Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə24/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

 
 
 
75 
-  Yox,  yox.  O,  bunu  tapıbdır.  Bu  şlyapanın  sahibi  məlum 
deyildir. Bu şlyapa Milad bayramı günü, indi Petersonun sobası 
üstündə  qızardılan  yağlı  bir  qazla  buraya  gətirilmişdi.  Olan 
faktlar  bunlardır.  Milad  bayramı  günü,  təxminən  saat  dörd 
radələrində  Peterson  Oksford  küçəsi  ilə  evə  gəlirmiş.  Onun 
qabağınca  əlində  ağ  qaz  aparan  hündürboylu  ağsaç  bir  kişi 
gedirmiş.  Küçənin  tinində  bir  qrup  oğlan  bu  yad  adama  hücum 
edirlər, onun şlyapasını vurub yerə salırlar. Həmin kişi əl ağacını 
qaldırıb  özünü  oğlanlardan  müdafiə  etmək  istəyir,  ancaq  o,  əl 
ağacını qaldıranda arxadan vitrinə dəyib onu sındırır. 
...  Peterson  bu  hadisəni  görən  kimi  yad  adama  kömək  etmək 
üçün  ona  tərəf  qaçır.  Amma  həmin  adam  görür  ki,  vitrini 
sındırıb, həm də əynində forma olan bir nəfər ona tərəf qaçır. O, 
bunu  görən  kimi  qorxur,  əlindəki  qazı  yerə  atır  və  kiçik  bir 
küçəyə  dönərək  qaçıb  gözdən  itir.  Oğlanlar  da  Petersonu  görən 
kimi  yerə  düşmüş  şlyapanı  və  Milad  bayramı  üçün  alınmış  kök 
qazı orada qoyub aradan çıxırlar. 
-  Sonra Peterson şlyapa və qazı sahibinə qaytardı? 
-  Əziz dostum, burada əsas məsələ var. Qazın sol qıçına “Xanım 
Henri Beyker üçün” sözləri yazılmış kiçik kağız bağlanmışdı. Siz 
bu  şlyapanın  içərisində  yazılmış  “H.B.”  hərflərini  də  görə 
bilərsiniz. Amma bu şəhərdə minlərlə Beykerlər, yüzlərlə Henri 
Beykerlər  vardır.  Şlyapanı  və  qazı  onlardan  hər  hansına 
qaytarmaq o qədər də asan deyildir. 
-  Peterson sonra nə etdi? 
-  Həmin gün, yəni Milad bayramı günü o, şlyapa və qazı mənim 
yanıma gətirdi. Peterson düşündü ki, bu mənim üçün də maraqlı 
olar.  Bu  səhərə  kimi  qazı  saxlamışdıq,  sonra  qərara  aldıq  ki, 
yaxşı  olar  ki,  qazı  Peterson  evlərinə  aparıb  bişirsin.  Mənə  isə 
Milad bayramı naharını itirmiş naməlum cənabın şlyapası qaldı. 
-  Onun şlyapasında maraqlı bir şey tapa bildinizmi? 
    Şerlok Holms şlyapanı götürdü və ona diqqətlə baxdı. 
-   Buradan bir neçə şey göstərir ki, şlyapanın sahibi çox ağıllı bir 
adamdır. Həmçinin o, son üç ildə çox varlı olub, ancaq indi isə 


 
 
 
76 
həddindən  artıq  kasıblayıb.  İndi  o,  içir  və  arvadı  da  daha  onu 
sevmir. 
-  Əzizim Holms, zarafat edirsiniz. 
-  Heç də yox. Onu da deyə bilərəm ki, o çox da cavan deyildir. 
Bu  adamın  saçı  sarışındır  və  son  yaxın  günlərdə  saçını 
qırxdırmışdır. 
-   Mən çox ağılsız olmalıyam,  ancaq başa düşə bilmirəm  ki,  siz 
haradan bilirsiniz ki, bu adam çox ağıllıdır və daha nələr... 
   Cavab  vermək  üçün  Holms  şlyapanı  öz  başına  qoydu  və  onu 
burnunun üstünə endirdi.  
-  Görürsünüz,  bu  adamın  başı  böyükdür,  ona  görə  də  ağıllı 
olmalıdır. 
-  Və o, üç il bundan əvvəl varlı olub, indisə kasıb?  
-  Bu  növlü  şlyapalar  yalnız  üç  il  bundan  əvvəl  satılıbdır.  Bu 
şlyapa  ucuz  deyildir.  Əgər  bu  müddət  ərzində  o,  başqa  şlyapa 
almayıbsa,  deməli,  indi  onun  çox  az  pulu  vardır.  Başqa  faktlar  
ondan  ibarətdir  ki,  o,  cavan  deyildir,  saçını  yaxın  günlərdə 
vurdurmasını şlyapadan aydınca görmək olar, çünki vurulmuş bir 
neçə sarışın tük şlyapanın içərisində qalıbdır. 
-  Bəs onun arvadı? Siz dediniz ki, o, ərini çox sevmir. 
-  Bu şlyapa xeyli müddətdir ki, təmizlənməyib. 
-  Bəlkə o, heç evli deyil. 
-  Xeyr.  O,  bu  qazı  evə  arvadına  aparırmış.  Qazın  ayağındakı 
yazılmış kağızı xatırla. 
-  Siz  hər  şeyə  cavab  verirsiniz,  ancaq  orada  heç  bir  cinayət 
yoxdur.  Sadəcə  olaraq  bir  qaz  itmişdir.  Bəs  nə  üçün  bütün 
faktları toplayırsınız? 
   Şerlok  Holms  ağzını  açıb  cavab  vermək  istəyirdi  ki,  bu  vaxt 
qapı açıldı və Peterson otağa daxil oldu. 
-  Cənab Holms, qaz!  Qaz, cənab! - o qışqırdı. 
-  Nə  olub?  Qaz  dirilib,  yoxsa  mətbəxin  pəncərəsindən  uçub 
gedib? 
-  Oy, yox, cənab! Baxın, görün, arvadım onun çinədanından nə 
tapıbdır. 


 
 
 
77 
   O, əlini açdı və göy rəngdə parlaq bir daşı bizə göstərdi. 
-  Yaxşıdır.  -  Şerlok  Holms  dedi.-  Bu  qiymətli  daşdır.  Bilirsiniz, 
nə 
tapıbsınız? 
Bu 
Qrafinya 
Morkarın 
yaqutudur.Bu 
Kosmopolitan  mehmanxanasında  itirilmişdi.  Onlar  bu  qiymətli 
daşı tapana 1000 funt sterlinq verəcəklərinə söz veriblər. 
-    Min  funt  sterlinq?  -  Peterson  heyrət  içərisində  dilləndi.  -  Bu 
çox böyük məbləğdir. Bunu nə vaxt itiriblər?    
-  Beş  gün  bundan  əvvəl,  dekabrın  22-də.  Bir  xidmətçi,  Con 
Horner  xanımın  geyinmə  otağında  işləyirdi.  Bir  neçə  müddət 
Rider adlı başqa bir xidmətçi də onunla birgə işləyirdi. Sonra onu 
harasa  çağırıblar.  Geri  qayıdanda  Ceyms  görür  ki,  Horner  yoxa 
çıxıb,  Qrafinyanın  qiymətli  göy  rəngli  daşı  saxlanılan  qutu  isə 
boş  halda  stolun  üstündə  qalıb.  Bu  vaxt  Rider  həyəcan  siqnalı 
verir  və  həmin  axşam  Horner  həbs  olunur.  Həmin  qiymətli  daş 
isə  tapılmır.  Horner  əvvəllər  də  bir  dəfə  oğurluq  üstündə  həbs 
edilmişdi.  Buna  görə  də  bu  qiymətli  daşın  da  onun  tərəfindən 
oğurlanmasına heç kəs şübhə etmədi. İndi Horner həbsdədir. 
-  Belə... Görürsən, Uotson, - Şerlok Holms davam etdi. - biz indi 
bu daşın  mehmanxanadan oğurlanıb, sonra isə qazın  çinədanına 
necə düşməsi məsələsini aydınlaşdırmalıyıq. Əvvəlcə, biz küçədə 
şlyapasını  və  qazını  itirən  Cənab  Henri  Beykeri  tapmalıyıq.  Bu 
sirrin  bir  hissəsi  olacaq.  Biz  bütün  axşam  qəzetlərinə  elan 
verəcəyik. Zəhmət olmasa, mənə qələm və bir vərəq kağız verin. 
Oraya  aşağıdakı  sözləri  yazacağam:  “Oksford  küçəsinin 
tinində  bir  qaz  və  bir  keçə  şlyapa  tapılmışdır.  Cənab  Henri 
Beyker bu axşam saat 6:30-da Beyker küçəsi,  
22 b ünvanına gələrsə, onları geri ala bilər”. 
-  Peterson,  indi  aşağı  idarəyə  düş  və  de  ki,  bunu  bütün  axşam 
qəzetlərində  dərc  etsinlər.  Bir  də  ki,  geri  qayıdanda  bir  qaz 
alarsan. Əgər Cənab Henri Beyker elana cavab olaraq bura gəlsə, 
o, qazı ona verməliyik. 
-  Yaxşı, ser. Bəs bu daş? 
-  Onu seyfə qoyacağam. Qrafiniyaya yazarsınız ki, o, bizdədir. 
    Peterson gedəndən sonra  Şerlok Holmsdan soruşdum: 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə