Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə69/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   65   66   67   68   69   70   71   72   ...   104

Fuad  Mommadov
Kulturologiya cffcktivll hoval  vo foalivvata aparan vol
təkmilləşdirilməsi  və  modemləşdirilməsinin 
imkan,  yol  və 
metodlarının  müəyyənləşdirilməsinə imkan verir.
Dövlət  quruculuğu  və  insan  inkişafının  potensial  imkanlarının 
reallaşdırılması  təşkilati,  maliyyə  və  dünyagörüş  səciyyəli  obyektiv 
və subyektiv çətinliklərlə bağlıdır.  Postsovet məkanı ölkələri  ideoloji 
yenidənqurma,  mədəni  yeniləşmələr,  təhsil,  elm,  səhiyyə,  ekoloji 
struktur  şəbəkələrinin  optimallaşdırıİması,  dövlətlərin  rəqabətəqabil 
texnolojiyalann  təminatı, 
xalqın  həyattəminedici  sistemlərinin 
effektivliyinin  artırılması  ilə  bağlı  bir sıra  mürəkkəb  məsələləri  həll 
etmək  məcburiyyətindədirlər.  Struktur,  regional,  social  və 
şəxsi 
baxımdan  mədəni  inkişafın  qeyri-bərabərliyini  də  çətinliklərə  aid 
etmək  olar.  Bu  özünü,  bütöv  system  olan  mədəniyyətin  müxtəlif 
sahələrinin  və 
ayn-ayn  regionların  mədəni  inkişafının 
qeyri- 
bərabərliyində,  əhalinin  elitar  və  kütləvi  mədəniyyəti  inkişafının 
əhəmiyyətli  dərəcədə  daxili  disproporsiyalarında,  inkişafın  mənbəyi 
olan 
mədəniyyət 
nailiyyətlərinin 
istifadəsində 
gender 
bərabərhüququnun  olmamasında  göstərir.  Bununla  bağlı  olaraq, 
mədəniyyətin  social  institutlarının 
prioritet  inkişafının  seçilməsi 
məsələsi  aktuallaşır.  Sadalanan  məsələlərin  uğurlu  həlli,  zamanın 
obyektiv  tələblərinə  cavab  verən 
mədəniyyət  və  mədəni  siyasət 
sahəsində 
novasiyalı  islahatlar  proqramının  hazırlanıb  həyata 
keçirilməsini  israrla  tələb  edir.  Belə  proqramların  hazırlanması  üçün 
ruhi  mədəniyyətin  yüksək  missiyasına  və  onun  insan,  ictimai  və 
dövlət  inkişafındakı 
novasiyalı  dəyişdirici 
roluna  yeni  nəzərlə 
baxmağa  imkan  verən  problemlərin  kulturoloji  təhlilinin  aparılması 
vacibdir.
Ruhi  mədəniyyətin  insan  inkişafındakı  artan social əhəmiyyəti ilə 
əlaqədar  olaraq,  “Simürğ”  Azərbaycan  mədəniyyət  assosiasiyası 
Sorosun Budapeşt  Fondunun  yardımı  ilə 2001-ci  ildə, ilk dəfə olaraq, 
“Azərbaycanda  mədəni 
siyasətin 
formalaşdınlmasına  yardım” 
layihəsini  reallaşdırmışdır.  Ona  uyğun  olaraq,  iyun  ayının  27-29-da 
Bakıda  respublikada  mədəni  siyasət  üzrə  Beynəlxalq  konfrans  təşkil 
edilmişdi.  Onun  işində  Azərbaycan,  Rusiya  Federasiyası,  ABŞ, 
Norveç,  Fransa,  Yaponiyadan 
tanınmış  alim,  mütəxəssis  və 
diplomatları,  eləcə  də 
respublikanın  mədəniyyət  və  gənclər 
nazirlikləri,  Milli  Elmlər  Akademiyası,  Parlament, 
qeyri-hökumət
282
Fuad  Mammadov
Kulturolngiva cfTckthli h.ıvııl  t.ı faallvv.il» aparan vol
təşkilatlan, 
MEDİA,  yaradıcı 
ittifaqlar,  həmkarlar  ittifaqı  və 
beynəlxalq  fondlann  nümayəndələri  iştirak  etmişlər. 
Kulturoloji 
metodologiyaya və  Assosiasiyanın  çoxillik kulturoloji  tədqiqatlanna 
istinadən,  biz, mədəniyyət və mədəni siyasət üzrə  Azərbaycan əhalisi 
arasında  xüsusi sosioloji sorğu keçirmiş, həmçinin 20 seminar-treninq 
və  ekspert  focus-qruplan  keçirilmişdir.  Bu  işlərin  nəticələri, 
konfransda  müzakirə  edilmiş  və  bizə  bir  sıra  demokratik  ölkələrin 
mədəni  siyasət  sahəsindəki  təcrübəsini  öyrənməyə,  eləcə  də,  ölkədə 
yeni  mədəni  siyasətin  formalaşdırılması  üzrə  praktik  tövsiyələrin 
hazırlanmasına  imkan vermişdir.
İcazə  verin  sizi,  “Simürğ”AKA  -nın  sosial  fenomen  olan 
mədəniyyətə  baxışını  və  ictimai-siyasi  sistemin  transformasiyası 
şəraitində  insan,  döbvlət  və  cəmiyyətin  sosial-mədəni  inkişafına 
praktik  yardımın  yol  və  vəzifələri  ilə tanış  edim.  Bu  gün  mədəniyyət 
anlamına  və  mədəni  siyasətin  prinsip,  problem  və  prioritetlərinə 
aydınlıq  gətirmək,  həyatın  diktəsi  ilə  yaranan,  kulturoloji  ijkişafın 
zəruri  şərtidir.  Kollektiv  şüur  bizə 
qloballaşma  və 
sənaye 
cəmiiyyətindən  “bilik  cəmiyyətinə”  keçidlə  əlaqədar  yeni  tarixi 
şəraitdə  insan  inkişafının  hərəkətverici  qüvvəsi  və  universal  əsası 
olan  ruhi  mədəniyyətin  yeni  imkanlarını  daha  yaxşı  anlamağa,  ölkə 
və  xalqlarımızın  inkişaf  edən  tələbat  və  maraqlarına  cavab  verən 
əlaqələndirilmiş fəaliyyət proqramının tərtibinə yardım edəcəkdir.
“Simürğ”  AKA-nın  hazırladığı  məruzənin  və  Azərbaycanda 
yeni  mədəni  siyasətin  formalaşdırılması  üzrə  yaradılmış tövsiyələrin 
əsasını  Assosiasiyanın çoxillik kulturoloji tədqiqatlarının, mədəniyyət 
məsələləri  üzrə 
ölkə  əhalisi  arasında  aparılmış 
xüsusi  sosial 
sorğunun,  kulturoloq  ekspertlərin  düşüncə  və  mülahizələrinin,  eləcə 
də 
azərbaycan  cəmiyyətinin 
müxtəlif  dövlət  və  qeyri-hökumət 
strukturları  nümayəndələri  ilə  keçirilmiş  iyirmi  kulturoloji  seminar- 
treninq  materiallarının nəticələri təşkil edir. Tədqiqatlar təsdiq etdi ki, 
mədəniyyətimizdəki  böhran  hadisələri,  hər  şeydən  əvvəl,  bizim 
mədəni  siyasətimizin  qeyri-effektivlik  göstəricisidir.  Mədəni  siyasətə 
optimal  elmi  yanaşmaların  yaradılması  məqsədi  ilə,  tərəfimizdən 
sovet, qərb və rus kulturoloji məktəblərinin  nailiyyətləri, o cümlədən, 
Rusiya  Kulturoloji  İnstitutunun  konsepsiya  və  nailiyyətləri,  Norveç 
və  Yaponiyanın  social-mədəni  inkişafının  tarixi  təcrübəsi,  BMT,
283


Euad ıMammadov
Kullurologiva cffeklivli  hjvat v.i foalivvata aparan vol
YUNESKO,  Avropa  Şurası  və  digər  mədəni  siyasət  sahəsindəki 
beynəlxalq  təşkilatların sənəd və müasir fəaliyyət təcrübəsi  öyrənilib, 
istifadə  edilmişdir.  Adlan  çəkilən  materiallann 
kompleks  təhlili 
nəticəsində,tərəfimizdən,  konkret  olaraq  Azərbaycan  şəraitinə  tətbiq 
edilən,  yeni mədəni siyasət  formalaşdın İması üzrə  praktik tövsiyələr 
hazırlanmışdır.  Bu  zaman,  həm  Azərbaycanın  tarixi-mədəni  inkişaf 
xüsusiyyətləri,  həm  də  dünya  sivilizasiyası  kontekstində  ölkənin 
social-mədəni  inkişafının  sistemli  təhlilinin  nəticələri 
nəzərə
alınmışdır.
Tədqiqatlanmızm 
başlıca 
metodu, 
sosial 
fenomen 
olan 
mədəniyyətin  elmi-idraki,  ideoloji  və  praktik  funksiyalanm  aşkar 
edən,  sistemli  yanaşmadır.  O,  elmlərarası  bütöv  system  olan 
mədəniyyəti  kompleks, 
dialektik  qarşılıqlı  əlaqəli 
tədqiqat
prinsiplərinin  birliyi:  kəmiyyət,  keyfiyyət, 
struktur, 
funksional, 
genetik-tarixi, məkani  və müqayisəli təhlil əsasında, öyrənməyə imkan 
verir.  Bu  yanaşmanın  metodoloji  əsasını:  dialektika  (Hegel  fəlsəfəsi 
daxil  olmaqla),  tarixilik  prinsipi,  məntiq  (Lütvi  Zadənin  “qeyri-səlis” 
məntiqi  daxil  olmaqla)  təşkil  edir.  Belə  yanaşma, 
obyektiv  elmi 
dünyagörüş, 
insan,  cəmiyyət  və  dövlətin 
inkişafını  bütövlükdə, 
sinfilik  və  partiyalılıq  prinsiplərindən  azad,  zaman  və  məkanda 
görməyə  imkan  verir.  Bu  metodologiya  əsasında,  tərəfimizdən  , 
mədəniyyətin 
üçlük  olaraq  elmi  anlaşılması  formula  edilmişdir: 
təbiət,  insane  və  cəmiyyəti  dərk  etmək  və  dəyişdirməyin  yaradıcı 
prosesi, onun nəticələri  -  ruhi  və maddi dəyər və normaların məcmuu, 
eləcə də  texnologiyalar -  insanın həyat fəaliyyətinin  dəyər, norma və 
təcrübəsinin  istehsali,  mühafizəsi,  istifadəsi  və 
ötürülməsi.  Bu 
baxışlara  uyğun  olaraq,  tərəfimizdən,  obyektiv  qanunauyğunluqlar 
əsasında  ayn-ayn  sahələrinin  bir-biri  ilə  qarşılıqlı  əlaqə  və  təsirə 
malik 
qabaqlayıcı  inkişafa malik  bütöv  sosial  sistemli  cəmiyyətin 
müasir  mədəniyyət  modeli  təklif olunur.  Bura  təhsil  və  tərbiyə,  elm 
və  texnologiyalar,  ədəbiyyat  və  incəsənət,  iqtisadiyyat,  din,  əxlaq, 
informasiya,  mətbuat  və  turizm,  hüquq,  təşkilat  və  idarəetmə,  həyat 
tərzi-dil-mədəni  irs,  səhiyyə-ekologiya-  həyattəminedici  sistemlər, 
ideologiya,  daxili  siyasət  və  beynəlxalq  münasibətlər  kimi  sosial 
institut  və  insan  fəaliyyəti  sahələri  daxildir.  Bu  zaman, 
insanın 
humanizmi  və  intellektual  fəaliyyətinin  əsas  hərəkətverici  qüvvəsi
284
Kuad  Mommadov
Kulturologiva cffeklivli haval ta fauHvvata aparan vol
olan  “ruhi  istehsal”, 
mədəni  inkişaf kimi  bütöv  sistemin  bazası 
rolunu oynayır.
Tərəfimizdən  işlənib  hazırlanmış  aşağıdakı  məntiqi  sistemi 
nəzərədən  keçirməklə,  Azərbaycanda  keçirilən  yeni  mədəni  siyasətin 
rol  və  əhəmiyyətinin  məntiqi  zəruriliyini  anlamaq  olar  (bax.əlavə 
N91-8).
°  Şüurlu  bəşəriyyətin  ali  mədəni  məqsədi  -   ruhi  kamillik  və 
rifaha nail  olmaqdır.  Bundan  çıxış edərək,  ölkə mədəniyyətinin  ali 
məqsədi  insan,  cəmiyyət,  dövlətin  rifahına,  ruhi  kamilliyinə  və 
harmonik  inkişafına  nail  olmaq 
üçün 
əlverişli  şəraitin
yaradılmasıdır (şəkil№l).
o  Lakin  müasir  sivilizasiya  çərçivəsi  daxilində  şər  və  dağıntılar 
mövcuddur.  Məsələ  ondan  ibarətdir  ki,  mədəniyyətin  sosial 
bazasını  genişləndirib,  mədəniyyət  və  antimədəniyyət  arasındakı 
tarazlığı  ümumilikdə  mədəniyyətin,  dünya  mədəniyyətinin,  daha 
konkret  isə, 
dünya  mədəni  məkanı  sahəsini  genişləndirməyin 
xeyrinə dəyişəsən(şək. №2.).
°  Bununla  yanaşı,  dialektik  inkişaf  qanunlarına  uyğun  olaraq, 
insani,  sosial  və  coğrafi  baxımdan  mədəni  qeyri-bərabərlik 
mövcuddur.  Burada,  müxtəlif  xalqlann  mədəniyyətləri  arasında 
uyğunluğun  əldə  edilməsi  daxil  olmaqla, 
bütün  səviyyələrdə 
mədəni harmonizasiyaya nail olmaq zəruridir (şək. N93).
°  Yeni  mədəni  siyasət  bu  məsuliyyətli  sosial-siyasi  və  iqtisadi 
məsələlərin  həll  edilməsinə  yönəlməlidir.  O,  bütöv  sistem  olan 
mədəniyyət  sahəsinin  inkişafını  ideoloji,  texnoloji  və  təşkilati 
səviyyələrdə  elmi  əsaslarla  idarə  edilməsini  nəzərdə  tutur  (şək. 
№4).
o  Lakin  mədəniyyəti  sosial  hadisə  kimi  düzgün  anlamadan,  onu 
effektli  idarə  etmək  mümkün  deyil.  Mədəniyyəti  dar(adi)  . 
kontekstual və elmi mənada görüb, anlamaq zəruridir (şək. №5).
°  Bununla bərabər, müasir cəmiyyətin  mədəni  strukturunu, bütöv 
sosial  sistem  kimi,  ətraflı  təsəvvür  etmək  vacibdir  (şək.  №6).  Bu 
zaman,  ictimai  rifahın  genişlənməsi  üçün  iqtisadi  inkişafın  əsas 
aləti 
və 
açan 
olan 
“ruhi 
istehsalın” 
kulturoloji
qanunauyğunluğunu 
anlamaq 
vacibdir. 
Dövlətin 
iqtisadi
285


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə