98
oxşayırdı. Mən çarpayının yanındakı
stolun üstündə bir dəstə gül,
meyvə və bir neçə kitab gördüm.
Biz geri qayıdanda tibb bacısı bu iki dostum haqqında ətraflı
məlumat verdi.
- Nikola və Cəkopun, bacıları Lusiyadan başqa dünyada heç
kəsləri yoxdur, - deyə tibb bacısı sözə başladı. – Onların anası
uşaqlar körpə ikən öldü. Ataları məşhur opera müğənnisi idi.
Müharibənin əvvəlində Veronanın bombardman edilməsi
nəticəsində körpələr son ümidləri olan atalarını da itirdilər.
Bundan sonra oğlanlar bacıları ilə Veronanın küçələrində
yaşayırdılar. Düşmənlər şəhəri tutanda Nikola və Cəkop
dağlardakı döyüşçülərə şəhərdən gizli məktublar aparırdılar.
Onlar
məktubları
ayaqqabılarının
içində
döyüşçülərə
çatdırırdılar. İndi siz başa düşərsiniz ki, onların həyatı necə ağır
keçib. Bu vaxt onlar həmçinin şəhərdə tək qalmış bacılarını da
unutmurdular.
- Müharibə qurtardıqdan sonra, - tibb bacısı davam etdi.- oğlanlar
Veronaya qayıtdılar və bacılarını tapdılar. Onların bacısı vərəm
xəstəliyinə tutulmuşdu.
Mən ona sual vermək istədim, amma tibb bacısı bunu hiss etdi
və öz sualına özü cavab verdi.
- Oğlanlar sonra nə etdilər? İndi siz bu sualın cavabını
görürsünüz. Onlar bacılarını buraya gətirdilər və bizdən xahiş
etdilər ki, qızı xəstəxanaya götürək. Artıq Lusiya günü-gündən
yaxşılaşır. O, hətta yenidən oxuyacaq. Lusiya bu cəhətdən
atasına çəkib. Əlbəttə, indi hər şey çətindir. Ərzaq çatışmır,
dərman çatışmır. Biz adamlardan xahiş etməliyik ki,
xəstəxanamıza yardım etsinlər. Bizə Yalnız hər həftə bu iki
oğlan yardım edir. Onların harada işlədiyini bilmirik, amma
bilirik ki, onlar bu işi görməkdə çox yaxşı edirlər.
Mən tibb bacısına təşəkkür edib xudahafizləşdim. Oğlanlar
qayıdana kimi maşında oturub gözlədim. Bir azdan hər ikisi
gəlib çıxdı. Maşına minəndə mənə elə gəldi ki, onlar bayaq
gördüyüm uşaqlar deyil.