Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə70/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   66   67   68   69   70   71   72   73   ...   104

Fuad  Mommadov
Kulturotogiva cffcktivli  harm  >a foalivvjto aoaran vol
istehsalının  effektivliyi  elmin,  elmi  texnologiyaların  nailiyyətləri  , 
təhsil və tərbiyə sisteminin effektivliyi  ilə düz mütənasibdir, 
o  İnsanın  mədəniyyət  yaradıcısı  və  daşıyıcısı  insan  olduğu  üçün, 
mədəni  insanın  formulunu  da  bilmək  vacibdir.O,  insanın 
imkanlarını,  özünütəkmilləşdirmədə  və  ətraf aləmin  tərəqqipərvər- 
humanist dəyişdirilməsi prosesində aşkar edir (şak. №7). 
o  Nəhayət,  insan,  cəmiyyət  və  dövlətin  sosial-mədəni  inkişafının 
əsas  istiqamət,  şərt  və  prioritetlərinin  düzgün  müəyyənləşdirilməsi 
üçün  mədəni  inkişafın  başlıca  faktor  və  qanunlarını,  eləcə  də 
kulturoloji metodologiyanı  bilmək vacibdirfşək. №8).
Mədəniyyətin  inkişafında  mədəni  siyasətin  rolu  mühümdür, 
çünki,  mədəniyyət  siyasi  faktorlardan,  ölkənin  mədəni  inkişafını  ya 
stimullaşdıran,  ya  da  buxovlayan  dövlət  siyasi  sistemindən  asılıdır. 
Buna  görə,  hər şeydən  əvvəl,  mədəni  siyasətin  mahiyyətinə  müraciət 
etmək vacibdir.
Mədəniyyət  sahəsində  siyasət  -  xalqın  mənəvi  sağlamlığını  və 
rifahını 
möhkəmləndirən,  millətin  ruhi,  iqtisadi,  sosial  inkişafını 
təmin  edən  siyasətdir.  Onun  başlıca  vəzifəsi  ölkə  üçün  zəruri  olan 
ruhi  və  maddi  dəyər  və  normaların  istehsalı,  qorunması,  həmçinin 
inkişafı  üçün  şərait  yaratmaq,  xalqın  mədəni  irsini,  sosial-mədəni 
inkişaf təcrübəsini  və  insan  dühasının  yeni  nailiyyətlərini  məhsuldar 
istifadə  edib,  yeni  nəsillərə ötürməkdir.  Sivil dövlətin  mədəni siyasəti 
kütlələrin  mədəni  diletantizmi  və 
mədəni  səbatsızlığının  aşağı 
düşməsinə,  insan  və  cəmiyyətin  mədəni  inkişafında 
qeyri- 
bərabərliklərin  aradan  qaldırılmasına  yardım  edən  tənzimləmə  və 
əlaqələndirmə  yolu  ilə  cəmiyyətin  düzgün  elmi  əsaslarla  təşkil  və 
idarə  edilməsi  əsasında  ölkənin  harmonik  inkişafına  nail  olmağa 
istiqamətlənməlidir.  O,  hər  bir  şəxsin  və  bütün  xalqın  mənafeyini 
ifadə  etməli,  insan  hüquqlarının  azadlığını,  müstəqil  inkişafını, 
cəmiyyətin  müxtəlif  sosial  qruplan  maraqlarının  düzgün  tarazlığını 
təmin  etməlidir.  Onun  effektivlik  şərtləri  -   kulturologiya  elminə, 
mədəniyyətin  milli  və  bəşəri  dəyərlərinə  istinad;  siyasətçi  və 
jurnalistlərin  yüksək  təhsilliliyi  və  peşəkar  səriştəliliyi;  cəmiyyətin 
inkişafının real  tələblərinə cavab verən idarəetmə; tərəqqipərvər dünya 
təcrübəsindən yaradıcı  istifadədir.  Uyğun hüquqi təminata istinad edən 
düşünülmüş  mədəni  siyasət  hadisələri  nəinki  milli,  həm  də  dünya
286
Fund  Mammadov
KuUurokıiilva tffckıM I I
wyhi
 
foallı 
aparan \<>1
miqyasında  qabaqlamalıdır.  Bütün  bunlar,  eyni  dərəcədə,  planetin 
müxtəlif 
xalqlarının 
mənafelərinin 
tarazlığını 
və 
mədəni 
müxtəlifliyini,  sülhü  və  harmonik  inkişafı  təmin  etməli  olan  qlobal 
mədəni siyasətə də aiddir.
Mədəni  siyasət  -   inkişaf  və  rifah  artımı  siyasətidir.  Onun 
mahiyyətini  anlamaq  üçün,  istehsalın  effektivliyinin  elm  və  elini 
texnologiyaların,  eləcə  də  insanın  ümumi  mədəniyyətinin  inkişaf 
səviyyəsi ilə müəyyən edildiyini göstərən, iqtisadi inkişafın kulturoloji 
formulunu bilmək  vacibdir.  Belə siyasətin əsasım  təşkil  edən, başlıca 
motiv  insan  həyatının  qorunması  və  yaxşılaşdırılması  qayğısına 
qalmaq  təşkil  edir.  Belə  ki,  o,  xalqın  həyat  və  mədəni  səviyyəsinin 
dönmədən yüksəlməsi, sosial  inkişafı naminə intellektual potensialının 
şüurlu istifadəsi və  qabaqlayıcı inkişafının  təmin edilməsinə yönəlir.
Vətəndaş cəmiyyəti  mədəni  siyasətinin  başlıca məqsədi  “yüksək" 
mədəniyyətə malik, özündə milli, sosial  və bəşəri dəyərləri birləşdirən 
şəxsiyyətin  formalaşmasına  yardım  etməkdir.  Burada,  mədəniyyətin 
inkişaf  etdirilməsiməqsədi  ilə  maddi  və  hüquqi  baza  yaradılması, 
vətəndaşlar  tərəfindən 
mədəni  dəyər,  etik  norma  və  mədəni 
standartları  müstəqil seçib mənimsəməsi, eləcə də ziyalıların  və bütün 
xalqın  sərbəst yaradıcı  fəaliyyəti  üçün  əlverişli  şəraitin yaradılmasını 
təmin  edən,  monitorinq  və  mütəhərrik  tənzimləmə  mühüm  yer  tutur. 
Vətəndaş  cəmiyyətinin  mədəni  siyasəti,  eyni  zamanda,  dövlət 
strukturları  və qeyri-hökumət  təşkilatları  qüvvələrinin, ölkənin sosial- 
mədəni  inkişafının  vahid 
proqramları  əsasında,  kooperasiyasını 
nəzərdə  tutur.  O,  dövlət  strukturları  və  qeyri-hökumət  təşkilatlarının 
bərabərhüquqlu 
əməkdaşlığı 
əsasında 
həyata 
keçirilirıdövlət 
institutları  səviyyəsində “yuxandan" idarəetmə (“Voltcr üzrə”), qeyri- 
hökumət  təşkilatlan  səviyyəsinda“aşağıdan"(“Russo  üzrə”)  idarəetmə 
ilə  tamamlanmalıdır.  Belə  yanaşma  vətəndaşlann  yaradıcı  qüvvə  və 
qabiliyyətlərinin  inkişafı  üçün  əlverişli  iqtisadi,  təşkilati  və  mənəvi- 
psixoloji 
şəraitin  yaradılmasına  yardım  edəcəkdir. 
Belə  mədəni 
siyasət 
ictimaiyyətə  istiqamətlənərək, 
həm  ölkədaxili  ham  də 
beynəlxalq  sahədə  ictimai  münasibətlərin  plüralizm  və polisentrizm 
prinsipləri  əsasında  harmonizasiyasına  yardım  edir. 
O,  vətəndaş 
cəmiyyətinin  idarəedilməsində qeyri-hökumət təşkilatlannın iştirakına 
geniş  şərait  və  bərabər  imkanlar  yaradır.  Vətəndaş  cəmiyyətlərində
287


Kuad M.-ımmadov
Kulturojflgiya cffektitli hayat »э faaliwat? aparan vol
mədəni  siyasət 
dövlətin  məqsədləri  və 
cəmiyyətin  həyati 
maraqlarının 
ölkənin  sosial-mədəni  inkişaf  prioritetləri,  sürəti  və 
istiqamətinə  uyğunluğuna  və  mədəni  imperativlərə  riayət  edilməsinə 
sosial  nəzarətin həyata keçirilməsini təmin etməlidir.
Tərəqqipərvər  mədəni  siyasət 
üç  əsas  prinsip  üzərində 
qurulmalıdır. 
Birinci  -   elm,  təhsil  və  yüksək  texnologiyaların 
qabaqlayıcı  inkişaf  prioritetlərini  təmin  edən 
azad  intellektual 
fəaliyyət üçün  əlverişli  şəraitin  yaradılması.  İkinci  -  xalq  kütlələrinin 
novasiyalı  mədəniyyəti  yüksək  mənimsəmə  səviyyəsini  təmin  edən 
effektiv 
dövlət 
maarifçilik 
fəaliyyətinin 
təşkili. 
Üçüncü 
-  
tərəqqipərvər  demokratik  ölkələrlə  fəal  mədəni  mübadilənin  həyata 
keçirilməsi.  Bu  prinsiplərin  uğurla  reallaşdırılması  və  kütlələrin  elmi 
maarifləndirilməsi  üçün,  dövlət  quruculuğu  və  idarə  edilməsinə, 
dünya  mədəniyyətinin  ən  yeni  nailiyyətlərinin  tarixi-nəzəri  təhlilinə 
kulturoloji metodologiyanın  tətbiqi həyata keçirilməli, kulturoloji  elm 
və  təhsilin  inkişafı  təmin  edilməlidir.  Kulturologiya  vətəndaşların 
elmi  və  siyasi  biliklərinin  inkişafı, praktik  imkanlarının  genişlənməsi, 
onların  həyat  fəaliyyət 
keyfiyyətinin 
yüksəlməsi, 
ictimai 
münasibətlərin  inkişafına  pozitiv  təsir  göstərən  prinsip,  dəyər  və 
normalarının  təkmilləşməsi  üçün  ilkin  şərait  yaradır.  Belə  siyasətin 
effektivlik  meyarı  cəmiyyətion  yüksək  rifah  və  davamlı  inkişafını 
təmin  edən  vətəndaşların  sosial  aktiv  fəaliyyəti  olur.  Bu  məqsədə 
çatmaq  üçün,  bütövlükdə  dünya  mədəniyyəti  inkişaf  təcrübəsinin 
tendensiya,  xüsusiyyət  və  qanunauvğunluqlannı 
nəzərə  almaqla, 
vətəndaş  cəmiyyəti  dəyərləri  əsasında 
xalqın  maraq  və  həyati 
tələbatlarının  təmin edilməsinə istiqamətlənmək lazımdır.
Dövlət  mədəni  siyasətinin 
effektivliyi 
ideoloji,  texnoloji  və 
təşkilati  səviyyədə  ruhi mədəniyyət sahəsinin  idarə edilmə sisteminin 
effektivliyindən  çox  asılıdır.  Müasir “ruhi  istehsalın”  nüvəsini  təşkil 
edən  təhsil,  elm  və  incəsənət  mədəniyyətin  bütün  sahələrinin 
harmonik və qarşılıqlışərtləndirici  inkişafına nail olmağa yardım edir.
Mədəniyyətin  idarə  edilməsi 
dünya  sivilizasiyasının  inkişafi 
kontekstində 
ölkənin  mədəni  inkişafi  haqqında 
obyektiv 
informasiyanın  sistemləşdirilməsi  və  təhlili  əsasında  proqramların 
hazırlanması  və 
mədəniyyətin  inkişafının  nəzəri  modellərinin 
kulturoloji  baxımdan  qurulmasını  nəzərdə  tutur.  Mədəniyyətin  idarə
288
K u a d  
М
эшп
Ы
оу
Kulturologiya cffckıMI haval ta haliyyala aparan vol
edilməsinin  üç  mərkəzi 
problemini  ayırmaq  lazımdır.  Birincisi, 
dövlətin  sosial-mədəni  prioritetlərinin  qurulması  və 
strateji 
istiqamətlərin  müəyyənləşdirilməsi  ilə,  -  İkinci,  ruhi  və  maddi 
mədəniyyətin  müxtəlif  sahələri  üzrə  mütəxəssislərin  hazırlığı  və 
tərbiyəsi,  onların fəaliyyəti üçün maddi-texniki şəraitin yaradılması, - 
Üçüncü,  mövcud  mütəxəssislərin,  ocümlədən, 
onların  fəaliyyəti 
nəticələrinin  sosial-mədəni  və  iqtisadi  tərəqqi  naminə  effektiv 
istifadəsi ilə əlaqədardır.
Ölkənin  yeni  dövlət  siyasətində  öz  əksini  tapan  sosial-mədəni 
texnologiyaların  inkişafi  və  tərəqqipərvər  mədəni  islahatların  həyata 
keçirilməsi demokratik ictimai münasibətlərin təkmilləşməsinə  imkan 
verəcəkdir.
“Simürğ”AKA-nm  mədəmi  siyasət  konsepsiyası, 
tərəfimizdən 
əldə  edilmiş  elmi  nəticə  və  tövsiyələr  demokratik  ölkələrin  sosial- 
mədəni  inkişaf təcrübəsi,  əhalinin  sosioloji  sorğularının  nəticələri  və 
kulturoloji  ekspertlərin  fikri  ilə  təsdiqlənmişdir.  Dünya  kulturoloji 
fikrinin,  aparıcı  kulturoloqların  mülahizələrinin  təhlili  göstərir  ki, 
dünya  inkişafının  müasir  mərhələsində  mədəni  siyasətin  ən  mühüm 
vəzifələri  həm də aşağıdakılardır:  mədəni müxtəliflik,  mədəni  kapital 
və  mədəni  resursların 
inkişafi  və  qorunmasına  yardım,  müxtəlif 
xalqların mədəniyyətlərinin ənənəvi  olaraq dirçəldilməsi prinsipindən, 
modernləşdirilməsi və harmonizasiyası prinsipinə keçid.
Azərbaycanda  mədəni  siyasətin  formalaşdınlmasının  ən  dəyərli 
mənbəyi  kimi  - 
BMT,  YUNESKO,  Avripa  Şurası  və  digər 
beynəlxalq  təşkilatlar,  eləcə  də,  dövlətin  ruhi  və  maddi  rifahının 
artması,  onun  keyfiyyətinin  yüksəldilməsi,  cəmiyyət  və  şəxsiyyət 
həyatının  təhlükəsizliyinin təmin edilməsinə  yardım edən, təhsil, elm 
və  incəsənətdən  ibarət  başlıca  “ruhi  istehsal”  komponentləri  çıxış 
edir.
Fikrimizcə,  milli,  regional  və  planetar  səviyyədə  bəşəriyyətin 
sosial-mədəni  inkişaf prosesinin  təşkil  və  tənzimlənməsində  qeyri- 
hökumət  təşkilatlarının  fəallaşdınlmış  rolunu  nəzərdə  tutan,  yeni 
beynəlxalq  mədəni  siyasət,  müasir  şəraitdə  bəşəriyyətin  inkişafına 
düzgün  və  perspektivli  yanaşmalardan  biridir.  “Ruhi  istehsalın  “ 
qabaqlayıcı  inkişafi  belə  siyasətin  özəyini  təşkil  edir.  Cəmiyyətin 
demokratik  inkişafi,  insanın  həyat  keyfiyyətinin  yüksəldilməsi  ruhi
289


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə