə təcrübəsinin öyrənilməsi əsasında
qurulan “İdarəetmə mədəniyyəti”
innovativ kulturoloji kursunun
respublikada ilk yaradıcısıdır. 90-cı illərin əvvəllərindən etibarən
daim fəaliyyətdə olan “Mədəniyyət və cəmiyyət” kulturoloji semina
rın elmi rəhbəridir. 1990-2005-ci illərdə müxtəlif məqsədli fokus-
qruplarla kulturologiya, təşkil və idarəetmə mədəniyyəti, vətəndaş
19
Dostları ilə paylaş: |