Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə29/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

 
 
 
90 
öz  işini  görsün!  Bir  de  görüm,  Laura  necədir?  O,  qoca  canlı 
nümunə onunla çox maraqlandı. 
 
-----------------------------------    
1.reykveyn – şərab növü. 
2.selter – mədən suyu. 
 
 
 
-  Yəqin ki, sən ona Laura haqqında heç nə danışmadın! - Hyuc 
dedi. 
-    Əlbəttə,  danışdım.  O,  daşürəkli  polkovnik,  sevimli  Laura  və 
10000 funt barəsində hər şeyi bilir. 
-  Sən  o,  qoca  dilənçiyə  mənim  bütün  şəxsi  işlərim  barədə 
danışmısan? - Hyuc qızarmış və çox acıqlı halda çığırdı. 
-  Dostum,  -  Trivor  gülə-gülə  dedi,  -  sənin  qoca  dilənçi 
adlandırdığın şəxs, Avropada ən varlı adamlardan biridir. O günü 
sabah, öz sərvətini artırmadan bütün Londonu ala bilər. Onun hər 
paytaxtda bir evi var, naharını qızıl qab-qacaqda yeyir və istədiyi 
vaxt müharibəyə gedib Rusiyanın qarşısını ala bilər. 
-  Sən nə demək istəyirsən? 
-  Nə demək? Sənin bu gün emalatxanada gördüyün qoca Baron 
Hauzberq  idi.  O,  mənim  ən  yaxın  dostlarımdan  biridir,  mənim 
bütün  rəsmlərimi  alır.  Bir  ay  bundan  əvvəl  onu  dilənçi 
görkəmində  təsvir  etmək  üçün  mənə  sifariş  vermişdi. 
Milyonçunun fantaziyası! Və deməliyəm ki, o, əynindəki paltarı 
ilə, daha doğrusu, mənim cındır paltarlarımla çox gözəl bir obraz 
yaratdı; bunlar mənim İspaniyadan aldığım köhnə bir dəstdir. 
-  Baron Hauzberq! - Hyuc dəhşətə gəldi və, - Aman allah! Mən 
ona bir soveren verdim! - deyib kürsüyə çökdü. 
   Trivor: 
-   Ona bir soveren verdin!  -  deyib  qəhqəhə çəkdi.-  Dostum, sən 
bir daha onu görməyəcəksən. 
-  Mənə elə gəlir ki, belə axmaq vəziyyətə düşməməyim üçün sən 
bunu mənə qabaqcadan deyə bilərdin. - Hyuc pərt halda dedi. 


 
 
 
91 
   Trivor: 
-  Yaxşı,  əvvəla,  sənin  ora-bura  gəzişərək  o  cür  ağılsız  şəkildə 
sədəqə paylamağın mənim heç vaxt ağlıma gəlməzdi. Mən sənin 
gözəl  bir  nümunəni  öpməyini  başa  düşərdim,  lakin  bədheybətin 
birinə bir soveren verməyini,  allah xatirinə,  yox! Bundan əlavə. 
əsas  fakt  odur  ki,  mən  bu  gün  həqiqətən  də  heç  kimi  qəbul 
etməmişdim. Və sən içəri girəndə mən inanmadım ki, Hauzberq 
öz  adının  çəkilməsinə  razı  ola.  Özün  bilirsən,  o,  rəsmi  paltarda 
deyildi - dedi. 
-  O məni necə də aciz hesab edəcək! - Hyuc dedi. 
-  Qətiyyən.  Sənin  gedişindən  sonra  onun  kefi  kök  idi;  ara 
vermədən  əllərini  bir-birinə  sürtərək  oğrun-oğrun  öz-özünə 
gülürdü.  Onun  sənin  haqqında  hər  şeyi  bilmək  istəməsinin 
səbəbini anlaya bilmədim, lakin indi mən hər şeyi başa düşürəm. 
O,  sənin  soverenini  səninçün  saxlayacaq,  Hyuc.  Hər  altı  aydan 
bir  səninlə  maraqlanacaq  və  bir  də,  bu,  onun  əlində  nahardan 
sonra söyləmək üçün yerinə düşən çox gözəl bir əhvalat olacaq. 
-  Mən  necə  də  bədbəxtəm,  -  Hyuc  deyindi.  -  Əlimdən  gələn 
ancaq o olar ki, gedib yatam. Və bir də, əziz Alan, sən bunu heç 
kimə  deməməlisən,  yoxsa  mən  bir  daha  gərək  adam  arasına 
çıxmağa cürət etməyəm.    
-  Boş  sözdür!  Bu,  sənin  xeyirxah  qəlbinin  böyüklüyünə  olan 
inamı daha da artırır. Tələsmə, bir siqaret də çək, Laura haqqında 
istədiyin qədər danışa bilərsən. 
   Lakin Hyuc dayanmadı. O, Alanı həyəcan içində tərk edib, evə 
yollandı. 
   Ertəsi  gün  o,  səhər  yeməyi  ilə  məşğul  ikən  xidmətçi  ona 
üzərində Baron Hauzberqin adı yazılmış poçt vərəqəsi gətirdi. 
-  Yəqin  ki,  o  məni  əfv  etməkdən  ötrü  gəlib,  -  deyə  Hyuc  öz-
özünə  düşündü  və  xidmətçidən  onu  yuxarı  dəvət  etməyi  xahiş 
etdi.  
    Qızıl  eynəkli  və  ağsaçlı  yaşlı  bir  cənab  otağa  daxil  oldu  və 
səlis fransız ləhcəsi ilə dedi: 


 
 
 
92 
- Cənab Erskineylə danışmaq şərəfinə nail ola bilərəmmi? - Hyuc 
təzim etdi. 
-   Məni Baron Hauzberq göndərib, - o, davam etdi. - Baron ... 
 Çox rica edirəm, mənim üzrxahlığımı ona çatdırasınız. - Hyuc 
karıxdı. 
-  Baron mənə bu məktubu sizə çatdırmaq barədə tapşırıq verib, - 
o, təbəssümlə dedi və möhürlənmiş məktubu ona uzatdı. 
    Məktubun  üzərində  “Qoca  dilənçidən    Hyuc  Erskineyə  və 
Laura Mertona toy hədiyyəsi” sözləri yazılmışdı, içərisində isə 
10000 funtluq qəbz var idi. 
    Onlar evlənərkən, Alan Trivor sağdış oldu, Baron isə nikahdan 
sonrakı qonaqlıq məclisində nitq söylədi. 
-  Milyonçu çoxdur, - deyə Alan qeyd etməyi lazım bildi, - ancaq 
Yupiterə  and  olsun  ki,  belə  nümunəvi  milyonçular  hələ  də  tək-
tükdür. 
 
                                                           
                                               
                                       1982 - ci il. 
                                                                           
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
93 
 
 
 
 
 
 
 
                                                      A.C. Kronin 
                                        
                         
--------------------------------
                                                                                            
                                                                                               
                                                                                    /Şotlandiya/
 
 
      Arçibald    Cozef  Kronin  1896  -  cı  il,  iyul  ayının  19  -  da 
Şotlandiyanın  Dunbarşir  qraflığında,  Kardrossda  kasıb  bir  ailədə 
anadan  olmuşdur.Onun  atası  Patrik  Kronin  əslən  irlandiyalı  idi. 
Kroninin anası  Cessi isə şotland protestantlarından idi. O, məktəbi 
qurtarandan  sonra  1914-cü  ildə  Qlazqoya  gəldi  və  imtahan  verib 
Qlazqo  Universitetinin  tibb  məktəbinə  qəbul  olundu.  Birinci  Dünya 
Müharibəsi başlananda, o, təhsilini dayandırıb ordu sıralarına getdi. 
Kronin  1919  -cu ildə  universiteti  bitirib  və on  il  Şotlandiyanın  kiçik 
bir şəhərində sahə həkimi işlədi. O, işlədiyi müddət ərzində müxtəlif 
xarakterli  insanlarla  qarşılaşır,  onların  acınacaqlı  həyat  tərzi 
Kroninə çox böyük təsir göstərir. 
     Beləliklə, Kronin həyatın amansızlıqlarına sinə gərən bu insanlar 
haqqında  kitab  yazmağı  qarşısına  məqsəd  qoydu.  O,  ilk  bədii 
yaradıcılığına  “Broudi  qəsri”  /1930/  romanı  ilə  başladı.  Bundan 
sonra,  1935-ci  ildə  onun  ikinci,  “Ulduzlar  aşağı  baxır”romanı  işıq 
üzü gördü. 
1937-ci  ildə  yazıçının  yazdığı  “Qala”  romanı  ona  böyük  şöhrət 
qazandırdı.Çünki bu roman daha tez oxucuların rəğbətini qazandı və 
bir sıra dillərə tərcümə edildi. 
    İkinci  dünya  müharibəsindən  sonra    A.  C.  Kronin    Amerikaya 
köçdü və bədii yaradıcılığını orada davam etdirdi. Onun “Yaşıl illər” 
/1944/,  “Şənonun  yolu”  /1948/  romanları  daha  çox  kapitalist 
dünyasının eybəcərliklərini açıb göstərən əsərləridir. 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə