Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə111/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   107   108   109   110   111   112   113   114   ...   266

 

231 


 

təsirinin tarixən öyrənilməsi göstərmişdir ki, keçən əsrdə təxminən hər on ildən bir 

kəskin  atmosfer  quraqlığı  yaransa  da,  son  illərdə  bu  tendensiya  qlobal  iqlim 

dəyişkənlikləri ilə əlaqədar daha tez-tez təkrar olunur. 

Seleksiya prosesinin dəyişilməsi və mürəkkəbləşməsi dərəcəsi üzrə buğdanın 

müxtəlif sortlarının tədqiq olunmasına tələbat artır. Təcrübədə müəyyən edilmişdir 

ki, dünyada buğda  seleksiyası üzrə qiymətli sortların müəyyənləşdirilməsi  vacib 

məsələdir. Tədqiqat zamanı onların arasında daha perspektiv valideyn formalarının 

donorlarının, məqsədyönlü axtarışı aparılmalıdır [1; 6; 11]. 

Belə  ki,  praktiki  seleksiya  üçün,  xüsusilə,  morfo-fizioloji  göstəricilərin 

öyrənilməsi mühüm məsələdir, bu göstəricilər fotosintetik fəaliyyətin və boyatma 

proseslərinin  inteqral  təcəssümüdür,  məhsulun  I  formalaşmasında  reproduktiv 

orqanlarla  assimilyasiya  aparatları  arasında  donor-akseptor  münasibətlərini 

qiymətləndirməyə imkan verir [4; 8]. 

Yumşaq  buğdanın  assimilyasiyaedici    aparatının  yaradılması  xarakterinin 

öyrənilməsində  ekoloji  və  iqtisadi  cəhətdən  daha  əlverişli  sortların  yaradılması 

vacibdir. Yeni  buğda  sortlarının məhsuldarlığının formalaşması prosesində donor 

–  akseptor  münasibətlərinin  xüsusiyyətləri  lazımi  qədər  tədqiq  edilməmişdir  və 

unikal genotiplərin axtarışında geniş şəkildə öyrənilməlidir [2; 8;10].

 

  Bu  baxımdan,  tədqiqatlar  zamanı  seleksiya  prosesində  yerli  şəraitə 



uyğunlaşan yeni qiymətli və perspektivli buğda, arpa və s. formalarının seçilməsi, 

seleksiyada istifadə olunması ilə yerli genefondun zənginləşməsi zərurəti meydana 

çıxmışdır. 

Belə ki, ölkəmiz mürəkkəb torpaq - iqlim şəraitinə malik olduğu üçün, onun  

hər bir yerində buğda bitkisi becərildiyindən, müxtəlif bölgələrin xüsusiyyətlərinin 

nəzərə alınması vacib məsələlərdən biridir.  

Son bir neçə  il ərzində ölkənin müxtəlif bölgələrində  quraqlığın tez-tez baş 

verməsi,  buğda  sortlarında  həm  məhsul  itkisinə,  həm  də  onun  keyfiyyətinin 

pisləşməsinə  güclü  təsir  etmişdir.     Onu  da  qeyd  edək  ki,  buğda  əkin  sahələrinin 

yarısı quraq dəmyə və qismən nəmliklə təmin olunmuş dəmyə regionlarına təsadüf 

edir [2; 3; 7]. 

    Bu  istiqamətdə,  tədqiqatçılar  uzun  müddət  quraqlığa  davamlı  buğda 

sortlarının yaradılması üçün seleksiya işləri aparmışlar.  Elmi əkinçiliyin qarşısında 

duran  birinci  əsas  məsələ,  becərilən  kənd  təsərrüfatı  bitkilərinin  tələbatını 

öyrənmək  və  onların  normal  inkişafı  üçün  əlverişli  şəraitin  yaradılmasından 

ibarətdir [2]. 

 Müasir  vaxtlardayer  kürəsində  illik  temperaturun  artması  bəzi  stress 

faktorlarının  artmasına  səbəb  olmuşdur.  Bu  da  öz  növbəsində  su  catışmazlığı  və 

yüksək  temperatur  müşahidə  olunan  ərazilərdə  kənd  təsərrüfatı  bitkilərinin 

məhsuldarlığının  kəskin  aşağı  düşməsinə  səbəb  olur.  Hal-hazırda  quraqlığa  və 

yüksək temperatura davamlı buğda sotlarının yaradılması ücün stresə damamlılığın 

molekulyar-genetik əsaslarının tədqiqində müasir metodlarından istifadə olunur.  

  Quraqlığın  təsirinə  cavab  reaksiyası  kimi,  buğda  bitkisinin  yetişmə 

müddətinə  görə  seçilməsi  əsas  şərtlərdən  biridir.    Bildiyimiz  kimi,  quraqlıq  ilk 

növbədə  bitkinin  inkişaf  prosesinə  təsir  edir,  bu  da  fotosintetik  potensialın  və 



 

232 


 

yarpaqlarda assimilyasiya səthi sahəsinin azalmasına gətirib cıxarır [2; 9; 11]. Bu 

da onunla əlaqədardır ki, əsas prioritet bitkilərdən olan buğda, xüsusən də, payızlıq 

buğda  yetişmə  müddətindən  asılı  olmayaraq  uzun  müddətli  vegetasiya  perioduna 

malikdir və bu müddət də əsasən yaz-yay quraqlıq dövrünə təsadüf edir [1; 3; 5; 6]. 

 Aparılan  tədqiqatlar  zamanı  müşahidə  edilir  ki,  baş  verən  quraqlığın 

təsirindən  yarpaqlar  tərəfindən  CO

qazının  fotosintetik  assimilyasiyası  daha  cox 



azalır [3; 4; 7]. 

 Hal-hazırda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron Yardımçı Təcrübə 

Bazasında və respublikanın digər bölgələrində müxtəlif xarakterli bərk və yumşaq 

buğda  genotipləri  tədqiq  edilir.  Tədqiqat  zamanı  yetişmə  müddətlərinə  görə 

fərqlənən  (tez,  orta,  gec  yetişən)  3  qrupda  yüksək  məhsuldar  bərk  və  yumşaq 

buğda  sortlarında  əsas  fizioloji  parametrləri  (fotosintez  intensivliyinin  sürəti, 

ağızcıqların keciriciliyi, hüceyrələrarası sahələrdə CO

qatılığı  və  transpirasiyanın 



sürəti) öyrənilmişdir.  

  Bitkilərin  CO

assimilyasiya  edən  orqan  olan  yarpaq  sahələri  çox  olduqca, 



udulan  CO

2

-nin  miqdarı  da  çox  olur.  Belə  ki,  CO



2

  xloroplastlara  çatmaq  üçün 

yarpağın  bütün  hüceyrələrinin  daxilindən  keçməlidir.  Yarpağın  xloroplastlara 

malik mezofil hüceyrələrinin hamısı karbon qazını bütün səthi ilə mənimsəyir [3; 

5; 10].   

Bitki  yarpaqlarında  ağızcıqların  açılması  və  qapanması  hüceyrələrin  su  ilə 

təmin  olunması,  işıq  və  temperaturun  dəyişilməsi  ilə  sıx  əlaqədardır  [2;  5;  10]. 

Bitkidə  fotosintez  və  transpirasiya  prosesləri  asimilyasiyaedici  orqan  olan 

yarpaqlarda  ağızcıqların  açılıb-yumulması  ilə  nizamlanır.  Ağızcıqlar  açıq  yaxud 

yarımaçıq olanda qaz mübadiləsi açıq sahədə olduğu intensivlikdə gedə bilmir [5; 

6; 9 ]. 

Atmosferdə  baş  verən  quraqlıq  bitkidə  gedən  transpirasiya  prosesini 

qüvvətləndirir,  nəticədə  yarpaqlarda  su  kəskin  şəkildə    azalır  və  transpirasiya 

prosesi  tamamilə  dayanır  [1;  3;  6].  Transpirasiya  prosesinin  yavaşıması  və  ya  

dayanması  nəticəsində yarpaq hüceyrələrində olan ağızcıqları qapanır, buna görə 

də fotosintez edən orqana,  yarpağa  karban qazının assimliyasiyası  kəsildiyindən, 

fotosintez prosesi dayanır [2; 3; 11]. 

 Deməli bunun nəticəsi olaraq, məhsuldarlığın formalaşmasında əsas fizioloji 

proses olan fotosintezin bitkidə normal getməsi üçün, bitkinin su ilə normal təmin 

edilməsi əsas şərtlərdən biridir.

 

Tədqiqatın  aparılmasında  əsas  məqsəd  müxtəlif  morfofizioloji  əlamətlərə 



malik  və  tezyetişən  buğda  genotiplərinin  stress  amillərin  təsiri  altında  yüksək 

məhsuldar və quraqlığa davamlı formalarının seçilməsi, seleksiyada ilkin material 

kimi istifadəsi üçün tövsiyələrin hazırlanmasıdır.  

Tədqiqat  obyekti  olaraq,  yetişmə  müddətlərinə  görə  fərqlənən  əsasən  hər 

qrupda  4  genotip  olmaqla  12  buğda  genotipindən  istifadə  olunmuşdur.  Burada 

əsasən tez yetişən buğda genotiplərinin morfofizioloji əlamətlərinə quraqlığın təsiri 

zamanı əldə olunan nəticələr öz əksini tapacaqdır. 

Təcrübələr əsasən 2 variantda 1) optimal suvarma şəraitində, 2) suvarılmayan 

şəraitdə  aparılmışdır.  Optimal  suvarma  rejimində  torpaqda  nəmlik  tarla  rütubət 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə