Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə96/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   92   93   94   95   96   97   98   99   ...   104

F u a d  M a m m a d o t
J ^ iu m k g b t p ffck ı M İ B t a l  a  f»»livv?ı» аРагапуд1
mədəniyətin qabaqlayıcı  inkişafi və modernləşdirilməsi sosial həyatda 
neqativ  hallarla  effektiv  mübarizə  aparmağa,  korrupsiya,  yoxsulluq, 
cəhalət,  etik  və  hüquqi  savadsızlıq, 
yerlibazlıq  və  Azərbaycanın 
ictimai  tərəqqisini  buxovlayan  digər  insani  çatışmamazlıqlarla 
mübarizə aparmağa imkan verəcəkdir.
Respublika  mədəniyyətinin  struktur  və  sistemində  qloballaşma 
şəraitində  azərbaycan  cəmiyyətinin  modernləşdirilməsini  təmin  edən 
effektiv  islahatların  aparılması  zəruridir.  Bu  islahat  çərçuivəsində 
demokratik  Azərbaycanın  milli  maraqlanna  və  zamanın  tələblərinə 
cavab verən mədəniyyətin inkişafının  idarə edilməsi, eləcə də mövcud 
strukturların  yenidən  təşkili  və  yenilərinin  yaradılması  sahəsində 
çalışan 
kadrlann  seçilib  yerləşdirilməsi  və  təlimləndirilməsi 
sisteminin təkmilləşdirilməsi vacibdir.
Belə  bir  ifadə  var:  “Cəhənnəmə  gedən  yol  xeyirxah  niyyətlərlə 
döşənmişdir”.  Bu  o  deməkdir  ki,  yalnız  xeyirxah  niyyətlər  kifayət 
deyil,  daha  yaxşı  bu  gün  və  gələcək  naminə  fəaliyyət  göstərmək 
lazımdır.  Hadisələrin  mahiyyətini  düzgün  görərək,  ictimai  tərəqqi 
tələblərinə  cavab  verən  proqressiv  proqram  və  layihələr,  kulturoloji 
inkişaf modelləri,  elmi  bilik  və  yüksək  texnologiyalann  köməyi  ilə 
fəaliyyət  göstərmək  lazımdır.  Antual  de  Sent  Ekzüperi  yazır:  “Heç 
zaman demə ki, edərəm, başla və de:  mən artıq edirəm”.
*  Elm  və  Cəmiyyət.  Elmi  məqalələr  toplusu,  Bakı,  №1,  2005,  s. 
279-288; №1,  Bakı,  2006, s.  137-141.
DÜNYA  MƏDƏNİYYƏTİ  VƏ  AZƏRBAYCANIN 
ÖZÜNÜDƏ Kİ
Müasir sivilizasiya sənaye cəmiyyətindən informasiyası  cəmiyyətə 
keçidlə  səciyyələnir.  Tarixin  noosfer  dövrünə  qədəm  qoyan  dünyaya 
yeni  nəzərlə baxış da bu keçidlə əlaqədardır.  Texnogen sivilizasiyaları 
yeni  ekoloji  mədəniyyət  əvəz  edir  ki,  bu  da  insanlar  arasındakı  yeni
390
Fuad  Mammjdov
Kulturologiva cffektivli haval  va faalivvala aparan vol
münasibətlərdən  və  onların  təbiətə  münasibətdəki  yeni  məzmundan 
qaynaqlanır.
Dünya  mədəniyyəti  bəşəri  dəyərlər  -  ən  yaxşı  formalar,  fəaliyyət 
nümunələri,  dünya  duyumu  vasitələri,  bəşəriyyətin  uzun  əsrlər  boyu 
yaratdığı  intellektual  və maddi dəyərlər üzərində qurulmuşdur.  Lakin 
bəşəri  mədəniyyətin  təkamülü  müxtəlif  xalqların  mədəniyyətinin 
eyniləşdirilməsi  yox,  regional  və  milli  mədəniyyətlərin  harmonik 
qarşılıqlı  təsiri,  qarşılıqlı  fəaliyyəti  və  qarşılıqlı  asılılığıdır.  Hər  bir 
mədəniyyətin  öz  dəyəri,  öz  spesifik  xüsusiyyətləri  və  unikal 
nailiyyətləri  vardır.  Müxtəlif  milli  mədəniyyət  tiplərinin,  məsələn, 
skandinav,  roman,  anqlosakson,  slavyan,  türk,  asiya,  sintoist  və 
digərlərinin  nümunəsində  görmək  olar  ki,  müasir  dünyada  milli 
mədəniyyətlərin  əhəmiyyəti  artır,  onlann  hər  biri 
dünya  inkişaf 
formalarını  spesifik  olaraq,  yaradıcılıqla  mənimsəyir  və  bəşər 
mədəniyyətinin təkamül prosesinə öz töhvələrini verir.
Bəşər mədəniyyətində şəxsiyyətin  və millətin dəyərini  ifadə edən, 
milli  mentalitetini  səciyyələndirən  əsas  tərkib  hissəsi  -  milli  şüurdur. 
O,  özünün  cəmiyyətdəki  və  ya  beynəlxalq  birlikdəki  yerini  dərk 
etməyin  dünyagörüş  formasını  əks  etdirir.  Millət  -   xalqın  mədəni 
inkişafının  məhsuludur.  Buna  görə  də  milli  şüur milli  mədəniyyət  və 
ya  mədəni  şüurun  sinonimidir.  Kulturoloji  baxımdan,  milli  şüur 
mənəvi  məkanı,  mono-  və  ya  polietnik  cəmiyyətin  sosial  mühitini 
inteqrativləşdirən,  xalqın  milli  özünütəyininə,  onun  keçmişi,  bu  günü 
və  daha  uğurlu  gələcəyinin  dərkinə  həlledici  təsir göstərən  amil  kimi 
çıxış  edir.  Dünyagörüş,  təfəkkür  və  onunla  bağlı  olan,  dövlət  və 
cəmiyyətin  “insan  inkişafi  texnologiyaları”,  xalqın  sosial-mədəni 
tərəqqisinin  intellektual,  etik  yollarının  seçimi,  çox  halda,  fərdlərin 
özünüdərkindən, onlann müəyyən mədəni  irsə, sivilizasiyaya aidiyyət 
duyumundan asılıdır.
Dövlətin  siyasi  sistemi,  onun  daxili  və  xarici  siyasəti  ilə  müəyyən 
olunan  sosial  mühit  insanlann  milli  özünüdərkinə  ciddi  təsir göstərir. 
Xalqlann  inkişafının  yeni  ideoloji  əsasını  yaradan,  millət  və  müstəqil 
dövlətləri  formalaşdıran  Müsəlman  İntibahı,  Dirçəliş və  Reformasiya, 
Avropada  elmi  inqilab  və  Maarifçilik  xalqlarda  milli  özünüdərkin 
oyanması  və  milli  sivilizasiyalann  özəyinin  formalaşmasında  mühüm 
rol  oynamışdır.  Azərbaycan  xalqının  mədəni  inkişafında  və  milli
391


Fuad  Mawmadot
Kullurologiva effektiv» haval va faalivvatj aparan vol
şüurunun 
təsdiqində 
dünya  mədəniyyətinin  bu  görkəmli 
hadisələrinin  mühüm  rolu  olmuşdur.  Azərbaycan  xalqında  milli 
şüurun  formalaşması  tarixi  qədim  dövrlərə  -  Azərbaycan  mədəni 
tarixinin  zərdüştlük  dövrünə  gedib  çıxır.  Bu  dövrdə  əcdadlarımızın 
fəlsəfi  fikri  mövcudluq dəyərləri və insan həyatı  haqqında təsəvvürlər 
yaradaraq,  insanın  mütləq  dəyərini  aşkar etmiş,  anlayışları  müəyyən 
rəmzlərlə  ifadə  edərək, 
səadətin  İşıq,  Həqiqət,  Bilik  və  Rifah 
ideallarından  keçən  yollarını  göstərmişdir.  Yəqin  ki,  əcdadlarımızın 
şumer  mədəniyyətindən  götürüb,  antik  xristianlığa  ötürdükləri, 
sonralar  isə,  islamın  bəşəri  xeyirxahlıq,  rifah  və  əbədi  həyat  rəmzi 
kimi  qəbul  etdiyi  səkkiz  guşəli  ulduz  da  belə  rəmzlərdəndir.  Bu  gün 
Azərbaycan  Respublikasının  bayraq  və  gerbini  bəzəyən  bu  ulduz 
humanizmin,  yaradıcılıq, 
xalqımızın  və  bütün  bəşəriyyətin  işıqlı 
gələcəyinə inam  rəmzidir.
Orta  əsrlərdə  azərbaycan  xalqında  özünüdərkin  formalaşmasının 
mühüm  mənbəyi  görkəmli  mədəni  abidə  olan  “Kitabi  Dədə-Qorqud”, 
Nizami  Gəncəvinin,  Nəsirəddin  Tusinin,  İmadəddin  Nəsiminin, 
Məhəmməd  Füzulinin  və  azərbaycan  intibahının  digər  humanist 
nümayəndələrinin  ölməz  əsərləri  idi.  Bu  görkəmli  şəxsiyyətlər  öz 
yaradıcılıqları  ilə təsdiq  etmişlər ki, daha uğurlu gələcəyin yollan ruhi 
mədəniyyətdən,  xalqın  rifahı  və  yaradıcı  fəaliyyətinin  əsasını  təşkil 
edən  inkaredilməz  həqiqətlərdən  -  bilik  və  elm,  yaxşı  tərbiyə  və 
müdriklikdən  keçir.
XIX  əsrdə  zərdüşt-midiya,  ellin,  xristian-alban,  oğuz-türk  və  islam 
mədəniyyətlərinin 
çoxəsrlik 
zəngin 
sintezindən 
ibarət 
olan 
Azərbaycanın  ənənəvi  feodal  mədəniyyəti  dünya  mədəniyyətinin 
tərəqqipərvər 
nailiyyətlərindən 
yaradıcılıqla 
bəhrələnməsi 
ilə 
səciyyələnən  keyfiyyətcə  yeni  novasiyalı  inkişaf mərhələsinə  qədəm 
qoydu. 
Öz  sələflərinin  ənənələrini  davam  etdirən  azərbaycan 
maarifçiləri  və humanistləri  yeni və ən  yeni dövrdə həll  edilməsi  üçün 
tarixi  şəraitin  yetişdiyi  ictimai  vəzifələri  formula  etməyə  çalışaraq, 
yeni  tarixi  şəraitdə  azərbaycan  xalqının  ideologiya  və  özünüdərkinin 
gələcək  formalaşmasına öz tarixi töhfələrini verdilər.  XIX əsrin  ikinci 
yarısı  və  XX  əsrin  əvvəlləri  Azərbaycanın  çoxəsrlik  tarixinə  milli 
şüurun  və  milli  dövlətçiliyin  yaradılması  üçün  şəraitin  formalaşması 
dövrü  kimi  daxil  oldu.  Bu  prosesdə  azərbaycan  ziyalıları,  maarifçiləri
392
Fuad  Mammadot
Kullurologiva effektivli havat  va faalivvala aparan vol
və  humanistlərinin  görkəmli  nümayəndələrindən  -   M.F.Axundov, 
A.Bakıxanov, Həsəb bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əbürrəhim bəy 
Haqverdiyev,  Sultan  Məcid  Qənizadə,  Əli  bəy  Hüseynzadə.  Əhməd 
bəy  Ağayev,  A.M.Topçubaşov,  Cəlil  Məmmədquluzadə,  Miraə 
Ələkbər 
Sabir, 
Üzeyir 
Hacıbəyov, 
Məmməd 
Əmin 
Rəsulzadə,Nəriman  Nərimanov  mühüm  rol  oynadılar.  Bu  görkəmli 
insanların  xidmətləri  ondan  ibarətdir  ki,  onlar  ənənəvi  azərbaycan 
mədəniyyətinə  dünya  mədəniyyətinin  tərəqqipərvər  ideyalarının  üzvi 
şəkildə  daxil  edilməsi  hesabına  milli  mədəniyyətin  inkişafını  təmin 
edirdilər.
Azərbaycan 
milli 
burjuaziyasının 
formalaşması, 
feodal 
cəmiyyətindən kapitalist cəmiyyətinə keçid prosesinə ideya-siyasi əsas 
verən,  azərbaycan  milli  ideologiyasının  təkamülü  ilə  müşayiət 
olunurdu.  Bu  prosesin  mühüm  hərəkətverici  qüvvəsi  kimi,  XIX  əsrin 
sonunda  formalaşan,  tərəqqipərvər  azərbaycan  ziyalıları  çıxış 
edirdilər.  Azərbaycan  millətinin  formalaşmasında  ’’Əkinçi”,  “Ziya”, 
“Həyat”,  “İrşad”, Tərəqqi”, “Açıq  söz” qəzetləri,  “Kəşkül”, “Fyuzat”, 
“Şəlalə”,  “Molla  Nəsrəddin” jurnalları  və  digər  nəşrlər  əhəmiyyətli 
rol  oynayaraq,  formalaşmaqda  olan  milli  ziyalıların  əlində  başlıca 
olaraq maarifçilik vasitəsi kimi çıxış edirdilər.
İntibah  dövründə  Avropada  baş  verən  Maarifçilik  və  Yeni  dövr 
proseslərini  xatırladaraq,  azərbaycanlı larin  milli  özünüdərki  öz 
formalaşmasında  üç  dövr  yaşamışdır:  islam  ümumi  şüurundan, 
ümumtürk  şüuruna,  oradan  da  azərbaycan  milli  özünüdərkinə.  XX 
əsrin  əvvəllərində  panislamçılıq  çərçivəsində,  xalqlann  hüquq 
bərabərliyi,  hakimiyyət  orqanlarında  millətlərin 
nümayəndələrinin 
proporsional 
təmsil  edilməsi, 
Rusiyada  müsəlmanların 
mədəni 
tərəqqisi üçün  şərait yaradılması  problemləri gündəmə gətirilirdi.  Bu, 
pantürkizm  ideologiyasının  formalaşması  dövründə,  öz  milli 
müqəddəratını  təyin etmək yollarının axtarışına yardım edən, xeyriyyə 
məqsədli  mədəni-maarifçi  cəmiyyətlər  yaradılır,  dövri  mətbuat  təşkil 
edilir,  azərbaycan  dilində  kitablar  buraxılır.  Azərbaycan  ziyalılarının 
və  liberal  buıjuaziyanın  avropa  demokratik  hərəkatına  qoşulması 
prosesi  başlayır  və  onların  siyasi  muxtariyyətə  can  atması  aydın 
görünür.  Bu  zaman  ziyalılar  xalqın  şüuruna  avropa  mahiyyətli  milli 
ideyanı  daxil  edərək,  tərəqqipərvər  inkişaf  cəhdləri  göstərirdilər.
393


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə