Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə74/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   70   71   72   73   74   75   76   77   ...   104

|-u»d  ,M?mnv;«ipv
Kulturoloeiva effcktivli havar 
ro
 faalİYVQt» a p a r a n  vol
etməkdir.Bu  məsələlərin  düzgün  həlli 
kulturoloji  metodologiyaya 
əsaslanan elmi yanaşma tələb edir və aşağıdakıları nəzərdə tutur:
•   mədəni  fəaliyyəti  və  mədəni  siyasəti  subyektlərinin  fəaliyyət 
üsul, vasitə, maraqlarının  təhlili;
•   mədəniyyət  institutlarının  mövcud  təşkilat  formalarının  onlann 
dəyişən  maraqlan  və 
bütövlükdə  mədəniyyət  inkişafının  yeni 
tələblərinə uyğunluğunun aşkar edilməsi;
•   sosial-mədəni  fəaliyyətin  yeni  növlərinin  layihələndirilməsi  və 
demokratik  mədəniyyətin  inkişafinı  təmin  edən  yeni  idarəetmə 
modellərinin  yaradılması.
İdarəetmənin  effektivliyi  üçün  maraqların  tənzimlənməsinin 
mühüm  əhəmiyyəti  vardır.  Bütöv  sosial  sistem  kimi,  mədəniyyətin 
inkişafının  effektiv  təşkili  və 
idarə  edilməsi 
mədəni  siyasətin 
müxtəlif  obyekt  və  subyektlərinin  ictimai,  kollektiv  və  fərdi 
maraqlarının  harmonizasiyasını  nəzərdə  tutur.  Bu,  milli  və  regional, 
iqtisadi  və  sosial,  siyasi,  etnik  və  digər  maraqlan,  dövlət  və  qeyri- 
hökumət  mədəniyyət  təşkilatlannın 
və  ayn-ayn  vətəndaşlann 
maraqlan 
daxil  olmaqla, 
cəmiyyətin  sosial-mədəni  fəaliyyət 
iştirakçılanmn  maraqlandır.  Belə  yanaşma  əsasında, 
demokratik 
sistem,  ictimai  rifahın  inkişafının  yeni  keyfiyyət  imkanlannı  açır.  Bu 
zaman,  məcmuu  ölkənin  ictimai  rifahını  təşkil  edən  ruhi  və  maddi 
dəyərlərin  inkişafı,  istifadəsi,  saxlanması,  və  istehsal  zərurəti  ilə 
bağlı  ictimai  maraqlar  kollektiv  və  fərdi  maraqlara  nəzərən,  prioritet 
xarakter daşımalıdır.
Kulturoloji  təhlilin  mühüm  komponenti  insan faktorunun  təhlili, 
xüsusilə də,  mədəni  prosesdə  cəmiyyətin müxtəlif üzv və qruplannın 
rolunun  aşkar  edilməsidir.  Qarşıya  qoyulmuş  inkişaf  məqsədlərinə 
nail  olmaq  üçün,  sosial-mədəni  fəaliyyət  subyektləri  intellektual, 
etik,  hüquqi,  təşkilati,  istehsalat-maliyyə,  bədii  və digər resurslardan 
istifadə  edərək,  sosial-iqtisadi  qarşılıqlı  münasibətə  girirlər.  İnsanın 
mədəniyyətdəki  sosial  rolu 
mürəkkəb  xarakter  daşıyır. 
Onun 
mədəniyyətə  münasibəti  asudə  vaxt  və  əyləncə  məqsədi  ilə  istehlak 
xarakteri,  peşəkar ruhi  istehsal  xarakteri  və  ya  sahibkarlıq  maraqlan 
xarakteri  daşıya  bilər.  Cəmiyyətin  müxtəlif üzvləri,  vəziyyətdən  asılı 
olaraq,  bir halda mədəniyyətin  yaradıcısı,  digər halda isə,  istehlakçısı
302
F u a d  M a m m a d o v
Kullurologiva effcktivli havat ta faaliyyata aparan vol
kimi  çıxış  edir.  Alimlər 
mədəniyyətin  yaradıcılan,  menecerləri, 
mədəniyyət  işçiləri,  resurs  sahibləri  və  əhalidən  ibarət  bir  neçə 
kateqoriyanı  müəyyən  etmişlər.  Bu  beş  qrupdan  hər  biri  üçün 
müvafiq  tələbat  və  maraqlar  müəyyənləşdirilir.  Mədəniyyətin 
yaradıcılan üçün bu -  elm, təhsil, incəsənət  və “ruhi istehsalın” digər 
istiqamətlərin  inkişafi,  mədəni  irsin  qorunması,  mənəvi  mədəni 
dəyərlərin  yaradılması,  həmçinin 
cəmiyyətin  inkişafında  yaradıcı 
xidmətlərinə  görə  ədalətli  maddi  və  mənəvi  mükafatlandırma  üçün 
dövlət 
tərəfindən  zəruri 
şəraitin 
yaradılmasıdır. 
Mədəniyyət 
menecerləri 
əsas  problemi 
mədəniyyətin  inkişafına,  mədəniyyət 
idarələrinin  maddi-texniki  bazasının  möhkəmləndirilməsinə  büdcə 
xərclərinin artırılmasında, eləcə də  mədəniyyət məhsullarının ödənişli 
növlərinə  əhalinin  ehtiyacının  artırılmasında  görürlər.  Mədəniyyət 
məhsullarının 
mənimsənilməsi  və  tirajlaşdınlmasını  təmin  edən 
mədəniyyət  işçiləri  üçün  başlıca  stimul 
onlann  əməyinin  maddi 
mükafatlandınlması,  mədəniyyət idarələrinin maddi-texniki bazasının 
inkişafı  və 
vəzifədə  inkişaf  etmək  imkanıdır.  Büdcə  və  digər 
vasitələri  idarə  edən  resurs  sahibkarlan  üçün  ən  başlıcası  mədəni 
fəaliyyətin,  yatınlmış  vəsaitə  uyğun,  nəticəyönümlülüyünün  təminatı, 
eləcədə  onun  real  gəlir  gətirmək  qabiliyyətidir.  Mədəni  dəyərlərin 
istehlakçısı  olan  əhali  üçün  əsas  motivasiya -  mədəni  nailiyyətlərdən 
geniş istifadə etmək imkanıdır.
Demokratik  ölkələrdə  sosial-mədəni  inkişafın  strateji  məsələləri 
demokratik  yolla  formalaşdırılan 
kollegial  idarəetmə  orqanları 
tərəıfmdən  idarə  edilir.  Siyasi  qərarların  qəbul  edilməsində  mərkəzi 
və yerli hakimiyyətlə birgə  qeyri-hökumət təşkilatlan və bələdiyyələr 
də  iştirak  edir.  Mədəni  siyasətdə  yeni  prinsip  və  yanaşmalann  bu 
təcrübəsindən  çıxış  edərək,  müasir  Azərbaycanda  mədəni  siyasəti 
həyata keçirən kollegial  orqan kimi,  mədəniyyət  üzrə Dövlət Şurasını 
tövsiyə  etmək  olar.  Şura  dövlət  və  qeyri-hökumət  təşkilatlannın 
səriştəli  nümayəndələri, 
ekspert-kulturoloq,  iqtisadiyyatçı  və 
hüquqşünas,  təhsil,  elm  və  incəsənət 
xadimlərindən 
ibarət 
olmalıdır.Bu  Şura  mədəni  siyasəti 
demokratik  əsaslar  üzrə 
formalaşdınb,  həyata  keçirməli, 
mədəniyyətin  inkişafi,  mədəni 
siyasətin subyektləri  və mədəni  fəaliyyət üçün maliyyə resurslanndan 
istifadə 
hüquqlannıtəsdiq 
etməli, 
monitorinq 
və 
nəticələrin
303


Fund  Vlommodot
Ku|luro)ogİYa_cffe)qiymətləndirilməsini  həyata  keçiurməli, 
mədəniyyətin  gələcək 
perspektivlərini  proqnozlaşdırmalıdır.  Bu  onunla  əlaqədardır  ki, 
mədəniyyət  idarələrinin  hüquq  və  vəzifələri  yalnız,  siyasi  şərait  və 
insan,  maliyyə,  texniki,  təşkilati  resurslardan  asılı  olan, 
real 
imkanların olduğu yerdə  effektiv istifadə edilə bilər.
Azərbaycan  mədəniyyəti  inkişafının  effektiv  idarəedilmə  forması 
kimi,  mədəni  siyasətin  prioritetləri  və  əsas  istiqamətlərinin,  eləcə də 
ictimai  resurslann  paylama strukturlarının müzakirə olunduğu,  xüsusi 
kulturoloji  konfrans və seminarlar ola bilər.  Bu görüşlər həm peşəkar, 
həm  də  elm,  təhsil,  incəsənət  xadimləri,  iqtisadçı  və  hüquqşünas, 
siyasətçi  və  jurnalistlər, 
parlament,  mərkəzi  və  yerli  hakimiyyət, 
bələdiyyə  və  qeyri-hökumət  təşkilatlan,  sahibkar  və  xeyriyyəçilər, 
diplomat və din xadimlərinin iştirakı  ilə geniş formatda  keçirilə bilər.
Azərbaycan  üçün  aktual  olan 
sosial-mədəni  inkişaf  probltmi 
həllinin  perspektivli  formalanndan  biri  kimi,  Azərbaycanın  mədəni 
tərəqqisinin  ümumi  maraqlan  ilə  birləşən  dövlət  və  qeyri-hökumət 
təşkilatlan,  eləcə  də  vətəndaşlann  könüllülüyü  əsasında  Azərbaycan 
mədəniyyət  Forumu 
ola  bilər.  Hal-hazırda  “Simürğ”  Azərbaycan 
mədəniyyət  Assosiasiyası 
həmin  Forumun  yaradılması  üzərində 
çalışır.
Azərbaycan  Respublikasında  yeni  mədəni  siyasətin  formalaş- 
dınlması  və  mədəniyyətin  idarə edilməsinin köhnə sisteminin  dəyiş­
dirilməsində  bir  çox  sosial  və  humanitar  elmlərin  elmi  sintezatoru 
olan 
kulturologiya  fundamental  rol  oynaya  bilər  və  oynamalıdır. 
Çoxəsrlik  dünya  və  milli  mədəniyyətin 
tarixi,  nəzəri  və  praktik 
öyrənilməsinin  sistemli  təhlilinə  istinadən,  kulturoloji  metodologiya 
həyat  fəaliyyətinin 
mahiyyət  və  qanunauyğunluqlarını 
düzgün 
anlamağın  və  insan və cəmiyyətin rifahının ruhi təkmilləşmə yollarını 
görməyin  və  həyat  keyfiyyətinin  yüksəldilməsinin  yeni  imkanlarını 
açır.  O, dövlətin  inkişaf sürəti  və keyfiyyətini  müəyyən  edən  fakt  və 
şərtlərin  bütün  rəngarəngliyini  nəzərə  alaraq,  praktik  problemlərin 
elmi  qoyuluşuna  əsaslanan  həyati  modellərini  qurmağa,  onların  həlli 
yollan,  üsul  və  vasitələrinin  düzgün  müəyyənləşdirilməsinə,  ölkənin 
idarəetmə texnologiyalanmn təkmilləşdirilməsinə imkan verir.
Yeni  prinsiplər  üzrə  mədəniyyətin  inkişafının  idarəedilməsinin 
effektivliyinə  nail  olmaq  üçün 
yüksək  ixtisaslı  kulturoloq
304
Fuad  Mammadov
Kulturologiya effektivli haval  va faalivvola aparan vol
mütəxəssislərin  hazırlığı  və səmərəli  istifadəsinin mühüm əhəmiyyəti 
var.  Gənc  kulturoloqlar 
ruhi  mədəniyyətin  müxtəklif  sahələrinin 
dövlət  idarəçiliyi  sistemində  hökumət  tərəfindən  fəal  istifadə 
edilməlidirlər.Onlar  təhsil;  mədəniyyət;  gənclər,  idman  və  turizm 
nazirliklərində  ;  Milli  elmlər  Akademiyasında;  Dövlət  Tele-Radio 
şirkətində;  mərkəzi  və  yerli  idarəetmə  orqanlarının  müvafiq 
bölmələrində  ;  MilliMəclisin  komissiyalarında,  eləcə  də  müvafiq 
qeyri-hökumət  təşkilatlarında,  bələdiyyə  və 
respublika  həmkarlar 
komitələrində  ciddi istehsalat praktikası keçməlidirlər.
Dövlət  quruculuğu  və  idarəçiliyində 
kulturologiyanm  praktik 
rolunun  artması  ilə  əlaqədar  olaraq,  onun  elm  və  tədris  fənni  kimi 
institutlaşdınlması, xüsusilə, mühüm əhəmiyyət kəsb etməyə başlayır. 
Azərbaycanda  kulturoloji  institutlar,  mərkəzlər,  kafedra  və  digər 
idarələr  yaradılmalı,  kulturoloji  təhsil  və  tədqiqatın,  dövlət  və  qeyri- 
hökumət 
təşkilatlan  şəbəkəsi  üçün 
müəllim,  alim  və  menecer- 
kulturoloqlann  hazırlanmasının 
prioritet  inkişafina  zəruri  şərait 
formalaşdmlmalıdır.  Bu  məsələ  üzrə  qərar  qəbul  edilməsinin 
gecikdirlməsi 
ölkəniin 
mədəniyyətin  inkişafının  idarəedilməsi 
sisteminin 
təkmilləşdirilməsi 
və 
yeni 
mədəni 
siyasətin 
formalaşdınlmasına 
mənfi  təsir  göstərir.  Sistemli  kulturoloji 
tədqiqatlar  Azərbaycan  dövlətinin 
dünyanın  apancı  demokratik 
ölkələrinin 
inkişaf  səviyyəsinə 
yaxınlaşma  zamanının  xeyli 
azaldılmasını  təmin  etməyə  qabil,  ölkənin  modemləşdirilməsinin 
strateji  texnologiyalanmn  hazırlanması üçün  universal elmi əsas ola 
bilər və olmalıdır.
<$, 
10 oktyabr 2001.
QLOBALLAŞMA ŞƏRAİTİNDƏ  MƏNƏVİ  MƏDƏNİYYƏTƏ 
FƏLSƏFİ VƏ HƏYATFƏALİYYƏT TEXNOLOGİYASI  KİMİ 
BAXIŞ HAQQINDA
(“Dünyagörüşlərin 
diferensasiya  və  inteqrasiyası:  müasir
mədəniyyətdə  dəyər  istiqamətlərinin  dinamikası "Altıncı  beynəlxalq 
fəlsəfı-kulturoloji konqresdəki  məruzənin  mətni.  Sankt-Reterburq.  29 
oktyabr2003-cü 
il) 
“Cəmiyyət 
mədəniyyəti 
müdafiə 
edərsə, 
mədəniyyət cəmiyyəti xilas edər”
305


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə