Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə75/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   71   72   73   74   75   76   77   78   ...   104

K u a d  M a m m a d o v
Kulturoloeiva effefctivli hjyat va foalivvato a p a r a n  vol
Müasir 
dünya 
sivilizasiyasındakı 
qlobal 
böhran 
zamanın 
tələblərinədüzgün,  elmi  və etik əsaslandınlmış cavabların  verilməsini, 
əvvəllər qədul  edilmiş  qayda  və  təsəwürlərətənqidi  təhlil  və  maraqlı 
tərəf kimi  nəzərdən  keçirilməsini,  siyasi  mədəniyyətin,  məsuliyyət  və 
istehlak,  idarəetmə və beynəlxalq  münasibətlərin təkmilləşdirilməsini 
tələb  edir.  Qlobal  vətəndaş cəmiyyəti  mədəniyyətinin  və bəşəriyyətin 
davamlı  inkişafına 
nail  olunması  müasir  dünyanmaktual  strateji 
problemidir.  Bu  problemin  həlli  dünya  mədəniyyətinin  qurulması, 
ziddiyyətlərin  həlli,  korrupsiya  və  yoxsulluğun 
səviyyəsinin 
azaldırlması,  sosial  həyatın  əsası  olan  ailənin  möhkəmləndirilməsi, 
xalqların  daha  yaxşı  qarşılıqlı  anlaşması  və  yeni  yüzillikdə 
bəşəriyyətin  təhlükəsiz inkişafı  üçün yeni  imkanlar açır.
Tarixi  inkişaf prosesində,  vəhşilik  və  barbarlıq  dövrünü  dəf edən 
bəşəriyyət öz sosial həyatını  müasir sivilizasiyanın vətəndaş qanunları 
üzrə  qurmuşdur.  Barbar  həyat  tərzinə  məxsus  ölüm,  hannibalizm, 
insest,  eləcə  də  insan  qəddarlığı  və  cahilliyinin  digər  təzahürlərini 
rədd  edən,  ilk  sivilizasiyalar  dövründə,  artıq  humanist  prinsiplərə 
əsaslanan,  yeni  həyat  tərzi  formalaşmağa  başladı. 
Sivilizasiyanın 
inkişafı  ticarət,  sənətkarlıq,  elm,  etika,  hüquqi  normalar,  incəsənət, 
təhsil 
və 
insanın 
həyat 
fəaliyyəti 
texnologiyalarının
təşmilləşdirilməsi  mərkəzləri  olan  şəhər  mədəniyyətinin  proqressiv 
inkişafı  ilə 
əlaqədar  idi.  Bununla  yanaşı,  mədəniyyətin  tarixi 
nailiyyətlərinə  baxmayaraq, 
hətta,  müasir  yüksək 
inkişaflı 
cəmiyyətlərdə,  bəzi  hallarda, 
sivil  quruluşları  məhv  edən  bioloji 
atavizm  və  psixoloji  naqislik  təzahürləri  özünü  göstərir.  Deməli, 
bizim 
günlərdə 
həyat 
fəaliyyətinin 
sülhyaradıcı 
ictimai 
texnologiyaları,  dünyada  və  cəmiyyətdəki  dağıntıları  aradan  qaldıran 
əsas  şərt  olaraq,  bəşəriyyət  üçün  vacib  və  zəruridir.  Sülhməramlılıq 
Yer  Kürrəsində  həyati  dəyərlərin  qorunması  və  lokal,  regional,  eləcə 
də  qlobal  münaqişələrin  humanistcəsinə  həll  edilməsinin  zəruri 
praktik vasitəsinə çevrilir.
Belə texnologiyaların özəyi  və mahiyyəti  biliklə humanist etikanın 
sintezi  olan  yüksək  ruhi  mədəniyyətdir.  Komparativ  kulturoloji  təhlil 
göstərir  ki,  “insanın  xilası  nədədir?”  sualının  düzgün  cavabı  birdir: 
“insan  və  cəmiyyətin  yüksək  ruhi  mədəniyyəti”.  Ruhi  mədəniyyətin 
ən  böyük  rolu  ondadır  ki,  maraqlar,  mentallıq  və  ənənələrdə  olan
306
Fuad  Mammadov
Kullurok)giva effekti»!! haval va faalivvala aparan vol
fərqlərə  baxmayaraq,  o,  nəinki  şəxsiyyətlərarası  səviyyədə,  eləcə  də, 
milli,  regional  və  dünya  miqyasında  mühüm  birləşdirici  faktor kimi 
çıxış  edir.  Maraqlara  pozitiv  təsir  göstərmək  qabiliyyəti  inkişafın 
məqsəd  və  vəzifələrini  müəyyən  edir, 
mədəni  müxtəlifliklərdən 
şüurlu  istifadə  etmək  imkanı  verir  və  ziddiyyət  və  münaqişələri 
yaradıcı  məcraya  yönəltməyə  imkan  yaradır.  İnsanların  mədəni 
səviyyəsinin  aşağıdırsa,  zəngin  təbii  resurslar  insanın  sosial 
inkişafında  gözlənilən nəticələri vermir, maddi  rifah isə  səadət üçün 
təminat  yaratmır.  Cəhalət  -   yoxsulluq  və  şərdir,  yoxsulluq  isə,  milli 
təhlükəsizliyin  başlanğıcı,  vətəndaş  həmrəyliyinin  dağılması  və 
ölkənin  xarici  təsirlər  qarşısında  zəifləmə  səbəbidir.  Ölkənin  başlıca 
milli  sərvəti 
-  onun  mədəni  potensialı,  ilk  növbədə,  yüksək
mədəniyyətli  insandır.  Bununla  yanaşı,  mədəniyyət  vasitə  yox,  həm 
də  insan  inkişafının  göstəricisi  və  məqsədidir.  İnsan  biliyi, bacanğı, 
mütəşəkkilliyi  və  mənəviyyatlılığının 
yüksək  səviyyəsi  həyatın 
mahiyyətini  artırır,  humanist məqsədlərə çatmaq uğrunda mübarizədə 
insana  zəruri  güc  verir,  səadət  üçün  imkan  yaradır.  Mədəniyyət,  həm 
də, 
insan 
dəyərlərinin 
ölçüsüdür. 
“Yüksək 
mədəniyyət” 
şəxsiyyətintam  dəyərinin  həqiqi  meyarı  kimi  çıxış  edərək,  adamın 
sivil  insan cəmiyyətinə daxil olması vəsiqəsidir.  O, dini, milli, irqi  və 
digər  fərqləri  aradan qaldıraraq, insan həmrəyliyi və sülhün dayağına 
çevrilir.  İnsan,  cəmiyyət  və  bütün  bəşəriyyətin  gələcəyinin  yolu 
yalnız yüksək ruhi mədəniyyətdən keçir.
Yüksək  ruhi  mədəniyyət  şəxsiyyətin  mənəvi  kamilləşməsinə 
yardım edən vicdan və humanist  etika kimi, insan inamını da nəzərdə 
tutur.  Yaradana inam  insanın həyatını  (öz yaranışına görə ilahi)  “təbii 
qanunlar”  əsasında  tənzimləyərək,  onda  sosial  məsuliyyət  yaradır, 
insan  şəxsiyyətinə,  şüurlu  ictimai  quruluş  və  normalara,  qanunlara, 
mülkiyyətə 
hörmət 
formalaşdırır. 
O, 
ictimai 
münasibətlərin 
tənzimlənməsinə  və  dövlətin  stabil  sosial-siyasi  inkişafına  yardım 
edir.  Dindar  insanlar  özlərində  və  digərlərində  yüksək  ruh,  alicənab 
qəlb,  “göylərə”  yaxınlıq  hissləri  tərbiyə  etməyə  can  atırlar.  Onlar 
insan  qəlbini 
Allahin  həqiqi  mehrabı  hesab  edərək,  səadət  və 
yaradıcı  fəaliyyətə  inam, məhəbbət və ümid  əsasında yaşamağa  can 
atırlar.  Belə  həyat  mövqeyi,  qanunauyğunluq  və  təsadüfləri  hələ  də
307


Fuad  Mammadov
Kulturologiva effektivli haval  ta faalivvala aparan vol
açılmamış  reallıqlann, 
dialektik  ziddiyyətlərlə  dolu  olan 
mürəkkəbliklərini aradan qaldırmağı asanlaşdırır.
Dini  və  dünyəvi  mədəniyyətdə  sosial  şər  və  onunla  mübarizə 
anlamına  müxtəlif cür  yanaşılır.  Belə  ki,  iudaizm,  islam  və  xristian 
dini  mədəniyyətində  şərin  səbəbkan  -   şeytan,  insanın  xilaskarı  isə, 
imandır.  Dünyəvi  mədəniyyətdə  şərin  səbəbi  -   cahillik,  ondan  xilas 
olma  yolu  isə  -  bilik,  humanist  etika  və  yaradıcılıqdır.  İnkişaf  və 
səadətə  can  atan  mədəni  insan  bilik,  bacarıq  və  mütəşəkkilliklə  birgə 
humanist  mənəviyyata  malik  omalı,  şəxsi  və  ictimai  rifah  naminə 
yaradıcı  fəaliyyət  həyata  keçirməlıidir.  Bununla  yanaşı, 
dini  və 
dünyəvi  yanaşmaları 
kamil  insan  anlayışı  birləşdirir. 
Bütün 
ləyaqətlərin  zirvəsi  olan 
kamillik  yüksək  olduqca,  şər  azalır; 
kamilliyə doğru gedən yol - yüksək ruhi mədəniyyətə gedən yoldur.
Bizim 
təsəvvürümüzə 
görə, 
bəşəriyyətin 
müasir 
sosial 
mədəniyyətinin  ən  cəlbedici  və  şüurlu  forması  demokratik  dəyər  və 
prinsiplərə  əsaslanan  vətəndaş  cəmiyyəti  mədəniyyətidir.  O,  yeni 
demokratik  ölkələr  tərəfindən 
insanlar  və  xalqlar  arasında  sülhün 
stabilliyinin,  sosial  inkişafın,  daha  uğurlu  gələcəyin  yolunun,  bəşər 
düşüncəsi  və  fəaliyyətinin  tarixi  nailiyyəti  kimi  nəzərdən  keçirilir. 
Vətəndaş  cəmiyyəti  mədəniyyəti  -  vətəndaşların  sosial  fəallığı  və 
özünüidarəsinin  inkişafı  hesabına  ictimai  rifahın  artımını  təmin  edən 
yüksək  həyat  fəaliyyəti  mədəniyyətidir.  O,  demokratik  etika 
və 
vətəndaş  hüququ,  azad  informasiya,  stabil  həyat  təminatı  sistemi, 
vətəndaş,  cəmiyyət  və  dövlətin  maraqlarının  harmonizasiyasmı 
nəzərdə  tutur.  O,  şəxsiyyətin  sosiallaşması  və  ictimai,  o  cümlədən 
milli  və  dini  münasibətlərin  tənzimlənməsi  üçün  yeni  imkanlar  açır, 
düzgün  sosial,  siaysi,  hüquqi  və  iqtisadi  qərarların  hazırlanması  və 
düzgün  həll  edilməsinə 
yardım  edir.  Demokratik  mədəniyyətin 
inkişafı 
vətəndaş  cəmiyyətinin 
humanist  dəyərlərinə  zidd  olan 
avtoritarizm,  despotizm,  eqoizm,  avantürizm  siyasi  mədəniyyətinin 
tədrici  eroziyasına  səbəb  olur.  Bu  yol  müxtəlif xalqların  ideologiya 
və  iqtisadi  maraqlarının,  daxili  resurs  və  əməkdaşlığın  istifadəsinə 
əsaslanan  üçüncü  ölkələrin 
davamlı  sosial-iqtisadi  inkişafının 
harmonizasiyasına  aparır.
Nəzərə  almaq  lazımdır  ki,  demokratiya  bütün  dərdlərin  dərmanı 
deyil,  liberal  dəyərləri  isə  ideal  adlandırmaq  olmaz.  Belə  ki,  Qərb
308
Fuad Mammadov
Kulturologiva effektivli hrival ta faalivvata aparan vnl
üçün  xarakterik  olan  ifrat  fərdiyyətçilik  sosial  altruizmi  məhv  edən 
arxieqoizmin  genişlənməsi  üçün  şərait  yaradır,  kütləvi  mədəniyyət 
isə,  yüksək intellektual və etik  mədəni dəyərlərin eroziyasını  yaradır.
O.Şpenqler,  A.Toynbi,  M.Horkxaymer,  Q.Markuze,  E.Fromm, 
Orteqa-İ-Qassetin  və  bir çox  başqa tanınmış  kulturoloq,  sosioloq  və 
filosofların  tənqid  obyektinə  çevrilən  bu  və  digər  neqativ 
xüsusiyyətlər  qərb  mədəniyyətində  böhran,  şəxsiyyətin  cəmiyyətdə 
yadlaşması  hadisələrinin 
yaranmasına, 
sərtlik, 
biganəlik  və
himayəçilik  tendensiyalarının 
yayılmasına  səbəb  olur.  A.Toynbi 
Yeni  dövrün  əvvəlindən  yaranan  qərb  sivilizasiyasmdakı  mənəvi 
böhranı  nəzərdən  keçirərkən,  inkişaf  etmiş  Qərb  ölkələrinin 
eqoizmini,  humanizm  mövqeyindən  tənqid  edərək,  onlan  müasir 
dövrün  qlobal  problemlərinin  həll  edilməsinin  mühümlüyünü  dərk 
etməyə  və  millətçilik, 
fərdiyyətçilik  və  kommunizm  kimi 
“postxristian  ideologiyasını”  aradan  qaldırmağa  çağırırdı. 
Bununla 
belə, siyasi, sosial və beynəlxalq  stabilliyin əldə edilməsi vasitəsi olan 
demokratik  mədəniyyətin  mövcud  üstünlükləri 
qlobal  vətəndaş 
cəmiyyəti 
mədəniyyətinin 
formalaşdırılması 
problemini 
aktuallaşdırırdı. 
Bu  problemin  həlli 
eyni 
zamanda  həm
“aşağıdan”milli  dövlətlər  səviyyəsində,  həm  də 
“yuxandan” 
beynəlxalq təşkilatlar səviyyəsində  həyata keçirilməlidir.
Qlobal  vətəndaş  cəmiyyəti  mədəniyyətininqurulması  prosesində 
milli  dövlətlərin  rolu  mühümdür.  Məlum  olduğu  kimi,  hər  bir  milli 
mədəniyyətin xarakter və  keyfiyyəti  təbii-coğrafi şərait,  bioloji kod, 
sosial mühit,  tarixi şərait və  mədəni mübadilə  faktorlanndan asılıdır. 
Bu zaman dövlətin siyasi rejimi ilə tənzimlənib,  özündə ailə, kollektiv 
və  cəmiyyət  kimi  qarşılıqlı  asılılıqda  olan  institutlan  birləşdirən 
sosial mühit apancı rola malik olur.
Dövlət  və  cəmiyyətin  sosial-mədəni  inkişafında  ailə  mühüm  rol 
oynayır.  İnsanın  mədəniyyətində  tərbiyə  həlledici  əhəmiyyətə 
malikdir.  Əgər  insan  ailədə  humanist  tərbiyə  almamışdırsa,  onda 
sosiallığın  əksinə,  “mədəni  atavizm”  üstün  ola  bilər.  Belə  ailələr 
insanın  “bioloji”,  “heyvani”  mədəniyyətinin  təbii  kultivasiyası  üçün 
şərait yaradır.  Xeyit  və ya şər  əməllərə meyllilik  şəxsiyyətin 
fərdi 
mədəniiyyəti  və  xarakterinin  formalaşdırılması  üçün 
qidalandıncı 
mühit  olan,  tarixən  formalaşmış 
mədəni  ənənələr, 
ailənin
309


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə