48
- Mənə nə olub?
- Ürəyiniz getmişdi, cavan oğlan. Mənə elə gəlir ki, siz bunu
qəsdən eləməmisiniz.
- Aman allah, - deyə Cek dərindən ah çəkdi.
- Sizə nə olub? Şüurunuzda nəsə var?
- Mən indi hər şeyi sizə danışaram, amma əvvəlcə sizdən bir şey
soruşmaq istəyirəm.
Həkim qəlyanını yandırdı və torpaq qalağının üstündə yerini
rahatladı:
- Hə, nə istəyirsiniz, soruşun,- dedi.
- Son bir-iki gündə siz mənə çox diqqət yetirirdiniz. Deyə
bilərsinizmi, niyə?
Lavinqtonun gözləri azca parıldadı:
- Çox yersiz sualdır, - dedi. Belə bir məsəl var. “Pişik də krala
baxa bilər.”
- Məni başınızdan etməyə çalışmayın. Mən tamamilə ciddi
soruşuram. Niyə? Çünki bunu soruşmağa əlimdə əsasım var.
Lavinqtonun üzü ciddiləşdi:
- Mən sizə tamam dürüst cavab verəcəyəm. Sizdə daxili
gərginlikdən əziyyət çəkən adamın nişanələrini görmüşdüm.
Məni maraqlandıran da bu gərginliyin səbəbi idi.
- Mən dəli oluram,- deyə Cek öz halına acıya-acıya bildirdi.
Sonra Cek dramatik tərzdə öz sözünə ara verdi. Ancaq onun bu
vəziyyəti Lavinqtonda heç bir maraq oyatmadı. Cek bunu
gözləmirdi, ona görə də o, yenidən təkrar etdi:
- Sizə deyirəm ki, mən dəli oluram.
- Çox qəribədir. Doğurdan da, çox qəribə və maraqlıdır,- deyə
Lavinqton astadan dilləndi.
Cek əsəbləşdi:
- Güman edirəm ki, bu sizin üçün sadəcə olaraq maraqlıdır.
Həkimlərin hamısı daşürəklidir.
- Dostum, bu mənasız söhbəti boşlayın. Əvvəla, elmi dərəcəmin
olmasına baxmayaraq, mən həkimlik etmirəm. Əslinə qalsa, mən
heç can həkimi də deyiləm.
49
Cek ona sərt nəzərlə baxdı:
- Onda siz psixiatrsınız?
- Bəli, demək olar ki,... Amma, daha dəqiq desək, mən özümü
ruh həkimi sayıram.
- Oh!
- Sizin istehzanızı anlayıram, lakin biz cismimizdən ayrı mövcud
ola bilən bir şeyi nə cürsə adlandırmalıyıq. Bilirsinizmi, cavan
oğlan, sizin cisminizlə ruhunuz vəhdət təşkil etməlidir. Xeyr, bu
heç də ruhanilərin uydurması deyil. Biz buna ruh və yaxud şüur
da deyə bilərik, və ya bunu başqa cürə də adlandıra bilərik. Siz
indicə məndən incidiniz, lakin sizin kimi sağlam bir cavanın
qarabasmadan əziyyət çəkməsi, az qala dəli olması mənə
doğurdan da, çox qəribə və maraqlı göründü.
- Yaxşı, mənim başıma hava gəlib. Lap dəli olmuşam.
- Belə dedyim üçün məni bağışlayın, ancaq buna inanmıram.
- Məni qara basır.
- Nahardan sonra?
- Xeyr, səhər tezdən.
- Ola bilməz,- deyə həkim öz sönmüş qəlyanını yenidən yandırdı.
- Deyirəm ki, mən heç kəsin eşitmədiyi şeyləri eşidirəm.
- Min adamdan yalnız biri Yupiterin peyklərini görə bilər. Yerdə
qalan doqquz yüz doxsan doqquz nəfərin bu peykləri görməsi
heç də o demək deyil ki, onlar mövcud deyil. Bu mininci adamı
da “lunatik”adlandırmağa heç bir səbəb yoxdur.
- Yupiterin peyklərinin olması sübuta yetmiş elmi faktdır.
- Bu gün bizim qarabasma adlandırdığımız hadisələrin sabah
elmi cəhətdən sübuta yetməsi tamamilə mümkündür.
Lavinqtonun sözlərindəki məntiq Cekə təsir elədi. O, özünü
birdən-birə hədsiz dərəcədə rahat və gümrah hiss etdi. Həkim
bir-iki dəqiqəliyə onu diqqətlə süzüb, sonra razı halda başıyla
təsdiqlədi:
- Yaxşı ki, sakitləşdiniz,- deyə həkim dilləndi. – Siz cavanların
bədbəxtçiliyi ondadır ki, öz fəlsəfənizdən kənara çıxa bilmirsiniz.
Dərk edə bilmədiyiniz bir şeylə qarşılaşanda dərhal özünüzü itirir
50
və qorxuya düşürsünüz. İndisə deyin görək, nə səbəbə özünüzü
dəli adlandırırsınız? Yalnız bundan sonra müəyyən bir qərara
gəlmək olar.
Başına gələnləri bacardıqca düzgün danışmağa çalışan Cek
söhbətini belə tamamladı:
- Mən ancaq bircə şeyi anlaya bilmirəm, niyə bu gün səs beş
dəqiqə gec, yəni səkkizin yarısında eşidildi?
Lavinqton bir-iki dəqiqə fikrə getdi, sonra soruşdu:
- İndi saatınız neçədir?
- Səkkizə on beş dəqiqə qalır, - deyə Cek cavab verdi.
- Onda hər şey aydındır. Mənim saatımda səkkizə iyirmi dəqiqə
qalıb. Demək, sizin saatınız beş dəqiqə irəlidir. Bu isə vacib
faktdır.
- Nə mənada? – Cek maraqlanmağa başladı.
- O mənada ki, bu fakt hadisəni asanca izah etməyə imkan verir;
birinci dəfə ola bilsin ki, kimsə sizinlə zarafat edib, bəlkə də
etməyib- hər halda siz qışqırtını eşitmisiniz. Bundan sonra
özünüzü inandırmısınız ki, bu səsi səhər eyni bir vaxtda
eşidirsiniz.
- Xeyr, əminəm ki, bu belə deyil.
- Əlbəttə, bilirsiz ki, bəzən bizim iradəmizdən asılı olmayaraq
qəribə şeylər baş verir, lakin hər halda hadisəni belə tərzdə izah
etmək düzgün olmazdı. Əgər siz özünüzü həqiqətən inandırmış
olsaydınız, qışqırtını öz saatınızla səkkizə iyirmi beş dəqiqə
işləmiş eşidərdiniz. Ancaq indi sözünüzdən belə çıxır ki, son dəfə
qışqırtı həmişəkindən bir az gec eşidilmişdir.
- Yaxşı, bəs sonra?
- Bu ki, aydındır, elə deyilmi? Köməyə çağıran bu səs hardansa
tamamilə müəyyən bir yerdən və müəyyən vaxtda gəlir. Deməli,
belə bir nəticəyə gəlirik ki, qışqırtı səkkizə iyirmi beş dəqiqə
işləmiş, hardansa kottecin yaxınlığından gəlir.
- Yaxşı, onda bu qışqırtını niyə məhz təkcə mən eşidirəm? İş
orasındadır ki, mən nə kabusların varlığına, nə də bu kimi başqa
Dostları ilə paylaş: |