90
öz işini görsün! Bir de görüm, Laura necədir? O, qoca canlı
nümunə onunla çox maraqlandı.
-----------------------------------
1.
reykveyn – şərab növü.
2.
selter – mədən suyu.
- Yəqin ki, sən ona Laura haqqında heç nə danışmadın! - Hyuc
dedi.
- Əlbəttə, danışdım. O, daşürəkli polkovnik, sevimli Laura və
10000 funt barəsində hər şeyi bilir.
- Sən o, qoca dilənçiyə mənim bütün şəxsi işlərim barədə
danışmısan? - Hyuc qızarmış və çox acıqlı halda çığırdı.
- Dostum, - Trivor gülə-gülə dedi, - sənin qoca dilənçi
adlandırdığın şəxs, Avropada ən varlı adamlardan biridir. O günü
sabah, öz sərvətini artırmadan bütün Londonu ala bilər. Onun hər
paytaxtda bir evi var, naharını qızıl qab-qacaqda yeyir və istədiyi
vaxt müharibəyə gedib Rusiyanın qarşısını ala bilər.
- Sən nə demək istəyirsən?
- Nə demək? Sənin bu gün emalatxanada gördüyün qoca Baron
Hauzberq idi. O, mənim ən yaxın dostlarımdan biridir, mənim
bütün rəsmlərimi alır. Bir ay bundan əvvəl onu dilənçi
görkəmində təsvir etmək üçün mənə sifariş vermişdi.
Milyonçunun fantaziyası! Və deməliyəm ki, o, əynindəki paltarı
ilə, daha doğrusu, mənim cındır paltarlarımla çox gözəl bir obraz
yaratdı; bunlar mənim İspaniyadan aldığım köhnə bir dəstdir.
- Baron Hauzberq! - Hyuc dəhşətə gəldi və, - Aman allah! Mən
ona bir soveren verdim! - deyib kürsüyə çökdü.
Trivor:
- Ona bir soveren verdin! - deyib qəhqəhə çəkdi.- Dostum, sən
bir daha onu görməyəcəksən.
- Mənə elə gəlir ki, belə axmaq vəziyyətə
düşməməyim üçün sən
bunu mənə qabaqcadan deyə bilərdin. - Hyuc pərt halda dedi.
92
- Cənab Erskineylə danışmaq şərəfinə nail ola bilərəmmi? - Hyuc
təzim etdi.
- Məni Baron Hauzberq göndərib, - o, davam etdi. - Baron ...
-
Çox rica edirəm, mənim üzrxahlığımı ona çatdırasınız. - Hyuc
karıxdı.
- Baron mənə bu məktubu sizə çatdırmaq barədə tapşırıq verib, -
o, təbəssümlə dedi və möhürlənmiş məktubu ona uzatdı.
Məktubun üzərində “
Qoca dilənçidən Hyuc Erskineyə və
Laura Mertona toy hədiyyəsi” sözləri yazılmışdı, içərisində isə
10000 funtluq qəbz var idi.
Onlar evlənərkən, Alan Trivor sağdış oldu, Baron isə nikahdan
sonrakı qonaqlıq məclisində nitq söylədi.
- Milyonçu çoxdur, - deyə Alan qeyd etməyi lazım bildi, - ancaq
Yupiterə and olsun ki, belə nümunəvi milyonçular hələ də tək-
tükdür.
1982 - ci il.
93
A.C. Kronin
--------------------------------
/
Şotlandiya/
Arçibald Cozef Kronin 1896 - cı il, iyul ayının 19 - da
Şotlandiyanın Dunbarşir qraflığında, Kardrossda kasıb bir ailədə
anadan olmuşdur.Onun atası Patrik Kronin əslən irlandiyalı idi.
Kroninin anası Cessi isə şotland protestantlarından idi. O, məktəbi
qurtarandan sonra 1914-cü ildə Qlazqoya gəldi və imtahan verib
Qlazqo Universitetinin tibb məktəbinə qəbul olundu. Birinci Dünya
Müharibəsi başlananda, o, təhsilini dayandırıb ordu sıralarına getdi.
Kronin 1919 -cu ildə universiteti bitirib və on il Şotlandiyanın kiçik
bir şəhərində sahə həkimi işlədi. O, işlədiyi müddət ərzində müxtəlif
xarakterli insanlarla qarşılaşır, onların acınacaqlı həyat tərzi
Kroninə çox böyük təsir göstərir.
Beləliklə, Kronin həyatın amansızlıqlarına sinə gərən bu insanlar
haqqında kitab yazmağı qarşısına məqsəd qoydu. O, ilk bədii
yaradıcılığına “Broudi qəsri” /1930/ romanı ilə başladı. Bundan
sonra, 1935-ci ildə onun ikinci, “Ulduzlar aşağı baxır”romanı işıq
üzü gördü.
1937-ci ildə yazıçının yazdığı “Qala” romanı ona böyük şöhrət
qazandırdı.Çünki bu roman daha tez oxucuların rəğbətini qazandı və
bir sıra dillərə tərcümə edildi.
İkinci dünya müharibəsindən sonra A. C. Kronin Amerikaya
köçdü və bədii yaradıcılığını orada davam etdirdi. Onun “Yaşıl illər”
/1944/, “Şənonun yolu” /1948/ romanları daha çox kapitalist
dünyasının eybəcərliklərini açıb göstərən əsərləridir.