Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə114/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   110   111   112   113   114   115   116   117   ...   266

 

238 


 

11.

 

Praba,  M.L.,  J.E.  Cairns,  R.C.  Babu  and  H.R.  Lafitte.  2009.  Identification  of 

physiological  traits  underlying  cultivar  differences  in  drought  tolerance  in  rice 

and wheat.// J. Agron. Crop Sci. 195: 30-46

 

 

ВОЗДЕЙСТВИЕ  ЗАСУХИ  НА ФИЗИОЛОГИЧЕСКИЕ ПАРАМЕТРЫ  

РАННЕСПЕЛЫХ  ГЕНОТИПОВ ПШЕНИЦЫ   

 

T.Г.Tамразов, Дж.М.Талаи, A.A.Заманов 

Научно-Исследовательский Институт Земледелия 

 

Фактор  засухи  создает  определенные  адаптивные  изменения  в 



морфофизиологических  процессах  твердых  и  мягких  генотипов  пшеницы  с 

различными  периодами  созревания.    Для  всех  мер  борьбы  с  повреждениями 

растений  также  необходимо  понимание  физиологических  причин  их 

возникновения.  Под  действием  различных  неблагоприятных  факторов  в 

растениях, как правило, развивается особое состояние, называемое стрессом.   

 

THE IMPACT OF DROUGHT TO THE PHYSIOLOGICAL 

PARAMETERS OF EARLY RIPENING WHEAT GENOTYPES 

 

T.H.Tamrazov, J.M.Talai, A.A.Zamanov 

Research Institute of Crop Husbandry 

 

Drought  factor  causes  particular  adaptive  changes  in  morphological  parameters 

of durum and bread wheat  genotypes differing in  the ripening period.   All  measures 

of control of plant damages require also understanding of the physiological reasons of 

their  emergence. Under the influence  of various adverse factors in plants the special 

condition called by a stress, as a rule, develops. 

 

UOT 633.11 

 

SELEKSIYA YOLU ILƏ BUĞDANIN MORFOFİZİOLOJİ 

ƏLAMƏTLƏRİNİN YAXŞILAŞDIRILMASI 

 

İ.Q.İBRAHİMOVA, S.A.ABDULBAQİYEVA, A.A.ZAMANOV 

Аzərbaycan Respublikası KTN Əkinçilik Elmi Tədqiqat İnstitutu, 

Az1098, Bakı ş., Pirşağı qəs., Sovxoz 2. e-mail: 

sevda_30@mail.ru 

 

Məqalədə  buğdanın  və  digər  taxıl  bitkilərinin  fotosintez  fəaliyyətinin  dən 

məhsuldarlığı  ilə  əlaqəli  öyrənilməsinin  müхtəlif  üsull  və  mеtоdlarla  aparılmısı, 

buğda  genotiplərində  bu  əlamətlərin  vegetasiya  müddəti  ərzində  dəyişilmə 

dinamikası  tədqiq  edilərək  qanunauyğunluqlarının  öyrənilməsi,  həmçinin  ayrı-ayrı 

yarpaqların  və  digər  orqanların  ümumi  məhsuldarlıq  prosesindəki  rolu  haqqında 

məlumat verilir. 



 

239 


 

 

Açar sözlər: buğda, yarpaq, fotosintez fəaliyyəti, məhsuldarlıq 

Ключевые  слова:пшеница,  листья,  фотосинтетическая  активность, 

урожайность 



Key words: wheat, leaf, photosynthetic activity, productivity 

 

Yüksək  məhsuldar,  quraqlığa  davamlı  buğda  sortlarının  yaradılması  zamanı 

bitkinin  mоrfоlоji  əlamətlərinə  xüsusi  diqqət  verilməlidir.  Tədqiqat  ilində  çoxsaylı 

buğda  genotiplərində  bu  əlamətlərin  vegetasiya  müddəti  ərzində  dəyişilmə 

dinamikası  tədqiq  edilərək  mühüm  qanunauyğunluqlar  müəyyən  еdilmişdir. 

Xloroplastların  fotokimyəvi  fəallığının  və  onlarda  ATF  sintezinin  xüsusiyyətlərinə 

görə öyrənilən çoxsaylı buğda genotiplərini üç qrupa ayırmaq mümkün olmuşdur.  

Birinci  qrupa  daxil  olan  genotiplərdə  vegetasiya  dövrünün  birinci  yarısında, 

xüsusilə  də  boruya  çıxma-sünbülləmə  dövründə  xloroplastların  yüksək  fotokimyəvi 

və fotofosforlaşma fəallığının olması müşahidə edilmişdir. Bu qrupa, əsasən intensiv 

tipli,  vegetasiya  dövrünün  əvvəlində  sürətlə  böyüyən,  optimal  yarpaq  səthi  əmələ 

gətirən, nisbətən tezyetişən genotiplər daxil olmuşdur. 

Fotokimyəvi  reaksiyaların  sürəti  bitkilərin  reproduktiv  dövründə  və  ondan 

sonrakı müddətdə daha fəal оlan gеnоtiplər II qrupa daхil еdilmişdir. Bu qrupa əsasən 

nisbətən gecyetişən ekstensiv tipli genotiplər daxil olmuşdur. 

Üçüncü tip genotiplərdə bütün vegetasiya müddətində fotokimyəvi reaksiyaların 

sürəti aşağı səviyyədə olmuşdur. 

Beləliklə, göstərilən tədqiqatlar nəticəsində fotokimyəvi reaksiyaların başvermə 

müddətlərinə,  intensivliyinə  və  sürətinə  görə  genotiplər  arasında  seçmə  aparmaq 

imkanı  əldə  edilmişdir.  Sonralar  aparılan  seleksiya  işləri  zamanı  digər  kompleks 

göstəricilərlə yanaşı fotokimyəvi reaksiyaların sürətindən də istifadə edilmişdir. 

Müəyyən edilmişdir ki, fotosintez aparatının formalaşması və fəallığının hüdudu 

onun ölçülərinə nisbətən daha mürəkkəb genetik sistemlərlə kodlaşdırılır, burada həm 

nüvə, həm də xloroplast genomunun qarşılıqlı təsiri böyük rol oynayır. Ona görə də, 

bu  əlamətlər,  yəni  fotosintezin  ayrı-ayrı  reaksiyalarının  sürəti,  onun  ölçülərinə 

nisbətən daha konservativ xüsusiyyətə malikdir. 

Təsərrüfat  üçün  yararlı  məhsul  əmələ  gətirən  reproduktiv  orqanların  kütləsinin 

biоlоji  məhsulun  kütləsinə  olan  nisbətinin  göstəricisi  təsərrüfat  üçün  yararlılıq 

əmsalıdır. Bu, orqanlar arasında mövcud оlan nisbəti əks etdirir və müasir seleksiya 

üçün  bu  nisbətin  оptimal  qiyməti  40-50%-dir.  Fotosintez  aparatının  ölçülərini  və 

digər orqanların ölçülərini tənzimləməklə bu kəmiyyəti seleksiya yоlu ilə real olaraq 

almaq mümkündür. Nəzəri cəhətdən mümkün hesab  edilən, lakin hələlik praktikada 

alınması mümkün olmayan ölçü isə 60-70% hesab olunur [10]. 

Fotosintez  məhsuldarlığının  kompleks  nəzəriyyəsinin  üstün  cəhəti  ondadır  ki, 

bitkilərdə ayrı-ayrı əlamətləri və onların məhsuldarlıqda rolunu üzə çıxararaq, onların 

üzərində  inteqral  əməliyyatlar  aparmaqla  daha  mühüm  olanları  üzə  çıxarır  və 

seleksiya işini düzgün istiqamətləndirir [9;12]. 

Fotosintez  aparatının  ölçülərini  və  funksional  fəallığını  müəyyən  edən 

göstəricilərə yarpaqların və digər assimiləedici orqanların səthi və onların fotosintez 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə