6
görən kimi hər ikisi hərəkət etməyərək, yerlərində dayanmışlar. Həmin avtomobil çarpaz
şəkildə arxaya hərəkət edərək 70 saylı
evin qarşısında olan aradan içəri daxil olaraq,
onlara tərəf gəlmişdir. Bu zaman həmin avtomobil onu və Nərgizi arxa sol hissəsi ilə
vurmuş və onunla Nərgiz yerə yıxılmışlar. Həmin vaxt Nərgiz bir qədər kənarda, onun isə
ayağı avtomobilin altında qalmışdır. Həmin vaxt avtomobilin arxa şüşəsi sınaraq yerə
tökülmüşdür. Nərgiz yerə yıxılan zaman eynəyi gözündən düşdüyü üçün artıq heç nə görə
bilməmişdir. Bu zaman həmin avtomobilin sürücü tərəfdən qapısı açılmış və sürücü
sonradan adını bildiyi “Mərhəmət” adlı
şəxs ona tərəf baxmışdır. O, sürücüyə: “Neynirsən,
ayağımı qırdın”
-
demiş, sürücü isə ona: “Bağışla”
-
deyərək qapını bağlamış və
avtomobilini qabağa hərəkət etdirmişdir. Bunu görən kimi əli ilə sol ayağını çəkməsəydi
avtomobil yenidən onun ayağının üstündən keçəcəkdi. Həmin avtomobil sürətlə aşağıya
doğru hərəkət edərək gözdən itmişdir. Həmin vaxt ora çoxlu adam toplaşaraq, onların
ətrafına yığılmışlar. Öz mobil telefonu ilə təcili tibbi yardım stansiyasına zəng edərək,
oradan kömək çağırmışdır. Daha sonra orada olan tanımadığı bir şəxsə atasının nömrəsini
verərək, atasına zəng etməsini və hadisə barədə bildirməsini xahiş etmişdir. Həmin vaxt
yerdə yıxılmış vəziyyətdə qalmışdır, Nərgiz isə ayağa qalxıb sağa
-
sola hərəkət etmişdir. O,
da ayağa qalxmaq istəmiş, lakin sol ayağında ağrılar hiss etdiyi üçün ayağa qalxa
bilməmişdir. Bir qədər sonra ora atası Hüseyn, daha sonra isə təcili tibbi yardım
stansiyasından avtomobil və həkimlər gəlmişlər. Həkimlər onlara orada yardım göstərərək,
onları avtomobillərinə otuzdurub Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparmışlar.
Orada məlum olmuşdur ki, onun sol ayağının hər iki sümüyü sınmışdır. Xəstəxanada olan
zaman Nərgizlə maraqlanmış və ona orada bildirmişlər ki, Nərgiz alın, sağ əl və hər iki
ayağının diz və baldır nahiyələrindən xəsarət almışdır. Nərgizin xəsarəti elə də ciddi
olmadığına görə həmin gün xəstəxanadan çıxaraq yaşadığı evə getmişdir. Onun isə aldığı
xəsarəti ciddi olduğuna görə həmin gün xəstəxanada qalmış, səhərisi gün isə onu Bakı
şəhərində olan Respublika Travmatologiya Xəstəxanasına aparmışlar. “Mərhəmət” adlı
şəxsi əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti, dostluğu, ədavəti və ya
düşmənçiliyi olmamışdır. Nərgizin həmin şəxsi tanıyıb
-
tanımaması barədə heç nə deyə
bilmir. Həmin avtomobilin dövlət qeydiyyat nişanı yadında qalmasa da, onu hazırlıq
kurslarına gedən zaman bir neçə dəfə Azərbaycan prospektində olan yuyucu sexinin
yanında görmüş və tanımışdır. Hadisə baş verən zaman avtomobildə başqa şəxslər də
olmuş, lakin həmin şəxslərin kim olmaları barədə bilmir. Səfərov Mərhəmət Musif oğlu yol
nəqliyyat hadisəsi törədərək, onu vurub xəsarət yetirməsi ilə bağlı müalicəsinə 2500 (iki
min beş yüz) manat xərcləmişdir.
Birinci instansiya
məhkəmə
sinin
iclаsındа şahid qismində dindirilən zərərçəkmiş
şə
xs
Əliyev Nihad Hüseyn oğlunun qanuni nümayəndəsi Əliyev Hüseyn Kamal oğlu ifadəsində
göstərmiş
dir
ki, Əliyev Nihad Hüseyn oğlu onun doğma oğludur, Zaqatala rayon 1 saylı
orta məktəbin 10
-
cu sinif şagirdidir. Ali məktəbə qəbul olunmaq məqsədi ilə əlavə ola
raq
Zaqatala rayonunda yerləşən “Modern” hazırlıq kurslarına gedərək orada hazırlaşır.
Hadisə haqqında ona zəng edib məlumat verilmiş və o, dərhal hadisə yerinə getmişdir.
Hadisə barədə ilkin olaraq hadisə yerinə toplaşmış insanlardan, daha sonra oğlundan
məlumat almışdır. 29 mart 2016
-
cı il tarixdə saat təxminən 18
-
00 radələrində sürücü,
sonradan adını bildiyi “Mərhəmət” adlı şəxs idarə etdiyi avtomobilin arxa hissəsi ilə oğlu
Nihadı və kurs yoldaşı Nərgizi vurub xəsarət yetirmişdir. “Mərhəmət” adlı şəxsi əvvəllər
tanımamış, onunla hər hansı bir münasibəti, dostluğu, ədavəti və ya düşmənçiliyi
olmamışdır. Hadisədən sonra Mərhəmət Səfərov hadisə yerindən qaçsa da, onun
valideyni Nihadın bütün müalicə xərclərini ödəmiş və onlardan üzr istəmişdir. Hazırda onun
və oğlunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, onlar Mərhəmət
Səfərovla barışmış və təqsirləndirilən şəxsi bağışlamışlar. O, təqsirləndirilən şəxsə yüngül
cəza verilməsini xahiş edərək, bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etmiş
dir.
Birinci instansiya
məhkəmə
sinin
iclаsındа dindirilən şahid Nurullayev Dilqəm Mervan
oğlu ifadəsində göstərmişdir
ki, 29 mart 2016-
ci il tarixdə günorta saatlarında ona tanışı
“Mərhəmət” adlı şəxs zəng edərək bildirmişdir ki, Çobankol kəndinə gəlmək istəyir. Ona
heç bir etiraz etməmiş və onu kənddə gözlədiyini bildirmişdir. Bir qədər keçəndən sonra
Mərhəmət idarə etdiyi “VAZ
-
2106” minik markalı, AZ 60
-BE-
726 dövlət qeydiyyat nişanlı
avtomobillə onun yaşadığı kəndə gəlmişdir. Bu zaman Mərhəmətin avtomobilində