Aqata Kristi Baş nazirin oğurlanması


                                        Muzdlu  tərəfdaşlar



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə39/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   42

 
 
 
126 
                   
 
                Muzdlu  tərəfdaşlar 
 
 
      Bar  adamla  dolu  idi.  Səndi  Veskotun  qarşısında  iki  kokteyli 
qoyulmuşdu.  O,  saatına  baxdı,  ac  olduğunu  hiss  etdi.Şam 
yeməyini o, saat onun yarısında yeməyi tapşırmışdı. İndi isə saat 
ona qalırdı. Yeva Baret həmişəki kimi yenə gecikirdi. Və o, bunu 
da  bilirdi  ki,  saat  on  birin  yarısından  əvvəl  yemək  üçün  heç  bir 
şey tapmaq olmayacaq. Bu vaxt başqa bir adam bara daxil oldu. 
Səndi onu salamladı. 
-    Salam, Kotman. Bir şey içəcəksinizmi? 
  Məmnuniyyətlə, cənab. 
      Kotman təxminən otuz yaşlı, səmimi baxışlı bir adam idi. O, 
görkəmindən gənc bir oğlana bənzəyirdi. Onun dolu bədəni, qara 
saçı və iri qara gözləri vardı. 
-    Stella necədir? - Səndi soruşdu. 
-    Yaxşıdır.  Səhnəyə  çıxmazdan  əvvəl  dincəlməyi  xoşlayır.  Bu 
onun əsəbilərini sakitləşdirir. 
-     Mən bu təhlükəli işi min paunda edərdim. 
-    Bəli,  belə  bir  yüksəklikdən  iki  metr  dərinliyi  olan  suya 
tullanmağa heç kəs cəsarət edə bilməz. 
-    Bu mənim əvvəllər gördüyüm oyunlardan daha təhlükəlidir. 
      Kotman  gülümsədi.  O,  Səndinin  sonuncu  sözlərini  bir 
kompliment kimi qəbul etdi. 
      Stella  onun  arvadı  idi.  Əlbəttə,  o,  həyatını  təhlükəyə  ataraq 
bu qorxulu oyunu tamaşaçılar qarşısında icra edirdi. Hündür bir 
yerdən  alovlu  suya  tullanmaq  adamlara  daha  artıq  zövq  verirdi. 
Stella  iyirmi  metr  hündürlükdən  iki  metr  dərinliyi  olan  suya 
tullanırdı.  O,  tullanmazdan  əvvəl  suyun  üzərinə  benzin 
tökürdülər 
və 
məşəl 
ilə 
suyun 
üzərindəki 
benzini 
alovlandırırdılar. Bu çox qorxulu oyun idi. 


 
 
 
127 
     Bu vaxt Yeva Baret başqa qonaqları ilə gəldilər. O, çox varlı 
bir  Amerikan  qadını  idi.  Onun  stolunda  həmişə  çoxlu  qonaqlar 
olurdu. Adətən, onlar yeməkdən sonra kart oynayırdılar. 
-    Pako, yaxşı bir stol hazırla, - deyə Yeva Baret baş xidmətçiyə 
tapşırıq verdi. 
-      Ən  yaxşı  stolu,  -  deyə  baş  xidmətçinin  qara  gözlərində  ona 
qarşı məftunedici bir ifadə göründü. 
-     Siz heç Stellanı görmüsünüz? 
-    Əlbəttə,  üç  dəfə.  Mən  indiyə  kimi  belə  qorxunc  oyun 
görməmişdim. Mən onun ölümünü görmək istəyirəm. Əlbəttə, o, 
bu  gecələrin  birində  öləcək  və    mən  bunu  öz  gözlərimlə 
görəcəyəm. 
       Pako güldü. 
 -       İndi  o, elə bir uğur  qazanıb  ki,  gərək  bunu  gələn aya kimi 
qoruyub saxlayaq. Avqustun axırına kimi o özünü öldürməsəydi, 
bundan sonra nə edir, etsin. 
       Orkestr  çalır,  keflənmiş  ağalar  və  xanımlar  rəqs  edirdilər. 
Musiqi  dayanan  kimi  baş  xidmətçi  nəzakətlə  Yeva  Baretin 
qonaqlarını onlar üçün ayrıca düzəldilmiş stola dəvət etdi. 
-     Biz Stellanı buradan daha yaxşı görəcəyik. 
-     Mən sututara yaxın oturmaq  istəyirəm. Buradan onun üzünü 
daha aydın görə biləcəyəm. 
-      O,  çox  gözəldir?-  stol  arxasında  oturmuş  xanımlardan  biri 
soruşdu. 
-   O qədər də yox. Gözləri cazibəlidir. Stella hər dəfə bu səhnəni 
göstərəndə öz ölümü üçün qorxur. 
-     Mən buna inanmıram. Bu sadəcə olaraq bir oyundur. Burada 
risk ediləsi heç bir şey yoxdur. 
-    Sən nə haqqında danışdığını bilmirsən. Belə bir hündürlükdən 
dayaz  suya  tullanmaq  və  ani  olaraq  suya  çatanda  cəld  bir 
hərəkətlə dönüb suya baş vurmaq, bu sizin düşündüyünüz qədər 
də  asan    iş  deyildir.  Əgər  o,  bu  hərəkətdə  kiçicik  bir  səhvə  yol 
versə,  onda  onun  kürəyi  və  başı  sututarın  kənarına  dəyib 
parçalana bilər. 


 
 
 
128 
  Əgər bu risk deyilsə, onda burada qorxulu heç bir şey yoxdur. 
Bu iş dəqiqədən asılıdır. Əgər o həyatına risk etmirsə, deməli bu 
müasir dövr üçün ən böyük möcüzədir. 
      Səhnənin  sol  tərəfində,  stulların  arxasında  çox  hündür  bir 
nərdivan  vardı.  Bir  azdan  musiqi  dayandı,  işıqlar  söndü. 
Projektor sututarı işıqlandırdı. 
      Bu  vaxt  Kotman  göründü.  O,  stulların  yanındakı  nərdivana 
yaxınlaşdı. 
-    Ağalar və xanımlar, - o, yüksək səslə dedi. – Siz indi əsrin ən 
gözəl  üzgüçüsünü  görəcəksiniz.  Madam  Stella  dünyada  ən 
məhşur  üzgüçüdür.  O,  iyirmi  metr  hündürlükdən  iki  metr 
dərinliyi  olan,  alovla  şölənənən  suya  tullanır.  Bu  indiyə  kimi 
görünməmiş  möcüzədir.  Madam  Stella  bunu  edə  biləcək  hər 
hansı bir adama yüz paund verməyə hazırdır. Ağalar və xanımlar, 
indi mən sizə madam Stellanı təqdim edirəm. 
      Bu  zaman  nərdivanın  yanında  kiçik  bir  fiqura  göründü.  O, 
sututara  tərəf  getdi  və  ona  əl  çalanlara  baş  əydi.  Stella  əyninə 
ipək  kişi  xalatı,  başına  isə  üzgüçü  papağı  geymişdi.  Hamı  ona 
diqqətlə baxırdı. 
-    Gözəl deyil. - Yeva Baretin stolunda oturan xanımlardan biri 
dedi. 
-    Yaxşı  bədən  quruluşu  var.  Siz  görəcəksiniz.-  Yeva  Baret 
xanımlara dedi. 
      Stella  xalatını  çıxarıb  Kotmana  verdi.  Kotman  aşağı  düşdü. 
Stella  bir  anlığa  dayandı  və  adamlara  baxdı.  Onlar  qaranlıqda 
olduğundan  Stella  onların  yalnız  ağ  sifətlərini  görə  bildi.  Onun 
bədəninə görə uzun ayaqları görkəminə xüsusi gözəllik verirdi. 
      Stella nərdivana çıxmağa başladı. Bu dəfə hündürlük çox idi. 
Onun  köməkçisi  suya  benzin  tökməyə  başladı.  Kotmana  yanan 
məşəl  verildi.  O,  nərdivanın  qurtaracağındakı  kiçik  platformada 
dayanmış Stellaya baxdı. 
-     Hazırsanmı? - Kotman qışqırdı. 
-     Bəli. 
-     Tullan! - Kotman bu dəfə daha bərkdən qışqırdı. 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə