Kuad Mammadov
Kulturolociva cffektivli həyal ta faalivvata aparan vol
Mədəniyyətin effektivliyi(F)
Иду at.fdaliyydl .keyfiyydti (Q)
Xdrcldr(N) x Vaxt(T)
F = -Q —
N x T
Q =f(X)
X =
cəmiyyətin mədəni səviyyəsi
• Həyat fəaliyyətinin keyfiyyəti - həyat fəaliyyətinin əlamət,
xüsusiyyət və faydalılıq toplusunun ölçüsü olaraq, onun fərdi və
ictimai ehtiyacları ödəmək qabiliyyətinin səviyyəsidir.
• Cəmiyyətin mədəni səviyyəsi - elm, təhsil, etika, idarəetmə,
hüquq, texnologiya, istehsal, istehlakm
səviyyəsi ilə müəyyən
olunur.
• İnsanın mədəni səviyyəsi - onun bilik, bacarıq, mütəşəkkillik,
mənəviyyatlılıq və yaradıcı fəaliyyətinin səviyyəsi ilə müəyyən
olunur.
• Xərclər - təhsil, tərbiyə, elm, idarəetmə, texnologiyalar,
istehsalat, incəsənət, səhiyyə, ekologiya və s. maliyyə və əmək
xərcləri.
• Zaman - yeni keyfiyyətli həyat fəaliyyətini təmin edən ruhi və
maddi dəyər və normaların istehsalına sərf olunan vaxtdır.
Həyat fəaliyyətinin keyfiyyət artımı, inkişaf üçün xərc və zamanın
azaldırlması aşağıdakılarla müəyyənləşir:
t Elm və yüksək texnologiyaların səviyyəsi;
& Şəxsiyyətin mədəniyyəti və onun yaxşı işləmək istəyi;
& Əmək və paylama münasibətləri mədəniyyəti;
& Milli gəlir və ümumi ictimai məhsulun səviyyəsi;
Ф İntensiv (yəni, işçilərin sayını və xərclərin həcmini artırmadan)
səbəblər hesabına
əmək məhsuldarlığının (effektivliyinin)
inkişafı;
& İqtisadiyyatın struktur təkmilləşdirilməsi;
Ф İctimai əmətin təşkili və stimullaşdınlması;
ф Səhiyyə, ekologiya, fiziki tərbiyə və idmanın inkişaf səviyyəsi;
ф İstehlak mədəniyyəti;
Ф
Dövlətin hüquqi və etik sistemlərinin effektivliyi.
2 2 2
Eua.d_M.?rnmadov
Kulturnlngiva cffektivli haval ta faalivvata aparan vol
Müasir
dövlət
və
cəmiyyətlərin
inkişaf
səviyyəsi
və
mədəniyyətlərinin effektivliyi barədə mühakimə yürütməyə imkan
verən ən mühüm göstərici rifah - əhalinin zəruri ruhi və maddi
nemətlərlə - insani həyati tələbatları ödəyən əşya, xidmət, şəraitlə
təmin olunmasıdır. Rifah müəyyən dövrdə yaradılmış ruhi və maddi
nemətlərin, predmet və xidmətlərin dəyərinin qiymətləndirilməsi ilə
müəyyən olunur.
Mədəniyyətin inkişaf və effektivlik səviyyəsinin göstəricisi olan
rifah əməyin məhsuldarlığı və mədəniyyətin entropiya səviyyəsindən
daha çox asılıdır.
Fəaliyyət
texnologiyasının
effektivliyini
səciyyələndirən
mədəniyyətin faydalı iş əmsalı
( dövri prosesdə işə çevrilən )
enerjinin dəyişməsinə münasibətdə fayda ilə istifadə edilmiş enerjinin,
fəaliyyət prosesində istifadə olunan
ümumi enerjiyə
nisbəti ilə
müəyyən olunur.
MƏDƏNİYYƏTİN FİƏ
_ Sərf .olunmuş.faydalı.enerji(iş)
Sdrf.olunmuş.bmumi.enerji(iş)
Ruhi və maddi dəyərlərin istehsalı prosesində mədəniyyətin
entropiyası yəni “paylanması”,
ümumi enerjinin (işin)
faydalı
nəticəyə çevrilməyən hissəsinin itirilməsi baş verir. Bunu aşağıdakı
formulla ifadə etmək olar :
MƏDƏNİYYƏTİN ENTROPİYASI =
Sərf edilmiş ümumi eneıji (iş)
çıxılsın
Sərf edilmiş faydalı eneıji
Kulturologiyada sosial-mədəni entropiya dedikdə, bir sistem olan
konkret lokal mədəniyyətin tam və ya onun bir hissəsinin
deqradasiyası (geriləməsi) başa düşülür.
223
Kuad Mammadov
Kulturologiva effektivli havat vo faalivvj» aparan vol
Bir məhsulun istehsalına sərf olunmuş zamanın miqdarı ilə ölçülən
əmək məhsuldarlığı, müəyyən dərəcədə, intellektual mədəniyyətin və
elmi nailiyyətlərin texnoloji tətbiqi səviyyəsindən asılıdır.
Birinci formuldan məlum olduğu kimi,
mədəniyyətin başlıca
effektivlik şərti, cəmiyyətdə əxlaq və hüququn səviyyəsindən asılı
olaraq, dövlətin hüquqi və etik sisteminin
təkmilləşdirilməsidir.
Mədəniyyətin bu iki mühüm göstəricisi ictimai münasibətlərin
formalaşmasına çox böyük təsir göstərir. Onlar demokratik dövlətin
strateji vəzifələrinin həllində - şəxsi və ictimai məqsədlərin vahidliyi,
bərabərlik, ölkə vətəndaşlarının
mədəni eyniliyi və həmrəyliyini
nəzərdə tutan, ümumi-sosial mədəniyyətin formalaşdınlmasmda,
başlıca rol oynayır.
İnsanların həyat fəaliyyətinin maddi maraqlan ilə reallaşdmlan
iqtisadi tənzimlənmədən fərqli olaraq, hüquq və əxlaq dövlətin icbari
gücü və ictimai rəyin təsiri ilə həyata keçirilir. Ruhi mədəniyyət
komponenti və cəmiyyətin insana təsir alətləri olan hüquq və əxlaq
ümumi sosial funksiyanı müxtəlif vasitələrlə yerinə yetirir - insanın
sosial davranışını tənzimləyir və ona nəzarət edir. Bu zaman onlar öz
vəzifələrini müxtəlif üsullarla yerinə yetirirlər: birinci halda icbarilik
tədbirləri, ikincidə - cəmiyyətin mənəvitəsir tədbirləri, ictimai rəyin
gücü və ya insanın şəxsi əqidəsi ilə. Hiiqu - dövlət tərəfindən rəsmən
təsdiqlənmiş normaların
sosial sərəncam səciyyəsi daşıdığı halda,
əxlaq - ictimai şüurda yaşayan daxili kateqoriyadır.
İnsanın
əxlaqi tələblərin
mahiyyətini düzgün anlaması,
şəxsiyyətin mənəvi nüfuzunun formalaşmasına təsir göstərir. Adətlər
insanların, cəmiyyətdə qəbul olunmuş, fəaliyyət istiqamətləri
haqqında təsəvvürlərinə əsaslanan
davranışıdır. İnsanın mənəvi
dəyərlər və davranış motivlərinin əsasını, insanın təyinatı və həyatının
mahiyyəti haqqında təsəvvürləri təşkil edir. İnsanın mənəvi özünü
dərki - onun əqidəsi, hissləri, meylləri, vicdanı onun ailədə mədəni
tərbiyəsinin, eləcə də onun yaşadığı sosial mühitin məhsuludur.
İnsanın mənəvi mədəniyyəti
onun maraqlarının digərlərinki ilə
toqquşduğu zaman özünü göstərir. Şəxsiyyətin pozitiv adətləri insan
ləyaqətinə hörmət, şəfqət, iffət, səxavət və xeyirxahlıq hissi bəsləməsi
ilə özünü göstərir.
224
Fuad М а т л от.
Kulturologiya.çffektivli Н?уа1 va faaliyyala aparan yol
Əxlaq və hüquq - cəmiyyətin həyatında baş verən sosial-mədəni,
iqtisadi və
siyasi
dəyişikliklərin təsiri altında
dəyişən
tarixi
hadisədir. Dünya mədəniyyətinin inkişaf tarixi insan həyatının,
vəhşilikdən mənəvi tərəqqiyə doğru yüksələn hərəkəti, onun bioloji
xarakter və formalarının insaniləşdirilməsini təsdiq edir. İnsan
əxlaqının tarixən humanistləşməsi atavizm, hannibalizm, qəddarlıq,
mədəniyyətlərarası obyektiv və subyektiv ziddiyyətləri aradan
qaldırılaraq, insanlar arasında
ədalətin və bərabərliyin təsdiqi,
şəxsiyyətə hörmət yolu ilə inkişaf etməsində ifadə olunur.
Feodalizm və ilkin kapitalizm cəmiyyətində bərabərlik yalnız bir
zümrə və ya sinfi mədəniyyət tipi daxilində nəzərdə tutulurdu. Bu da
şəxsiyyətin
cəmiyyətdən uzaqlaşıb yadlaşmasına səbəb olan ikili
əxlaq və
davranış, siyasətdə ikili standartların yaranması ilə
nəticələnirdi. Demokratik quruluşlu cəmiyyətlərdə
bu tendensiya
təqribən aradan qaldırılır. Hüquq və əxlaqın vəhdəti, sabit normalara (
qayda və sərəncamlar ) münasibətdə, xalqın iradəsini, onun ədalət və
Haqq barədə ümumbəşəri təsəvvürlərini ifadə edir. Burada əhalinin
sosial fəallığı və şüurluluğunun
inkişafi, insanın hüquq və
azadlıqlarının
müdafiəsi
demokratiya mədəniyyəti inkişafının
faktorlarından biri kimi çıxış edir.
İnsanların maraq və obyektiv zəruri ehtiyaclarına əsaslanan sosial-
mədəni fəaliyyəti də onu əhatə edən dünyanı dəyişdirmək imkanı
verən
iradə azadlığını nəzərdə tutur. İradə azadlığı, şəxsiyyətin
demokratik
cəmiyyətdə
seçim azadlığı və məsuliyyətini də
müəyyənləşdirir. Buna görə də, şəxsiyyətin müdrikilik səviyyəsini,
humanizmini,
təbiət və cəmiyyətlə
ahəngdar fəaliyyətini
səciyyələndirən
yüksək şüur, hiss və davranış mədəniyyəti,
demokratik dövlətlərin mühüm sosial - siyasi vəzifəsi kimi meydana
çıxır. Şəxsiyyətin yüksək mədəniyyətinin formalaşması prosesində,
həyatfəaliyyəti texnologiyalarının təkmilləşməsinə ekspert yardımı
göstərmək qabiliyyətinə malik,
dövlət siyasətinə əməli təsiri ilə
yüksələn sosial tərəqqini təmin edən
ziyalıların rolu ölçülməz
dərəcədə artır. Əlverişli sosial-mədəni mühitə malik cəmiyyətlərdə
sosial-mənəvi tələblərin məcburiyyətdən, insanın mənəvi vəzifəsinin
yerinə yetirilməsini təmin edən, həyat qanununa tədrici çevrilməsi
üçün şərait yaranır.
225
Dostları ilə paylaş: |