Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə18/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

 
 
 
54 
     O, tərəddüdlə ətrafına nəzər saldı. 
 -   Bura buyurun,- deyə  Cek qızı mehmanxanada  xanımlar üçün 
ayrılan  boş  qonaq  otağına  dəvət  etdi.  Qırmızı  məxmərlə 
bəzədilmiş otaq yaman cansıxıcı idi. 
-   İndisə əyləşin, miss...miss... 
-   Marşad, cənab.  Felise Marşad. 
-   Əyləşin, mademuazel Marşad və hər şeyi mənə danışın. 
     Felise dinməzcə əyləşdi. O, bu gün tünd yaşıl paltar geymişdi. 
Qızın  məğrur  sifətinin  gözəlliyi  və  təravəti  həmişəkindən  daha 
aydın gözə çarpırdı.Qızın yanında əyləşəndə Cekin ürəyi şiddətlə 
döyünməyə başladı. 
- Deməli,  belə, - deyə Felise sözə başladı.  –  Biz qısa müddətdir 
ki,  burada  yaşayırıq.  Gəlişimizin  ilk  günündən  eşitmişik  ki, 
evimiz- bizim kiçik, qəşəng evimiz- ruhların məskənidir. Burada 
heç  bir  qulluqçu  qalmaq  istəmir.  Bunun  o  qədər  də  böyük 
əhəmiyyəti  yoxdur.  Mənim  ev  işlərindən  başım  çıxır,  xörək 
bişirməyi də bacarıram. 
   Başını  itirmiş  cavan  oğlan  zahirən  üzündəki  ciddiliyi  qoruyub 
saxlamağa  çalışdısa,  bunu  bacarmadı:  “Çox  gözəldir,  lap 
mələkdir”,- deyə düşündü. 
-  Kabuslar haqqında aparılan söhbətləri son dörd günə qədər boş 
bir  şey  bilirdim.  Cənab,  dörd  gecədir  ki,  mən  eyni  bir  yuxunu 
görürəm. Qarşımda bir qadın dayanır- cazibədar, hündürboylu və 
çox gözəl bir qadın. Əllərində isə mavi rəngli çini qab tutub. O, 
əzab  çəkir,  çox  əzab  çəkir  və  hey  qabı  mənə  tərəf  uzadır, 
gözlərində  yalvarış,  sanki  məndən  imdad  istəyir.  Heyhat!  O 
danışa  bilmir,  mənsə,    onun  nə  istədiyini  anlaya  bilmirəm. 
Əvvəlki  iki  gecə  gördüyüm  yuxu  bununla  başa  çatdı,  amma 
srağagünkü  gecə  yuxumda  başqa  bir  şey  də  gördüm.  Qadın  və 
çini  qab    birdən  yox  oldular  və  mən  qadın  qışqırtısını  eşitdim: 
“Öldürürlər,  kömək  edin!  Öldürürlər!”  Mən  dəhşət  içində 
yuxudan  ayıldım.  Öz-özümə  dedim  ki,  məni  qara  basır,  sizin 
mənə  dediyiniz  sözlərlə  yuxumdakı  sözlərin  eyni  olmasını  bir 
təsadüf  hesab  edirəm.  Lakin  son  gecə  yenə  də  həmin  yuxunu 


 
 
 
55 
gördüm.  Cənab,  bu  nə  deməkdir?  Həmin  sözləri  siz  də 
eşitmisiniz. Biz indi nə edəcəyik? 
   Felisenin  üzündə  dəhşət  ifadəsi  vardı.  O,  balaca  əllərini  bir-
birinə  sıxaraq,  mərhəmət  diləyirmiş  kimi  gözlərini  Cekə 
dikmişdi. Cek isə özünü soyuqqanlı göstərməyə çalışdı. 
-  Hər  şey  öz  qaydasındadır,  mademuazel  Marşad.  Narahat 
olmayın. Əgər etiraz etməsəydiniz, sizə bir şey demək istərdim. 
Sizə  məsləhət  görürəm  ki,  bütün  bu  əhvalatı  olduğu  kimi  bu 
mehmanxanada yaşayan dostum Doktor Lavinqtona danışasınız. 
    Felise  bu  təklifə  razı  olduğunu  bildirən  kimi  Cek  Lavinqtonu 
axtarmaq  üçün  otaqdan  çıxdı  və  az  keçməmiş  onunla  birlikdə 
qayıdıb gəldi. 
    Lavinqton  Cekin  tələsik  izahatına  qulaq  asa-asa  qızı  başdan- 
ayağa  diqqətlə  süzdü.  Bir  -  iki  kəlmə  ilə  onu  sakitləşdirdikdən 
sonra öz növbəsində qızın əhvalatını diqqətlə dinlədi. 
-  Çox  qəribədir.  Siz  bunları  atanıza  demisinizmi?-  qız  sözünü 
qurtardıqdan sonra həkim soruşdu. 
    Felise başını buladı. Onun gözləri yaşarmışdı: 
-    Mən  onu  narahat  etmək  istəmədim.  O  hələ  də  ağır  xəstədir. 
Mən atamdan onu həyəcanlandıra biləcək hər şeyi gizlədirəm. 
     Lavinqton səmimi halda dedi: 
-  Sizi  başa  düşürəm.  Şadam  ki,  bizə  müraciət  etmisiniz, 
mademuazel  Marşad.  Bildiyiniz  kimi  Hartinqtonun  da  başına 
sizinkinə  oxşar  bir  əhvalat  gəlib.  Belə  zənn  edirəm  ki,  indi  biz 
düzgün  yoldayıq.  Dediklərinizə  daha  bir  şey  əlavə  edə 
bilərsinizmi? 
    Felise diksinən kimi oldu: 
-    Əlbəttə!  Mən  necə  də  axmağam.  Bütün  əhvalatın  canı  da  elə 
bundadır.  Bir  bura  baxın,  cənab.  Mən  bunu  şkaflardan  birinin 
dalından tapmışam. Sürüşüb rəfin arxasına düşübmüş. 
    Qız  sulu  boya  ilə  kağız  üzərində  səliqəsiz  çəkilmiş  bir  qadın 
şəklini  onlara  göstərdi.  Bu  adi  rəssam  cızmaqarası  idi,  lakin 
rəsmdəki qadın hündürboy və gözəl idi. Sifətində güclə sezilən, 


 
 
 
56 
ingilislərə  xas  olmayan  bir  ifadə  vardı.  Qadın  üstündə  mavi 
rəngli çini kuzə olan stolun yanında dayanmışdı. 
 -  Mən bunu elə bu gün səhər tapmışam, - deyə Felise izah etdi. - 
Cənab doktor, bu mənim yuxuda gördüyüm qadın, bu isə həmin 
mavi kuzədir. 
    Lavinqton  çəkilən rəsmin şərhini verdi: 
-  Çox qəribədir. Aydındır ki, sirrin canı bu mavi kuzədədir. Bu 
kuzə Çində düzəldilənə oxşayır. Özü də, görünür, çox qədimdir. 
Göründüyü kimi, üstündə yapma naxış var. 
    Cek onun sözünə qüvvət verdi: 
- Düzdür, Çində düzəlib. Əmimin kolleksiyasında tamamilə buna 
bənzərini görmüşəm. Elə lap bu yaxınlarda. Mənim əmim Çində 
düzəldilmiş çini qabların məşhur kolleksioneridir. 
-  Çində  düzəldilmiş  kuzə,-  deyə  Lavinqton  fikrə  daldı.  Bir-iki 
dəqiqədən  sonra  dərin  fikirdən  ayrılıb  gözlənilmədən  başını 
yuxarı qaldırdı. Onun gözlərində qəribə bir parıltı vardı. 
-  Hartinqton, bu kuzə əminizdə çoxdandırmı? 
-  Çoxdan? Doğrusu, bilmirəm. 
-  Yaxşı- yaxşı fikirləşin. Onu bu yaxınlardamı alıb? 
-    Bilmirəm.  Bəli,  bəli.  İndi  yadıma  düşdü.  Məni  çini  qablar  o 
qədər də maraqlandırmır, ancaq əmimin təzə aldığı şeyləri mənə 
göstərməsi yadımdadır. Bu, kuzə də o, şeylərin arasında idi. 
-  İki  aydan  az  olardımı?  Ternerlər  kottecdən  ikicə  aydır  ki, 
köçüblər. 
-  Bəli, tamamilə doğrudur. 
-  Əminiz hərrac bazarında olurmu?  
-  Həmişə olur. 
-    Belə  olan  halda  qətiyyətlə  demək  olar  ki,  əminiz  həmin  çini 
qabı Ternerlərin ev əşyaları satılan zaman alıb. Burada qəribə bir 
uyğunluq var və ya ola bilsin ki, qaranlıq olan bir həqiqəti aşkar 
etmək  mümkün  oldu.  Hartinqton,  siz  elə  bu  dəqiqə  əminizdən 
kuzəni haradan aldığını öyrənməlisiniz. 
   Cek məyus oldu: 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə