Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə52/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   48   49   50   51   52   53   54   55   ...   104

Fuad  Mammadov
KulmrologtYa effcktivli haval va fjalivyatn aparan yol
təcrübəsi  tədqiqatlarına 
istinad  edən 
Boas,  mədəniyyətin  - 
inteqrasiyası, diffuziyası  və onların  qarşılıqlı  təsirlə bütövləşməsindən 
ibarət,  ikililik  anlayışım  yaratdı.  Müxtəlif mədəniyyətlərin  universal 
və  oxşar cəhətlərini  qeyd  edən  təkamülçü  yanaşmanın  əhəmiyyətini 
inkar etməyən  alim,  hər bir mədəniyyətin  öz  inkişafının  nəticəsi  olan 
özünəməxsus 
xüsusiyyətlərin  mühüm  əhənmiyyətini  göstərmişdir. 
Boasm  xidmətləri  ondan  ibarət  olmuşdur  ki,  о,  XIX  əsrin  təkamül 
antropologiyasına 
ciddi 
töhfələr 
vermiş 
və 
amerika 
antropologiyasının  başlıca  məfhumu  olan  “mədəniyyət”  anlayışının 
tanınmasına nail olmuşdur.
Alman  mədəni-tarixi  məktəbi,  mədəniyyətin  inkişafi  haqqında 
təsəvvürlərin  subyektiv-emosional  səciyyə  çərçivəsindən  kənar, 
tarixin  dürüstlük  meyarı  olması  fikrindən  çıxış  edirdi.  Alman 
etnoloqlan  “inkişaf  nəzəriyyəsi”  daxilində  mədəniyyətin  inkişafına 
təkamülçü  baxışları  inkişaf  etdirərək,  qeyri-avropa  xalqlarının 
və 
alman  dilli  etnosların  mədəniyyət  və  mədəni  proseslərini,  T.Vays, 
Y.Lippert  və  bu  nəzəriyyənin  digər  tərəfdarları,  mədəni  əlamətlərin 
məkan  və  zaman  daxili  zahiri  oxşarlıqlarını  insan  psixologiyasının 
vahidliyi  ilə  izah  edirdilər.  Alman 
alimləri  tərəfindən,  həm  də, 
mədəni-mifoloji,  mədəni-coğrafi  və  mədəni-tarixi  təlimlər,  sonralar 
isə  -  etno-psixologiya,  etno-sosiologiya  və  funksional  sosiologiya 
daxilində 
diffiıziya 
prosesləri 
öyrənilmişdir. 
Müasir 
alman
etnologiyasmın mühüm xidmətlərindən biri, mədəniyyətə etnotəkamül 
və  diffiıziyaçı  yanaşmalardan  -  sistemli  bir  baxış  yaratmasmdadır. 
Alman  mədəniyyətinin  daim  zənginləşdirilib 
proqressiv  inkişafı 
məqsədi  ilə  digər mədəniyyətlərin  tədqiqi zəruriliyinin  dərk edilməsi 
mühüm  prinsipial dövlət əhəmiyyəti daşıyırdı.
Mədəniyyətin  və onun sosial  institutlarının  struktur və  funksional 
ölçülərini  vurğulayan  A.Radkliff-Braun,  B.Malinovski,  K.Levi-
Strossun əsərlərində  etnoloji tədqiqatlar daha da inkişaf etdirilmişdir.
İngilis  etnoqrafi  və  sosioloq,  etnoqrafiya  sahəsində  funksional 
məktəbin  görkəmli  nəzəriyyəçisi  Alfred  Radkliff-Braun 
“sosial
antropologiya”  -nın  yaradıcısı  və  müasir  antropologiyada  sistemli 
yanaşmanın 
təşəbbüsçüsüdür. 
Onun 
hazırladığı 
sosial
antropologiyanın  induktiv  metodu,  mədəniyyət  hadisəsinin  əsasını
214
Fuad  Maromadov
Kulturologiva cffcktivli hovat 
уд
 foalivvata aparan vol
təşkil  edən  ümumi  qanunların  dərk  edilməsində  mühüm  alət  kimi 
istifadə olunmuşdur.
İngilis  etnoqraf və sosioloqu,  etnoqrafiyada  funksional məktəbin 
banisi  olan  Bronislav  Malinovski,  məğzini  insan  ehtiyacları  təşkil 
rtdiyi,  sosial  institut  və  fəaliyyət  məhsullarının  məcmuundan  ibarət 
mədəniyytətin elmi nəzəriyyəsini yaratmağa can atırdı.
Struktur  antropologiyanın 
banisi, 
mədəniyyət  hadisələrinin 
öyrənilməsində  tarixi  faktorlara  xüsusi  əhəmiyyət  verən  və  müasir 
kulturologiyanın  təşəkkülünə  ciddi  təsiri  olan  fransız  etnoqraf  və 
sosioloqu 
Klod  Levi-Stross,  müxtəlif  mədəniyyətlərin 
obyektiv 
köklərini  müəyyənləşdirməyə  cəhd  göstərmişdir.  Onun  təklif etdiyi 
etnoloji  təfsirlər  dünya  mədəniyyət  tarixinin  yazıyaqədərki  dövrünün 
tarixi rekonstruksiyasına təsir göstərmişdir.
Məlumdur  ki,  insanın  təbiətdə  və  sosial  mühitdə  mövcudluğunun 
fundamental  problemlərini  öyrənən  antropologiya  bir  elm  kimi,  bir 
sıra  sosial  və  bioloji  elmlər  də  daxil  olmaqla,  idrakın  kifayət  qədər 
geniş sahəsini əhatə edir.  O,  insanın bioloji tarixini, onun  psixologiya 
və genetikasını,  paleontologiya, arxeologiya,  etnoqrafiya, etnologiya, 
sosiologiya,  mifologiya,  linqvistika,  sosial  coğrafiya  və  demoqrafiya 
sahələrini  əhatə  edir.  XIX  əsrdə  antropologiya  daxilində, 
predmet 
sahəsi  insan və mədəniyyətin  qarşılıqlı  münasibətləri  və mədəniyyət 
yaradıcı,  eyni  zamanda  yaradan 
insanın 
genezis  problemi  olan 
mədəni antropologiya formalaşır.
XX  əsrin  əvvəllərində  həm  antropologiyanın  inkişaf məntiqi,  həm 
də  elmin  inkişafi  üçün  səciyyəvi  olan  diferensasiya  və  inteqrasiya 
prosesləri  bütövlükdə 
insan  mədəniyyətini  və  onun  tədqiqat 
metodlarını,  elmi  fikri  yeni  axtanşlara  stimullaşdıran  bütöv  sosial- 
tarixi  sistem  kimi  anlamağın  yeni  tələblərini  ortaya  çıxardı.  Alimlər 
arasında  sənayedən  əvvəlki  mədəniyyətlərin  öyrənilməsindən  -  bu 
günkü  mürəkkəb  cəmiyyətlərin, 
insan  və  insan  mədəniyyətinin 
sistemli  tədqiqinə  keçməyin zəruriliyinin  dərk edilməsi  və bu  sahədə 
müxtəlif  yollann  axtarışı  baş  verirdi.  Belə  ki,  İ.Kantın  qaldırdığı, 
insanın  mövcudluğu  və  mahiyyəti  barədə  problemə  cavab  olaraq, 
fəlsəfi  antropologiyanın,  aksiologiyanın  və  idrak  sosiologiyasının 
banilərindən  biri,  alman  filosofu  Maks  Şeler  mədəniyyətə,  insan 
varlığı  ilə  şərtlənən 
təbiət  və  fəaliyyətin 
humanistləşdirilməsi
215


Kuad  Mommylov
Kulturologiya effektivli  havat va faalivvata aparan vol
vasitəsi  kimi  baxmağı  təklif  edir.  1928-ci  ildə,  o,  insan  varlığının 
müxtəlif sahələrinin  konkret  elmi  tədqiqini  onun  fəlsəfi  idrakı  ilə 
vəhdətdə  öyrənilməsini  nəzərdə  tutan,  insan  haqqında  əsaslı  bir  elm 
yaradılması  məsələsini  irəli  sürdü.  Alim  bu  elmə  bütün  bütün  elm 
sahələrinin,  eləcə də antropologiyanın daxil edilməsini təklif edirdi.
Lakin  zamanın 
tələbi  ilə  mədəni  antropologiya  tərəfindən 
qoyulmuş  bu  problemə 
ən  tutarlı  cavabı  cavabı  - 
amerikanın 
yenitəkamülçü  antropoloqu,  F.Boasm  tələbəsi  Lesli  Alvin  Uayta 
vermək  müyəssər  oldu. 
Əsas  vəzifəsinin  yalnız  keçmişi  öyrənmək 
deyil,  eləcə də,  bəşəriyyətin müasir inkişafinın  aktual  problemlərinin 
araşdırılması,  mədəniyyətin  sistemli  tədqiqi  üçün  metodoloji  və 
nəzəri  bazanın  hazırlanması  olduğunu  qeyd  edən  alim,  yeni  elmin 
yaradılması  zərurətini  əsaslandırdı.  Uaytın  1949-cu  ildə  çap olunmuş 
“Mədəniyyət  haqqında  elm”  kitabı  mədəniyyət  və  onun  qeyri- 
məhdud  dəyişdirici  imkanlan  haqqında  təsəvvürlərin  inkişafında 
inqilabi  çevriliş,  keyfiyyətcə  yeni  səviyyə  oldu.  O,  ictimai  elmlərin 
inkişafina, 
humanitar  biliklərin  yeni 
ənənələrinin  yaranmasına 
mühüm  töhfə  oldu.  Antropologiya,  psixologiya,  sosiologiya,  tarix  və 
ekologiyanın  nailiyyətlərindən  istifadə  edib, 
müəllimi  F.Boasın 
ənənələrini  yaradıcı  inkişaf  etdirən  Uayt  XX  əsrin  yeni  elmini  - 
ictimai  elmlərin  inkişafında 
keyfiyyətcə  yeni  səviyyə  olan  -  
kulturologiyanı yaratdı.
Hələ  20-ci  illərdə  L.Uayt 
insanların  davranış  motivasiyası 
problemini  öyrənməyə  başladı.  Bu  tədqiqatlar  nəticəsində,  o, 
mədəniyyətin,  onda  baş  verən  dəyişmə  proseslərinin  tədqiqi  üçün 
təkamül  nəzəriyyəsindən  istifadə  etməyin  zəruriliyi  və  imkanlarını 
anladı.  Eyni  zamanda,  o,  L.Morqanın 
tədqiqatlarına  istinadən, 
göstərir  ki, 
mədəni  təkamül  konsepsiyasıF.Boas  və  digərlərinin 
düşündüyü  kimi,  Ç.Darvinin 
bioloji  təkamül  konsepsiyası  ilə
əlaqədar  deyil.  Bu ideya  antik,  orta əsr mədəniyyətindən keçib, Yeni 
dövr  mədəniyyətinə  gedərək,  Horatsi, 
İbn  Haldun,  Yum,  Kant, 
Herder,  Kont  və  bir  çox  mütəfəkkirlərin  əsərlərində  müşahidə  edilir. 
O,  eyni  zamanda,  Taylor,  Morqan  və  Spenserin  əsərlərində  öz əksini 
tapır.  Mədəniyyətin  təkamül  nəzəriyyəsinin  mahiyyəti,  mədəniyyətin 
yeni  formasının  köhnənin  inkişafi  nəticəsində 
təzahür  olunduğu 
mərhələli inkişafdadır.
216
Fuad  Mamın tıdov
Kulturologiva effektivli haval va faalivvata aparan vnl
Taylorun  antropoloji  ənənələrini  dirçəldən  Uayt, 
mədəniyyəti 
insanın  intellektual  imkanlan,  onun  simvolik  təfəkkür  qabiliyyətləri 
ilə  bağlayırdı.  İdeyalar,  inanclar,  hissi  münasibətlər,  fəaliyyətlər, 
davranış  normalan,  ənənələr,  qanunlar,  institutlar,  incəsənət  əsərləri 
və  formalan,  dil,  alətlər,  əmək  vasitələri,  mexanizmlər,  əşyalar və  s. 
kimi  hadisələri  nəzərdən  keçirən  Uayt,  onlann  öyrənilməsinin  iki 
aspektini  müəyyənləşdirir  :  somatik  (psixoloji)  və  ekstrasomatik 
(kulturoloji).  O, alimlərin diqqətini  psixologiyanın  insan davranışım 
somatik  kontekstdə,  predmet  və  hadisələrin  bir-birinə  təsirini  insan 
orqanizmi  ilə 
qarşılıqlı  fəaliyyət  çərçivəsində  nəzərdən  keçirir. 
Kulturologiya  isə  həmin  predmet  və  hadisələri  qarşılıqlı  əlaqədə  - 
ekstrasomatik  kontekstdə  nəzərdən  keçirir.  Beləliklə,  Uayt  ilk  dəfə 
olaraq,  ideya,  münasibət,  fəaliyyət  və  əşyalatın  məcmusunu  təşkil 
edən,  maddi  predmetlərin  mədəniyyətin  bölünməz  hissəsi  olduğunu 
göstərib,  mədəniyyəti  bütöv  sistem  və  elmi  tədqiqatların  müstəqil 
obyekti  kimi  müəyyənləşdirdi.  Alim  “kulturologiya"  (culturology  ) 
sözünü,  tədqiqata  yeni  məntiq  və  metodologiya  tətbiqinə  əsaslanan, 
insan  inkişafi  üçün 
yeni  imkanlar  açan,  tarixə  yeni  baxış 
formalaşdıran  elmin müəyyənləşdirilməsi zərurəti kimi izah edirdi.
Uayt  anlayırdı  ki, 
insanların 
fərdi  və  kollektiv  davranışının 
determinasiya  problemləri  ilə  məşğul  olan  sosiologiya  və  sosial 
psixologiya  məsələləri 
insan  mədəniyyətinin  sistemli  təhlili  üçün 
zəruri  olsa  da,  kifayət  deyil. 
Məntiqi  təhlil  əsasında,  o.  bioloji 
fərqlərlə  şərtlənən  heyvanlar aləminin  davranışından  fərqlənən  insan 
üçün, istər fərdi, istərsə də  sosial səviyyədə məhz mədəniyyətin fərqli 
cəhət  olmasından  ibarət 
elmi  kəşf  etdi.  Başqa  sözlə,  insan 
cəmiyyətində  insanların  davranışı  və  cəmiyyətin  inkişaf səviyyəsi, 
dəyişməsi ilə cəmiyyəti də dəyişdirən  mədəniyyətdən asılıdır.  Buradan 
belə  bir  fundamental  nəticə  alınır  ki, 
insan  davranışı  onun 
mədəniyyətinin funksiyasıdır  və  mədəniyyətin  dəyişməsi  davranışı  da 
dəyişdirir.  (B=f(C)).  Uayt  tərəfindən  mədəniyyətin  "yeni  dünya”, 
ekstrasomatik  dünya  (  yəni,  insanın  bioloji  təbiətindən  yuxanda 
duran),  kimi kəşf edilməsi elmdə mühüm addım oldu.  O, mədəniyyət 
anlamının  düzgün  başa  düşülməsi  və 
onun  imkanlannm  insan 
maraqlanna 
istiqamətləndirilməsi  üçün 
baza  yaratdı. 
Müəllif 
inanırdı  ki, 
elm  tarixindəki  bu  kəşf 
nə  vaxtsa,  Kopemikin
217


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə