Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə76/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   72   73   74   75   76   77   78   79   ...   104

Fuad  Mammadov
Kulturologjya effektivli havat  »э faaliyyjlo aparan vol
psixologiyası,  dünyagörüşü, 
həyat  tərzi  ilə 
müəyyən  edilən 
genetikasından asılıdır.  Humanist tərbiyənin olmadığı  sosial  cəhətdən 
neqativ genetika zamanı  yaxşı təhsil, humanist mənəviyyat və  ictimai 
maraqlara  zidd  olan  “bioloji”  mədəniyyətli  insan  tərəfindən  öz 
eqoistik  maraqlan,  avantürist  məqsədlərinə  nail  omaq  üçün  istifadə 
olunur.  Bu,  ictimai  asayiş  və  təhlükəsizlik  üçün  qorxu  yaradan  şər, 
sosial  gərginlik, 
konflikt  və  dağıdıcı  proseslər  əmələ  gətirərək, 
yüksək  sosial  mədəniyyətin  eroziyası  faktoru  kimi  çıxış  edir.  Yüksək 
etik  prinsiplər  və  uşaqlanmn  yaxşı  təhsil  prioritetlərinə  sadiq  olan 
möhkəm  ailə  dövlətin  dayağı  olaraq, 
cəmiyyətin 
sağlam 
mənəviyyatım 
müəyyən  edir.  Ailə  mədəniyyəti 

cəmiyyətin 
mədəniyyətinin 
göstəricisi 
və 
mənbəyi, 
dövlətin 
milli 
mədəniyyətinin,  onun həyatiliyi  və yaradıcı  imkanlarının əsasıdır.  O, 
insan  potensialının  keyfiyyətini  və  milli  dövlətin  mədəni  simasını 
müəyyən  edir.  Lakin,  əgər  tərbiyə  ailədən  başlayırsa,  valideynlərin 
tərbiyəsi,  bir  çox  hallarda,  dövlətdən  asılıdır.  Buna  görə  də  ailələrin 
tərbiyəsi  dövlətin  əsas  qayğısına  çevrilməlidir.  Müasir  şəraitdə  bu 
mühüm  strateji  vəzifənin  yerinə  yetirilməsi,  təhsillə  bərabər,  dövlətin 
kulturoloji  maarif  sistemi  ilə  təmin  edilməlidir.  Bu  sistem 
bəşəriyyətin  şüuru,  hissləri  və  yaradıcı  əməyi  ilə  yaratdığı  dünya 
sivilizasiyasının inkişaf tarixinin  əhali tərəfindən  dərk edilməsi üçün 
geniş imkanlar açır.
Millətin sosial-mədəni  inkişafinın mühüm  faktoru cəmiyyətdir.  Bir 
çox  müasir ziddiyyətlərin mahiyyətinin təhlili  göstərir ki, onların əsas 
səbəbi  mədəniyyətlərin  ziddiyyətləridir.  Mədəniyyətlərin,  məhz  baza 
dəyərlərinin  müxtəlif iyerarxiyası  ilə  bağlı  olan,  ziddiyyəti  partlayış 
doğuran  miqrasiya və terrorizmə gətirib çıxarır.  Buna görə də, siyasi, 
sosial,  dinlərarası  və  beynəlxalq  stabilliyin  əldə  edilməsi  üçün, 
demokratik mədəniyyətin  bəşəri dəyərlərinin -  liberalizm və vətəndaş 
cəmiyyəti  dəyərləri  üstünlüyünün  təsdiqi  yolu  ilə  xalqların  və 
vətəndaşların  mədəni  uyğunluğunun  formalaşdırılması  həlledici 
əhəmiyyət  daşıyır.  İnsan  münasibətlərinin  harmonikləşdirilməsi  üçün 
insanların  humanizm  dəyərlərinə  sadiqliyi,  eyni  və  ya  yaxın 
dünyagörüş  və  maraqlarının  olması  vacibdir.  Bunun  üçün,  onların 
Xeyir  və  Şər,  həyat  və  dəyər  anlayışları  haqqında  təsəvvürlərinin 
yaxınlaşdırılması  mühüm  əhəmiyyət  daşıyır. 
Bununla  əlaqədar,
310
Fuad  Mamırıadov
Kulturologjya effektiv» hav al ta faaliyyəla aparan  yol
qloballaşma  şəraitində  bəşər mədəniyyətinin  universal  mənəvi  dəyər 
və  prinsiplərinin  prioriteti  əsasında  şəxsiyyətin  fərdi  mədəniyyətinin 
formalaşdırılması  haqqında  mədələ  strateji  əhəmiyyət  alır.  Belə  fərdi 
mədəniyyət  əsasında, 
mədəni  özünəməxsusluğu  pozmadan, 
öz 
aralarında  harmonik  qarşılıqlı  təsir  ümumiliyi  olan  mədəniyyətlərin 
düzgün  mikro-  və  makro 
sosiumlannı  qurmaq  olar.  Milli 
mədəniyyətlərin  başlıca  dəyərlərinin  saxlanması  şərti  ilə,  bu  siyasi 
vəzifənin  həyata  keçirilməsi,  mühüm  əhəmiyyət  kəsb  edir.  Məhz 
mədəni  özünəməxsusluq,  dini  fərqlər,  həyat  tərzi  və  ənənələri  nəzərə 
alan yanaşma  ümumi maraqlara cavab verən  qarşılıqlı anlaşmaya nail 
olmaq üçün geniş  imkanlar  açır.
Məlumdur  ki, 
şəxsiyyətin  və  cəmiyyətin  mədəniyyətinin 
formalaşdırılması  çox  zaman  dövlətin  siyasi  rejimindən  asılı  olur. 
Dünya təcrübəsi  göstərdi  ki,  müasir dünyada sosial-siyasi  quruluşun 
ən  optimal  modeli  demokratiyadır.  Lakin  demokratiya  da  özündə 
inkişafin  dağıdıcı  prosesləri  olan 
adi  təfəkkür  və  postmodern 
prinsiplərinə  əsaslanma, 
elm,  klassik  etika,  estetika  və  yüksək 
incəsənəti inkar etmə,  kütləvi mədəniyyətin  artımı, maarif və təhsilin 
defisiti  ilə  bağlı  bir  sıra  sosial  təhlükələri  gizləyir.  Əgər  demokratik 
quruluş  ictimai  maraqlara  cavab  verən  düzgün  siyasət  və  sistemli 
idarəetmə  ilə  təmin  olunmursa,  o  da  antisosial  fəaliyyətlər  yaradan 
eqoizmin 
aradan  qaldırılmasına  təminat  vermir.  Bir  zamanlar
görkəmli  alman  filosof  və  kulturoloqu 
Karl  Yaspers, 
avropa 
mədəniyyətini 
tənəzzül  kimi  səciyyələndirərək  qeyd  edirdi  ki, 
ümidsizlik daim  illüziyalara ehtiyac,  həyatın boşluğu -  sensasiyalara 
ehtiyac,  gücsüzlük  -  daha  zəif üzərində  zorakılıq  ehtiyacı  yaradır. 
Bundan  çıxış  edərək,  insanı  güclü  etməyin,  onun  həyatının  ruhi 
cəhətdən  zənginləşdirilməsinin,  daha  yaxşı  gələcək  üçün  ona  imkan 
verməyin 
mühümlüyü  aktuallaşır.  Məşhur  ingilis  tarixçisi  və 
kulturoloqu  Arnold  Toynbi  analoji  mövqedə  dururdu.  Toynbinin 
“Çağırış-Cavab”  konsepsiyası  mədəniyyətin,  daxili  və  xarici 
stimulların  təsiri  ilə  passivdən  aktivə  və  əksinə  keçidi  ilə  bağlı, 
inkişafinın  dialektik  proseslərini  məntiqi  izah  edir. 
Toynbi 
mədəniyyətin  yaradıcısı  olan  şəxsiyyətin  ruhu,  iradəsi  və  enerjisinə 
böyük  əhəmiyyət  verirdi.  Dindar  adam  olmasına  baxmayaraq,  insan 
və cəmiyyətin yaradıcı inkişaf prosesini ləngidən faktor kimi, fatalizm
311


b'uad Mammadov
Kulturologiva cffcklivli havat 
у э
 
fəallvvala aparan vnl
fəlsəfəsinin  aradan  qaldırılmasına  qarşı  cəsarətlə  çıxırdı.  Toynbiyə 
görə,  sivilizasiyanın  inkişafının  əsasını  “Çağırış”  və  “Cavab”  təşkil 
edir.  “Çağırış” -  Xeyir və Şər arasındakı mənəvi seçim, eləcə də, təbii 
və  ictimai  gərginlik,  kataklizmlər  şəraitində  yaşayib  inkişaf etmək 
uğrunda  mübarizə  stimulu  kimi  çıxış  edir.  “Cavab”  -   sivilizasiyanın 
inkişafının  hərəkətverici  qüvvəsi  kimi  çıxış  edir.  Toynbiyə  görə, 
məhz bu mifologem  insan münasibətlərinin tənzimləyicisidir.
Ölkənin  ümummilli  mədəniyyəti  hətta  ölkənin  iqtisadi  sınaq 
dövrlərində  belə,  sosial  stabilliyin  saxlanması  və 
ictimai 
münasibətlərin  tarixən  yoxlanılmış  vasitəsi  kimi  çıxış  edir.  Hər  bir 
milli  mədəniyyətin  inkişaf  strategiyası  elə  qurulmalıdır  ki,  mənəvi 
mədəniyyətin  tənəzzülünə  aparan 
çatışmamazlığa  qarşı  ardıcıl 
mübarizə  bütün  yaradıcı  səciyyəli  proqramlar  çərçivəsində  həyata 
keçirilsin.  Burada  söhbət  mənəvi  dəyərlərin  eroziyası  nümunəsi  olan 
yaltaqlıq,  yalan,  azğınlaşmış  konformizm, 
korrupsiya,  qulluq 
göstərmə, 
qeyri-sağlam  rəqabət, 
“qara  piar”  və  s.-dən  gedir.
Vətəndaş  cəmiyyəti  ictimai  münasibətləri  üçün  təhlükəli  olan  belə 
hadisələr  üçün  ən  münbit  şərait  adi  şüurun  üstünlüyü  və  aşağı 
səviyyəli  elmi  biliklərə  əsaslanan  kütləvi  mədəniyyətin mozaikliyidir. 
Demokratik  mədəniyyətin  formalaşması  və  inkişafına  neqativ  təsir 
göstərən  digər  faktor  konservativ-arxaik  təsəvvürlərin  üstünlüyü, 
feodal-avtoritar  mədəniyyət  və  ona  uyğun  təfəkkürlə  əlaqədardır.  Bu 
faktor  insanların  qarşılıqlı  anlaşmasına  mane  olub  mədəniyyətlərin 
münaqişə  səbəbinə  çevrilir.  Ölkə  səviyyəsində 
ümummilli 
mədəniyyətin  möhkəm  özülünün  yaradılması  məsələsi  insanların 
doğulduğu  yer,  etnos və  dini  mənsubiyyəti  ilə deyil,  şəxsi  keyfiyyət, 
həyat  prinsipləri  və  dəyərləri  ilə  ölçülməlidir.  Deməli,  şəxsiyyətin 
fərdi  mədəniyyətinin  formalaşdırılması  ümummilli  əhəmiyyət  kəsb 
edir.  Fərdi  mədəniyyət  vasitəsi  ilə  mədəniyyətin  mikro-  və  makro 
sosiumunu,  insan  birliyini  düzgün  formalaşdırmaq  olar.  Bunlardan 
çıxış  edərək, 
hər  bir  hökumət  əlverişli  sosial-mədəni  şəraitin 
yaradılmasına 
çalışmalı, 
vətəndaşlarda  xeyirxahlığın, 
qanununn 
aliliyinə  hörmət,  yüksək  əxlaqlılığın  tərbiyəsinə  qayğı  göstərməlidir. 
O, 
əsas  məqsədi  yüksək  mədəniyyətli 
şəxsiyyət  və  liderlərin 
hazırlanması  və tərbiyə edilməsi olan elmi əsaslı sosial-mədəni siyasət 
həyata  keçirməli,  onların  məhsuldar  fəaliyyətinə  şərait  yaratmalıdır.
3 1 2
Fuad  Məmmadov
Kulturologiva cffcklivli h.ıvat 
уд
 foalivvata aparan vol
Alimlər  arasında  belə  birfikir  yammışdır  ki,  millətin  sosial-mədəni 
tərəqqisi  siyasi-iqtisadi  faktorlarla  deyil,  bioloji  şərtlərlə  bağlıdır. 
Başqa  sözlə  desək,  mədəni  müxtəliflik  bioloji  fərqlərlə  şərtlənir. 
Lakin,  tarixi  təcrübə  göstərdi  ki,  həlledici  faktor  -  insanın  formalaşıb 
böyüdüyü  sosial  mühitdir.  İnasanlar  irqindən,  dinindən  etnos  və 
doğulduğu  yerdən  asılı  olmayaraq,  eyni  bioloji  təbiətə  malikdirlər. 
Lakin,  onun  həyati  imkanlannı  və  rifahını  müəyyən  edən, 
mədəniyyətinin  formalaşdıdırlması 
müəyyən  təbii-hava,  sosial  və 
siyasi  şərtlərdən asılıdır. Mədəniyyətin inkişafı və həyati çətinliklərin 
aradan qaldırılması  üçün təhsil  və tərbiyə, eləcə də  siyasət və düzgün 
idarəetmə  mühüm  əhəmiyyət  daşıyır.  Yüksək  mədəni  prinsiplərdən 
uzaq, düzgün olmayan idarəetmə xalqların degenerasiyası  və kökünün 
kəsilməsinə,  onun  həyatqabilliyinin  aradan  qaldırılmasına  apararaq, 
insanlarda  imansızlıq,  şər, 
sosial  ədalətsizlik,  hakimiyyətə 
etibarsızlıq, gələcəyə inamsızlıq yaradır.
Beləliklə,  qlobal  vətəndaş  cəmiyiyəti  mədəniyyətinin  qurulması 
strategiyalarının  ən  mühüm  məsələlərindən  biri,  ayn-ayr  ölkələrdə 
ictimai  maraqlara  cavab  verib,  sabit  inkişaf  və  ruhi  mədəniyyətin 
tərəqqisini  təmin  edən  mədəni islahatların  həyata  keçirilməsidir.  Bu 
islahatlar  vətəndaşların  iqtisadi,  sosial  və  siyasi  müstəqilliyi,  eləcə 
də 
məsuliyyətinə  yardım  edən 
düzgün  sosial-mədəni  siyasət  və 
düzgün  idarəetmə  əsasında  keçirilməlidir.  Hər  şeydən  əvvəl,  söhbət 
aşağıdakılardan gedir:
•  Dövlətin  intellektual  və  mənəvi  inkişaf  prioritetlərinin  ümumi 
strategiyalarını  və  milli  mədəniyyətlərin  demokratikləşdirilməsini 
təmin edən siyasət;
•  Həyat  təminatının  effektiv  texnologiyaları  və  elmi  biliklərin 
prioritetlərinin yaradılması;
•  Demokratiyanın  humanist  prinsiplərinə  əsaslanan  etik-hüquqi 
normaların  işlənməsi və reallaşdırılması;
•  Elmi  əsaslı  demokratik  idarəetmə  sisteminin  yaradılması  və 
təkmilləşdirilməsi.
Belə siyasətin zəruri elementləri aşağıdakılardır:
□  İnkişaf 
problemlərinin 
ictimai 
müzakirəsi, 
ekspertlərin 
tövsiyələrini nəzərə almaqla geniş debat;
313


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə