60
- Corc əmi, mən sizə bu saat qeyri-adi bir hadisə söyləyəcəyəm.
Qorxuram ki, heç
inanmayasınız.
O, əhvalatı olduğu kimi danışdı və axırda dedi:
- Allah bilir, onların başına nə gəlib.
Əmisinin isə az qala ürəyi partlayırdı. Nəhayət, o özündə bu
sözləri deməyə qüvvə tapdı:
- Kuzə! Mavi kuzə! O haradadır?
Cek matdım-matdım əmisinə baxırdı. Nəhayət, o, əmisinin
danışığından işin nə yerdə olduğunu anlamağa başladı.
Əmisi aramsız deyinirdi:
- Minq dövrü - nadir bir şey- kolleksiyanın tacı, ən azı on min
funt
sterlinq
qiyməti
var.
Amerikalı
milyonçu
Hoqqenhaymerdən almışdım - bütün dünyada bircə dənə. Lənət
şeytana, ser, siz mənim mavi kuzəmi neyləmisiniz?
Cek mehmanxanaya qaçdı. O, Lavinqtonu tapmalıydı.
Müdirlikdən cavan xanım onu soyuq nəzərlə süzdü:
- Doktor Lavinqton ötən gecə maşınla çıxıb getdi. Sizin üçün
məktub qoyub.
Cek tələsik məktubu açıb oxudu:
“Mənim əziz, gənc dostum!
Qeyri-adi gün bitdimi? Müasir elmi dildə desək, siz hələ də
onun təsiri altındasınız. Felisedən, şikəst atadan və məndən
sizə ən səmimi salamlar. Biz artıq on iki saatdır ki, yoldayıq.
Məncə, bu qədər vaxt bizə kifayət edər.
Həmişəlik sizin dostunuz Lavinqton, ruh həkimi.”
1983 -cü il.
61
A. K. Doyl
------------------------------
/Şotlandiya/
Artur İqnatius Konan Doyl 22 may 1859-cu ildə Şotlandiyanın
mərkəzi şəhəri olan Edinburqda anadan olmuşdur. Onun atası Çarlz
Altamont Doyl, rəssam və arxitektur, 1855-ci ildə iyirmi iki yaşında
olarkən on yeddi yaşlı Meri Foli ilə evlənir. Meri Doylın kitablara
böyük marağı olan bir xanım idi. O, ailədə oxuduğu kitablar
haqqında danışmağı çox xoşlardı. Ola bilsin ki, Arturda yazıçılığa
olan meyli bundan yaranmışdı.
A.Konan Doyl 1976-cı ilin oktyabrında Edinburq Universitetinin
tibb fakültəsinə qəbul olunur. Təhsil aldığı dövrlərdə Artur
universitetə tez-tez baş çəkən, tanınmış məlliflərlə, Ceyms Barri və
Robert Lui Stivensonla tanış olur. Onun dünyagörüşünün
formalaşmasında, məntiq, nəticə çıxartmaq və səhvlərin aşkar
edilməsi sahəsində ona ən çox müəllimi, doktor Cozef Bell kömək
edir ki, bu da yazıçının gələcəkdə yaratdığı Şerlok Holmsın prototipi
olur.
Artur özünü ədəbiyyat sahəsində yoxlamaq üçün 1879-cu ilin
yazında kiçik həcmli “Sesassa vadisinin sirri” hekayəsini yazır.
Həmin hekayəyə görə Artur 3 yen qonorar alır. Bundan həvəslənən
Artur “Amerikalılar nağılı” adlı hekayəsini yazır.
62
1882-ci ildə Artur “Stark Monronun məktubları” adlı kitabı nəşr
olunur. Daha sonra Arturun “Hebekuk Cefsonun bəyanatı”, “Con
Huksfordun həyatında boşluq”, “Totanın üzüyü” adlı hekayələri
“Kronxill” jurnalında çap edilir.
1887-ci ildə Arturun “Alqırmızı tonda etüd” adlı kitabı çapdan
çıxır. Oxucular ilk dəfə Şerlok Holms və doktor Uotson ilə bu kitabda
tanış olurlar.
1889-cu ilin fevralında isə yazıçının “Mikki Klarkın macəraları”
adlı kitabı “Lonqman” nəşriyyatı tərəfindən çap edildi. Daha sonra
Arturun 1889-cu ildə “Ağ dəstə”, 1890-cı ildə isə “Dörd işarə” adlı
kitabları nəşr olundu. 1892-ci ildə onun “Qaçqınlar” (İki qitənin
nağılı) adlı hekayələr kitabı çap olundu. Artur 1892-ci ildə Norvudda
olarkən Napoleon epoxasına həsr etdiyi “Böyük kölgə” əsəri
üzərində işləməyə başlayır və həmin ilin sonunda əsərini
tamamlayır. O, 1896-cı ildə Misirdə olarkən “Rodni Stoun” adlı
kitabını tamamlayır. O, 1897-ci ilin sonunda “Şerlok Holms” pyesini
yazır.
A.Konan Doyl 1898-ci ilin yazında İtaliyaya getməmişdən öncə
özünün üç hekayəsini; “Saatlı adam”, “Hörümçək ovu” və “İtmiş
sürət qatarı”nı yazır.
Artur 1900-cu il aprelin 2-də Afrikaya gəlir. Buraya gəlməsinin
əsas səbəbi Afrikada geniş yayılmış bağırsaq xəstəliyi epidemiyasının
qarşısının alınmasında həmkarlarına kömək etmək idi. 11 iyulda isə
o, yenidən İngiltərəyə qayıdır. Afrikada olduğu müddətdə Artur tif,
vəba, müharibə yarası və digər xəstəliklərdən əzab çəkən və sonda
həyatla vidalaşan minlərlə insan görmüşdü. Sonradan o,
gördüklərini “Böyük əzab müharibəsi” adlı kitabında oxucuları ilə
paylaşmışdı.
1902-ci ildə Doyl yenidən Şerlok Holmsın macəraları üzərində
işləyərək “Baskervillərin iti” adlı kitabını nəşr etdirir.
A.Konan Doylın 1910-cu ildə “Konqoda cinayət” əsərini yazır.
Sonra isə “İtirilmiş dünya”, “Zəhərlənmiş kəmər” kimi əsərləri ona
böyük uğur qazandırır.
Artur Konan Doyl 7 iyul 1930 - cu ildə vəfat etdi.
Dostları ilə paylaş: |