Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə72/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   68   69   70   71   72   73   74   75   ...   104

Fuad  Mammadov
Kulturoloeiva cffcktivli həyat va fəaliyyətə aparan vol
təsərrüfatının  azeffektli,  aşağıprioritetli,  başlıca  olaraq,  əhalinin 
mədəni-asudə  tələbatlarım  ödəyən 
sahəsi  kimi  qəbul  edilməyə 
başladı.  Mədəniyyətin 
elm,  təhsil  və  digər 
sosial  institutları 
mədəniyyət  sahəsindən  kənarda,  cəmiyyətin  müstəqil  institutları, 
mədəniyyətəyaxın  sahələr  kimi 
nəzərdən  keçirilməyə 
başladı. 
Mədəniyyətin  inkişafının  idarəedilməsinin,  cəmiyyətin  dəyişən 
xarakterinə  cavab  verməyən,  formal  xarakterinin  təsdiqi  ilə əlaqədar, 
mədəniyyətqalıq  prinsipi  ilə  maliyyələşdirilən  xalq  təsərrüfatı 
sahəsinə  çevrildi.  Belə  sosioloji  yanaşma  nəticəsində,  80-ci  illərdən 
başlayaraq,  mədəniyyət  öz  inkişafında,  III  mərhələ  üçün  xarakterik 
olan,  böhran  hadisələri  ilə  qarşılaşmağa  başladı.  Tədricən,  əhalinin 
mədəniyyətə  marağının,  mədəni  nailiyyətlərdən  istifadə  imkanlarının 
azalması  müşahidə  olundu.  Sahə  idarəçiliyi  mexanizmi  mədəniyyət 
müəssisələri 
fəaliyyətinin 
məzmun, 
struktur 
və 
reyestrində 
konservativ  səciyyənin  təsdiqinə  təsir  göstərirdi.  Bununla  yanaşı, 
mədəniyyət 
formaları 
rəngarəngliyinin 
artması 
və 
onun 
daşıyıcılarının  inkişafda  olan  maraqlan,  mədəniyyət  müəssisələrinin 
hüquqi  və  iqtisadi  inkişaf imkanlanmn  genişlənməsini,  əhalinin ruhi 
tələblərinin  ödəyən  və  ziyalılann  azad  yaradıcı  fəallığını  təmin  edən 
yeni  şəraitin  yaradılmasını  tələb  edirdi.  Mədəniyyət  sisteminin  köhnə 
strukturu,  mədəniyyətin  sosial  roluna  və  anlamın  mahiyyətinə  köhnə 
yanaşma  ilə  ictimai  inkişafın  yeni  tələbləri  dövlətin  və  cəmiyyətin 
həyatında  mədəniyyətin yerini  müəyyən edən ideoloji böhran yaratdı. 
İdeoloji  böhran  özü  ilə  bütövlükdə  ruhi  mədəniyyətin  böhranını 
gətirdi.  Keçən  yüzilliyin  sonuncu onilliyində bu böhran  nəinki  aradan 
qaldırılmamış,  hətta  elmi  əsaslı  mədəni  siyasətin  olmaması,  şou- 
biznes  və  aşağı  əyarlı 
kütləvi  mədəniyyətin 
tirajlaşdınlmasına 
istiqamətlənən,  bir  sıra  sosial  mədəniyyət  institutlarının  kortəbii 
özəlləşdirilməsi səbəbindən  daha da dərinləşdirilmişdir.
Bununla 
yanaşı, 
90-cı 
illərdəki 
mədəniyyətin 
demokratikləşdirilməsi  prosesi 
pozitiv  tendensiyalarla  yanaşı, 
neqativləri  də  aşkar  etdi.  Yeni  vəziyyətin  üstünlüyü  onda  idi  ki, 
mədəniyyətin  azad  inkişafına  yardım  edən  rəqabət üçün  ilkin  şərtlər 
yarandı.  Çatışmamazlıqlar  onda  idi  ki,  yüksək  mədəniyyətin 
devalvasiyasına  doğru 
aparan, 
mədəniyyət  sahəsinin 
total 
özəlləşdirilməsi  tendensiyası  özünü göstərməyə başladı.  Mədəniyyət
294
Fuad  Mammadov
KuUurologiva effektivli havat уэ foalivvata aparan vol
əsərlərinin  məzmunu  onun  reallaşdırılması  əlverişliliyindən  asılı 
vəziyyətə  salınmağa  başladı.  Lakin,  mədəni  fəaliyyətin,  xüsusilə  də 
elm,  təhsil,  incəsənət  və  informasiyanın  iqtisadi  əlverişliliyə 
istiqamətlənməsi  ümumxalq  maraqların  cavab  verən,  fundamental 
əhəmiyyətə  malik  problemlərin  həllinə  maneə  yaradır.  O,  yüksək 
mədəniyyətin  keyfiyyət  səviyyəsini  aşağı  salır,  elitar  mədəniyyəti 
sadə  kütləvi  mədəniyyət  səviyyəsinə  yaxınlaşdırır.  Bu  zaman  ictimai 
maraqlarla bir sıra mədəniyyət müəssisələrinin kommersiya maraqlan 
arasında yaranan  ziddiyyətlər  mədəniyyətin böhranına səbəb olur.  Bu 
ziddiyyətlərin  aradan  qaldırılması  üçün, 
sosial-mədəni 
inkişafın 
qanunauyğunluqlan  sahəsində  biliklərə  əsaslanan  və  mədəniyyətin 
sosial  əhəmiyyətli  istiqamətlərinin 
dövlət  tərəfindən  müdafiəsini 
nəzərdə tutan, tarazlaşdınlmış yanaşma lazımdır.
Təhlil  edilmiş  təcrübə  və 
ondan  yaranan  qanunauyğunluqlar 
Azərbaycan  Respublikası  üçün 
mühüm  metodoloji  əhəmiyyətə 
malikdir.  Onlar  idarəetmə  fəaliyyətinin  istiqamət,  texnologiya  və 
təşkilatlanması  ilə  zamanın  tələblərinə  cavab  verməyən  azərbaycan 
cəmiyyətində  mədəniyyət  və  mədəni  siyasəti  yeni  anlamda  dərk 
etməyin  həyati  əhəmiyyətini  vurğulayır.  Bu  onunla  bağlıdır  ki, 
Azərbaycan  mədəniyyəti  sovet  dövrünün  son  onilliyində  cəmiyyətin 
bütün həyatım üzvi  şəkildə əhatə edən  bütöv sosial  sistem kimi  yox, 
incəsənət,  kitabxana,  muzey,  mədəniyyət  evləri  klub  və  s  məhdud 
sayda  müəssisələrdən  ibarət  xalq  təsərrüfatı 
sahəsi  kimi  təqdim 
olunurdu.  Mərkəzləşmiş  inzibati  amirlik  sistemində  mədəniyyəti 
idarəetmədə sahə prinsipi, mədəniyyət müəssisələri  fəaliyyətində  zəif 
əlaqələndirilmə 
və  formal  xarakter  mövcud  idi.  Azərbaycan
mədəniyyətində  böhran 
hadisələrinin 
aradan  qaldırılması
mədəniyyətin 
bütün 
sistem 
və 
strukturlarında, 
idarəetmə 
mexanizmlərində,  maliyyələşməsində, 
iqtisadi  münasibət  və 
mədəniyyətin  inkişafının  hüquqi  təminatında 
dəyişiklik  və 
təkmilləşdirmə  aparılmasını  nəzərdə  tutan  mədəni  islahatın  həyata 
keçirilməsini tələb edir.
Mədəniyyətin  inkişafı  və 
yeni  şəraitdə  mədəni  islahatlann 
aparılmasında  əsas  rol  əvvəlki  kimi,  yenə  də,  dövlətə  məxsusdur. 
Lakin,  bu  məzmununa  görə  yeni  roldur.  Demokratik  cəmiyyətdə 
dövlət 
sosial-mədəni  fəaliyyət  və  mədəni  siyasətin  başlıca
295


Fmd Mwnnwdpv
Killlurojoelya effektiv» havae »э faalivvalo aparan vol
koordinatoru  kimi  çıxış  edir.  O,  hökumət  və  qeyri-hökumət  mədəni 
müəssisələrinin bütün qüvvələrini  ölkənin vahid sosial-mədəni  inkişaf 
məqsədləri 
əsasında 
birləşdirir.  Azərbaycanda  apanlan  mədəni 
islahat  dövlətin  yeni  daxili  mədəni  siyasəti 
üzrə  həyata 
keçirilməlidir.  Belə siyasət bir çox mühüm məsələlərin həllini nəzərdə 
tutur.  Elmə,  milli-mədəni  və  bəşəri  dəyərlərə  istinadən,  o,  dövlətin 
sosial-mədəni  inkişafimn  ideologiya,  prinsip,  məqsəd,  əsas  istiqamət, 
vəzifə  və prioritetlərini  müəyyən  edir, matəxəssis  hazırlığı,  onlann 
həyat-fəaliyyət  şəraitini,  həmin  mütəxəssislərdən  səmərəli  istifadə  və 
onlann  ictimai  maraqlara  cavab  verən  fəaliyyətini  təmin  edir. 
Azərbaycanın mədəni siyasəti demokratik prinsip və dəyərlərdən çıxış 
edərək,  sovet  dövrünün  son  illərində  olduğu  kimi, 
özünün  son 
imkanlanndan  istifadə  edən  mədəniyyət  institutlannın  köhnə  sahə 
maraqlannı  deyil, 
ictimai  təerəqqi  üçün 
sosial  əhəmiyyəti  olan 
mədəni  fəaliyyət  növlərini  müdafiə  edib  maliyyələşdirməlidir.  Sahə 
sovet  mədəni  sistemi  üçün  ənənəvi  olmayan,  ruhi  mədəniyyətin 
effektiv  qarşılıqlı  şərtləndirici 
inkişafını 
təmin  edən 
prioritet 
istiqamət  kimi,  dövlətin  yeni  mədəni  siyasətinin  aşağıdakı  fəaliyyət 
sahələrini müəyyən etmək olar:
•   elm və yüksək (həmçinin informasiya) texnologiyaların inkişafi;
•   təhsil, tərbiyə, maarif, informasiya sisteminin inkişafı;
•   incəsənətin inkişafı və mədəni irsin qorunması.
Bununla  yanaşı,  mədəniyyətin  mətbuat,  hüquqi  sistem,  səhiyyə 
və ekologiya,  uşaq  və gənclərin  yaradıcı  fəaliyyəti,  fiziki  mədəniyyət 
və  turizm;  asudə vaxtın təşkili  və s.  sahələrinin inkişafına ciddi  diqqət 
ayrılmalıdır.
Demokratik  dövlətdə  qeyri-hökumət  strukturlarının  inkişafına 
mühüm  əhəmiyyət  verilir. 
Qeyri-hökumət  təşkilatlan 
qanun­
vericiliklə  tənzimlənən  müxtəlif iqtisadi  və hüquqi  modellər əsasında 
ictimai-faydalı  fəaliyyət  həyata  keçirirlər.  Gəlir gətirməyən  təşkilatlar 
vergi  güzəştləri  və  dövlət  subsidiyalan  ilə  təmin  edilməlidir.  Onlar 
marağı olan təşkilatlann, sponsorlann -  fondlann, biznes strukturlann, 
hüquqi  şəxslərin  maliyyə  resurslanndan  istifadə  edə,  eləcə  də  pullu 
xidmətlər  hesabına  gəlir  götürə  bilərlər. 
Qeyri-kommersiya 
təşkilatlannm  gəlirləri  xərclərin,  məvacib,  eləcə  də  təşkilatın  inkişafi
296
Fuad  Mammadov
Kulnırologlva effektiv» hayat va faaMyyata aparan vol
üçün  tələb  olunan 
investisiyalann  ödənilməsinə,  sərf  edilir. 
Mədəniyyətin  inkişafi  və  mədəni  siyasətin  həyata  keçirilməsində 
qeyri-hökumət  təşkilatlarına  mühüm  əhəmiyyət  verilir. 
Qeyri- 
hökumət  təşkilatlannm  effektiv  sosial-mədəni  fəaliyyəti  onlann  güc 
və  imkanlannm  düzgün  kooperasiyası  ilə  əldə  edilə  bilər.  Belə  ki. 
tərkibinə  könüllü  daxil  olan  kollektiv  və  vətəndaşlann 
birliyi, 
subyektlərinin  maraqlannın  ümumiliyi  və  harmoniyası,  strukturunun 
mütəhərrik,  mobil  və 
şəffaflığı  qeyri-hökumət  təşkilatlannm 
həyatqabilliliyinin əsas şərtidir.  Fəaliyyət obyekti  və maraqlann, eləcə 
də 
maliyyə,  texniki,  təşkilati,  informasiya,  insan  resurslan 
subyektlərinin  ümumiliyi,  həmçinin  məsələləri,  ayn-aynlıqda  yox, 
birgə həll edilmək imkanı 
qoyulan  məqsədlərə  nail  olmaq  üçün 
qüvvələri  birləşdirmək marağını gücləndirir.
Azərbaycanın  dövlət  mədəni  siyasəti  respublikanın  sosial-mədəni 
fəaliyyət  subyektləri  arasında 
münasibətlərin  tənzimlənməsi 
fəaliyyətini  məhdudlaşdırmadan,  kortəbii  prosesləri  və  baş  verən 
hadisələrə müşahidəçi  münasibətini  minimuma  endirməli,  insanların 
yaradıcı-dəyişdirici  enerjisinin  cəmiyyətin  intellektual,  mənəvi  və 
sosial-iqtisadi  problemlərinin  həllinə 
səfərbər  olunmasına  yardım 
etməlidir.  Mədəniyyətin  ictimai  dəyəri  və  tarixi  missiyasını  nəzərə 
alıb,  elmi  yanaşmaya  əsaslansaq,  o,  həyatın  dəyişən tələb,  maraq  və 
şərtlərinə  cavab  verən  mədəniyyətin  yeni  inkişaf modellərinin  daimi 
yaradıcı  axtarışı  və  tətbiqini  stimullaşdırmalıdır.  Mədəni  siyasətin  ən 
mühüm  vəzifəsi  xarakter  və  məqsədinə  görə  müxtəlif  dövlət  və 
qeyri-hökumət  sosial  mədəniyyət  institutlannın -   tədris  müəssisələri, 
tədqiqat və informasiya mərkəzləri, həvəskar birliklər, cəmiyyət, fond, 
kooperativ,  yaradıcı  studiya,  assosiasiya  və 
peşəkar  yaradıcı 
ittifaqlann  effektiv  fəaliyyəti  üçün  əlverişli  iqtisadi  və  hüquqi  şərait 
təmin  edən  prinsip  və  texnologiyalann  yaradılmasıdır.  Ölkənin  yeni 
mədəni  siyasəti 
dövlətlər  və  qeyri-hökumət  təşkilatlan  arasında 
partnyor  fəaliyyəti,  kooperasiya  və  əməkdaşlıq  üçün  şərait  yaratmalı, 
əhalinin orta və az təminatlı  təbəqəsinin  mədəni  nailiyyətlərdən  geniş 
istifadəsini  təmin  etməlidir.  O,  ictimai  maraqlan  ifadə  edərək,  öz 
ömrünü 
başa 
vurmuş 
mədəniyyət 
idarəçiliyi 
sisteminin 
modemləşdirilməsinə, 
inzibati-amirlikdən 
iqtisadi  idarəetmə
297


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə