79
hər birimiz gedib o klubdan qaz ala bilər. Qazın alınma tarixçəsi
bu qədər, qalanını isə artıq
siz özünüz bilirsiniz, ser.
Bu
sözləri deyərək, Cənab Henri Beyker bizimlə
xudahafizləşdi və otağı tərk etdi.
- Görürsən, Uotson, - Şerlok Holms dedi.- Cənab Henri mavi
rəngli qiymətli daş barəsində heç nə bilmir. Gəl, onun dediyi Qaz
klubuna gedək, bəlkə oradan bir şey əldə edə bildik.
Və biz birlikdə Alfa mehmanxanasına yollandıq. Biz bara
daxil olduq və Holms bar sahibinə iki bakal pivə sifariş etdi.
- Sizin pivəniz də qazlarınız kimi əla olmalıdır. - Holms dedi.
- Mənim qazlarım?! – Bar sahibi təəccüblə baxdı.
- Bəli, mən yarım saat bundan əvvəl sizin qaz klubunun üzvü
olan Cənab Henri Beykerlə bu barədə danışırdım.
- A...a! Bəli, bilirəm. Ancaq bilirsiniz, ser o, qazlar mənim
deyildir. Mən onları Kovent Qardendən , Brekinric adlı bir
nəfərdən almışdım.
- Mən onu tanımıram. Yaxşı sizin sağlığınıza! Gecəniz xeyrə
qalsın!
- İndi biz Cənab Brekinricgilə gedəcəyik, - deyə biz küçəyə
çıxanda Holms davam etdi.
Biz tezliklə Kovent Qarden bazarına gəldik. Burada ən böyük
mağazalardan biri olan Brekinricin mağazasını tapdıq. Sahib bir
oğlanla köməkləşib pəncərə qapaqlarını yerinə qoyurdular.
- Axşamınız xeyir. Hava soyuqdur. - Holms dedi.
Mağaza sahibi dilləndi:
- Bəli.
- Görürəm ki, bütün qazları satmısınız, - deyə Holms boş qalmış
ləmələrə baxaraq sözünə davam etdi. - Alfanın sahibi mənə bura
gəlməyi məsləhət gördü.
- A...a, bəli. Mən ona iyirmidən artıq qaz göndərmişdim.
- Onlar həm də gözəl quşlar idi. Bu quşlarə siz haradan
almışdınız? - dostum soruşdu.
Mənim bu sualı təəccüblə verdiyimi görən mağaza sahibi çox
hirsləndi.
80
- Bilmirəm, bu adamlar qazlar haqqında nə bilirlər. Elə hey gəlib
onları soruşurlar; qazlar haradadır? Onları kimə satmısınız? Mən
qazları 117, Brikston Roud 249 - da yaşayan Xanım Okşotdan
almışdım. Vəssalam! - deyə mağaza sahibi əsəbi halda sözünü
tamamladı.
Şerlok Holms mağaza sahibinə təşəkkür etdi və biz Kovent
Qarden bazarını tərk etdik.
- İndi biz, - dostum dilləndi. - Xanım Okşotgilə gedək, yoxsa
bunu sabaha saxlayaq? Mağaza sahibinin dediklərindən aydın
olur ki, bu qazlarla başqa adamlar da maraqlanırlar.
Mağazadan bir az aralanmışdıq ki, bu vaxt mağaza sahibinin
yenə də kiminləsə yüksəkdən danışdığını eşitdik. Biz arxaya
dönəndə mağaza sahibinin qapıda dayanmış alçaqboylu,
qırmızısifətli adamla əl-qol ata-ata danışdığını gördük.
- Cəhənnəm olsun, sizin qazlarınız da! - deyə o, qışqırdı. - əgər
siz bir də bura gəlib bu axmaq söhbətlərinizlə məni
əsəbləşdirsəniz, onda iti açıb üstünüzə buraxacağam. Siz Xanım
Okşotu bura gətirin, mən ona cavab verərəm. Sizinlə isə
danışmaq belə istəmirəm.. Məgər qazları sizdən almışam?
- Xeyr, ancaq
onlardan biri mənim idi, - balaca adam dedi.
- Onda bunun üçün Xanım Okşotdan soruşun.
- Xanım da dedi ki, sizdən soruşum.
- Daha bəsdir. Rədd ol, burdan! - Brekinric ona tərəf cumdu.
Bunu görən qırmızısifət kişi dərhal qaranlıqda gözdən itdi.
- Gəl, bu, balacaboylu kişini tapaq. Onunla hökmən danışmaq
lazımdır, - Holms dedi.
Biz həmin adamın getdiyi küçə ilə iti addımlarla onu
qabaqlamağa çalışdıq. Birdən Holms onu gördü. Ona
yaxınlaşanda bilərəkdən qoluna toxundu. O, çiyni üstündə geri
döndü, sifəti xeyli dəyişdi.
- Nə olub? Nə istəyirsiniz? - o, qorxmuş halda astadan soruşdu.
- Bağışlayın, - Holms dedi.- mən indicə sizin mağaza sahibinə
verdiyiniz sualı eşitdim. Məncə, bu işdə sizə kömək edə bilərəm.
- Siz?! Siz kimsiniz? Siz bu işlər haqqında nə bilirsiniz?