45
Səkkizə iyirmi beş dəqiqə işləyib. Uzaqdan qadın səsinin əks-
sədası gəlib ona çatdı. Sözləri ayırd eləmək çətin idi, ancaq Cek
qəti əmin oldu ki, bu onun əvvəl eşitdiyi həmin səsdir, özü də səs
yenə həmin yerdən, hardansa kottecin yaxınlığından gəlir.
Bu Ceki bir az sakitləşdirdi. Doğrudan, kimsə onunla zarafat
da edə bilərdi. Ola bilsin ki, onunla zarafat edən elə qızın özüdür.
O, qamətini düzəltdi və çantasından qolf çubuğunu çıxartdı.
Kottecə getməzdən əvvəl bir az qolf oynamaq istədi.
Qız həmişəki kimi bağçada idi; o, başını qaldırıb Cekə baxdı.
Cek papağını çıxarıb, onunla salamlaşdıqda, qız utana-utana
salamı aldı. Bu gün qız həmişəkindən daha gözəl görünürdü.
Cek sevincək dedi:
- Gözəl havadır, elə deyilmi?
Amma söhbətə çeynənmiş sözlərlə başladığı üçün özünə acığı
tutdu.
- Bəli, hava doğurdan da, çox gözəldir.
- Yəqin ki, güllər üçün məhz belə hava yaxşıdır?
- Təəssüf ki, yox! Mənim güllərimə yağış lazımdır. Bir baxın,
hamısı saralıb-solub.
Qız ona işarə etdi ki, yaxına gəlsin. Cek bağçanı düzənlikdən
ayıran alçaq çəpərə yaxınlaşdı və içəri boylandı:
- Güllər qaydasındadır, solmayıb,- dedi.
Qızın baxışından
hiss edilirdi ki, Cekə yazığı gəlir. O dedi:
- Belə günəşli havada gərək gülləri tez-tez sulayasan. Günəş hər
şeyə həyat verir, insanın səhhəti üçün də çox xeyirlidir...
Görürəm ki, cənab bu gün özünü əla hiss edir.
Hiss olunurdu ki, qız ona ürək-dirək verir. Bu, Ceki
hövsələdən çıxarırdı. O öz-özünə: “ Lənət şeytana,- dedi,- bu qız
mənə təskinlik verir, nədir?”
Cek əsəbi halda:
- Mən tamamilə sağlamam.
- Lap yaxşı,- deyə qız tez onu sakitləşdirdi.
Cek qızın ona inanmadığını sezib bərk əsəbləşdi.
O, bir az da qolf oynayıb səhər yeməyi üçün evə qayıtdı. Artıq
bir neçə dəfə idi ki, nahar zamanı qonşu stolun arxasında əyləşən
47
- Güman
edirəm ki, zərbəm sərrast olacaq,- dedi.
O, aşağı əyildi və topun gedəcəyi yeri gözəyarı ölçməyə
çalışdı. Cek gözlərini saatından ayırmayaraq, hərəkətsiz
dayanmışdı. Səkkizə düz iyirmi beş dəqiqə işləyirdi.
Top sürətlə diyirlənib, deşikli nişangahın lap qırağında
dayandı və içəri düşdü.
- Yaxşı
zərbə idi,- Cek dedi.
Səsi özünə yad və xırıltılı gəldi. O, qol saatını biləyindən
qoluna çəkdi və rahat nəfəs aldı. Heç bir şey baş vermədi. Tilsim
qırılmışdı.
Cek:
- Etiraz etmirsinizsə,
bircə dəqiqə oyuna ara verək,- dedi. – Mən
qəlyan çəkmək istəyirəm.
Səkkizinci nişangahın yanında onlar oyunlarına bir qədər ara
verdilər. Cek azca titrəyən barmaqları ilə qəlyanını doldurdu və
çəkməyə başladı. Elə bil çiyinlərindən ağır bir yük
götürülmüşdü.
Cek qarşısındakı mənzərəyə heyranlıqla baxa-baxa dilləndi:
- İlahi, necə də gözəl havadır... Davam edin, Lavinqton, sizin
növbənizdir.
Həkim topa zərbə endirən zaman bağırtı yenidən eşidildi.
Qulaqbatırıcı və əzablı qadın səsi:
- Öldürürlər, kömək edin! Öldürürlər!
Qəlyan Cekin titrəyən əlindən düşdü. O, səs gələn tərəfə çöndü,
lakin həkimlə qolf oynamağının səbəbi yadına düşəndə gözlərini
ona zillədi və nəfəsini qısıb oyun yoldaşının hər bir hərəkətinə
göz qoymağa başladı. Lavinqton isə topun keçdiyi yola baxırdı.
Başını aşağı dikdiyindən gözləri görünmürdü.
- Lap azca qalmışdı. Mən sizin işinizi yüngülləşdirdim.
O, heç nə eşitməmişdi.
Dünya Cekin başına hərləndi. O, səndələyərək bir-iki addım
atdı. Özünə gələndə gördü ki, otların üstündə uzanıb. Lavinqton
ona tərəf əyilib:
- Belə,
sakit olun, sakit olun, - dedi.