101
Meksikalı
Heç kim onun tarixçəsini bilmirdi. Onları bir məqsəd, bir
amal birləşdirirdi. Vətənlərini azad, müstəqil görmək amalı.
İnqilab etmək üçün onlara silah lazım idi, silah üçün isə çoxlu
pul!
İlk dəfə otağa daxil olanda, hamı ona şübhəli nəzərlərlə
baxmış, onu cəsus hesab etmişdilər.
İlk baxışdan bu oğlan təşkilatın üzvlərinə xoş təsir
bağışlamadı. Onun on səkkizdən yuxarı yaşı olmazdı. Bunu onun
baxışlarından sezmək olurdu. O dedi ki, adı Filip Riveradır,
arzusu inqilab naminə işləməkdir. Daha başqa söz demədi. Sanki,
onun gözlərindən zəhər damır, soyuq baxışlarının dərinliyində
şölə saçan alovla kədər birləşirdi.
Paulino Vera sual dolu nəzərləri ilə Arelano və Ramosaya
baxdı. Onların gözlərində şübhə bərqərar oldu. Ancaq həmişə
olduğu kimi, bu dəfə də Vera cəld tərpənərək yoldaşları ilə
oğlanın arasında dayandı.
- Yaxşı, - o, soyuqqanlıqla dilləndi.- siz inqilab naminə iş
görmək istəyirsiniz. Eləsə, paltonuzu çıxarın və oradan asın.
Sonra isə bura gəlin. Döşəmə çirklidir. Bu əski, bu da vedrə. Siz
bu döşəməni və o biri otaqları silib təmizləməlisiniz. Pəncərələri
də yaddan çıxartmayın.
- Bu inqilab üçündür? - oğlan soruşdu.
- Bəli, inqilab üçündür, - Vera cavab verdi.
Rivera soyuq, şübhəli nəzərlə onlara baxdı. Sonra paltosunu
çıxarmağa davam etdi.
- Yaxşıdır, - o dedi.
O, daha başqa heç bir söz demədi. Hər gün gəlib öz işini
görürdü – süpürür, təmizləyir, şotka ilə döşəməni yuyurdu.
102
Təşkilatın üzvləri bilmirdilər ki, Rivera harada yatır, harada
yeyib-içir. Bütün bunlar onlar üçün sirr olaraq qalırdı. Bir dəfə
Arelano ona iki dollar təklif etmişdi. O, başını yırğalamışdı. Vera
işə qarışmışdı və pulu onun ovcuna qoymaq istəmişdi. Bu vaxt
Rivera demişdi:
- Mən inqilab üçün çalışıram.
Yeni inqilab etmək üçün pul lazım idi. Təşkilat üzvləri bunu
əsas götürürdü. Onlar ağır işlər görür, ac qalmaqlarına razı olur,
ancaq nəyin bahasına olursa-olsun, pul əldə etmək istəyirdilər.
Bəzən onlar bütün günü gördükləri iş üçün yalnız bir neçə dollar
alırdılar.
Bir dəfə sahibkar onları qaldıqları otaqlardan çıxaracağı ilə
hədələmişdi, çünki iki ay olardı ki, onlar ev kirayəsi haqqını
ödəyə bilməmişdilər.
Bu zaman ciddi görkəmli, nimdaş paltarlı, həmişə otaqları silib
təmizləməklə məşğul olan Filip Rivera Mey Setbinin stolunun
üstünə altımış dollar qızıl pul qoymuşdu.
Hələ də onlar Filipi başa düşmür, onu yaxından tanıya
bilmirdilər. Nəsə, hələlik Rivera yoldaşlarda heç bir inam yarada
bilməmişdi. O, heç vaxt danışmır, heç bir şey soruşmur, heç bir
şey də təklif etmirdi. Onlar inqilab barəsində danışanda, xüsusən
söhbətlər çox qızğın şəkil alanda Rivera sakitcə dayanıb onlara
qulaq asır, onları yalnız soyuq baxışlarla süzürdü. Bu oğlan
vətənpərvərlər üçün bir müəmma olaraq qalırdı. Riveranın
vaxtının çoxunu harada keçirməsi həqiqətən də bir sirr idi.
Bir həftə olardı ki, Rivera görünmürdü. Hər dəfə geri
qayıdanda, o, heç bir söz demədən Mey Setbinin stoluna
yaxınlaşır, dinməzcə cibindən çıxardığı qızıl pulları onun
qabağına qoyurdu. Qalan günləri isə Rivera onlarla birlikdə
keçirirdi. Bir azdan, o, yenidən yoxa çıxır, gecədən xeyli
keçəndən sonra geri qayıdırdı.
Krizis dövrü yaxınlaşdı. İndi həmişəkindən daha çox pul
lazım idi. Pulu əldə etmək isə daha çətin olmuşdu.
Vətənpərvərlər pulu son qəpiklərinə qədər verib silah, döyüş
103
sursatı almışdılar, ancaq bu hələ kifayət deyildi. Bəhanə axtaran
batalyonları da silahlandırmaq lazım idi. Ancaq necə? Pul yox
idi.
- Meksikanın azadlığını ya düşünmək mümkün olmayacaq, ya
da bir neçə min dollar lazım olacaq, - deyə Paulino Vera son
sözünü dedi.
Bütün sifətləri ümidsizlik ifadəsi bürüdü.
Rivera dizi üstə çökərək otağın döşəməsini silirdi. O, dirsəyə
qədər çırmalanmış çılpaq qolunu şotka ilə birlikdə çirkli suya
salaraq dərin fikrə getdi. Sonra cəld şotkanı və əllərini sabunla
yuyub, şotkanı yerindən asdı.
- Beş min dollar bəs edər? – Rivera soruşdu.
Hamı ona qımışdı. Vera başını buladı və udqundu. Rivera
danışmadı, ancaq o, indi elə bil fövqəladə bir kəşf etmişdi.
- Silahları sifariş verin! Vaxt azdır. Üç həftədən sonra beş min
dolları gətirəcəyəm. Bu yaxşı oldu. Vuruşmaq üçün hava daha
isti olacaq. Bu da mənim üçün ən yaxşı fürsət olar, - deyə Rivera
yoldaşlarının heç bir vaxt səsini eşitmədiyi bir cəldliklə sözləri
onlara çatdırdı.
O ayağa qalxdı, paltarının qolunu aşağı saldı və pencəyini
geyindi.
- Silahları sifariş edin! – o dedi. – Mən gedirəm.
Uzun telefon söhbətlərindən, danışıqlarından sonra axşam
iclası Kellinin idarəsində keçirildi. O, Nyu-Yorkdan Denni
Uordu gətirmişdi. Üç həftə bundan əvvəl Billi Karti və Denni
Uord arasında boks görüşü təşkil etmək nəzərdə tutulmuşdu.
Yarışa isə indi iki gün qalırdı. Bu yarış hələlik idman
jurnalistlərindən gizli saxlanılırdı. Ancaq məlum oldu ki, Karti
bərk zədələnib, xəstə yatır. Onu əvəz edə bilən isə heç kim yox
idi. İndi ümid üçün işıq ucu görünürdü.
- Sizin qeyri-adi əsəbiniz var, - deyə Kelli Riveraya tərəf döndü
və ilk baxışdan bir-birini tez anladılar.
Riveranın gözlərində nifrət qığılcımları parladı, ancaq
sifətində bunu hiss etdirmədi.
Dostları ilə paylaş: |