Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə98/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   94   95   96   97   98   99   100   101   ...   104

Fuad  Mammadov
KuUurologiya effeRtivli tw a l  ta fjalivvoto aparan vol
nümunələri  və  həyat  fəaliyyətləri  ilə yüksək  siyasi  mədəniyyətin əsası 
olan  dövlət  quruculuğu,  daxili  və  xarici  siyasətin  inkişafina  yardım 
edirdilər.  Kütəvi  informasiya  vasitələri  ilə  bilik  də, 
təcrübə  də 
əhalinin maariflənmiş hissəsinin, ziyalıların  istifadəsinə verilir, xalqın 
mədəniyyətinin  yüksəlməsinə,  demokratik  dövlət  və  cəmiyyətin 
dünyagörüşü  və  etik 
dayağı  olan  yeni  demokratik  mədəniyyətin 
formalaşmasına 
xidmət  edirdi.  Hökumət  dairələrindən  başqa, 
demokratiya 
mədəniyyətinin 
formalaşmasına 
N.Nərimanov, 
A.Səfikürdski  və  bir  çox  başqa  ziyalılar  ,  o  cümlədən,  “Müsavat, 
“Xalqçı”,  Hümmət”,  Əhrar”,  “İttihad” 
və  digər 
siyasi  partiya 
nümayəndələri təsir göstərirdilər.
Siyasi 
mədəniyyət, 
Azərbaycan 
dövlətinin 
hələ 
gənc
diplomatiyasının  ölkənin  dövlət  müstəqilliyinin  beynəlxalq  aləmdə 
tanınması  uğrunda mübarizəsi  ilə təsdiq ediən, xarici siyasətində də öz 
ifadəsini 
tapırdı. 

Noyabr 
1919-cu  il 
İranın  Azərbaycan 
müstəqilliyini  tanıması  və  11  Yanvar  1920-ci  il  tarixində  Parisdə 
keçirilən  dünya  konfransında  Azərbaycan  müstəqilliyinin  de-fakto 
tanınması 
Azərbaycan  diplomatiyası  siyasi  fəaliyyətinin  uğurlu
nəticələrinin yüksək göstəricisi idi.
Beləliklə,  Əsrin  əvvəllərində 
Azərbaycanın  sosial,  siyasi  və 
iqtisadi  həyatında  baş  verən,  yeni  kapitalist  cəmiyyətinə  keçidini 
şərtləndirən  əsaslı  dəyişikliklər  keyfiyyətcə  yeni  burjua-demokratik 
mədəniyyət  özülünün  qanunauyğun  formalaşmasına 
yardım  edirdi. 
Azərbaycan 
müsəlman 
Şərqində 
demokratiya 
və 
parlament 
mədəniyyətinin  istehkamına çevrildi.
• Müsəlman  dünyasında  ilk  parlament.
Bakı . Siyasət,  1998, s.  16-21.
398
Fuad M?mn»dpv
Kulturologiva cffcMlvli h.»at  va faallvvala aparmı vol
MƏDƏNİYYƏT  ANLAMINA  ELMİ  YANAŞMA  VƏ 
AZƏRBAYCAN  DİLİNDƏ  KULTUROLOJİ 
TERMİNOLOGİYA  HAQQINDA
Insanlarin 
təfəkkür, 
davranış 
və 
yaradıcı 
fəaliyyətində 
tərəqqipərvər  dəyişikliklərin  əldə  edilməsi  üçün  mədəniyyətin  bütöv- 
sosial  sistem, 
ictimai  həyatın  fenoman  və  noumeni  kimi  qəbul 
edilməsi  mühüm əhəmiyyət kəsb edir.  Qeyd edək  ki,  canlı  rus dilinin 
izahedici  lüğətinin  müəllifi  Vladimir  Dal,  mədəniyyətin  mühüm 
mahiyyəti  kimi,  emal  etmək,  yaymaq,  təbiətin  yaradılması,  təbii 
mənbələrdən  yeni,  süni  əşyaların  yaradılması  ilə  yanaşı,  hər  şeydən 
əvvəl, insanın əqli və mənəvi təhsilinin də adını çəkirdi.
Mədəniyyət 
anlamına 
elmi 
yanaşma 
kulturologiyanın 
Azərbaycanın  ali  təhsil  və  elmi  müəssisələrində  istifadə  olunan 
kateqorial-anlam  aparatının  təkmilləşməsini  tələb  edir.  Kulturoloji 
tyerminlərin  azərbaycan  dilində  istifadə  olunan  anlam  aparatı  və 
metodologiya  haqqında  məsələlər,  ruhi  mədəniyyətə  aid  bir  sıra 
anlayış  və  kateqoriyaların  düzgün  qavranılıb.  istifadəsi  xüsusi 
əhənmiyyət kəsb edir.
Rusca-Azərbaycanca  lüğətdə  «нравственный»,  «моральный» 
sözləri  “əxlaqi” və “mənəvi” kimi  tərcümə  edilmişdir.  Azərbaycanca- 
Rusca  lüğətdə  “mənəvi”  sözü 
«моральный»,  «духовный»  kimi, 
“mənəvi  kömək”  isə 
«моральная  поддержка»  kimi  göstərilir. 
“Mənəviyyat”  ruhu,  əxlaqi  vəziyyəti  ifadə  edir:  “əxlaq"  davranış, 
«мораль»,  mənəviyyat;  «ruh”  yenə  də  qəlbi  ifadə  edir,  örəb  və  fars 
sözləri  lüğətində  azərbaycan  ədəbi  dilində  istifadə  olunan  “məna” 
mahiyyər,  anlayış,  ifadə,  fikir, “mənəvi” (“mənavi” yox,  -  F.M.)  isə” 
mənaya  aid  olan”,  maddi  olmayan”, “xəlaqi  fikir"  və  ya  “mahiyyətə 
aid  olan  qeyri-maddi”,  “əxlaqi  fikir”  kimi  tərcümə  edilmişdir.  Bütün 
mənaların  təhlili  «духовная  культура»-пт  “ruhi  mədəniyyət”  kimi 
tərcümə edilməsinə məntiqi əsas verir.
Yuxanda sadalanan  söxlərin  və onlann  mənalannm  mqayisəli  və 
məntiqi  birgə  təhlili  “mənəvi  mədəniyyət”  ifadəsini  «нравственная 
культура»  kimi  nəzərdən  keçirməyə  və  elmi  tədavülə  “ruhi 
mədəniyyət”  -in   rus  dilində  olan  «  духовная  культура»  anlayışına 
adekvat olub,  iki  submədəniyyətin birliyini  nəzərdə  tutan  intellektual,
399


Ku»d  M?mmy V
Kulıu ro lo m a effektjvli haval  va faaliyyata 
aparan 
yol
əqli  və  mənəvi  mədəniyyətin  birliyindən  ibarət  yeni  anlayışın 
buraxılmasına əsas  verir.  Mənəvi  mədəniyyət  dedikdə “нравственная 
культура»  nəzərdə  tutulur.  Bura  bədii,  dini,  etik  mədəniyyət 
(мораль),  yəni  ətraf  aləmin  emosional,  obrazlı,  hissi  olaraq 
mənimsənilməsi  ilə  bağlı  submədəniyyətlər  aiddir.  Təəssüf  ki,  bu 
halda, mahiyyət etibatilə b^m mənəvi  mədəniyyət səviyyəsini,  həm də 
bütövlükdə  insanın  tərəqqipərvər inkişafını  müəyyən  edən  intellektual 
mədəniyyət diqqətdən  kənarda  qalır.  Başqa sözlə,  mənəvi  mədəniyyət 
özündə  intellektual  mədəniyyəti  ehtiva  etmir.  Bizim  yanaşmamızın 
düzgünlüyünü  təsdiq  etməl;  üçün  qeyd  edək  ki,  görkəmli  Vladimir 
Dal,  mədəniyyətin  mühüm  mahiyyəti  kimi,  yalnız  hasil  etmək, 
yaymaq,  təbiəti  dəyişmək  təbii  mənbələrdən  yeni  süni  əşyaların 
yaradılmasının,  o,  hər şeydən  əvvəl  , insanın əqli və mənəvi təhsilinin 
adını çəkir.
Azərbaycan  dilində  mənəvi  mədəniyyətin  bir  tərəfli  təqdim 
edilməsi  uzun  müddətli  tanxi  dövr  əraində  cəmiyyətin  praktik 
həyatında  və  dövlətin  m  dəni  siyasətində  milli  mədəniyyət  üçün 
strateji  əhəmiyyət  daşıyaı  intellektual  mədəniyyəti  diqqətdən  kənarda 
qoyurdu.  Bu,  “mədəniyyət”-in 
“incəsənət”-lə  eyniləşdirilməsinə
səbəb  olurdu,  Azərbaycan  xalqının  sosial-mədəni  kodunu  isə 
incəsənət,  folklor,  etika,  ıədəni  ənənələr  və  mədəni  irsin  inkişafına 
istiqamətlənmişdi. 
Zamanın  tələbləri  və  inkişaf  etmiş  dövlətlərin 
təcrübəsindən  çıxış  edərə,;,  bu  gün,  dövlət  mədəni  siyasətinin  bir 
nömrəli  prioritetini  intellektual  mədəniyyət  etməklə  bu  ənənəni 
kökündən dəyişmək vacib'  ir.  Elmi  tədavül  və ictimai  praktikaya “ruhi 
mədəniyyət”  terminini  daxil  etməklə, 
intellektual  mədəniyyətin 
prioritet  rolu  və  azərbaycan  cəmiyyətinin  siyasi  və  dinamik  sosial- 
iqtisadi,  informativ,  texnoloji,  elmi  inkişafınıda  onun  aparıcı  faktor 
olması  öz  düzgün  qiymətini  alır.  Azərbaycan  cəmiyyətində  ruhi 
mədəniyyətin  sosial  fenomen  və  noumen  kimi 
tarixi  yaradıcı 
missiyası  və  ictimai  dəyərinin  qiymətləndirilməməsi  həm  xalqın 
intellektual-dünyagörüş səviyyəsində, həm də müasir mütəxəssisklərin 
peşə  hazırlığı  səviyyəsində  neqativ  əks  olunur.  Bundan  çıxış  edərək, 
azərbaycan  kulturologiyasının  beynəlxalq  rəqabətəqabilliyini  təmin 
etmək  üçün  müstəqil  ekspertlərin  köməyi  ilə  ali  məktəblərdə 
mütəmadi 
olaraq, 
kulturologiya 
müəllimlərinin 
attestasiyasını
400
keçirmək  zəruridir,  çünki,  onlann  mənəvi  mədəniyyət  haqqında 
elmyanı  və  ya köhnəlmiş  təsəvvürlər əsasında  qurularaq,  onun  insan, 
cəmiyyət 
və 
dövlətin 
inkişafındakı 
dəyişdirici 
imkanları 
məhdudlaşdırılır.
Mədəniyyətin  inkişafının  obyektiv  qanunauyğunluqlanna  düzgün 
nəzərlə  baxmaq  və  kulturologiyanın  anlam-kateqorial  aparatının 
təkmilləşdirilməsi  Azərbaycanda 
kulturoloji  elm  və  təhsilin 
effektivliyinin  artmasına,  onun  dünya  elminin  ön  planına  keçməsinə 
yardım edəcəkdir.
23 noyabr 2004-cü il
Kııad  Mammadov____________Kullurologiva cffcktivli haval va faaliyyata aparan v»l
401


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə