7
sonradan adlarını bildiyi “Gülnar” və “Leyla” adlı qızların da olduğunu görmüşdür.
Mərhəmətin avtomobilinə mindirdikdən sonra onları kənddə olan bir kafeyə aparmışdır.
Həmin kafedə oturub yeyib
-
içmişlər. Həmin vaxt Mərhəmətlə bir şüşə, Leyla və Gülnar isə
təxminən 100 qram araq içmişlər. Gülnar evə getməli olduğu üçün oradan təxminən saat
17:00 radələrində çıxmış və Zaqatala şəhərinə yola düşmüşlər. Həmin vaxt o da onlarla
birlikdə gəzmək üçün Zaqatala şəhərinə gəlmişdir. Həmin vaxt avtomobili Mərhəmət özü
idarə etmiş, onunla Gülnar arxa oturacaqda, Leyla isə qabaq oturacaqda oturmuşdur.
Gülnarı “Çinar” kafesinin qarşısında düşürtdükdən sonra üçü, yəni o, Leyla və Mərhəmət
bir qədər şəhərdə avtomobillə gəzmişlər. Sonra ona dostu Elmir zəng etmiş və onunla
görüşmək istədiyini bildirmişdir. Mərhəmətə onu “Qala Düzü” deyilən yerə aparmasını
bildirmiş və Mərhəmət də onu oraya aparmışdır. Orada avtomobildən düşmüş, Mərhəmət
isə Leyla ilə birlikdə oradan getmişdir. Elmirlə görüşərək onunla gəzə
-
gəzə “Meydan”
deyilən yerə tərəf gəlmişlər. Orada olan zaman Mərhəmət ona zəng etmiş və ondan
harada olmasını soruşmuşdur. Mərhəmətə yerini demişdir. Bir qədər keçəndən sonra
Mərhəmət ağ rəngli, “VAZ
-
2107” markalı, dövlət nömrə nişanını bilmədiyi avtomobillə
onların yanına gəlmiş, onunla Elmir həmin avtomobilə oturmuş və bu zaman Mərhəmət
onlara yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Yolla gedən zaman onları yolda polis
əməkdaşları saxlamış və Mərhəmətə onlarla birlikdə Zaqatala Rayon Polis Şöbəsinə
g
etməsini təklif etmişlər. Mərhəmət də polis əməkdaşlarına heç bir etiraz etməyərək,
onlarla birlikdə polis şöbəsinə getmişdir. Həmin vaxt özü də polis şöbəsinə gəlmiş və
orada ona məlum olmuşdur ki, Mərhəmət yol nəqliyyat hadisəsi törədərək, iki nəfər şəxs
i
vurmuşdur. Həmin şəxslərin heç birini əvvəllər tanımamış, onlarla hər hansı bir münasibəti,
dostluğu, ədavəti və ya düşmənçiliyi olmamışdır. Mərhəmətin özünün deməsinə görə o, da
həmin şəxsləri əvvəldən tanımamışdır. Nə hadisə baş verən zaman, nə də sonr
adan
Mərhəmətin avtomobilində olmamışdır. Hadisədən bir müddət qabaq Mərhəmət onu parkın
yanına aparmış və orada Mərhəmətin avtomobilindən düşərək, dostu Elmirlə
görüşmüşdür. Sonradan Mərhəmət ona zəng etmiş və ona avtomobillə adam vurduğunu
bildirmişdir. Daha sonra Mərhəmətlə görüşüb başqa avtomobillə hərəkətdə olan zaman
onları polis əməkdaşları saxlayaraq Mərhəməti polis şöbəsinə dəvət emiş və o da
Mərhəmətlə birlikdə polis şöbəsinə gəlmişdir.
Birinci instansiya
məhkəmə
sinin
iclаsındа dindirilən şahidlər
Məmmədli Elmir Elnur
oğlu və Bayramov Orxan Rövşən oğlu şahid Nurullayev Dilqəm Mervan oğlu ilə eyni
məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər.
Birinci instansiya
məhkəmə
sinin
iclаsındа ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid
Ömərova
Leyla Nadir qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 29 mart
2016-
ci il tarixdə səhər saatlarında tanışı “Mərhəmət” adlı oğlanın evinə getmişdir ki,
onunla görüşsün. Bir qədər Mərhəmətgildə oturandan sonra Mərhəmətlə birlikdə şəhərə
gəzməyə çıxmışdır. Mərhəmətlə “Meydan” deyilən yerdə olan zaman “Gülnar” adlı
rəfiqəsinə zəng edərək, onu da yanlarına dəvət etmişdir. Gülnar təxminən saat 14:00
radələrində onların yanına gəlmiş və onlar görüşmüşlər. Bu zaman Mərhəmətə onun dostu
“Dilqəm” adlı şəxs zəng edərək, onalrı yaşadığı Zaqatala rayonu Çobankol kəndinə yeyib
-
içməyə dəvət etmişdir. Bu səbəbdən də onunla Gülnar Mərhəmətin “VAZ
-
2106” minik
markalı, AZ 60
-BE-
726 dövlət qeydiyyat nişanlı avtomobilinə oturaraq, Çobankol kəndinə
getmişlər. Orada Dilqəmi də avtomobilə mindirdikdən sonra Çobankol kəndində yerləşən
tanımadığı bir kafeyə getdərək, həmin kafedə oturub yeyib
-
içmişlər. Həmin vaxt özü və
Gülnar təxminən 100
-
200 qram araq içmiş, Mərhəmətlə Dilqəm isə iki şüşə araq içmişlər.
Daha s
onra o, pivə də içmiş və onlar sərxoş olmuşlar. Gülnar evə getməli olduğu üçün
oradan təxminən saat 17:00 radələrində çıxaraq, Zaqatala şəhərinə yola düşmüşlər.
Həmin vaxt Dilqəm də onlarla birlikdə Zaqatala şəhərinə gəlmişdir. Bu zaman vaxt
avtomobili Mərhəmət özü idarə etmiş, Dilqəmlə Gülnar arxa oturacaqda, o isə qabaq
oturacaqda oturmuşdur. Gülnarı “Çinar” kafesinin qarşısında düşürtdükdən sonra
Mərhəmətin avtomaşını ilə Dilqəmlə Mərhəmət onu evlərinə çatdırmaq üçün Azərbaycan
prospekti ilə aşağıdan yuxarıya doğru istiqamətdə hərəkət etmişlər. Həmin prospektdəki
körpüyə çatmamış, nə səbəbdənsə, Mərhəmət idarə etdiyi “VAZ
-
2106” markalı avtomobili
yolun əks hərəkət zolağı ilə arxa sol tərəfə sürmüşdür. Bu zaman yolun kənarında olan
piyada yolu ilə bir qızla bir oğlan getmişlər. Mərhəmət avtomaşını sürətlə arxaya verdikdə,
8
birdən avtomaşın arxada nəyəsə dəyərək, taqqıltı səsi gəlmiş və avtomaşının arxa aynası
tamamilə sınaraq yerə tökülmüşdür. Həmin vaxt arxadakı oğlanın qışqırıb: “Ay, mənim
ayağım ağrıdı”
-
deməsini eşitmişdir. Bu zaman Mərhəmət qapını açaraq həmin oğlana:
“Bağışla”
-
deyib qapını bağlamış və avtomaşını yolun əks hərəkət hissəsinə doğru
çevirərək irəliyə sürməyə və sürətlə hərəkət edərək həmin yerdən uzaqlaşmağa
başlamışdır. Mərhəmətə avtomobili saxlamasını və oğlanla qıza nə olmasını öyrənməsini
demiş, lakin, Mərhəmət ona qulaq asmamış və oradan uzaqlaşaraq avtomobilini Axaxdərə
kəndi istiqamətində sürməyə başlamışdır. Mərhəmət avtomobilini sürüb oradan tez
uzaqlaşdığı üçün ayağının ağrıdığını deyən arxadakı oğlana və qıza nə olduğunu
bilməmişdir. Bərk qorxmuş və Mərhəmətə: “Maşını saxla, düşürəm”
-
demişdir. Lakin,
Mərhəmət ona qulaq asmayıb dayanmamış və sürətlə avtomaşını sürüb getməyə davam
etmişdir. Məhrəmət tutulacağından qorxmuş və bu səbəbdən avtomaşını gizlətmək
qərarına gəlmişdir. Bir müddətdən sonra rayonun Axaxdərə kəndində yanında sərhəd
zastavası olan bir evə gəlmişlər. Həmin evin qapısına çatdıqda, Mərhəmət özü
avtomaşından düşüb darvazanı açmışdır. Bu zaman o və arxada oturmuş Dilqəm
avtomaşından yerə düşmüşlər. Mərhəmətdən bu evin kimə məxsus olmasını soruşduqda,
Mərhəmət onlara yeznəsinin evi olduğunu bildirmişdir. Onlar Mərhəməti yolda gözləmiş,
Mərhəmət isə avtomaşını həmin evin həyətinə sürmüşdür. Onlar yolda Mərhəməti
gözləyərkən həmin evə yolla bir nəfər orta yaşlı şəxs gəlmişdir. Həmin şəxs kənardan
onları görmüş və həmin şəxs həyətə daxil olduqda, Mərhəmət həyətdən çölə çıxmışdır.
Bundan sonra Mərhəmət kiməsə zəng edərək, ora çağırmışdır. Bir qədər keçəndən sonra
ora bir
avtomobil gəlmiş və onların üçü də həmin avtomaşına oturaraq Zaqatala şəhərinə
gəlmişlər. Mərhəmətgil onu evnin qapısı yanında düşürdərək, getmişlər. Bundan sonra isə
nə baş verdiyindən məlumatı olmamışdır. Mərhəmət Səfərovun hansı səbəbdən
Azərbaycan prospektində idarə etdiyi avtomobilini yolun ortasında saxlayaraq qəflətən
arxaya verməsi və əks hərəkət zolağı ilə sürüb getməsi barədə hec nə bilmir. Nədənsə,
Mərhəmət avtomobilini qəflətən yolun ortasında saxlayıb arxaya vermiş və bu zaman
oğlanla qızı vurmuşdur. Həmin gün avtomobildə rəfiqəsi Gülnar da olmuşdur. Gülnar hətta
onlarla Çobankol kəndinə də getmişdir. Lakin, həmin hadisədən bir qədər əvvəl Gülnar
Zaqatala şəhərində yerləşən “Çinar” adlı restoranın qarşısında Mərhəmətin
avtomaşınından düşmüşdür.
Həmin hadisə olan vaxtı avtomobildə onunla Dilqəmdən
başqa heç kim olmamışdır. Həmin şəxslərin heç birini əvvəllər tanımamış, onlarla hər
hansı bir münasibəti, dostluğu, ədavəti və ya düşmənçiliyi olmamışdır. Mərhəmətin və ya
Dilqəmin həmin şəxsləri tanıyıb
-
tanımamalarını bilmir. Hamısı arxa şüşənin sınmasını
görmüş və bunu bilmişlər. Lakin arxa bamperin sol tərəfinin sındığını hiss etməmişlər.
Bunu Mərhəmətin avtomobili həyətə salan zaman görmüşlər. Mərhəmət hadisə törətdiyini
və adamları vurmasını bilmiş, lakin buna baxmayaraq hadisə yerindən yayınmışdır.
Birinci instansiya
məhkəmə
sinin
iclаsındа ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid
Qurbanov Zaqalov Mirzə oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o,
yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, evlidir və himayəsində iki nəfər
azyaşlı uşağı vardır. Səfərov Mərhəmət Musif oğlu onun qaynı olmaqla Mərhəmətlə
münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik
olmamışdır. Mərhəmətin “V
AZ-
2106” markalı, AZ 60
-BE-
726 dövlət qeydiyyat nişanlı minik
avtomobili vardır. 29 mart 2016
-
cı il tarixdə saat təxminən 19
-
00 radələrində küçələri ilə
yaşadığı evə qayıdan zaman qaynı Mərhəmətin onların evinin həyətinin darvazasını
açaraq özünə məxsus avtomobilini onların həyətinə salmasını görmüşdür. Həmin vaxt
Mərhəmət tək olmamış və onun yanında bir nəfər oğlanla bir nəfər qız olmuşdur. Onları
yaxından görə bilmədiyinə və Mərhəmətgilin də onun yanına yaxınlaşmadığına görə həmin
oğlanın və qızın kim olmasını bilməmişdir. Həyət darvazasının açıq olmasını görmüş və
həyətə daxil olmuşdur. Bu zaman Mərhəmətə məxsus olan avtomobilin həyətdə olmasını
görmüşdür. Həmin avtomobilə yaxınlaşan zaman həmin avtomobilin arxa şüşəsinin
sellofanla örtülü olmasını görmüşdür. Həmin sellofanı qaldırıb baxan zaman avtomobilin
arxa şüşəsinin və arxa bamperinin sol tərəfinin kauçuk hissəsinin sınıq olmasını
görmüşdür. Yaşdığı evə getmiş və nə baş verməsini anlaya bilməmişdir. Bundan təxminən
iki saat sonra yaşadığı evə polis əməkdaşları gələrək, ondan Mərhəmətə məxsus
avtomobil barədə soruşmuşlar. O, da polis əməkdaşlarına Mərhəmətə məxsus avtomobilin