9
yaşadığı evin həyətində olmasını, həmin avtomobilin arxa şüşəsinin və arxa bamperinin
sol tərəfinin kauçuk hissəsinin sınıq olmasını bildirmişdir. Polis əməkdaşları onun razılığı
və iştirakı ilə, həmçinin hal şahidlərinin iştirakları ilə avtomobilə baxış keçirərək protokol
tərtib etmiş və o da hal şahidləri ilə bərabər həmin protokola imza etmişdir. Daha sonra
polis əməkdaşları Mərhəmətə məxsus avtomobili Zaqatala Rayon Polis Şöbəsinə
aparmışlar. Polis əməkdaşları onu da həmin vaxt polis şöbəsinə dəvət etmiş və o da etiraz
etməyərək, onlarla birlikdə polis şöbəsinə gələcəyini bildirmişdir. Polis əməkdaşlarından nə
baş verməsini soruşmuş və polis əməkdaşları da ona Mərhəmətin özünə məxsus
avtomobillə iki nəfər adam vurduğunu bildirmişlər. Polis şöbəsinə gəldikdən sonra polis
əməkdaşları ondan izahat almış və o da olanları öz izahatında göstərmişdir. Mərhəmətlə
həmin vaxt görüşmədiyinə
görə Mərhəmətdən bu barədə soruşa bilməmiş və Mərhəmət
özü də ona bu barədə heç nə bildirməmişdir. Ona yol nəqliyyat hadisəsinin baş verməsi və
Mərhəmətin özünə məxsus avtomobillə iki nəfər şəxsi vurması barədə sonradan polis
əməkdaşları bildirmişlər.
İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Məhkəmə
-
Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsindən
verilmiş 08.04.2016
-
cı il tarixli 80 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki,
zərərçəkmiş şəxs Əliyev Nihad Hüseyn oğlunun müayinəsi zamanı aşkar edilmiş
xəsarətlər –
sol baldır sümüyünün orta 1/3–nin qapalı qəlpəli sınığı, sol baldırında sıyrıq və
sıyrılmış yaralar –
bərk küt əşyaların və ya əşyalara dəyməsi təsirindən törənmişlər, ilk
m
əlumatda göstərildiyi ki 29.03.2016
-
cı il tarixdə yol nəqliyyat hadisəsi zamanı hərəkətdə
olan avtomobilin piyadanı vurması nəticəsində yetirilə bilərdilər, dərəcəsinə görə,
sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya
a
iddirlər.
İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Məhkəmə
-
Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Təkrari Ekspertizalar
Şöbəsindən verilmiş 30.06.2016
-
cı il tarixli T 160/2016 nömrəli canlı şəxsin ekspertizası
rəyindən görünür ki, zərərçəkmiş şəxs Əliyev Nihad Hüseyn müayinəsi zamanı aşkar
edilmiş xəsarətlər –
sol bazu sümüyünün aşağı 1/3
-
in oynaqdaxili qapalı yerdəyişən sınığı,
sol dirsək sümüyünün orta 1/3
-
in qapalı qəlpəli sınığı bərk küt əşyanın dəyməsi təsirindən
törənmişdir və avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə
görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər
vurmaya aiddir.
İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Na
zirliyinin
Məhkəmə
-
Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsindən
verilmiş 05.04.2016
-
cı il tarixli 75 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki,
zərərçəkmiş şəxs Məmmədova Nərgiz İsa qızında müəyyən edilmiş xəsarətlər–
alnında
əzilmiş
-
cırılmış yara, sağ əlinin yumşaq toxumalarının əziyi, sağ budunda və sağ diz
oynağında qançırlar, sol baldırında sıyrıqlar –
bərk küt əşyaların təsirindən törənmişlər, ilk
məlumatda göstərildiyi kimi 29.03.2016
-
cı il tarixdə yol nəqliyyat hadisəsi zamanı
hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində yetirilə bilərdilər, dərəcəsinə
görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya
aiddirlər.
İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 11.04.2016
-
cı il tarixli 7616 nömrəli
məhkəmə
-
avtotexniki ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim
olunmuş məlumatlara əsasən, “VAZ
-
2106” minik markalı 60 BE 726 dövlət qeydiyyat
nişanlı avtomobilin sürücüsü Səfərov Mərhəmət Musif oğlunun hərəkətlərində tədqiq
olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36
-
cı
maddəsinin 1
-
ci hissəsinin 3
-
cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin
maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
Həmin rəydən həm də görünür ki, sürücü Səfərov Mərhəmət Musif oğlu “VAZ
-
2106”
minik markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən və piyadaları vurduqd
an sonra
hadisə yerindən qaçdığından, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan
Respublikasının Qanununun 37
-
ci maddəsinin 1
-
ci hissəsinin 8
-
ci bəndinin tələblərinə
uyğunsuzluq olmuşdur.
10
Həmin rəydən həmçinin görünür ki, Sürücü Mərhəmət Səfərov hadisədən sonra
zərərçəkmişlərə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə
yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanununun 37
-
ci maddəsinin 4
-
cü hissəsinin tələblərinə uyğunsuzluq
olmu
şdur.
İş materiallarına əlavə edilmiş 29.03.2016
-
cı il tarixli 38 nömrəli "Sərxoşluq hallarının
bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu"ndan görünür ki,
təqsirləndirilən şəxs Səfərov Mərhəmət Musif oğlunda orta dərəcəli alkoqol sərxoşluğu
aşkar olunmuşdur.
İş materiallarına əlavə edilmiş 29 mart 2016
-
cı il tarixli "Yol
-
nəqliyyat hadisəsi yerinə
baxış keçirilməsi haqqında” protokolda göstərilir ki, piyadalar Zaqatala şəhəri, Azərbaycan
prospekti 70 nömrəli evin qapısının yanında
vurulmuşdur. Orada hərəkət
nizamlanmayandır və yol nişanları təsiri zonasına düşmür. Yol elektrik işıqları ilə
işıqlandırılır. Hadisə zamanı iki piyada vurulmuşdur. Yolun sol kənarından yolun sağ
kənarınadək olan məsafə 8,1 metrdir. Piyadalar yolun sol kənarı ilə küçənin aşağısından
yuxarısına doğru hərəkət etmişlər.
İş materiallarına əlavə edilmiş Azərbayan Respublikası Daxili İşlər Nazirliyinin Baş
Əməliyyat Statistik İnformasiya İdarəsindən 02.05.2016
-
cı il tarixdə verilmiş arayışdan
görünür ki, təqsirləndirilən şəxs Səfərov Mərhəmət Musif oğlu Şəki Ağır Cinayətlər
Məhkəməsinin 07.06.2012
-
ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinin 126.1
-
ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il azadlıqdan məhrum etmə
cəzasına məhkum edilmiş, 02.10.2014
-
cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.
İş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2012
-ci il
tarixli 1(091)-
054/2012 nömrəli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs
Səfərov Mərhəmət Musif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1
-ci
maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il
müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəli 02
oktyabr 2011-ci il tari
xdən hesablanmışdır.
İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 13 aprel 2016
-
cı il
tarixli 4(033)-
40/2016 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs Səfərov
Mərhəmət Musif oğlu barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş,
həbsdə olmanın əvvəli 11 aprel 2016
-
cı il tarixdən hesablanmışdır.
İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 04 iyul 2016
-
cı il tarixli
4(033)-
69/2016 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs Səfərov Mərhəmət
Musif
oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətinə, yəni
2016-
cı ilin avqustun 11
-
dək uzadılmışdır.
İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 24 noyabr 2014
-
cü il
tarixli 3(033)-
404/2014 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən
təqsirləndirilən şəxs Səfərov Mərhəmət Musif oğlu Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 296
-1.1-
ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə
təqsirli bilinib, onun nəqliyyat vasitələrinin idarə etmək hüququ 01 (bir) il müddətinə
məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir.
İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN
-nin Zaqatala Rayon
Polis Şöbəsinin DYPB
-
in rəisi, polis mayoru tərəfindən Zaqatala RPŞ
-nin
rəisi, polis
polkovniki Arif Babayevə 02.05.2016
-
cı il tarixdə ünvanlanmış 201
-6942-
1116 nömrəli
məktubdan görünür ki, təqsirləndirilən şəxs Səfərov Mərhəmət Musif oğlunun Mərkəzi
Məlumat Bazasının serverində yoxlama zamanı 16.11.2014
-
cü il tarixdə Zaqata
la Rayon
Polis Şöbəsinin DYPB
-
nin əməkdaşı Şahsubutov Yavər Şövkət oğlu tərəfindən
avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 296
-1.1-
ci maddəsinə əsasən CYP
-
384048 nömrəli inzibati xəta haqqında
protokol t
ərtib edilərək aidiyyatı üzrə baxılaraq tədbir görülməsi üçün Zaqatala Rayon
Məhkəməsinə göndərilmiş, 24.11.2014
-
cü il tarixdən Zaqatala Rayon Məhkəməsinin qərarı
ilə 01 (bir) il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar
çıxarılmışdır. Təqsirləndirilən şəxs Səfərov Mərhəmət Musif oğlunun sürücülük hüququnun
məhdudlaşdırılması müddəti Məhkəmənin qərarı çıxarıldıqdan sonra sürücülük vəsiqəsinin
təqdim edildiyi gündən hesablanır.