Kuad МашпЫоу
Kullurologiya cffcktjvli havaı va fralivvat» aparan yol
beynəlxalq kommunikasiya imkanlarının zəifliyi və azad yaradıcı iş
şəraiti yaradılmasındakı
digər çatışmamazlıqlar özünü alim və
mütəxəssislərin əməyinin məhsuldarlığında
göstərərək,
milli,
regional və qlobal problemlərin həllində
onların imkanlarını
məhdudlaşdırır. Elmdəki böhran vəziyyəti
mütəxəssislərin
digər
fəaliyyət sahələrinə üz tutmalarına müvəqqəti və ya daimi olaraq
müxtəlif ölkələrə miqrasiyasına səbəb olur.
Müasir azərbaycan cəmiyyətində
ruhi mədəniyyətin inkişafına
mənfi təsir göstərən amillərdən biri də yeni ictimai sistemlə
mədəniyyətin köhnə sosial tipi arasındakı ziddiyyətlər,
sosialist
mədəniyyət tipindən demokratik mədəniyyət tipinə keçiddəki
geriləmələrdir. Azərbaycanın dövlət və ictimai həyatına yüksək
mədəniyyət standartları və demokratik ölkə fəaliyyətinin hərtərəfli
tətbiq olunması üçün
siyasi, sosial-psixoloji və
təşkilati-hüquqi
şəraitin yaradılması prosesi bütün səviyyələrdə, bütün sinif, etnik,
dini, peşə, siyasi, ümumiyyətlə, azərbaycan cəmiyyətinin bütün
sosiumlannı əhatə etməlidir. Bu strateji vəzifənin həyata keçirilməsi
Azərbaycanın milli-mədəni quruculuğunda sivil xalqların mədəni
inkişafinın dünya təcrübəsindən məhsuldar istifadəni təmin edən,
mədəniyyətin təşkil və idarə edilməsində dərin struktur islahatların
həyata keçirilməsini tələb edir.
Ölkədə
yeni demokratik mədəniyyətin
yaradılması
milli
mədəniyyətdə ənənə və novasiyalar arasında elə bir harmoniyanın
əldə edilməsini tələb edir ki, o, azərbaycan xalqının sosial-mədəni
kodunda tərəqqipərvər dəyişiklikləri təmin etsin. Azərbaycanın ruhi
mədəniyyətinin özünəməxsusluğu, hər şeydən əvvəl, dil, mentalitet
və din üzərində bərqərar olmuşdur. Mədəniyyətin yeniləşməsi üçün
bu üç faktordan ən ənəmiyyətlisi xalqın mentaliteti dir. Buna görə də,
keçmiş nailiyyətlərin fetişləşdirilməsindən imtina edilib, qüvvələrin
müasir inkişaf və işıqlı gələcək quruculuğunda birləşdirilməsinə
istiqamətlənən yeni mentalitetin formalaşdırılması təxirəsalınmaz
milli vəzifəyə çevrilir. Qüvvələrin
müşahidədən - yaradıcılığa,
mədəni hadisələrin qiymətləndirilməsindən - ətraf aləmin dərk edilib
dəyişdirilməsinə ,
insanın özünün dəyişdirilməsi və
həyatının
yaxşılaşdırılmasına istiqamətləndirmək zəruridir. Bu problemi sistemli
yanaşma əsasında, mədəniyyət sahəsində
yeni dövlət siyasəti
270
Fuad Mifflinıylçv.
Kullurolopiva cffcklitli havaı 'a faalivvata aparan yol
daxilində kompleks həll etmək vacibdir. Yeni siyasətin əsasını, ilk
növbədə elm, təhsil, yüksək texnologiyalar, sosial-məişət və ekoloji
mədəniyyət sahəsində xalqın ənənəvi milli dəyərləri və mədəni irsi
ilə mədəni yeniliklərin inteqrasiyasına yardım edən yeni milli
ideologiya təşkil etməlidir.
Cəmiyyətdə yeni yeni demokratik mədəniyyətin inkişafı üçün elm
və təhsil institutları ilə kifayətlənməyərək, maarifin başqa imkan və
formalarından lektoriya, seminar, diskussiya, dəıyirmi masa, oxucu
konfransları bədii ədəbiyyatın imkanlan, təsviri sənət, musiqi, teatr
və kinemotoqrafıya incəsənətindən , kütləvi informasiya vasitələri və
mətbuatdan geniş istifadə etmək zəruridir.
Hökumətin vətəndaş
təşəbbüslərinə,
Azərbaycanda
demokratik
mədəniyyət
formalaşdırılması üzrə respublika ziyalılarına və qeyri-hökumət
təşkilatlan layihələrinə real yardımı dövlətin yeni mədəni siyasətinin
aynlmaz hissəsi
olmalıdır.
Yüksək mədəni standartlann əldə
edilməsini təmin edən
cəmiyyətin ruhi mədəniyyətinin prioritet
inkişafı mühüm strateji məqsəd, Azərbaycanın milli təhlükəsizliyinin
əsası kimi öz təsdiqini tapmalıdır.
İnsani və ictimai tərəqqidə, dövlət quruculuğu və idarəetmədə
kulturologiyanın
artan əhəmiyyəti
kulturoloji elm və təhsilin
hərtərəfli inkişafı üçün şərait yaradılmasını
zərurət səviyyəsinə
qaldınr. Respublikanın mədəni sisteminin
bütün səviyyələrində
kulturoloji təhsil və maarifin,
yüksək ixtisaslı kulturoloq
mütəxəssislərin
hazırlığını,
kulturoloji tədqiqatların inkişafının
hərtərəfli
sisteminin tyəcili tətbiqini tələb edir. Bu, məktəbəqədər
tərbiyə, ümumi təhsil, xüsusi peşə təhsili, postdiplom hazırlığı,
magistratura, doktorantura,
kadrların ixtisasartırma və yenidən
hazırlanma şəbəkəsi üçün uyğun tədris proqramı
hazırlığı və
reallaşmasını, eləcə də
respublikada kulturoloji kafedraların,
gimnaziya, lisey, tədqiqat mərkəzləri və universitetlərin açılmasını
nəzərdə tutur. Xalqın kulturoloji maariflənməsinin yeni sisteminin
təşkili də mühüm əhəmiyyət daşıyan məsələdir. Dünya mədəniyyəti
inkişafi qanunauyğunluqlarının yaradıcı
istifadəsi və elmi idrak
siyasi
səhvlərin
buraxılmamasına,
mədəni
tərəqqinin
inqilabiləşdirilməsinə və
dövlətin ictimai inkişafında
yüksək
271
Fuad Mammadot
Kulturologiva cffeklivli haval ta faalivvata aparan vol
templərin
və dərin keyfiyyətli dəyişiklikləri təmin edən yüksək
effektli texnologiyaların yaradılmasına imkan verəcəkdir.
Azərbaycan mədəniyyətinin
dünya sivilizasiyası kontekstində
aparılmış kulturoloji təhlili, BMT və YUNESKO fəaliyyətinin tarixi
təcrübəsi
göstərir ki, dövlət səviyyəsində Azərbaycanda mədəni
inkişafın Milli Onilliyinin keçirilməsi həyati zərurətdir. Bu, yeni,
müstəqil Azərbaycanda mədəni quruculuğun inqilabi mərhələsinin
keyfiyyətcə yeni təşkilati-hüquqi əsasını qoyaraq, üçüncü minilliyin
astanasında
Azərbaycanın
sosial-mədəni
inkişafı
templərinin
sürətlənməsi naminə alim, müəllim, mütəxəssis, incəsənət xadimləri
və respublikanın elitar ziyalılarının qüvvəsini səfərbər etmək üçün
lazımi sosial şərait yaradacaqdir.
Bundan çıxış edərək, “Simurq”
Azərbaycan mədəniyyət assosiasiyası 1998-ci ilin may və oktyabr
aylarında Azərbaycan Respublikasının Prezidenti cənab H.Ə.Əliyevə
müraciət ünvanlamışdır.
Azərbaycan cəmiyyətinin yeni texnoloji inkişafına istiqamətlənən
insan inkişafının prioritetlərini təmin edən tərəqqipərvər mədəni
islahatların həyata keçirilməsi xalqın sosial-mədəni tərəqqisini, XXI
əsrin astanasında ölkənin
sivil dünya birliyinə
inteqrasiyasının
yüksək templərini təmin edəcəkdir.
> " Vozrojdenive - XXI vek " ("Dirçəliş - XXI əsr "), 1999, N 11, s
66-72, N12. s. 77-84
MƏDƏNİ SİYASƏT MƏSƏLƏSİNƏ DAİR
(Mədəni siyasət sahəsində
tədqiqatlar üzrə I Beynəlxalq
konffansdakı məruzənin mətni.
Bergen, 10-12 noyabr 1999-cu il)
Üçüncü minilliyin astanasında, çoxminillik təkamül nəticəsində,
ruhi mədəniyyət
planetin sosial inkişafının sosial təməlinə
və
kompleks qüvvəsinə çevrilmişdir. Bu günki sivilizasiya bu qüvvəyə
istinad edərək, sənaye cəmiyyətindən informasiyası cəmiyyətə keçir.
Texnogen sivilizasiyam, həm insanlararası, həm də təbiətə yeni
münasibətlərə əsaslanan müasir ekoloji mədəniyyət əvəz edir. Bu
272
Fuad Mammjdov
Kulturologiva cffeklivli haval va faalivvala aparan vol
dəyişikliklərdə mərkəzi yeri, insanın inkişafın vasitəsindən məqsədinə
çevrilməsi ilə şərtlənən, “insan inqilabı” tutur.
Müasir sivilizasiyanın səciyyəvi cəhətlərindən biri, bəşəri dəyərlər-
uğurlu fəaliyyət forma və nümunələri, dünyanı dərketmə üsulları,
bəşəriyyətin uzun əsrlər boyu yaratdığı intellektual və maddi dəyərləri
üzərində bərqərar olan,
dünya mədəniyyətinin qloballaşması
prosesidir. Lakin bəşər mədənioyyətinin inkişafı müxtəlif xalqların
mədəniyyətinin eyniləşdirilməsi yox, region və milli mədəniyyətlərin
qarşılıqlı təsiri və qarşılıqlı asılılığıdır. Hər bir mədəniyyətin öz
dəyəri, spesifik xüsusiyyətləri və unikal nailiyyətləri vardır. Bununla
yanaşı, dialektik qanunlara uyğun olaraq, hər bir milli mədəniyyətdə
antinomiklik, yəni, tərəqqinin əsasını təşkil edən ziddiyyətli inkişaf,
xüsusiyyətləri vardır. Hər bir milli mədəniyyətdə eqoizm, altruizm,
elitarlıq, adilik, fərdilik, kollektivizm, bilik və cahillik mövcuddur.
Məsələ
ondan
ibarətdir
ki,
mədəniyyətdə
avtarkiya
və
avtoritarizmdən, mədəni inkişafin mühüm vasitəsi olan, qarşılıqlı təsir
və qarşılıqlı fəaliyyətə doğru hərəkət müşahidə edilsin. Tərəqqipərvər
milli mədəniyyətlər
xüsusi yolla
dünya inkişaf formalarını
yaradıcılıqla mənimsəyib, bəşər mədəniyyətinin yaradılması prosesinə
öz şəxsi töhfələrini verirlər. Bu zaman istər regional, istərsə də qlobal
miqyasda mədəni dəyərlərin ötürülməsi baş verir ki, bu da son
nəticədə dünya mədəniyyətinin qloballaşmasına gətirib çıxarır. Onun
səciyyəvi cəhətləri insan hüquqlarının müdafiəsinə, humanizmə,
şəxsiyyətin yaradıcı inkişafına, elmi biliklərin və
qabaqcıl
texnologiyaların
təbliğinə, milli mədəniyyətlərin
qarşılıqlı
zənginləşməsinə, insanın və təbiətin ekologiyasına, insanlar arasında
ziddiyyətli təsəvvürlərdən imtina edilməsinə
istiqamətlənməkdir.
Urbanizasiya, planetdəki milyonlarla adamın həyat fəaliyyəti və
vasitələrinin, formalarının, mədəni dəyərlərinin, dünyagörüşünün
əsaslı şəkildə dəyişməsi ilə bağlı olan qlobal sosial-mədəni inqilab
insan inkişafi üçün yeni imkanlar açır.
Bununla belə, müasir dünya mədəniyyətinin inkişaf dialektikası
müharibələrin yaratdığı böhran hadisələri, təbii resursların nəzarətsiz
istifadəsi və mədəni inkişafin qeyri-bərabərliyi ilə də səciyyələnir.
Bəşəriyyət kütləvi qırğın silahlarının istifadə olunduğu müharibələrin
qarşısının alınması, insan fəaliyyətinin dəhşətli
nəticələrindən
273
Dostları ilə paylaş: |