Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə19/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

 
 
 
57 
-  Qorxuram  ki,  bu  mümkün  olmasın.  Corc  əmi  indi  səfərdədir. 
Harada olduğunu da bilmirəm. 
-  O nə vaxt qayıdacaq? 
-  Üç həftədən, uzaq başı bir aydan sonra. 
    Araya  sükut  çökdü.  Felise  narahat  halda  gah  Cekə,  gah  da 
Lavinqtona baxırdı. 
-   Yəni bir şey etmək olmaz? - qız təşviş içində soruşdu. 
     Lavinqton həyəcanını güclə gizlədərək dedi: 
-    Olar,  ancaq  burda  bir  şey  var.  Ola  bilsin  ki,  mənim  təklifim 
sizə  qəribə  görünsün,  amma  inanıram  ki,  yeganə  çıxış  yolu 
budur.  Hartinqton,  siz  ,  kuzəni  bura  gətirməlisiniz.  Əgər  xanım 
icazə  versə,  mavi  kuzəni  də  özümüzlə  götürmək  şərtilə,  biz  bir 
gecəmizi kottecdə keçirərik. 
  Cek tüklərinin biz-biz olduğunu hiss etdi və həyəcanla soruşdu: 
- Sizcə nə baş verəcək? 
-  Heç  özüm  də  bilmirəm,  amma  inanıram  ki,  sirr  açılacaq  və 
kabus  məzarına  qaydacaq.  Bəlkə  də  kuzənin  dibi    iki  çatdan 
ibarətdir və tamamilə mümkündür ki, onun içində nəsə gizlədilib. 
Əgər heç bir hadisə baş verməsə, gərək bu vəziyyətdən bir çıxış 
yolu tapaq. 
   Felise əllərini bir-birinə sıxaraq həyəcanla dedi: 
-  Əla fikirdir. 
   Qızın  gözləri  sevincdən  parıldayırdı.  Ceksə  özünü  o  qədər  də 
rahat  hiss  etmirdi.  Əslində,  daxilən  yaman  qorxuya  düşmüşdü, 
lakin  ölsə  də  Felisenin  yanında  öz  qorxusunu  bürüzə  verməzdi. 
Həkimsə özünü elə aparırdı ki, sanki dünyada təbii bir şeyi təklif 
etmişdi. 
    Felise Cekə sarı dönərək soruşdu: 
-  Siz kuzəni nə vaxt gətirə bilərsiniz? 
-  Sabah,- deyə Cek könülsüz halda dilləndi. 
    İndi işi axıra çatdırılmalı idi. Cekə onu hər səhər heyrətə salan 
dəhşətli qışqırtıdan birdəfəlik yaxa qurtarmaq və bütün hadisəni 
tamamilə unutmaq lazım idi. 


 
 
 
58 
    Ertəsi  gün  axşam  o,  əmisigilə  getdi  və  geri  qaytarmaq  şərtilə 
kuzəni  götürdü.  İndi  Cek  kuzənin  sulu  boyayla  çəkilmiş 
rəsmdəki ilə eyni olduğuna qətiyyən şübhə  eləmirdi. Lakin o nə 
qədər diqqətlə qabın o yan bu yanına baxdısa, qeyri-adi, sirli bir 
şey görmədi. 
    Cek  və  Lavinqton  kottecə  çatanda,  axşam  saat  on  bir  olardı. 
Onlar qapını döyməyə macal tapmamış, Felise yavaşca onu açdı. 
Qız onların yolunu gözləyirdi. 
-   İçəri girin, - deyə Felise pıçıltı ilə dedi. – Atam yuxarıda yatıb. 
Biz  onu  oyatmamalıyıq.  Mən  burada  sizin  üçün  qəhvə  də 
hazırlamışam. 
    Qız kiçik, lakin çox rahat qonaq otağına keçdi.  Spirt lampası 
sacayağının  altında  idi.  Felise  hər  ikisi  üçün  ətirli  qəhvə 
hazırladı. 
    Sonra  Cek  kuzənin  bükülmüş  olduğu  kağızları  bir-bir  açdı. 
Kuzəni görən kimi Felise içini çəkdi və ucadan dedi: 
-  Bəli, bəli, bu odur. Mən onu harda olsa tanıyıram. 
    Bu  zaman  Lavinqton  artıq  öz  hazırlığına  başlamışdı.  O,  kiçik 
stolun  üstünü  təmizlədi  və  ətrafına  üç  stul  düzdü.  Sonra  mavi 
kuzəni Cekdən alıb stolun ortasına qoydu:  
-  Artıq  hər  şey  hazırdır.  İşıqları  söndürün  və  stolun  ətrafında 
qaranlıqda əyləşin. 
    Felise  və  Cek  deyilənə  əməl  etdilər.  Qaranlıqda  Lavinqtonun 
səsi eşidildi: 
-  Çox güman ki, üçümüzdən birimiz ruhlarla görüşüb danışmağı 
bacarırıq.  Əgər  belədirsə,  həmin  adam  hüşunu  itirəcək. 
Unutmayın  ki,  burda  qorxulu  bir  şey  yoxdur.  Canınızdakı 
qorxunu çıxarmağa çalışın, süstləşin, süstləşin. 
    Onun səsi get-gedə eşidilməz olurdu. Otağa vahiməli bir sükut 
çökdü. Lavinqton üçün “burda qorxulu bir şey yoxdur”,- demək 
bəlkə də asan idi, ancaq Ceki qorxu yox, dəhşət bürümüşdü. Cek 
Felisenin də həmin hissləri keçirdiyinə nədənsə əmin idi. Birdən 
o, qızın dəhşət dolu pıçıltısını eşitdi: 
-   İndi nəsə dəhşətli bir şey baş verəcək. Mən bunu hiss edirəm. 


 
 
 
59 
    Qaranlıq daha da qatılaşır, araya çökən dərin sükutdan adamın 
qulaqları uğuldayır və dəhşət hissi getdikcə güclənirdi. 
    Cek  yavaş-yavaş  boğazının  tutulduğunu  və  boğulduğunu  hiss 
elədi. Indicə dəhşətli hadisə baş verəcəkdi... 
    Cek  hüşunu  itirir  və  yumşaq  bir  axın  onu  öz  qoynuna  alıb 
harasa aparırdı. Onun gözləri örtüldü – dinclik - qaranlıq... 
     Cek astaca tərpəndi. Onun başı ağırlaşmışdı, lap şişib qazana 
dönmüşdü. O hardadır? 
     Günəş... quşlar... O arxası üstə uzanıb göyə baxırdı. 
     Birdən    her  sey    yadına    düşdü.    Stol    arxasında  oturması.  
Kiçik  otaq. Felise və həkim. Axı, nə  hadisə  baş  vermişdi?.. 
   Cek  durub  yerində oturdu  və  ətrafina  baxdı.  Başı  möhkəm 
ağrıyırdı.  O,  kottecin    yaxınlığındakı    kiçik  meşəlikdə  
uzanmışdı. Yanında  heç  kim yox  idi.  Saatına baxdı.Təəccüblə  
gördü  ki, saat on ikinin yarısıdır. 
   Cek ayağa  sıçrayıb  var  gücü ilə kottecə  tərəf qaçdı. Görünür,  
həkimlə  Felise onun  hüşunu itirməsindən  təşvişə  düşüb açıq  
havaya çıxartmışdılar.  
   Kottecə  çatıb   qapını  döyməyə başladı . Lakin ona nə  cavab 
verən  oldu , nə də bir kimsə gözə dəyirdi .Yəqin  onlar kömək 
dalınca gediblər.Ya da...  Ceki  soyuq tər  basdı . Ötən gecə  nə  
baş  vermişdi? 
   Cek  tələsik    mehmanxanaya    yollandı.  Elə  ağzını  açıb  
mehmanxana  işçisinə  müraciət  etmək    istəyirdi  ki,  qabırğasının 
altına    güclü    bir    yumruq    dəydi.  Özünu    ayaq    üstü  guclə  
saxladı. Əsəbi halda  geriyə qanrılanda qarşısında  ağsaçlı  qoca 
bir cənabın dayandığını gördü. Kişinin  gülməkdən az qala nəfəsi  
kəsilirdi: 
-  Məni  gözləmirdin, oğlum? Heç ağlına da  gəlmirdi, hə?   
-  Corc əmi, elə  bilirdim siz  uzaqlarda -  İtaliyadasınız. 
-  Mənsə burdayam. Ötən gecə  Duvra çatdım . Şəhərə gedirdim, 
yolüstü  sənə  dəyməyi qərara aldım . Amma nə görürəm . Bütün 
gecəni  gəzmisən, hə? Görünür, vaxtını yaxşı keçirirsən...       
   Cek  cəld onun sözünü kəsdi: 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə