122
- O, çox yaxşı adamdır. Həm də bilirsiz, o, yaxşı boksçudur.
- Bunu bilirəm.
- Sizin onun sifətinin əvvəlkindən nə qədər dəyişdiyini
görməmisiniz. O, çox alicənab insandır, - ev sahibəsi dedi.
- Yaxşı, gecəniz xeyirə qalsın, xanım Hirk,- Nik dedi.
- Mən Hirk deyiləm,- qadın dedi. - mən xanım Belləm. Bu yer
onundur. Mən indi onun üçün burada qalıram.
- Yaxşı, xanım Belli, gecəniz xeyirə qalsın, - Nik təkrar etdi.
- Gecəniz xeyirə qalsın,- xanım Belli diləndi.
Nik Ol Andersonun yanından çıxan kimi dərhal yeməkxanaya
gəldi. Corc Niki görən kimi soruşdu:
- Ol Anderson evdə idimi?
- Bəli,- Nik dedi. – O, otağında idi və bayıra çıxmayacağını
bildirdi.
Zənci oğlan başını mətbəxdəki kiçik pəncərədən çıxarıb dedi:
- Mən daha belə sözləri eşitmək istəmirəm.
- Sən ona bu barədə bir söz dedin?
- Əlbəttə.
Mən ona deyəndə, artıq o, hər şeyi bilirdi.
- İndi o nə etmək fikrindədir?
- Heç bir şey.
- Onlar onu öldürəcəklər.
- Mən də belə düşünürəm.
- O, Çikaqoda nə iləsə qarışıq salınmışdı.
- Məncə elədir,- Nik dedi.
- Cəhənnəm olsun belə iş.
-
Bu çox qorxulu işdir,- Nik dedi
Onlar daha heç bir söz demədilər. Corc əyilərək əlindəki
dəsmalla piştaxtanın üstünü sildi.
- Görəsən, o, nə etmişdir?- Nik dedi.
- Belə çıxır ki, Anderson kiməsə kələk gəlmişdir. Buna görə də
onu öldürmək istəyirlər,- Corc cavab verdi.
- Mən bu
şəhərdən gedəcəyəm, - Nik dedi.
- Bəli! - Corc dedi.- Bu çox ağıllı fikirdir.