86
Oskar Uayld 30 noyabr 1900 -cu ildə, 46 yaşında Parisdə vəfat
etmişdir.
Nümunəvi milyonçu
Pulun yoxdursa, lap dünya gözəli də olsan belə, bundan sənə
heç bir xeyir dəyməz. Yalnız dövlətlinin imtiyazına aid olan
sevgi macərası da kasıb girən kol deyil. Kasıbın qisməti əmək və
sıxıntıdır. Həmişə gəlirin varsa, bu, cazibədar olmaqdan daha
sərfəlidir. Bütün bunlar Hyuc Erskine üçün hələ əlçatmaz olan
əsl həyat həqiqətləri idi. Yazıq Hyuc! Etiraf etməliyik ki, o,
mənəvi cəhətdən bir o qədər də zəngin deyildi. Ömründə nəsə
qiymətli və bununla yanaşı nəzakətsiz bir şey də söyləməmişdi.
Amma o, çox gözəl idi. Şabalıdı cod saçları, aydın siması və
qonur gözləri ona xüsusi yaraşıq verirdi. O, hətta kişilərin də
sevimlisinə çevrilmiş, pul qazanmağı çıxmaq şərti ilə, hər şeydə
bəxti gətirmişdi. Atası öz döyüş qılıncını və beş cildlik
“Yarımada müharibəsinin tarixi”ni ona vəsiyyət etmişdi.
Hyuc bunların birincisini aynasının üzərindən asmış, digərini isə
“Xanı balıqları yol göstərir” və Cinayət Məhkəməsinin jurnalı
ilə birlikdə arxivə qoymuş və yaşlı xalasının hər il ona verdiyi
200 funtla dolanmışdı. O özünü hər şeydə sınamışdı. Altı ay fond
birjasına gedib-gəlmişdi, lakin sadə qəlbli Hyuc möhtəkir və
alverçilərin arasında nə edə bilərdi? Uzun müddət çay alveri ilə
məşğul olmuşdu, lakin tezliklə çay da onu təngə gətirmişdi.
Sonra o,
xeres
*
(şərab növü) satmağa başlasa da, bu da onu razı
salmadı; şərab da onu yamanca usandırdı və nəticədə heç nəyə
nail ola bilmədi. Zahirən qüsursuz, heç bir sənəti olmayan çox
gözəl və uğursuz bir gənc!
Bu qədər dərdin üstündən Hyuc hələ bir eşqə də düşmüşdü.
Onun sevdiyi qız, Hindistanda ikən əhvalı pozulmuş və mədə