113
Qatillər
Yeməkxananın qapısı açıldı və iki nəfər naməlum adam içəri
daxil oldu. Onlar piştaxtanın qarşısında əyləşdilər.
- Nə içəcəksiniz?- Corc onlardan soruşdu.
- Bilmirəm, - onlardan biri cavab verdi,- Albert yeməyə nə
istəyirsən?
- Bilmirəm,- Albert dilləndi. - Bilmirəm, heç, nə yeyim.
Bayırda hava get-gedə qaralır, pəncərədən düşən küçə işıqları
otağı daha da işıqlandırırdı. Onlar piştaxtanın qarşısında oturub
menyunu oxuyurdular. Piştaxtanın o biri tərəfindən Nik Adams
onlara baxırdı. Bu, naməlum adamlar içəri girəndə Adams Corca
nəsə deyirdi.
- Mən alma sousu ilə qızardılmış donuz əti və kartof püresi
yeyəcəyəm, - deyə birinci adam dilləndi.
- O, hələ hazır deyildir.
- Bəs nə üçün onu menyuya yazmısınız?
- Bu, axşam yeməyi üçündür, - Corc aydınlaşdırdı,- Siz bu
yeməyi saat 6-da yeyə bilərsiniz. İndi isə saat 5- dir.
- Sizin saatda altıya iyirmi dəqiqə işləyibdir,- ikinci adam dedi.
- Bu
saat iyrmi dəqiqə irəlidir,- deyə Corc cavab verdi.
- Eee... cəhənnəm olsun sənin saatın da,- deyə birinci adam əsəbi
halda donquldandı.- Bəs indi yeməyə nəyin var?
- Sizə verməyə hər cür buterbrodumuz var,- Corc dedi,- Siz
həmçinin
qaxac edilmiş donuş əti, yumurta yeyə bilərsiniz.
- Mənə göy noxud ilə qızardılmış cücə, kartof püresi və yağ gətir.
- Bunlar axşam yeməyidir, - Corc təkrar etdi.
- Deməli, istədiyimiz bütün yeməklər axşam üçündür? Siz belə
işləyirsiniz?
- Mən sizə dedim ki, indi yumurta, qaxac edilmiş donuz əti...
- Yaxşı, mənim üçün yumurta və donuz əti gətir,- deyə Albert
Corcun sözünü kəsdi.