Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə53/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   49   50   51   52   53   54   55   56   ...   104

Fuad  Mommodov
Kulturologiva effcktivli havat  v» faalivvata aparan vol
heliosentrik  nəzəriyyəsi  və  ya  həyatın  bütün  formalarının  əsası, 
meqa  və  mikro  dünya  sirlərinin  açan  olan  hüceyrənin  kəşfi  kimi  öz 
yüksək qiymətini alacaqdır.
Uaytın  elmi  konsepsiyasının  səciyyəvi  xüsusiyyətrlərindən  biri  də 
odur  ki,  o,  mədəniyyəti,  insanın  həyati  tələbatlannı  təmin  etmək 
üçün  zəruri  enerjinin  əldə  edilib  istifadəsindən  ibarət  həyat 
fəaliyyətinin  termodinamik  vasitəsi  kimi  nəzərdən  keçirir.  O,  mədəni 
inkişafın  başlıca  qanunauyğunluğunun  mədəniyyətin  inkişafından, 
enerjinin  sərf olunduğu  istehlak  artımından  və  ya  əmək  alətlərinin 
effektivliyindən  birbaşa  asılılığında görürdü.  Mahiyyət etibarilə, Uayt 
mədəni  inkişafın  göstəricilərini  ictimai  istehsalın  effektivliyinin 
inkişafı  ilə  əlaqələndirir.  Onun,  mədəniyyətin  təkamülü  üçün  irəli 
sürdüyü  enerji  konsepsiyasında,  müəyyən  fenomenlər  ardıcıllığının 
sonuncusu,  fərdi 
prinsip  və  qanunlara  uyğun  təsvir  edilə 
bilər.Bütövlükdə 
mədəni  sistemlər  və  ya  mədəni  elementlərin 
qarşılıqlı  təsir  prinsiplərini  təhlil  edərək, 
mədəni  fenomen  və 
sistemlər  qanununu  formula  etmiş  və  insan  mədəniyyətinin  müxtəlif 
mədəni  ənənələrin 
vəhdətindəti  kimi  təfsir  etmişdir. 
Bu,  insan 
mədəniyyəti  inkişafının  mühümtarixi qanunauyğunluqlarını  izləməyə 
imkan verir.
Mədəniyyəti  bütöv,  mütəşəkkil  və  inteqrativ  sistem  kimi  nəzərdən 
keçirən  Uayt,  onda,  müxtəlif  qarşılıqlı  fəaliyyət  qüvvələrinin  bir- 
birini şərtləndirən üç altsistemləri ayırır: texnoloji, sosial və ideoloji.

Texnoloji  (  ilkin,əsas,  baza)  insanın  ətraf  mühitə 
uyğunlaşması  ilə  şərtlənir.  Bura  əmək  alətləri,  mövcudluq 
vasitəkləri,  yaşayış  yeri  tikmək  üçün  materiallar,  müdafiə  və 
hücum üçün vasitələr və s daxildir.

İdeolojiyə ideya, bilik və inanclar daxildir.
° 
Sosiala kollektiv davranış tipləri daxildir.
Mədəniyyətin  inkişafi  və  artmasının  dərk  edilməsi  üçün  mühüm 
vasitə  olan  texnoloji  subsistemin  fəaliyyəti  enerji  sərfi  ilə  əlaqəli  və 
dinamik olduğuna görə,  mədəniyyəti materiya və eneıji anlayışları  ilə 
bərabər  təsvir etmək olar.  Uayta görə, mədəniyyətin  həyat tələbatının 
ödənilməsi  ilə  əlaqədar  olan  mühüm  funksiyası  enerjinin  zəruri 
miqdarda  texnoloji  əldə edilməsi  və onun  insan maraqlarında istifadə
218
Fuad  Mnmmadov
Kulturologiva effcktivli havat va faalivvata aparan vnl
edilməsidir.  Bu  baxımdan,  insanın  həyat  fəaliyyətinin  təmin  edilməsi 
üçün texnoloji sistemin mühüm əhəmiyyəti var.
Uayt  mədəniyyətin  inkişafının,  bir  ildə  əhalinin  adam  başına 
düşən  enerjinin  miqdan  ilə,  və  ya  enerjini  yaradan  əmək  alətlərinin 
(texnologiyalar  -   F.M.)  effektivliyinin  inkişafı  ilə  düz  mütənasib 
olması  qanunauyğunluğunu  müəyyənləşdirir.  O, mədəniyyətin  inkişaf 
səviyyəsini səciyyələndirən  üç universal faktor  ayırır:
• 
Bir ildə adam başına istifadə edilən  enerjinin miqdan:
• 
İnsan  inkişafi  məqsədi  ilə  enerjinin  əldə  etilməsi  üçün 
effektiv texnologiyalar;
• 
İnsan  tələbatının  ödənilməsi  üçün 
istehsal  edilmiş 
predmet və xidmətlərin həcmi.
Bu faktorlann  təhlili  əsasında, o, mədəniyyəti  rifahın inkişafında 
texnoloji  faktor kimi  izah  edən,  mədəniyyətin  təkamül nəzəriyyəsini 
və  ya 
"Uayt  qanunu"-nu  formula  edir.  Bu  qanuna  görə,  insanın 
tələblərini  ödəmək  üçün  adambaşına  istehsal  edilmiş  məhsul  və 
xidmətin  miqdan  ilə  ölçülən 
mədəniyyətin  inkişaf  səviyyəsi, 
adambaşına  istehsal  olunmuş  eneıji  və  bu  enerjinin  istifadəsi  üçün 
zəruri olan  texnoloji vasitələrin effektivliyi ilə  müəyyən olunur.
Özündə  sosial  təkamül  nəzəriyyəsinin mənbəyini əks etdirən  antik 
müəlliflərin, eləcə də Taylor, Morqan, İbn Həldun, Kant, Herder, Kont 
və  digər  alimlərin 
yanaşmalanna  istinadən,  Uayt,  mədəniyyətin 
tədqiqi  üçün 
ardıcıl,  pilləli  inkişaf  prinsipinə 
əsaslanan  yeni 
metodologiya  yaratdı.  Tarixi,  məntiqi  və təkamül  təhlili  prinsiplərini 
əsas tutaraq, o,  bütöv sistem olan  mədəniyyətin tədqiqində üç  prosesi 
ayırdı:
  Unikallığı 
ilə 
fərqlənən 
nadir  hadisələrin 
xronoloji 
ardıcıllığından ibarət zamani proses;
✓   Hadisələrin 
zamandan 
kənar, 
struktur 
və 
funksional 
aspektlərində təqdim olunduğu formal proses;
/   Hadisələrin  ümumi  keyfiyyət  və  xüsusiyyətlərini  aşkarlayıb. 
proqressiv  dəyişən  formaları  zaman  ardıcıllığı  kimi  təqdim  edən 
formal-zamani proses.
Buna  uyğun  olaraq,  alim,  mədəniyyətin  təfsirinin  üç  üsulunu 
təqdim  edir:  tarixi,  funksional  və  təkamül  . 
Bununla  belə  alim 
göstərmişdir  ki,  təkamülçü  yanaşma  tarixi  hadisələrin  unikkallığı
219


Fuad  Mamroadov
Kulturologiva effektivli  havat va faalivvala aparan vol
axtarışlarına  yox,  ümumi  mədəni  keyfiyyət  və  xüsusiyyətlərin  aşkar 
edilməsinə 
istiqamətlənmişdir. 
Beləliklə, 
təkamülçü 
yanaşma 
mədəniyyətin  dəyişməsi 
prosesini  izləməyə  və  onun  inkişafının 
ümumi qanunauyğunluqlarını  aşkar etməyə imkan verir.
Həyat  Uaytm  kəşfinin  yüksək  əhəmiyyətini  və  yaratdığı  elmin  - 
ənənəvi  humanitar və  sosial  elmlərin  həll  etmə  imkanı  xaricində  olan 
mürəkkəb  elmi-praktik  problemləri, 
keyfiyyətcə  yeni  səviyyədə 
məntiqi 
yolla  həll  etməyə 
qabil  olan  kulturologiyanın 
yüksək 
dəyərini  təsdiqləmişdir.  Uayt  etnologiya,  antropologiya,  psixologiya 
və  sosioloji  materialların  məntiqi  təhlil  və  tərkibi  əsasında 
lokal 
mədəniyyətlərin 
komparativ  təhlilindən  -  bəşər  mədəniyyətinin 
inkişaf  qanunauyğunluqlarının  aşkar  edilməsinə  doğru  cığır  açdı. 
Amerika  aliminin  xidməti  ondan  ibarət  oldu  ki,  o,  ilk  dəfə  olaraq 
mədəniyyətin yeni  anlamını  elmi  tədavülə buraxmış,  kulturologiyanın 
predmet sahəsini müəyyənləşdirilmiş,  mədəniyyət haqqında elm  üçün 
“kulturologiya”  termininin  istifadəsini  əsaslandırmış, 
təkamül 
konsepsiyasını  yenidən  işləyərək,  bəşər  mədəniyyətini  bütöv  sistem 
kimi  tədqiq  etməyə  imkan  verən 
sistemli  yanaşma  təqdim  edə 
bilmişdir. 
Uayt  öz  elmi  tədqiqatları  ilə  göstərdi  ki,  sosiologiya, 
psixologiya  və  s.  ayrı-ayrı  ənənəvi  elmlərin  həll  edə  bilmədiyi 
mürəkkəb  elmi  problemlərin 
mümkün  qədər  optimal  həlli 
kulturologiya vasitəsi  ilə  həyata keçirilə bilər.  Onun,  insan,  cəmiyyət 
və  bəşəriyyətin  inkişaf proseslərinin  dərk  edilib  tənzimlənməsi  üçün 
zəruri  olan  kulturologiyanın  perspektivliliyinə  bəslədiyi  dərin  inam, 
bu  gün  dünya  mədəniyyəti  və  sivilizasiyası  praktikasında  öz  əməli 
təsdiqini  tapır  .  Komponentlərini  bir  çox  humanitar,  sosial  və  təbii 
elmlərdən 
götürmüş, 
müasir  kulturologiya,  öz  metodoloji 
alətlərindən  istifadə  etməklə,  həm  mədəniyyətin  müxtəlif hadisə  və 
institutları,  həm  də 
bütövlükdə 
mürəkkəb 
ictimai,  dövlət  və 
beynəlxalq  proseslərin  elmlərarası  tədqiqi  üçün  geniş  imkanlar açır. 
Müstəqil  sosial  fenomen  və  noumen  olan 
mədəniyyətin  sistemli 
tədqiqi  təbiət  elmlərinin  təbiət  elmlərinin  tədqiqat  metoduna  uyğun 
olaraq, 
sosial-mədəni  proseslərin 
effektiv  modelləşdirilməsi 
və 
proqnozlaşdırılması üçün  geniş imkanlar açır.
Humanist 
“mədəniyyət  və  insan” 
konsepsiyasının  müəllifi, 
mədəniyyətin  öyrənilməsinin  yeni  metodu  olan 
transpersonal
2 2 0
Fuad Mammadov
Kullurologiva effektivli havat уд faalivvala aparan yol
psixologiyanın  banisi,  amerika  psixoanalitik  alimi  Abraham  Maslou 
da  mədəniyyəti  insan  tələbatları  prizmasından  təhlil  edir.  L.Uaytın 
əsas  ideyalarını 
inkişaf  etdirib  təkmilləşdirən 
A.Maslou,
mədəniyyətin 
kamillik  keyfiyyəti  kimi,  onun  insan  tələbatlarını 
ödəməsi  və  şəxsiyyətin  potensial  qabiliyyətini  sosial  reallaşdırması 
üçün  əlverişli şəraitin  yaradılmasını, müəyyənləşdirir.
Universal  fəlsəfə  kimi  təklif  olunan 
bu  konsepsiyanı,  o, 
mədəniyyətin müxtəlif sosial  institutlarının  dərk edilməsi  açan  hesab 
edirdi.Alim  halizm 
fəlsəfəsini  rəhbər  tutaraq, 
tələbatlann  beş 
səviyyəsini  müəyyən  edir:  1.  Fizioloji  tələbat;  2.  Özünüqoruma 
tələbatı;  3.  Məhəbbət  və  birlik  tələbatı;  4.  Tanınmaq  və  özünütəsdiq 
tələbaıt; 
5. 
Yaradıcılıq 
vasitəsi 
ilə 
təkmilləşmə 
və 
özünüaktuallaşdırmaya olan tələbat.
Maslounun  hazırladığı  “ideal  cəmiyyət”  modeli  -  mədəniyyətin 
sosial  institutlannm  humanistcəsinə  dəyişdirilməsi  vasitəsi  ilə  insan 
harmoniyası,  təhlükəsizlik  və 
qabiliyyətləri  maksimal  inkişaf 
etdirmək  imkanı,  eləcə  də  insan  şüurunun  dəyişdirilməsi  pnnsipləri 
üzərində qurulmuşdu.
L.A.Uayt,  A.Maslou  və  digər  tanınmiş  alimlərin  mədəniyyətin 
elmi  təhlil  konsepsiyalan  bu  məqalənin  müəllifi  tərəfindən 
sosial 
mədəniyyət,  həyat  keyfiyyəti  və  rifahın  inkişafının  effektivliyinin 
təmin edilməsi məqsədi ilə  optimal texnologiyaların  məntiqi açan ola 
biləcək  bir neçə  kulturoloji formulun yaradılmasına imkan vermişdir. 
Bu,  mədəni  insanın formulu,  mədəniyyət,  istehsalat  və  idarəetmənin 
effektivlik formulu, səadət,  uğur və digərin formullarıdır.
Bəşəriyyətin  mədəni  inkişafının  əsasını  həyatın  qorunması,  ona 
yardım  edilməsi,  daha  da  yaxşılaşdınlması  və  artmaqda  olan  insan 
ehtiyaclannın  ödənməsidir. 
Bu  zaman  sosial-mədəni  tərəqqinin 
sürət  və  keyfiyyəti  mədəniyyətin  effektivliyi  ilə  müəyyənləşir. 
Cəmiyyətin 
mədəni  effektliyi  artdıqca,  iqtisadi  inkişaf səviyyəsini 
səciyyələndirən  ümumi  ictimai  məhsul  göstəriciləri,  insan  inkişafı 
indeksi,  rifah və həyat keyfiyyəti  səviyyəsi daha yüksək olur.
221


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə