Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə28/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

 
 
 
87 
pozğunluğu xəstəliyinə tutulduğuna görə istefada olan polkovnik 
qızı  Laura  Merton  idi.  Laura  Hyucu  dəlicəsinə  sevirdi  və  Hyuc 
da  onun  çəkməsinin  bağlarını  belə  öpməyə  hazır  idi.  Onlar 
Londonda bir-birlərinə çox gözəl uyğun gəlirdilər; bir penni belə 
pulları da yox idi. Polkovnikin də Hyucu çox sevirdi, lakin o, heç 
vaxt nişan barədə söhbət açmazdı.  
-    Oğlum,  mənim  yanıma  on  min  funtun  olanda  gələrsən,  onda 
fikirləşərik,  –  deyərdi  və  belə  günlərdə  Hyuc  çox  qəmgin 
görünər, sonra təsəlli üçün Lauranın yanına gələrdi. 
    Bir  səhər  o,  Mertonların  yaşadığı  Holland  Parka  gedərkən 
yaxın  dostlarından  biri  olan  Alan  Trivora  baş  çəkməyi  qərara 
aldı.  Trivor  gözəl  rəssam,  zahirən  üzü  çilli,  sarışın,  pırtlaşıq 
saqqallı, qəribə, kobud bir gənc idi. Əlinə fırça alandan bəri o öz 
sənətinin  mahir  ustası  olan  rəssam  səviyyəsinə  yüksəlmiş  və 
rəsmləri  arzu  olunacaq  qədər  uğur  qazanmışdı.  Hyuc  öz 
cazibədarlığına görə elə ilk baxışdan onun diqqətini cəlb etmişdi. 
O,  deyərdi:  “Rəssam  səfeh  və  cazibədar  insanları  tanımalıdır,  o 
insanları ki, onlara baxmaqdan gözəl zövq alırsan, onlarla söhbət 
etməyə isə dəyməz. Dünyanı modabaz kişilər və  nazlı xanımlar 
idarə  edirlər.  Hər  halda  belə  tələb  olunur”.  Lakin  Hyucla 
dostlaşandan  sonra,  Hyucun  çevikliyi,  üzü  güləş,  alicənab  və 
mülayim  olması  Trivorda  ona  qarşı  daha  böyük  rəğbət  oyatdı; 
buna görə də  onun emalatxanasının qapısı Hyucun üzünə həmişə 
açıq idi. 
    Hyuc  içəri  girəndə  Trivor  dilənçi  bir  kişinin  təbii  ölçülü 
rəsminin  son  cizgilərini  çəkməklə  məşğul  idi.  Dilənçi  özü 
emalatxananın küncündəki hündür bir yerdə dayanmışdı. O, üzü 
qırışmış və olduqca yazıq görkəmli, ayaq üstə qup-quru qurumuş 
yaşlı bir kişiydi. Çiyninə üzülmüş, cındır qəhvəyi plaş atılmışdı, 
çəkmələri  yamaqlı  idi.  O,  bir  əli  ilə  əyri-üyrü  əl  ağacından 
yapışmış,  digər  əli  iləsə  yırtılmış  papağını  sədəqə  üçün  irəli 
uzatmışdı. 
-    Necə  fövqəladə  bir  canlı  nümunə!  -  Hyuc  pıçıltı  ilə  dedi  və 
dostunun əlini sıxdı. 


 
 
 
88 
-    Fövqəladə  canlı  nümunə!  -  Trivor  var  qüvvəsi  ilə  qışqırdı.  - 
Mən  də  elə  bu  cür  düşünürdüm!  O,  hər  gün  qarşılaşdığımız 
dilənçilərdən deyil. Tapıntı, qulaq asın, əziz dost, canlı Velaskis! 
Mənim  böyük  ustadım!  Görəsən  Rembrandt  onun  barəsində 
hansı əsəri yaradardı! 
-  Zavallı qoca! - Hyuc dedi.- Onun necə də  yazıq görkəmi var! 
Mənə elə gəlir ki, onun taleyi üzünə yazılmışdır. 
-  Əlbəttə,  -  Trivor  cavab  verdi.-  Sən  dilənçinin  xoşbəxt 
görünməsini istəmirsən, elə deyilmi? 
-  Bu canlı nümunə burada durmaq üçün nə qədər alır? 
-  Hər saat üçün bir şillinq. 
-  Alan, bəs sən öz rəsmin üçün nə qədər qazanırsan?   
-  Bu rəsm üçün iki min. 
-  Funt? 
-  Gineya. Rəssamlar, şairlər və həkimlər həmişə gineya alırlar. 
-  Yaxşı, yəqin ki, burada bu canlı nümunənin də payı olmalıdır. 
-  Boş sözdür!  
-  Niyə  axı,  sən  bir  boya  ilə  işləmək  və  bütün  günü  kiminsə 
rəssam dəzgahında durmaq arasındakı fərqi müqayisə et! 
-  Hyuc,  bütün  bunları  dildə  demək  asandır.  Lakin  mən  səni 
inandırıram ki, elə vaxtlar olur ki,  İncəsənət bütünlüklə fiziki iş 
dərəcəsinə endirilir. Ancaq Hyuc, səndən boşboğazlıq etməməyi 
xahiş  edirəm.  Mən  çox  məşğulam.  Sən  hələlik  siqaret  çək  və 
mənə mane olma. 
    Bir  qədər  sonra  xidmətçi  içəri  girdi  və  çərçivə  ustasının  ona 
müraciət etmək istədiyini bildirdi. 
-  Getmə, Hyuc, indi gəlirəm. - O dedi və çıxdı. 
    Qoca  dilənçi  Trivorun  orada  olmamasından  istifadə  edərək, 
dincəlmək  üçün  arxasındakı  taxta  skamyada  əyləşdi.  Onun 
ürəkağrıdan  görkəmi  Hyucun  qəlbini  titrətdi.  Və  nə  qədər  pulu 
olub-olmadığını  bilmək  üçün  öz  ciblərini  eşələməyə  başladı. 
Cəmi bir soveren və bir qədər də mis pulu vardı. “Yazıq  qoca,” - 
o, öz-özünə düşündü,- “onun buna məndən də çox ehtiyacı  var, 


 
 
 
89 
lakin  bu  pul  heç  iki  həftəlik  yol  xərci  eləmir”.  Sonra  o, 
emalatxana boyunca gəzişərək, sovereni dilənçinin ovcuna basdı. 
   Qoca  diksindi,  onun  solğun  dodaqlarına  donuq  bir  təbəssüm 
qondu. “Təşəkkür edirəm, cənab”, - dedi, - təşəkkür edirəm”. 
   Sonra  Trivor  gəldi  və  Hyuc  etdiyi  hərəkətdən  azca  qızarmış 
halda çıxıb getdi. O, gününü Laura ilə keçirtdi, israfçılığına görə 
yaxşıca danlandı da və  üstəlik evə piyada getməli oldu. 
    Həmin  gecə  o,  təxminən  11-ə  qədər  Palitra  Klubunda 
veyilləndi  və  Trivoru  siqaret  çəkilən  otaqda  tənha  oturub 
reykveyn* və selter** suyu içən yerdə yaxaladı.   
-  Yaxşı,  Alan,  sən  rəsmi  bitirdinmi?  -  O,  soruşdu  və  siqaretini 
yandırdı. 
-  Əlbəttə, bitirdim, dostum, - deyə Trivor cavab verdi. 
-  Öz  aramızdır,  bəxtin  gətirib.  Sənin  gördüyün  o  qoca  canlı 
nümunə səninlə yamanca maraqlandı. Mən ona sənin barəndə hər 
şeyi-  kim  olduğunu,  harada  yaşadığını,  qazancın,  planların 
barədə deməli oldum. 
-    Əziz  Alanım,  -  Hyuc  qışqırdı,  -  yəqin  ki,  evə  gedərkən  onun 
məni  gözlədiyini  görəcəyəm.  Amma  sən,  əlbəttə,  zarafat 
edirsən.Yazıq qoca! Kaş mən onunçün bir şey edə biləydim. Bir 
kimsənin  bu  qədər  zavallı  olması  dəhşətdir.  Mənim  evdə  bir 
xeyli  köhnə  pal-paltarım  var,  bəlkə  ona  yaradı?!  Axı,  onun 
cındırından cin hürkürdü. 
-  Amma o öz paltarında çox gözəl görünür, - Trivor dedi. – Mən 
onu  uzunətəkli  kişi  pencəyində  çəkməzdim.  Sənin  cır-cındır 
adlandırdığın  mənim  üçün  gözəllikdir.  Sənə  miskin  görünən  bir 
şey,  mənə  şairanə  təsir  bağışlayır.  Hər  halda  sənin  təklifini  ona 
bildirərəm. 
-  Alan, - deyə Hyuc ciddi görkəm aldı.- Sənin rəssamların necə 
də daşqəlblidirlər. 
-  Rəssamı ruhlandıran, istedadına yol göstərən - qəlbidir, -Trivor 
etiraz etdi.- bir də ki, bizim vəzifəmiz dünyanı öz bildiyimiz kimi 
dəyişmək deyil, gördüyümüz kimi canlandırmaqdır. Qoy hər kəs 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə