Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə94/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   90   91   92   93   94   95   96   97   ...   104

Fuad  Mommadov
Kulturolofclya gffckriyJIhaYat  vo fəaliyyətə ap_a.ranj.Ql
mədəni  inkişaf  faktorlan,  mədəniyyətin  effektivliyi,  istehsalın 
effektivliyi  və  idarəetmənin  effektivliyi  formullarıdır.  İstehsalatda  və 
idarəetmədə  effektivliyin  idarəedilməsinin  həlledici  amili fəaliyyətin 
keyfiyyətidir.  Beynəlxalq  təcrübənin  yaradıcı  istifadəsi  və  ictimai 
inkişafin  kulturoloji  texnologiyalarına  əsaslanan  sosial  fəaliyyətin 
yüksək  keyfiyyəti  cəmiyyətin  effektiv  inkişafını  və  insanların  həyat 
keyfiyyətini  təmin edir.  Fəaliyyətin ketfiyyəti  elmin və istifadə olunan 
texnologiyaların  səviyyəsi  ilə;  işçilərin  intellektual,  istehsalat,  etik  və 
idarəetmə  mədəniyyəti  -  onlann  peşə  bilikləri,  şəxsi  təcrübə,  istedad, 
beynəlxalq  təcrübənin 
innovasiyalı  istifadə  bacarığı,  məsuliyyəti, 
ləyaqəti  və  vətənpərvərliyi;  lider  tərəfindən  fəaliyyətlərin  düzgün 
stimullaşdınlması  ilə  şərtlənən,  kollektivin  hər  bir  üzvünün  yaxşı 
işləmək istəyi ilə müəyyən edilir.
Bütöv  sosial  sistem  olan  mədəniyyətin  elmi  anlamı,  Azərbaycanın 
sosial  inkişafının məqsədi,  vasitəsi  və  göstəricisi,  mədəniyyəti  “ikinci 
süni  təbiət”  kimi  görmək,  onun  sosial  institutlarını,  eyni  zamanda 
iqtisadiyyatına  qiymət  verməyə  və  ona  yeni  nəzərlə  baxmağa  imkan 
verir.  İqtisadiyyat  Lütvi  Zadənin  qeyri-səlis  məntiq  nəzəriyyəsinin 
köməyi  ilə daha parlaq təsvir edilən ruhi və maddi  mədəniyyətin bütöv 
sisteminin  ayrılmaz  hissəsidir.  Məlum  olduğu  kimi,  iqtisadiyyat 
anlamı  altında  insani  münasibətlər,  paylama  münasibətləri,  mübadilə, 
maddi 
nemət  və  xidmətlərin  istehlakından  ibarət 
istehsal 
münasibətlərinin  məcmuunu,  həmçinin  -   ruhi  və  maddi  istehsalın 
proses, komponent və şəraitini, eləcə də  idarəetməni öyrənən elm başa 
düşülür.  İqtisadiyyat  mədəniyyətin  strateji  sosial  institutu  kimi 
cəmiyyətin  keyfiyyətli  həyatı  vəyüksək  rifah  səviyyəsinin  əldə 
edilməsi  üçün  fundamental  əhəmiyyətə  malikdir.  Mədəniyyət  kimi, 
iqtisadiyyat  da  ruhi  və  maddi  komponentlərə  malik  olsa  da,  maddi 
istehsal  və nəticədə alman hazır məhsulun əsasını “ruhi istehsal” təşkil 
edir.  Deməli,  iqtisadiyyat  ruhi  istehsalın  maddi  nəticəsi  prosesidir  və 
ya  insanın  maddi  tələblərinin  ödənilməsinə  istiqamətlənən  ruhi 
mədəniyyətin  maddi  təcəssümüdür.  Dünya  təcrübəsi  göstərir  ki, 
fundamental  tədqiqatlara  əsaşlanan  özəl  elmi  biliklərin  istehsalı 
yüksək  elmhəcmli  texnologiyaların  və  iqtisadi  rəqabətin,  qiymətli 
səhmlərin  mədaxil  həcmi  və  dövlətin  real  müstəqillik  səviyyəsinin 
artırılmasına  imkan  verir.  Belə  bir  gözəl  ifadə  var:  “Rəssam  məşhur
382
Fuad  МэтппЫо»
Kullurologiva cffeklivli havat va faalivvata aparan  yol
əsərlərin  üzünü  köçürərək  yaranır”.  Öz  iqtisadiyyatımızı  yüksək 
texnologiyaların  lisenziyası  əsasında  inkişaf  etdirə-etdirə,  biz,  öz 
fundamental  elmimizi  yadfdan  çıxarmamalıyıq.  Cəmiyyətin  strateji 
potensialı  olan  qabaqlayıcı  inkişafına  artıq  bu  gün  şüurlu  şəkildə 
investisiya  qoyulmalı,  bunun  üçün  vasitələri  isə,  digər  az  istegsala 
malik  xərclərdən  ayırmaq  lazımdır.  Bizim  gələcəyimiz,  ilk  növbədə, 
bəşəriyyətin  ruhi  mədəniyyətinin  iki  bayraqdanndan  -   elm  və 
təhsildən  asılıdır,  çünki  onlar olmadan,  nə  yüksək  rifah,  nə  də  dövlət 
və cəmiyyətin keyfiyyət və təhlükəsizliyini əldə etmək mümkün deyil.
Mədəniyyəti bütöv sistem kimi  görmək, iqtisadiyyatı  mədəniyyətin 
əsas  komponenti  kimi  nəzərdən  keçirməyə  imkan  verir.  Bunun  üçün 
iqtisadiyyatın  formalaşması  prosesinə  insan  fəaliyyətinin  bir  sahəsi 
kimi  diqqət  yetirmək  kifayətdir.  Kulturoloji  baxımdan,  bu  proses, 
intellektual  kapitalın  maddi  kapitala,  ruhi  istehsalın  maddiyə 
çevrilməsi  prosesidir.  İqtisadi  fəaliyyətin  məntiqini  aşağıdakı 
ardıcıllıqla ifadə etmək olar:
•  İdeya
•  Ruhi istehsal (elm)
•  Texnologiyalar
•  Maddi istehsal
•  Hazır məhsul (əmtəə və xidmətlər)
•  Reallaşdırma  (ticarət)
İqtisadi fəaliyyətin ilkin şərtlən aşağıdakılardır:
1.  İnsan kapitalı (peşə bilikləri və istehsal vərdişləri)
2.  Xammal
3.  Material, texnika və təchizat
4.  Eneıji
5.  İstehsal sahələri
6.  Maliyyə kapitalı (investisiya)
7.  Effektiv menecment
8.  İqtisadi  fəaliyyətin hüquqi təminatı
Adı  çəkilən  formulların  təhlili  yuxanda  nəzərdən  keçirilən 
materialla  birlikdə 
aşağıdakı  qanunauyğunluğu  söyləməyə  imkan 
verir; bilik və etikanın birliyindən ibarət  olan yüksək ruhi mədəniyyət 
bütün  ruhi  və  maddi  fəaliyyət  və  onun  məhsullannın,  eyni  zamanda 
ona  xərclənən  vəsait  və  istehsal  müddətinin  azalması  şərti  ilə.
383


Fuad  Mammadov
Kulturologiva cffcktivli havat  vo foalivvata aparan  vol
keyfiyyətinin  yüksəlişinə  yardım  edir.  Bundan  çıxış  edərək, 
vətəndaşların 
yüksək  həyat  keyfiyyəti  və  rifah  səviyyəsinin  əldə 
edilməsi  üçün  Azərbaycanın  sosial-mədəni  siyasətində  cəmiyyətin 
intellektual  və  mənəvi 
inkişafını, 
vətəndaş  cəmiyyəti  və  dövlət 
quruculuğunun  müxtəlif  sahələri  üçün  şəxsiyyət  və  lüderlərin 
formalaşdıdırlması,  onların  fəaliyyəti  üçün  əlverişli  həyat  fəaliyyəti 
şəraiti  yaradılmasını  təmin  edən  yeni  prioritetlər  müəyyənləşdirmək 
lazımdır.  Birinci  prioritet  -   intellektual  mədəniyyətdir.  İntellektual 
mədəniyyət  əlverişli  şəraitdə  dövlətin  strateji  prioriteti,  istehsal 
qüvvələri  inkişafının,  təbiət  və  cəmiyyətin  dəyişdirilməsinin,  insan 
üçün  zəruri  olan  həyati  nemətlərin  yaradılmasının  mühüm  faktoruna 
çevrilir.  İkinci  prioritet  -   etik  mədəniyyətdir.  Yüksək  mənəviyyat, 
xeyirxah  məram,  insanpərvərlik  olmadan,  intellektual  mədəniyyət 
nəinki  qurucu,  əksinə,  cəmiyyət  üçün  təhlükə  olan  dağıdıcı  qüvvəyə 
çevrilə  bilər. 
Etik  mədəniyyət  insan  münasibətlərinin  dəyər 
tənzimləyicisi  olmaqla  bərabər,  həm  də,  mövcud  qanunların  icrasını 
təmin edən hüquq  mədəıniyyətinin əsasını  təşkil  edir.  Üçüncü prioritet 
-   idarəetmə  mədəniyyətidir.  İdarəetmə  mədəniyyəti,  xalqın  həyat 
keyfiyyəti  və  rifahının,  dövlətin  davamlı  sosial,  siyasi  və  iqtisadi 
durumunun  onun  inkişaf  səviyyəsindən  asılı  olduğu,  strateji 
prioritetlərdən  biridir.  Dördüncü  prioritet  -   hüquqi  mədəniyyətdir. 
Hüquqi  mədəniyyət 
insan  hüquqlarının  müdafiəsini,  cəmiyyətin 
sosial,  iqtisadi  və  siyasi  həyatının  təhlükəsizliyini  təmin  edərək, 
ictimai münasibətlərin mühüm tənzimləyici  faktorudur.
Azərbaycanın  keçid  dövründə  demokratik  cəmiyyət  və  hüquqi 
dövlət  quruculuğunun  mürəkkəb  problemini  diqqətə  alaraq,  təbiət  və 
texniki  elmlərlə  bərabər,  sosial  elmlər,  xüsusilə  də,  yüksək 
mənəviyyatlı 
şəxsiyyətlərin 
formalaşdınlmasını 
təmin 
edən 
kulturolojiya  sahəsində  fundamental  tədqiqatların  aparılması  dövlətin 
xüsusi  qayğısı  ilə  əhatə  olunmalıdır.  Bu  sosial  kapitalın  keyfiyyətinə 
təsir göstərən faktorlar  :  irsi faktorlar,  ailə  tərbiyəsi,  təhsil,  kollektiv 
və  cəmiyyətin  sosial  mühiti,  şəxsiyyətin  xarakteridir  Tolerantlıq 
baxımından  Xeyir və  Şəri  necə yaxınlaşdırmaq  olar?  İki  bir-birinə əks 
olan  insan  xarakterini:  yalan,  məkr,  qarayaxa,  ləyaqətsiz,  zorakı, 
nankor olan  Şərlə  Xeyir necə  yaxınlaşdırıb  birləşdirmək  olar ?  Yəqin 
ki,  eqoizmdən  altruizmə  keçid  üçün  dəyər  və  təsəvvürlərin
384
Вш ШадшиФи
Kulturologiva cffeklitli haval  va foalivvola aparan  vol
dəyişilməsi,  daha  geniş  mənada -  insanların  mədəniyyətini  dəyişmək 
zəruridir.  Bu  problemin  həlli,  əhəmiyyətli  dərəcədə  şəxsiyyətin 
yüksək təhsili və mənəvi tərbiyəsinin köməyi ilə həll edilə bilər.
Sosial-mədəni 
siyasətə 
yeni 
prioritetlərin 
daxil 
edilməsi, 
cəmiyyətin demokratik mədəniyyət inkişafının tələblərinə cavab verən 
mədəni  dəyər  sistemlərinin  təkmilləşdirilməsini  tələb  edir.  Xalqın 
humanizm,  böyüklərə  hörmət,  uşağa  sevgi,  şərəf  və  ləyaqət  hissi, 
dözümlülük,  qonaqpərvərliklə  bağlı  pozitiv  dəyərlərini  qoruyaraq, 
şəxsiyyətə  hörmət,  məsulittər  mədəniyyəti  və  dürüstlük  kimi 
prioritetlərin  müəyyənləşdirilməsi  zəruridir.  Bu  problemin  həllinin 
mühümlüyünü 
düşünərək, 
ölkənin 
ziyalılarından 
təhsilin 
keyfiyyətinin  yüksəldilməsi,  maarifləndirmə,  insanların  mənəvi 
tərbiyəsinə istiqamətlənən praktik fəaliyyət tələb edir.

Azərbaycanda 
demokratik  mədəniyyətin 
mühüm 
inkişaf 
problemlərindən 
biri 
demokratiyanın 
hüquqi 
mədəniyyətinin 
inkişafıdır.  Cəmiyyət  və  dövlət  həyatının  demokratikləşdirilməsinə 
yardım  edən  bir  sıra  yeni  qanunların  qəbul  edilməsi  ilə  yanaşı, 
demokratik  idarəetmə  mədəniyyətinin  formalaşdırılması  məqsədi  ilə 
2001-2002-ci 
illərdə 
Azərbaycanda 
Ombusman 
institutunun 
yaradılması  mühüm  əhəmiyyət  daşımışdır.  Ombusmanm  mühüm 
vəzifələrindən  biri 
dövlətin  hökumət  orqanları  tərəfindən  qeyri- 
peşəkar  idarəetmə  nəticəsində  insanların  pozulan  hüquqlarının 
bərpasıdır.
Bununla  bərabər,  Azərbaycanda  ölkə  həyatında  real  dəyişiklikləri 
əks  etdirən  müasir qanunlar qəbul  edilsə  də,  cəmiyyətdə  onlann  zəif 
icrası  göz  qabağıdadır,  belə  ki,  ayn-ayn  vətəndaş  və  məmurların 
kifayət  qədər  yüksək  olmayan  intellekt,  hüquqi,  etik  və  idarəetmə, 
eləcə  də  məsuliyyət  mədəniyyətinin  aşağı  səviyyəsi  bu  işi  əngəlləyən 
səbəblərdəndir.  Pis  idarəetmədən qətiyyətlə  imtina  etmək  lazımdir ki, 
cəmiyyət  və  dövlət  bundan  zərər  çəkməsin.  Düzgün  idarəetmə 
vətəndaşla  hökumət  arasında,  xoş  münasibətlərin  formalaşmasına 
yardım  edir  ki,  bu  da  ölkənin  sosial-siyasi  inkişafının  təhlükəsizliyi 
üçün zəruri  olan  şərtlərdəndir.  İlk  növbədə, Azərbaycanın  hər yerində 
qanununn aliliyi prinsipinim gözlənilməsinə nail olmaq vacibdir.
385


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə