Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə33/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   29   30   31   32   33   34   35   36   ...   104

Fuad  Məmmədov
Kulturologiva cffektitli havat  va faalivyata aparan  vol
•  Cinsdaxili  və  cinslərarası 
fərdi  və  ictimai  münasibətlərin 
məcmuu.
• 
Cinsi  fərq  və  “qeyri  sosial”  fərqlərin  “sosial  fərqlər”ə 
transformasiyasına əsaslanan hakimiyyət və üstünlük sistemi.

Genderin sosial funksiyasına  aşağıdakılar daxildir:
•  Bioloji cins
•  Cəmiyyətin cinsrollu stereotipi
•  “Gender  displeyi”  -   kişi  və  qadın  davranış  və  münasibətləri 
normaları ilə əlaqədar  mədəni təzahürlərin rəngarəngliyi.
® 
Gender bərabərliyi  -  adamlann  hüquqi,  sosial, siyasi  və  icra 
sahələrində 
bərabər  vəziyyətidir.Gender  bərabərliyi  aşağıdakı 
tərkib  hissələrindən  ibarətdir:  bərabər  hüquq,  bərabər  məsuliyyət, 
bərabər  imkanlar,  maddi  nemətlərdən  istifadə  zamanı  bərabər 
əməkdaşlıq münasibətləri.
Ф 
Münasibətlər  sistemində 
gender  bərabərliyinin  nəzərə 
alınması,  onsuz  davamlı  insan  inkişafında  bərabər  imkan 
aspektlərinin mümkün olmamasını təsdiq edir.
Ф 
Gender  münasibətlərinin  müasir  təhlili  həyat  fəaliyyətinin 
sosial-mədəni,  siyasi  və  iqtisadi  sahələrində  cinsi  hakimiyyət 
münasibətlərinin təhlili kimi də nəzərdən keçirilir.
Ф 
Gender  siyasətinin  mühüm  vəzifəsi  qadınların  aşağıdakı 
sahələr üzrə inkişafına yardım etməkdir:
•  qadınların fəal təhsili və maariflənməsi;
•  qadınların  siyasi,  qanunverici  və  icra  səviyyəsində  idarəetmə 
proseslərinə cəlb edilməsi;
•  qadınlar  arasında  yoxsulluğun  aradan  qaldmlması;qadınlann 
məşğulluğunun artırılması;
•  sosial  müdafiəsi  zəif  olan  qadınların  güzəştli  mirokreditləşmə 
sisteminin inkişafı;
.  qadınların  sağlamlığının  mühafizəsi,  ana  və  uşaq  ölümünün 
azaldırması;
•  qızlara yardım üzrə xüsusi proqramların yaradılması;
.  qadınlara qarşı bütün zorakılıq hallarının aradan qaldırılması.
138
Fuad  Mammadov
Kulturologiva effektivli haval va faalivvata aparan  vol
ÜÇÜNCÜ BÖLMƏ. İDARƏETMƏ MƏDƏNİYYƏTİ
idarəetmə  mədəniyyəti  -   təşkilati-idarəetmə fəaliyyətinin  keyfiyyət 
səviyyəsi  və  effektliliyini  müəyyən  edən  peşəkar  bilik,  bacarıq  və 
vərdişlərin  məcmuudur.
• 
İdarəetmə elmi
İDARƏETMƏNİN  ELMİ  PRİNSİPLƏRİ
idarəetmə  mədəniyyəti  idarəetmə  strategiyası,  texnologiyası, 
etikası,  sosiologiyası  və  estetikası  daxil  olmaqla,  idarəetmə 
fəaliyyətinin elmi əsaslarını nəzərdə tutur.
1.  STRATEGİYA  - 
dövlətin  və  ya  təşkilatın 
fəaliyyətinin 
düzgün  planlaşdırılması 
və  proqnozlaşdırılması  üçün 
bütün 
resursların  kulturoloji təhlili sistemidir.
2. TEXNOLOGİYA -  effektli idarəetmə və ya istehsalat fəaliyyəti 
üçün  insani,  maddi  və  informasiya 
resurslarından  düzgün  elmi 
istifadədir.
3.  ETİKA  (PSİXOLOGİYA)  -   insanlarla  işləmək  bacarığıdır. 
İşçilərin  xarakteri,  intellektual,  mənəvi  və  digər  xüsusiyyətlərinin 
öyrənilib,  işin  effektiv  təşkili  məqsədi  ilə  onların  maraq  və 
mədəniyyətlərinin  harmonizasiyasıdır.
4. SOSİOLOGİYA (Public relations) -  müxtəlif insan qrupları və 
təşkilatlan  arasındakı  maraq  və  münasibətlərin  xarakterinə  nəzarət, 
onlarla  fəal  qarşılıqlı  təsir,  eləcə  də  dövlət  və  təşkilatın  missiyasının 
daha effektiv həyata keçirilməsi  məqsədi  ilə  KİV(kütləvi  informasiya 
vasitəkləri)  ilə əlaqədir.
5.  ESTETİKA  (DİZAYN) -  istehsal  edilən  məhsullann  təşkilatın 
məqsəd  və  xarakterinə  uyğun  xarici  görünüş  və  estetik  formasının 
sosial-mədəni  layihələndirilməsidir.Dizayn  təşkilatın  cəmiyyətdə 
fəaliyyətinə  maraq formalaşmasına  yardım edir.
Ф  Bu yanaşma  demokratik ölkələrdə yayılmış istehsalat idarəçiliyi 
elminə  əsaslanır.  II  Dünya  Müharibəsindən  sonra  Yaponiyada 
inkişafın  əsas  faktorlarını  təhlil  edərkən,  Qərbin  kapitalist 
139


Fuad Mam m adov
K ultu ro lo giya  çffe k tiv li həyat va faaliyyata aparan yol
iqtisadiyyatı  şəraitində  yaranan  istehsalat  idarəçiliyi  elminin 
dövlət  həyatında  mühüm  strateji  yer  tutması  N.İ.Konradın 
diqqətini  cəlb etdi.Bu elmin əsas komponentləri aşağıdakılar idi: 
sənaye  mühəndisliyi  (Industrial  Engineering),  operativ  öyrənmə 
(  Operations  Relations),  işin  aparılması  psixologiyası  ( 
Management  Psychology)  ,  ictimai  münasibətlər 
(Public 
relations)  və  dizayn  (Design).  İnkişaf etmiş  ölkələrdə  bu  elmin 
sürətlə  irəliləməsi  həm  elmi-texniki  inqilabin  inkişaf tələbləri, 
həm  də  demokratikləşmə  proseslərinin 
dərinləşməsi  ilə 
şərtlənirdi.  Müharibədən  sonrakı  yapon  universitetlərində 
idarəetmə fakültəsi  ən populyar və prestijli hesab edilirdi.
TƏŞKİLAT  MƏDƏNİYYƏTİNİN  TİPLƏRİ
Təşkilatin  mədəni  səviyyəsi,  kollektivin  etika  və  peşəkarlığı  da 
daxil  olmaqla,  onun  effektivliyinin  həlledici  faktorudur.  Bu  və  ya 
digər  təşkilatın  mədəniyyəti  onun  xarakteri,  psixologiyası,  rəhbər  və 
işçilərin 
davranış  motivləri, 
ideya,  əqidə,  ənənə,  aura  və  iş 
metodunda  əks  olunur.  Təşkilatın  mədəniyyət  keyfiyyəti  insanların 
sosial  mənşəyi, 
dəyərlər  sistemi,  fəlsəfəsi  və  həyat  fəaliyyəti 
texnologiyalarından daha çox asılıdır.
Bu  mövzu  Ç.Hendi,  R.Harrison,  A.Minkeviç,  V.Tomilov, 
M.İvanov,  D.Şusterman,  Vilkins,  T.Piters,  R.Uoterman,  U.Ouq, 
D.Sink,  R.Rüttinger,  Y.Hents,  A.Kamel  və  digər  qərb  və  rus 
alimlərinin  elmi  maraqlarının  predmetinə  çevrilmiş  və  onlar  effektiv 
idarəetmədə  təşkilat mədəniyyətinin mühüm rolunu aşkarlamışlar.
Professor  Çarlz 
Hendi, 
Rocer 
Harrisonun 
müəyyən  etdiyi 
mədəniyyət  ideologiyasının 
dörd  növü  əsasında, 
təşkilat 
mədəniyyətinin  dörd  növünü  özündə  birləşdirən  aşağıdakı  modeli 
hazırladı  :  hakimiyyət mədəniyyəti  (Zevs), rol  mədəniyyəti  (Apollon), 
vəzifə mədəniyyəti (Afina) və şəxsiyyət mədəniyyəti (Dionis).
“  H AKİM İYYƏT  M ƏDƏNİYYƏTİ”  -   birqayda  olaraq,  sərt 
ierarxik 
quruluşlu  təşkilatlan 
səciyyələndirir.  Hakimiyyət 
mədəniyyəti  liderin xüsusi rolu, onun şəxsi keyfiyyət və qabiliyyətləri 
ilə  əlaqədardır.  Belə  təşkilatlarda  hakimiyyətin  mənbəyi  liderin
140
Fuad М отпЫ оу
Kulturologiya çffektivli hayat та faaliyyata aparan yol
şəxsiyyəti  ilə  əlaqədar  onun  sahib  olduğu  resurslardır.  Həmin 
təşkilatlann kadr siyasəti  əməkdaşlann rəhbərə  şəxsi  sədaqəti  prinsipi 
üzərində  qurulub.  Təşkilat  mədəniyyətinin  tipi  olan  hakimiyyət 
mədəniyyəti  kifayət  qədər  mobildir.  O,  qısa  zaman  ərzində  qərar 
qəbul  edib  daxili  və  xarici  dəyişikliklərə  operativ  cavab  verərək, 
həyatda praktik ifadəsini tapmağa imkan verir.
“ROL  MƏDƏNİYYƏTİ” -   işin  ixtisas  sahələri  və  rollann  ciddi 
funksional  bölgüsü  ilə  xarakterizə  olunur.  Rol mədəniyyətli  təşkilatın 
fəaliyyətinin  effektivliyi  müəyyən  edilmiş  fəaliyyət  standartları, 
prosedurları  və  qaydalar  sisteminə  ciddi  riayət  edilməsi  ilə  təmin 
olunur.  Bura  hakimiyyət  mənbəyi  liderin 
şəxsi  keyfiyyətləri, 
resursları  deyil,  təşkilatın ierarxik  strukturunda əməkdaşlann  tutduğu 
xidməti  vəzifədir.  Rol  mədəniyyətli  təşkilatlar  daxili  və 
xarici 
faktorlann 
stabilliyi  şəraitində  kifayət  qədər  effektiv 
fəaliyyət 
göstərə bilər.
“VƏZİFƏ  MƏDƏNİYYƏTİ”  -   dövlət,  cəmiyyət  və  bazann 
tələbləri 
ilə  şərtlənən  müəyyən 
proqram  və  layihələnn 
yerinə 
yetirilməsi  ilə bağlı  təşkilatlan  səciyyətləndirir.  Bu  tip  təşkilatlar  öz 
effektivliyini 
müəyyən  edilmiş  qayda,  prosedur  və  fəaliyyət 
standartlanna  riayət edilməsi  hesabına təmin  edir.Bu tip təşkilatlar öz 
effektivliyini  müəyyən  problem  və  vəzifələrin  həlli  üçün  qüvvələrin 
düzgün kooperasiya qabiliyyəti  və  yüksək peşəkarlıq  hesabına təmin 
edir.  Burada  hakimiyyət,  bu  və  ya  digər  sahədə  ekspert  olaraq  elmi 
bilik, praktik bacanq, informasiya və uyğun təcrübəyə malik liderlərin 
əlində mərkəzləşir.
ŞƏXSİYYƏT  MƏDƏNİYYƏTİ”- 
başlıca 
olaraq, 
yaradıcı, 
innovativ  fəaliyyətlə  bağlı  olub,  müəyyən  missiyanı  yerinə  yetirən 
insan  birliklərini 
səciyyələndirir.  Belə  təşkilatlarda  hakimiyyət 
peşəkarlığa,  resursların  əldə  edilməsi  və  üfüqi  əlaqələrə,  fəaliyyətin 
koordinasiyası  və  qarşılıqlı  faydalı  danışıqların  əldə  edilməsi 
qabiliyyətinə əsaslanır.
Real  həyatda,  birqayda  olaraq,  Lütvi  Zadənin  qeyri-səlis  məntiq 
nəzəriyyəsinə  görə, daimi  vəya mavəqqəti  olaraq  bu və  ya digər tipin 
üstünlüyü  ilə  təşkilati  mədəniyyətin  müxtəlif tiöplərinə  rast  gəlmək 
olar.
141


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə