Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə90/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   86   87   88   89   90   91   92   93   ...   104

Ku»d  Mammodov
Kulturolo&iya effekıivli həyat  >» fəaliyyət» aparan  yol
Kulturoloqlann  hazırlanmasında  fundamental  təhsil  elmi,  nəzəri  və 
tətbiqi  problemlər  üzrə  xüsusi  təlimlə  birgə  aparılmalıdır.  Deməli, 
kulturoloq-  müəllim  müxtəlif  ölkələrin  sosial-mədəni  fəaliyyət 
sahələri, idarəetmə və mədənii  inkişafın milli texnologiyaları, eləcə də 
bu 
sahədə  beynəlxalq 
təcrübə  barədə  dürüst  və  müfəssəl 
informasiyaya  malik  olmalıdır.  O,  elmi  tədqiqatların  nəticələrindən 
istifadə  etməklə  mütəxəssis  və  əhalinin  müxtəlif  qrupları  üçün 
mədəniyyət  və  mədəni  siyasət  məsələləri  üzrə 
təhsil-maarifçi 
proqramlar,  kulturoloji  konfrans,  seminar,  treninq,  ictimai  diskussiya 
və debatlar  hazırlayıb həyata keçirməyi bacarmalıdır.
Kulturoloq-menecerin  seçilmiş  ixtisas  üzrə  işləməsi  üçün,  nəzəri 
biliklərini 
möhkəmləndirib 
praktik 
vərdişlər, 
yüksək 
siyasi 
mədəniyyət,  mədəniyyətin  inkişafının  təşkili  və  idarəedilməsinin 
praktik  fəaliyyət  təcrübəsi  qazanmasının  mühüm  əhəmiyyəti  var 
Mədəniyyətin  inkişafının  idarə  edilmə  sahəsi  üzrə  mütəxəssis 
mədəniyyət  və  mədəni  siyasətin  mahiyyət,  sosial  funksiya  və 
imkanları  haqqında  dəqiq  təsəvvürə  malik  olmalıdır.  Kulturoloq- 
menecer  istehsalat  təcrübəsi  zamanı 
dövlət  idarəçiliyi, 
dövlət 
mədəniyyət  idarələri,  qeyri-hökumət  təşkilatlan  və  bələdiyyələrin 
fəaliyyəti  zamanı 
yaranan  situasiyalan  düzgün  qiymətləndirməyi 
ictimai  tərəqqiyə  yardım  edən  optimal  siyasi  qərarlar  tapmağı 
öyrənməlidir.  O,  uyğun  mədəniyyət  müəssisəsi  və  ya  onun 
şəbəkəsinin resurs  və heyətini düzgün idarə etməyi bacarmalıdır.  Ruhi 
mədəniyyət  sahələri  üzrə  müəssisələrin  strateji  planlaşdırması, 
koordinasiyası, 
maliyyələşdirilməsi,  hüquqi  tənzimlənməsi  və 
monitorinqi,  mədəni  sahənin  təkmilləşdirilməsi  üzrə  tövsiyələrin 
hazırlanması  onun  vəzifə  borcudur.  Elmi  nailiyyətlərə  istinadən,  o, 
praktik  problemlərin  sistemli  kulturoloji  təhlilini  həyata  keçirməyi 
bacarmalı, yeni modellər layihəsi hazırlayıb, həyata keçirməlidir. Milli 
və  qlobal  mədəni  məkanda  sosial-mədəni  fəaliyyətin,  tərəqqipərvər 
inkişaf proseslərinin  təhlili,  modelləşdirilməsi  və  proqnozlaşdırılması 
azərbaycan  ictimaiyyəti  və  dövlətinin  maraq  və  tələbatlarına  cavab 
verməli, 
dünya  sivilizasiyasının 
inkişaf  tendensiyalarını  və 
qanunauyğunluqlarını nəzərə almalıdır.
Dünya  təcrübəsindən  çıxış  edərək,  kulturoloqlara  universal 
biliklərin  verilməsi  və onlarda  məsuliyyət mədəniyyətinin  yaradılması
366
Fuad  Məmmədov
Kulturologiva effektivli hava! və fəaliyyətə aparan vol
ilə  bərabər,  onlann  təlimini  aşağıda  göstərilən  yeni  istiqamət  və 
ixtisaslar  üzrə  təşkil  etmək  məqsədəuyğundur  :  dövlət  idarəçiliyi 
mədəniyyəti, 
beynəlxalq 
münasibətlər 
mədəniyyəti, 
ruhi 
mədəniyyətin  inkişaf  proseslərinin  dövlət  tənzimlənməsi,  dövlətin 
mədəni  inkişaf  sahəsində  investisiya  proseslərinin  tənzimlənməsi, 
xarici  mədəni  siyasət,  polisentrik  idarəetmə  sistemi,  mədəniyyətin 
inkişafının  hüquqi  təminatı, 
incəsənətdə  kulturoloji  menecment, 
ekoloji  mədəniyyət  və  təbiətdən  istifadənin  idarə  edilməsi,  qeyri 
hökumət  təşkilatlarının  idarəedilməsi  mədəniyyəti,  əmək  və  sosial 
münasibətlər mədəniyyəti,  dövlətin  mədəniyyət  siyasəti,  informasiya 
mədəniyyəti, jurnalistika  mədəniyyəti,  biznes  etikası,  elm,  təhsil  və 
incəsənət 
müəssisələrinin  heyətinin  idarə  edilməsi,  ictimaiyyətlə 
əlaqə mədəniyyəti və s.
Beləliklə,  sosial-humanitar  fənn  olan  kulturologiva 
bütün 
səviyyələrdə  -  məktəbəqədər,  məktəb,  ali  məktəb,  eləcə  də  ikinci 
təhsil  və  kadrların  ixtisasartırma  sistemlərində  tədris  edilməlidir. 
Bunun  üçün  onun  tədrisinin  həm  ümumtəhsil,  həm  də  xüsusi ləşmiş 
səviyyəsi  müəyyən edilməlidir.  Rusiya Federasiyası  və digər ölkələrin 
təcrübəsinə istinadən,  Azərbaycanda kulturoloji təhsil  elmi-tədqiqat,
,  ekspert, 
pedaqoji  və 
mənəvi  mədəniyyət  sahəsində 
inzibati 
idarəetmə  fəaliyyəti  üçün 
yüksək  ixtisaslı  mütəxəssis  hazırlığını 
təmin  etməlidir. 
Lakin  universal  bilikli  mütəxəssislər  olan 
kulturoloqlann  praktiki  iş  sahəsi  artbiznes,  media,  reklam  və 
beynəlxalq  əlaqələrlə  məhdudlaşmamalıdır.  O,  dövlət  və  ictimai 
həyatın  geniş sosial-mədəni  fəaliyyət sahəsini əhatə etməlidir.  Bu gün 
yüksək  ixtisaslı  kulturoloq  mütəxəssislərin  -   tədqiqatçı,  müəllim  və 
menecerlərin  hazırlığı  xüsusi  əhəmiyyət  kəsb  edir.  Müasir kulturoloq 
-   insan,  cəmiyyət  və  dövlət  haqqında  elmi  biliklərin  sintezatorudur. 
Onun  yüksək  peşə  və  ümumi  mədəniyyəti  -  dövlət  quruculuğu  və 
idarəçiliyindəki  mürəkkəb  problemlərin 
effektiv  həllinin  açandır. 
Universal  kulturoloji  biliklərə  istinadən,  o,  tədqiqat,  təhsil,  maarif 
məsələlərini  həll  etməyi  bacarmalı,  sosial-mədəni  həyat  fəaliyyətinin 
tərəqqipərvər  texnologiyalanna  istiqamətlənən  inkişafın  novasiyalı 
modellərini 
hazırlamalı, 
investisiya 
siyasətini 
düzgün 
formalaşdırmalı,  mədəniyyətin  inkişafım  idarə  etməlidir.  Dövlətin 
beynəlxalq  nüfuzunun,  onun  sivil  dünya  birliyinə  inteqrasiyasının
367


Kuad  Mammadov
Kulıuroloeiva cffektivli haval  va faalivvata aparan  vol
möhkəmlənməsinə  yardım  edən,  ölkənin  xarici  mədəni  siyasəti  də 
kulturoloqun diqqət mərkəzində olmalıdır.
Kulturoloqların  məsuliyyətli  missiyası  bu  mütəxəssislərin  dövlət 
quruculuğu  və  idarəçiliyinin  müxtəlif  sahələrində  nəinki  effektiv 
hazırlığı  və  istifadəsini,  eləcə də onlarda idarəetmə, pedaqoji,  elmi  və 
diplomatik  vərdişlərin 
formalaşdınlmasını  tələb  edir.  İstehsalat 
praktikası  gənc  mütəxəssislərin  demokratik  sistem  şəraitində 
mədəniyyətin  müxtəlif  sahələrində  peşə  vərdişlərinə  yiyələnməsi  və 
praktik 
fəaliyyətə 
uyğunlaşmasına 
yardım 
məqsədi 
daşıyır. 
Kulturoloqların  istehsalat  praktikası  ikili  məqsəddən  çıxış  edərək 
qurulmalıdır.  O,  bir  tərəfdən  respublikada  ruhi  mədəniyyətin  inkişafi 
sahəsində  toplanmış 
praktik  təcrübənin  öyrənilməsi  və  tələbə- 
kulturoloqlarda  praktik  vərdişlərin  formalaşdıdırlmasına  yardım 
etməlidir.  Digər  tərəfdən  isə,  sosial-mədəni  tərəqqini  təmin  edən 
dövlətin  idarəetmə,  yaradıcı  və  digər  strukturlarının  praktik 
fəaliyyətində  proqressiv  dəyişikliklərə  yardım  edən  yeni  kulturoloji 
biliklərin genişlənməsinə kömək etməlidir.
Azərbaycanda  sosial-mədəni  fəaliyyətin 
praktik  təcrübəsinin 
*  öyrənilmə  obyekti  mədəniyyətin  aşağıdakı  sosial  institut  və  sahələri 
olmalıdır  -   təhsil  və  tərbiyə;  elm;  maarif;  yüksək  texnologiyalar; 
tərcümə  fəaliyyəti;  dil,  ədəbiyyat,  incəsənət;  informasiya;  idman; 
tərizm;  iqtisadiyyat;  hüquq;  təşkilat  və  idarəetmə;  ideologiya;  daxili 
siyasət;  beynəlxalq  münasibətlər;  din;  uşaq,  qadın  və  gənclərin 
inkişafı; 
qeyri-hökumət 
təşkilatlan; 
bələdiyyələr; 
parlament; 
beynəlxalq  təşkilatlar.  Sosial  xidmət,  eləcə  də  ,  intellektual,  təhsil, 
texnoloji,  mənəvi,  bədii,  idarəedici,  informasiya  və  digər  dəyərlərin 
istehsal, mühafizə, istifadə və ötürülməni  həyata keçirən  təöşkilatlann 
təcrübəsi  diqqətlə öyrənilməlidir.
İnsan  inkişafında  kulturologiyanın  artan  rolunu  nəzərə  alaraq, 
tezliklə  Bakıda  və  Azərbaycanın  regionlannda  dövlət  səviyyəsində 
kulturoloji  maarifləndirilməni  genişləndirmək,  daimi  fəaliyyətdə  olan 
kulturoloji  seminar  və  treninqlər  şəbəkəsi  təşkil  etmək  vacibdir.  Belə 
kulturoloji  proqram  və  layihələr  ilk  növbədə,  dövlətin  yardımı  ilə, 
ölkənin  rəhbər  işçiləri  üçün  -mərkəzdə  və  yerlərdə  dövlət  rəhbərləri 
və  siyasətçilər,  deputat  və  diplomatlar,  eləcə  də  bələdiyyə  və  qeyri- 
hökumət  təşkilat  rəhbərləri  üçün  həyata  keçirilməlidir.  Onlar ölkənin
368
Kuad  Vlammadov
Kulturologiya effektiv»  hav al  va faaliv^ata aparan  vol
bütün  əhalisini, 
dövlət  idarələri, 
sənaye  müəssisələri,  özəl 
sahibkarlıq,  Azərbaycan  regionlarındakı  kənd  əhalisi  və  icmaları 
əhatə 
etməlidir. 
Kulturoloji 
təhsil 
və 
maarifin 
mühuııı 
istiqamətlərindən  biri 
uşaqların  tərbiyəsi  olmalıdır.  Ölkədə  bütün 
səviyyələrdə  - 
ailə,  killektiv,  cəmiyyət,  dövlətdə  yeni  kulturoloji 
tərbiyə  sisteminin  hazırlanması  vacibdir.  Bu  tərbiyə  özündə 
azərbaycanlıların  milli  dəyərini  demokratik  mədəniyyət  dəyərlən  ilə 
sintez  edən  dəyərlər  sistemi  əsasında  qurulmalıdır.  Bu  mussiyanı 
mədəniyyətin 
inkişafının  başlıca  hərəkətverici  qüvvəsi  olan 
Azərbaycan  ziyaldan  yerinə  yetirməlidir.  Bunun  üçün  yeni  uşaq 
mədəni  mərkəzlərinin,  kitabxana,  klub  və  digər  təhsil-tərbiyə 
ocaqlannın yaradılması  vacibdir.
Beləliklə,  respublikanın  kulturoloji  tədqiqat,  təhsil  və  maarifə  olan 
ehtiyac  böyükdür.  Azərbaycanda 
vətəndaş  cəmiyyətinin  inkişafı 
insanın  cəmiyyətdək  ləyaqət  və  məsuliyyətini,  onda  öz  qüvvəsinə 
inam,  rəqabətəqabillik,  ictimai-faydalı  əməyin 
prioriteti,  ədalətli 
sosial  nizam,  qanunlann  cəmiyyətdə  müzakirəsi  və  qəbul  edilməsi 
əsasında 
həyatın 
hüquqi 
tənzimlənməsi 
kimi 
dəyərlərin 
formalaşdınlmasını 
nəzərdə  tutur. 
Tarixi 
inkişafin  müasir 
mərhələsində 
azərbaycan  xalqının  mədəni  dəyər  və  normalar 
ierarxiyasında  bilik  və  bacanq,  həqiqət  və  ədalətə,  nizam-intizama, 
qanunsevərliyə,  enerji,  iradə,  humanizm,  məhəbbət,  xeyirxah, 
ləyaqətlilik  və  yüksək  istehsallı  əməyə  sədaqət  prioritet  olmalıdır. 
Vətəndaş  cəmiyyətinin  əsas  üstünlükləri 
vətəndaşlann 
sosial
qarşılıqlıanlaşma  və  bərabərliyinə,  yüksək  ruhi  mədəniyyətinin 
formalaşmasına  yardım  edən  azadlıq,  humanizm  və  maarifçilik 
olmalıdır.  Bu  milli-mədəni  dəyərlərin  formalaşdırılması  məqsədi  də 
ümumi  kulturologiyanın  inkişaf proqramı  çərçivəsində  respublikanın 
ali 
təhsil 
müəssisələrində 
xüsusi 
kulturoloji 
kursların
formalaşdırılması,  inkişaf  etdirilməsi  və  zənginləşdirilməsi  vacibdir 
Onlann  arasında  şəxsiyyət  mədəniyyəti,  qida  mədəniyyəti,  düşüncə, 
əxlaq  ,  məişət,  incəsənət,  erim,  istehsal,  təşkilat  və  idarəetmə, 
məsuliyyət, şəxsiyyətlərarası,  sosial  və beynəlxalq münasibətlər  üzrə 
kursların  adını  çəkmək  olar.  Burada  söhbət 
elmi  bilik  və  etika, 
humanist psixologiya və həyat fəlsəfəsi,  uyğun texnologiya və ictimai 
təcrübədən  düzgün  istifadə  etmək  bacarığının  birliyindən  ibarət  olan
369


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə