Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə33/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

 
 
 
104 
  Mən Uorda qalib gələcəyəm, - deyə Rivera hamıya bildirdi. 
-    Haradan bilirsiniz? Heç onun vuruşmasını görmüsünüzmü? 
     Rivera başını yellədi. 
-   O sizi bir əli ilə gözünüzü yumub-açana kimi vuracaq. 
     Rivera çiyinlərini tərpətdi. 
-    Bir  şey  demək  istəyirsiniz?  –  deyə  görüşü  təşkil  edən  adam 
acıqla soruşdu. 
-   Mən ona qalib gələcəyəm! 
-  Yaxşı,  siz  Roberti  tanıyırsınız.  O  burada  olmalıdır,  dalıyca 
adam göndərmişəm. 
     Robert gələn kimi Kelli birbaş əsas məsələyə keçdi. 
-    Bura  bax,  Robert,  siz  bu  kiçik  meksikalı  ilə  lovğalanırdınız. 
Bilirsiniz  ki,  Kartinin  qolu  sınıbdır.  Yaxşı,  deyəsən  bu  kiçik 
südəmərin  əsəbləri  möhkəmdir  və  deyin  ki,  o,  Kartinin  yerinə 
çıxış edəcək. Necə bilirsiniz? 
-  Yaxşı,  Kelli,  -  deyə  Robert  astaca  cavab  verdi.  –  O,  vuruşa 
bilər. 
-  Çox yaxşı, - Kelli katibinə tərəf döndü. – Uorda zəng et! Mən 
fikirləşdim ki, onu xəbərdar edim. Qiymət barəsində. 
     Denni  Uord  gəldi.  İlk  baxışdan  sakit  adama  oxşayırdı.  Onun 
rəhbəri  və  məşqçisi  də  onunla  idi.  Salamlaşdılar.  Denni  bir  az 
zarafat etdi, hamıya gülümsədi. 
-  Bu oğlandır? – Denni Riveranı müştəri gözü ilə süzdü.- Salam, 
“qoca oğlan.” 
    Riveranın  gözləri  qəzəbdən  alışıb  yandı,  ancaq  bunu  büruzə 
vermədi. Hisslərini güclə cilovlayırdı. O, bütün əcnəbilərə nifrət 
edirdi, onları görən gözü yox idi. 
-   Hansı uşaq bağçasından gəlmisən? – Denni soruşdu. 
-    Denni,  o,  yaxşı  oğlandır,  -  Robert  Riveranı  müdafiə    etdi.  – 
Göründüyü qədər də sakit oğlana oxşamır. 
-  Gəlin, əsas məsələyə keçək. – Denni bir az fasilə verdi və əlavə 
etdi.-  Əlbəttə,  Karti  ilə  olduğu  kimi,  yığılanın  65  faizi  çeklə. 
Ancaq  bölgü  müxtəlif  olacaq.  80  faizi  mənə  çatacaq,  -  deyə 
Denni rəhbərinə tərəf döndü. – Bu düzdür? 


 
 
 
105 
     Rəhbəri onu təsdiq etdi. 
 Buyurun, bunu götürürsünüz? – Kelli Riveradan soruşdu. 
     Rivera başını yırğaladı. 
-   Yaxşı, bu belədir, - Kelli aydınlaşdırdı. 
 Sən dubliyorsan, məhşur da deyilsən. İyirmi faiz sənin, səksən 
faiz isə Denninin. Bu əladır, elə deyilmi, Robert? 
-   Çox yaxşıdır, Rivera, - Robert razılaşdı. – Görürsən, sən hələ 
şöhrətlənməmisən. 
-   Çeklə altımış beş faiz nə qədər edəcək? – Rivera tələb etdi. 
 Ola bilsin ki, beş min, yaxud da daha çox, səkkiz min, - deyə 
Denni  aydınlaşdırdı.  –  Buna  yaxındır.  Payına  düşən  məbləğdən 
ya  min,  ya  da  min  altı  yüz  də  mənim  şöhrətimlə  bölüşməlisən. 
Nə deyirsən? Razısan? 
     Rivera dərindən köks ötürdü. 
-    Qalib  gələn  hamısını  götürür,  -  deyə  Rivera  qəti  son  sözünü 
dedi. 
     Aralığa dərin bir sükut çökdü. 
     Denni acıqla bağırdı: 
 Nəyə görə, balaca küçük?! Dəli şeytan deyir, vur bunun başını 
əz indi. 
-    Qalib gələn hamısını götürür, - Rivera qaşqabaqlı halda təkrar 
etdi. 
-    Nə üçün bu yolu təkid edirsən? – Denni soruşdu. 
  Mən sənə qalib gələcəyəm, - deyə Rivera birbaşa cavab verdi. 
-      Bura  bax,  balaca  sarsaq,  -  Kelli  mübahisəyə  qoşuldu.  –  Sən 
hələ heç nəsən. Denninin isə dərəcəsi var. Səni  Los-Ancelesdən 
kənarda heç kim tanımır. 
-    Bu  vuruşdan  sonra  hamı  tanıyar,  -  deyə  Rivera  çiyinlərini 
tərpədərək cavab verdi. 
-    Düşünürsən  ki,  bir  saniyə  müddətində  mənə  qalib  gələ 
bilərsən? – Denni birdən dedi. 
     Rivera başını yırğaladı. 
-   Sən mənə heç min il bundan sonra da qalib  gələ bilməzsən,  - 
Denni onu əmin etdi. 


 
 
 
106 
-    Onda  bəs  nə  üçün  əlini  ölçürsən?  –  Rivera  dedi.  –  Əgər  pul 
qazanmaq  bu  qədər  asandırsa,  nəyə  görə  onun  dalısıyca 
getməyəsən? 
-    Yaxşı,  mən  sənə  göstərərəm!  –  Denni  dəlicəsinə  bağırdı.  – 
Mən  səni  rinqdə  ölənə  kimi  əzişdirəcəyəm.  Sənin  axmaqlığını 
mən  bu  yolla  həll  edəcəyəm.  Kelli,  elanı  ver!  Qalib  gələn 
hamısını götürür! Balaca küçük, mən sənə göstərəcəyəm!  
    Riveranın  rinqə  çıxmasını  soyuq  bir  tərzdə  qeyd  etdilər. 
Bəziləri  də  könülsüz  halda  əl  çalırdı,  bu  da  çox  uzun  sürmədi. 
Tamaşaçıların  heç  birisi  ona  ümid  bəsləmirdi,  çünki  Rivera 
Denninin “nəhəng” əlləri qarşısında quzunu xatırladırdı. Bundan 
başqa,  zaldakılar  çox  məyus  görünürdülər,  çünki  onlar  Denni 
Uordla  Billi  Kartinin  görüşünü  gözləyirdilər.  İndi  isə  onlar  bu 
balaca uşağa tamaşa etməliydilər. 
     Meksikalı  oğlan  öz  küncündə  oturub  sakitcə  gözləyirdi.  Bu 
nifrətli  oyun  təzə  boksçunu  son  dərəcə  daha  çox 
hiddətləndirmişdi. 
     Başqa  boksçular  məşqçilərinin  rəhbərliyi  altında  boksun 
sirlərinə  yiyələnir,  daim  məşq  edirlər.  Əlbəttə,  boksa  yenicə 
başlayan üçün bu əsas şərtdir. O isə bunları etmədən birbaş rinqə 
çıxmışdı, çünki o, ac idi. İnqilabi təşkilata qoşulana qədər o, heç 
vaxt pul üçün vuruşmamışdı.  
     Bu döyüşdə isə onun yeganə məqsədi qalib gəlmək idi, başqa 
cür  də  ola  bilməzdi.  Çünki  Meksika  vətənpərvərlərinin 
edəcəkləri inqilabın gələcək taleyi bu vuruşmadan asılı idi. 
     Denni  Uord isə həyatda  yaşamağın  ən asan  yolunu  seçmişdi, 
pul üçün vuruşmaq. Ancaq Riveranın beynində bundan başqa elə 
bir dəhşətli döyüş səhnəsi  alovlanırdı ki,  bunu oturanlardan heç 
birisi  hiss  edib,  görə  bilməzdilər.  O,  gözlərini  geniş  açaraq, 
rinqin küncündə sakitcə oturub rəqibini gözləyirdi. 
    Rivera  indi  Rio  Blanko  fabrikinin  ağ  divarlarını,  altı  min  ac 
fəhləni, üz-gözündən yorğunluq süzülən yeddi-səkkiz yaşlı kiçik 
uşaqları  görürdü.  Səhərdən  axşama  qədər  ağır  işlər  görən, 
əvəzində isə cəmi on sent alan balaca uşaqlar Riveranın gözünün 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə