107
qabağından getmirdi.Onun xəyalında ağır işlərdən sonra
otaqlarda ölmüş insan başları canlanırdı. O, atasının “özünə
qəsd” adlandırılmış ölümünü xatırladı.
Riveranın xəyalında bundan sonra daha çox versiyalar
alovlandı: tətil, aclıq, meşələrdə axtardıqları giləmeyvələr,
rastlarına nə gəldi yedikləri müxtəlif bitkilərin kökləri,
boğazlarının ağrıması, gecələr isə fəhlələrlə əsgərlərin silahlı
toqquşmaları, günahsız axıdılmış qanlar, ölmüş insan cəsədləri, -
bütün
bunlar elə bil ki, dünən olmuşdu.
Birdən Riveranın qulaqlarına alqış səsləri gəldi, dəniz kimi
dalğalanan alqış səsləri!
Bu alqışlar Denni Uordun ünvanına idi. Alqış sədaları beş
dəqiqə çəkdi.
Rivera Denni Uordun belə sürəkli alqışlarla qarşılanmasını
gözləmirdi.
Denni öz rəqibini “qardaş” kimi salamladı. Onun dodaqları
tərpəndi.
- Meksikalı balaca siçovul, - deyə Denni gülümsəyən dodaqları
altında mızıldandı. – Mən sənə göstərəcəyəm.
Rivera eşitdiyi sözlərə heç bir əhəmiyyət vermədi, onun
gözlərində saysız-hasabsız silahlar göründü. O, Meksika sərhədi
boyunca, ucsuz-bucaqsız quru düzənliklərdə istidən əzab çəkən
vətənpərvərləri görürdü ki, onlar da əllərini açıb silah istəyirdilər.
Qonq vuruldu, vuruş başlandı. Tamaşaçılar sevinclərini
gizlədə bilmirdilər. Hamı Denni Uordu alqışlayırdı. İndiyə kimi
onlar belə heyrətləndirici açıq vuruş görməmişdilər.
Denni məsafənin dörddə üç hissəsini elə sürətlə irəliləyirdi, elə
bil ki, bu saat Meksikalı oğlanı yeyəcəkdi. Bununla o, bir növ
meksikalıya məsləhət verdiyini nümayiş etdirirdi. Hər dəfə
hücuma keçəndə Denni bir-iki zərbəylə kifayətlənmirdi, ardı-
arası kəsilməyən zərbələr endirirdi Riveraya. Riveranın geri
çəkilməyə yeri yox idi, yeganə imkanı zərbələrdən yayınmaq və
müdafiə olunmaq idi.
108
Bu boks vuruşması deyildi. Bu, elə bil bıçaqlaşma döyüşü idi,
indicə bir-birini doğrayacaqdılar. Belə bir vuruşma tamaşaçıları
heyrətləndirmişdi. Bu iki boksçu rinqdə deyil, sanki qarşı-qarşıya
dayanmış, bir-birlərinin qanına susamış iki cəngavər kimi
vuruşurdular. Rivera hələ ayaq üstə dayana bilirdi. Bundan sonra
iki dəqiqə də keçdi.
Sonra hamını heyrətə gətirən hadisə baş verdi. Birdən nəsə
qarışıqlıq oldu, oyun dayandırıldı.
Rivera tək dayanmışdı. Denni – dəhşətli dərəcədə qorxmuş
Denni, arxası üstə uzanmışdı. Hakim Riveranın bir əlindən tutub
geri çəkdi və iki qladiator arasında dayanıb saymağa başladı.
Hakim “beş” deyənə kimi Uordun gözü qarşısında hər şey
fırlanırdı, yeddi saniyədə bir dizi üstə dayanaraq dincəldi. O,
“doqquz”dan sonra “on”u deməmiş qalxmağa hazırlaşdı. Əgər
“on” deyəndə onun dizi
döşəməyə dəyməzsə, onda bu “noqdaun”
hesab edilir, yaxudda ki, “nokaut”. Əgər diz döşəməni tərk
edərsə, “qalxmış” hesab olunur və bu halda Riveranın onu
yenidən vurub yıxmağa icazəsi var idi. Riveranın başqa imkanı
yox idi. Uordun dizləri döşəmədən qalxan kimi Rivera ona zərbə
endirəcəkdi. O ətrafına baxdı, hakim onun qarşısında
dayanmışdı. Rivera bilirdi ki, hakim çox asta sayır. Hamı ona
qarşı idi, hətta, hakim də.
Hakim “doqquz” deyən kimi cəld hərəkətlə Riveranı geri
itələdi. Əlbəttə, bu ədalətsizlik idi. Bu vaxt Uordun yerdən
qalxmasına açıq imkan yarandı. Denni gülümsədi.
İkinci və üçüncü raund da keçdi. Dördüncü raundda Denni
yenidən noqdauna düşdü. Zaldan qulaqbatırıcı müxtəlif
qışqırtılar, söyüşlər yağırdı.
Vuruşma daha əvvəlki kimi sürətli getmirdi. Hər iki
boksçunun yorğunluğu aydınca görünürdü. Bu dəfə Rivera
noqdauna düşdü. Zalı yenidən sevinc dolu səslər, qışqırtı bürüdü.
Rivera bir dizi üstə duraraq dincəldi. O, bilirdi ki, indi hakim
saniyələri çox tez-tez sayır.
-
Öldür onu, Denni! Öldür! – deyə hamı ayağa qalxıb qışqırırdı.