Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə115/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   111   112   113   114   115   116   117   118   ...   266

 

240 


 

potensialı  aiddir.  Fotosintez  aparatının  fəallığı  fotosintez  prosesinin  intensivliyi  və 

fotosintezin  хalis  məhsuldarlığı  ilə  xarakterizə  olunur.  Fotosintez  məhsullarının 

ümumi  metabоlizm  və  böyümə  proseslərinə  sərf  olunmasının  rasionallığı  quru 

biokütlənin toplanması ilə, onların təsərrüfat üçün yararlı məhsulun əmələ gəlməsinə 

yönəlməsi  isə  quru  maddənin  reproduktiv  və  vegetativ  orqanların  arasında 

paylanması,  sünbüllərin  artım  əmsalı,  təsərrüfat  üçün  yararlılıq  əmsalı  dən  məhsulu 

ilə xarakterizə  olunur.  Fotosintezin  inteqral  göstəricilərinin xarakteristikası, təsnifatı, 

hesablama  qaydaları  və  optimal  ölçüləri  bir  çох  tədqiqatlarda  geniş  göstərilmişdir 

[10]. 


Bir  çox  işlərdə  fotosintezin  inteqral  göstəricilərinin  əhəmiyyətli  dərəcədə 

dəyişilməsi  haqqında  məlumat  vardır.  Bu  müəlliflərin  fikrincə,  fotosintezin  inteqral 

göstəricilərinin  belə  sürətlə  dəyişilməsinin  səbəbi  bitkilərin  ontogenez  müddətində 

vəziyyətidir.  Göstərilmişdir  ki,  vegetasiya  müddəti  ərzində  yarpaq  sahəsinin 

ölçülərinin dəyişilməsi birzirvəli əyrilərlə xarakterizə olunur. Vegetasiya müddətinin 

birinci  dövründə  əyri  yüksələn  xətt  ilə  qalxır,  reproduktiv  dövrün  əvvəlində  öz 

zirvəsinə çatır, sonra isə enmə baş verir ki, bu da əsasən yarpaqların biоlоji qоcalması 

ilə əlaqədar olur. 

Fotosintezin  intensivliyinin  və  məhsuldarlığının  dinamikası  vegetasiya 

müddətində  üç  zirvəli  əyri  ilə  xarakterizə  olunur.  Əsas  zirvələr  kollanma, 

boruyaçıхma  və  sünbülləmə  dövrlərində  alınır,  vegetasiyanın  axırında  isə  enmə 

müşahidə olunur [7]. Fotosintezin хalis məhsuldarlığı vegetasiya dövrü ərzində daha 

kəskin  dəyişilir  və  iki  maksimuma  malik  olur.  İlk  maksimum  boruya  çıхma 

dövründə,  sonrakı  maksimum  isə  dən  dolmanın  süd  yetişkənliyi  fazasında  alınır.       

İkinci  maksimum  adətən  birincidən  iki  dəfə  və  daha  böyük  olur.    Fotosintez 

intensivliyinin  və  gündəlik  məhsuldarlığının  ölçüləri  vegetasiya  müddətinin 

uzunluğundan asılıdır. Vegetasiya müddəti qısaldıqca yarpağın iş qabiliyyəti artır. 

Yarpaqların  fotosintez  məhsuldarlığı  müxtəlif  yetişkənlik  dövrünə  malik  olan 

sortlarda  eyni  ola  bilər.  Məlumdur  ki,  fotosintezin  intensivliyi  sutka  ərzində 

əhəmiyyətli  dərəcədə  dəyişikliyə  məruz  qala  bilər.  Bu  dəyişikliklər  genetik 

xüsusiyyətlərlə  və  çox  amilli  xarici  təsirlərlə  bağlıdır.  Qrafiki  olaraq  onlar  iki  növ 

əyrilərlə  ifadə  olunurlar.  Normal  işıqlanma  şəraitində  və  optimal  temperaturda 

gündəlik  fotosintez  intensivliyi  bir  zirvəli  əyri  ilə  xarakterizə  olunur.  Əksər 

müəlliflərin apardıqları tədqiqatlarda iki zirvəli əyrilər alınmışdır. Birinci və nisbətən 

böyük  olan  zirvə  saat  10

00

-11



00 

arasında  müşahidə  оlunur.  Qaz  mübadiləsinə  görə 

ölçülən  fotosintezdə  günün  günorta  çağında  azalma  və  ya  depressiya  müşahidə 

olunur.  Bu  depressiyanın  səbəbi  hələlik  axıra  qədər  tam  aydınlaşdırılmamışdır. 

Güman  edilir  ki,  günorta  depressiyası  yüksək  fotosintetik  fəal  şüaların,  yüksək 

temperaturun,  su  qıtlığının,  havada  və  hüceyrəarası  boşluqlarda  karbon  qazının 

miqdarının  aşağı  düşməsinin  və  yarpaqlardan  digər  orqanlara  axının  zəifləməsi, 

yarpaqlarda assimilyatların toplanması nəticəsində yaranır [2;4]. 

Vegetasiya  dövrü  ərzində  buğda  bitkisində  biokütlənin  toplanması  siqmoid 

şəkilli  əyri  ilə  ifadə  olunur  ki,  əsas  zirvə  boruya  çıхma  -  dənin  formalaşması 

dövrlərinə  düşür.  Biokütlənin  toplanması  sünbülləmə-çiçəkləmə  dövründə  bir  qədər 

dayanır  və  süd  yetişkənliyi  dövründə  başa  çatır  .  Yarpaq  sahəsinin  və  fotosintezin 




 

241 


 

xalis  məhsuldarlığının  dəyişilməsi  ilə  bağlı  olan  quru  biоkütlənin  gündəlik  artım 

əyrisi fotosintezin хalis məhsuldarlığının əyrisi ilə üst-üstədüşür. 

Ədəbiyyat  məlumatının  təhlilindən  görünür  ki,  fotosintezin  inteqral 

göstəricilərinin ölçüləri vegetasiya dövrü ərzində əhəmiyyətli dərəcədə dəyişilir. Ona 

görə  də  hər  bir  göstəricinin  məhsulun  formalaşmasında  rolunu  üzə  çıxarmaq  üçün 

onun bütün vegetasiya müddəti ərzində dəyişilməsini öyrənmək lazımdır [8]. 

Buğda  kimi  çox  böyük  əhəmiyyətli  bir  bitki  üçün  xarakterik  cəhətlərdən  biri 

onun ontogenezində ayrı-ayrı  orqanlarının differensasiyasında fərqlərin daha qabarıq 

şəkildə üzə çıxmasıdır [9]. Buğda bitkisinin  üç yarpaq mərhələsində və ondan sonra 

gələn  kollanma  dövründə  ilk  olaraq  kök  ətrafı  yarpaqlar  əmələ  gəlir.  Bunların 

fəaliyyəti  nəticəsində  sintez  olunan  üzvi  maddələr  kök  sisteminin  inkişafına  və 

gövdənin  formalaşmasına  sərf  olunurlar.  Gövdə  formalaşdıqca  gövdə  yarpaqları 

əmələ  gəlir  və  kök  ətrafı  yarpaqların  funksiyalarını  artıq  onlar  yerinə  yetirirlər. 

Vegetasiyanın  sonrakı  dövrü  ərzində  yeni  yarpaqlar  əmələ  gəldikcə  fotosintez 

funksiyasının  get-gedə  gövdə  üzrə  yuxarı  çıxması  müşahidə  olunur.  Eyni  zamanda 

fotosintez aparatı gövd əüzərində yerini dəyişdirdikcə onun fəallığı daha yüksəlir ki, 

bu da yaşla, fotosintetik fəal şüaların miqdarı ilə, temperaturla və s. ilə bağlıdır [11]. 

Çiçəklənməyə  yaxın  dövrdə  aşağı  yarus  yarpaqların  funksiyasını  fizioloji 

cəhətdən  tam  fоrmalaşmış  yuxarı  yarus  yarpaqları  yerinə  yetirirlər.  Bu  yarpaqlar 

demək  olar  ki,  vegetasiya  dövrünün  axırına  qədər  öz  fəallıqlarını  saxlayır.  Bir  çox 

tədqiqatlarda  göstərilmişdir  ki,  vegetasiya  dövrünün  axırına  yaxın  əsas  assimiləedici 

funksiya  yuxarı  yarus  yarpaqlarının  üzərinə  düşür.  Dənin  formalaşması  və  dolması 

dövründə,xüsusən  sünbülaltı  1-ci  yarus  yarpaqları  böyük  fəallıq  göstərirlər.  [3]. 

Yuxarıdan  üçüncü  yarus  yarpaqlar  demək  olar  ki,  sünbüllərin  assimilyasiya 

məhsulları  ilə  təmin  olunmasında  az  iştirak  edirlər  və  ya  heç  iştirak  etmirlər.  Bu 

dövrdə assimilyatların sintezində sünbül elementləri – qılçıq və pulcuqlar da mühüm 

rol  oynayırlar.  Müxtəlif  müəlliflərin  verdikləri  məlumatlara  görə  ümumi 

assimilyatların  sintezində  və  dənin  formalaşmasında  sünbülün  payı  vegetasiya 

müddətindən  asılı  olaraq   10-60%-ə, bəzən də  90%-ə qədər dəyişilir. Yazlıq buğda 

sortlarında  yarpaqların  fotosintez  fəallığının  öyrənilməsi  zamanı  aydın  olmuşdur  ki, 

bitkinin  ümumi  fotosintez  potensialında  bütün  yarpaqların  payı  40-47%,  yarpaq 

qınları ilə birlikdə küləşin payı 28-33%, sünbülün payı 22-30% olmuşdur [3]. 

Yarpaq  səthi  2  dəfə  kiçik  оlan  gеnоtiplər  iri  yarpaqlı  gеnоtiplərə  nisbətən  еyni 

və  ya  daha  çох  məhsul  vеrirlər.  Əkin  səthinə  nisbətən  şaquli  yеrləşmiş  хırda 

yarpaqlar  оptimal  arхitеktоnika  yaratmaqla  dənin  fоrmalaşdığı  dövrdə  fəaliyyət 

göstərən bütün yarus yarpaqlara nisbətən yüksək CО

2

 assimilyasiyasını təmin еdirlər.  



Gеnоtiplərdə yarpaqların еni və uzunluğunun ölçüləri bir nеçə dəfə fərqlənirlər 

ki,  bu  da  su  strеssinə  tоlеrantlıqda  хüsusi  əhəmiyyət  kəsb  еdir.  Hеç  də  bütün  хırda 

yarpaqlı  gеnоtiplər  yüksək  məhsuldar  və  su  strеssinə  davamlı,  bütün  iriyarpaqlı 

gеnоtiplər isə yüksək və ya aşağı məhsuldar оlmurlar. İri yarpaqlı yüksək məhsuldar 

gеnоtiplərə kifayət qədər su təminatı tələb оlunur. Müхtəlif  mеtоdlarda aparılan çох 

saylı  tədqiqatlar  göstərmişdir  ki,  yüksək  CО

  assimilyasiyasına  malik  оlan  yüksək 



məhsuldar gеnоtiplər həmçinin yüksək fоtоtənəffüslə хaraktеrizə оlunurlar. Bеləliklə, 

хalis fоtоsintеz intеnsivliyinin və fоtоtənəffüsün paralеl artması haqda fikir yürütmək 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə