Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə108/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   104   105   106   107   108   109   110   111   ...   266

 

225 


 

depresiyası  Meksikanın  və  dünyanın  buğda  becərilən  isti  ərazilərində  ölçüldükdə 

məhsuldarlıq  göstəriciləri  ilə  güclü  əlaqəli  olmuşdur  [10].Yarpağın  temperaturu 

onun səthindən suyun buxarlanması hesabına havanın temperaturundan aşağıdır və 

suyun buxarlanmasını müəyyənləşdirən amillərdən biri CO

2

-nin fiksasiya sürəti ilə 



tənzimlənən  ağızcıqların  keçiriciliyidir  [11].  Fotosintezin  yüksək  sürətini  təmin 

etmək  üçün  genotip  suyun  transpirasiyası,  həmçinin  qidalı  maddələrin  və 

assimilyatların nəqli üçün effektiv borulu sistemə malik olmalıdır. Müxtəlif buğda 

və  düyü  genotiplərində  bitkinin  temperaturunun  nisbi  su  tutumu  ilə  mənfi 

korrelyasiyası  aşkar  olunmuşdur  [4;  8].  Bitkinin  temperatur  depresiyası-BTD 

(canopy  temperature  depression)  havanın  temperturu  (T

h

)  və  bitkinin  temperaturu 



(T

b

)  arasındakı  fərq  olub  (BTD=  T



h

-T

b



),  bitki  havadan  sərin  olduqda  müsbət  olur 

[2].  Müxtəlif  praktiki  tətbiq  sahələrində,  o  cümlədən  bitkilərin  ətraf  mühit 

streslərinə-istiliyə  [1;  10],  quraqlığa  [3;  13]  reaksiyasının  qiymətləndirilməsində 

istifadə edilmişdir. 

Yarpaqların qocalması zamanı fotosintetik aparat dağılır və qidalı maddələr 

cavan,  böyüyən  toxumalara,  yaxud  ehtiyat  orqanlara  nəql  olunur  Yarpaqların 

qocalmasına  görə  genetik  variasiya  mövcuddur  və  yarpaqları  uzun  müddət  yaşıl 

qalan  genotiplər  və  bitkilər  yaşıl  qalan  bitkilər  kimi  qəbul  olunur.  Yarımquraq 

ərazilərə adaptasiya etmiş mədəni bitkilərdə (qarğıdalı, sorqo, buğda) uzun müddət 

yaşıl  qalan  genotiplər  yarpaqlarını  aktiv  fotosintetik  vəziyyətdə  saxlamaqla  dənin 

dolması  zamanı  assimilyatlarla  təminatı  artırmaqla  stresə  tolerantlığı  artırır  və 

köklərin funksional fəallığını və suyun mənimsənilməsini saxlayır [15]. 

Tədqiqatın  məqsədi  suvarma  və  dəmyə  şəraitlərində  müxtəlif  bərk  və 

yumşaq  buğda  genotiplərinin  temperaturlarının  və  flaq  yarpağın  yaşıl  qalma 

əlamətinin  təyin  ediməsi  və  bu  əlamətlərə  görə  genotiplərin  qiymətləndirilməsi 

olmuşdur.  Flaq  yarpağın  yaşıl  qalma  fenotipi  SPAD-502  Plus  Xlorofil  ölçən 

(Spectrum Technologies, İnc., ABŞ) cihazı ilə 2012-2013 vegetasiya ilində dənin 

erkən  süd  yetişmə  fazasında  (Feekes  10.5.4)  6  bərk  və  7  yumşaq  buğda 

genotipində  ölçülmüşdür.  Bitkinin  temperaturu  8  bərk  və  14  yumşaq  buğda 

genotiplərinin  hər  birinin  10m

2

  sahəsi  üzərində  2013-2014  vegetasiya  ilində  süd 



yetişmə  fazasında  (Feekes  11.1)  günün  13:00-14:00  saatları  arasında  İnfraqırmızı 

termometrlə  (Spectrum  Technologies,  Inc.  ABŞ),  havanın  temperaturu  və  nisbi 

rütubəti termohiqrometrlə (8708 Pen Type ThermoHygrometer, Çin) suvarılan  və 

dəmyə sahələrin ortasında  təyin edilmişdir. 

Bərk  buğdalarda  flaq  yarpağın  daha  yaşıl  qalması  və  dəmyə  şəraitində 

yaşıllığın  daha  yaxşı  saxlanması  aşkar  olunmuşdur  (Şəkil  1).    Xlorofilin  daha 

yüksək  miqdarı  Qaraqılçıq-2,  Şiraslan-23,  Bərəkətli-95,  Tərtər  bərk  buğda  və 

Qırmızı  gül-1,  Tale-38,  12

nd

FAWWON№97,  4



th

FEFWSN№50  yumşaq  buğda 

genotiplərində  aşkar  olunmuşdur.  Quraqlıq  stresindən  flaq  yarpağın  daha  sürətli 

qocalması və xlorofilin miqdarının daha kəskin azalması yumşaq buğdalarda aşkar 

olunmuşdur. Qırmızı gül-1 və 4

th

FEFWSN№50  yumşaq buğda  genotiplərinin flaq 



yarpağı  ölçmə  zamanı  daha  yaşıl  qalmışdır  və  quraqlıq  stresindən  xlorofilin 

azalması zəif olmuşdur. 




 

226 


 

Xlorofilin  miqdarı  ilə  fotosintezin  sürəti  və  məhsuldarlıq  arasında  güclü 

əlaqə  suvarılan  və  quraqlıq  şəraitlərində  becərilmiş  buğda  genotiplərində  [6]  və 

istilik və quraqlıq şəraitində becərilmiş yabanı buğdada (Aegilops geniculata) qeyd 

edilmişdir  [16].  Lakin  xlorofilin  miqdarının  azalması  istilik  stresindən  qaçmada 

vacib  əlamət  olduğu  qeyd  olunmuşdur.  Açıq  yaşıl  yarpaqlar  absorbsiya  olunan 

işığı azaltmaqla qurumaq riskini azalda bilərlər [3;11]. Ədəbiyyat məlumatları  və 

aldığımız nəticələrə əsasında demək olar  ki, yarpaqların daha uzun müddət  yaşıl 

qalması gecikən quraqlıq stresi şəraitində əlverişli əlamət olmayıb gec sünbülləmə 

ilə  əlaqəlidir  və  genotiplərin  yarpaq  və  gövdəsindəki  fotoassimilyatların  sünbülə 

kifayət qədər daşınmamasına gətirib çıxarır. 

 

Şəkil 1. Buğda genotiplərinin yaşıl qalma fenotipi 

 

Günorta vaxtı suvarılan şəraitdə daha sərin genotiplərə Vüqar, Bərəkətli-95,  



Əlincə-84,  Tərtər,  Şərq,  Əkinçi-84,  Tale-38,  4

th

FEWFWSN№50,  Dağdaş, 



Saratovskaya-29  aiddir  (Cədvəl).  Dəmyə  şəraitində  Qaraqılçıq-2,  Tərtər,  Şərq, 

Qırmızı  buğda,  Əkinçi-84,  Qırmızı  gül-1,  Tale-3,4

th

FEWFWSN№50,  Dağdaş, 



Saratovskaya-29  genotipləri  daha  sərindir.  Qeyd  olunan  genotiplərin  suyu 

dahayaxşı  buxarlandırması  yolu  ilə  bitkinin  daha  sərin  qalmasını  təmin  etdiyini 

demək  olar.  Bitkinin  temperatur  depressiyasına  görə  suvarılan  və  dəmyə 

şəraitlərində  daha  az  fərq  Qaraqılçıq-2,  Tərtər,  Şərq,  Qırmızı  buğda,  Qobustan, 

Əkinçi-84,  Qırmızı  gül-1,  Tale-38,  4

th

FEWFWSN№50,  Dağdaş,  Saratovskaya-29 



genotiplərində aşkar olunmuşdur. Şəkil 2-də bərk və yumşaq buğda genotiplərinin  

yarpaq sahə indeksi göstərilmişdir. 



 

 

 

 

0

10



20

30

40



50

60

X



lo

ro

fi

li

n

 m

iq

d

ar

ı, 

S

P

A

D

-502 

 

vah

id



ri

 

Feekes 10.5.4

Suvarılan

Feekes 10.5.4 

dəmyə 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə