Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə118/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   114   115   116   117   118   119   120   121   ...   266

 

246 


 

xüsusilə də prolinin toplanması ilə bağlıdır. Barnet və Naylor (1966) su stresi zamanı 

hüceyrədə xeyli miqdarda prolin toplanması haqda məlumat vermişlər [8]. 

Müasir  təsəvvürlərə  görə  torpağın  duzluluğunun  bitkiyə  neqativ  təsiri  torpaq 

məhlulunun  yüksək  osmotik  təzyiqindən  əlavə,  həm  də  duzların  toksiki  təsiri  ilə  də 

bağlıdır.  Duz  stresi  zamanı  bitkilərdə  zülal  sintezi  dayanır  və  zülal  komplekslərinin 

parçalanması  sürətlənir.  Bəzi  amin  turşuları,  o  cümlədən  prolin  duzluluq  stresi 

zamanı adaptasiya mexanizmlərinin effektiv şəkildə işə düşməsinə sövq edirlər. [3,4]. 

Prolin heterotsiklik amin turşusu olub, bir çox bitkilərdə biotik və abiotik stresin təsiri 

şəraitində  akkumulə  olunur.  Bu  halda,  prolin  membranlara  stabilləşdirici  təsir 

göstərir,  osmotik  stresi  azaldır,  zülalları  denaturasiyadan  qoruyur,  stres  siqnalın 

ötürülməsində iştirak edir, hüceyrənin redoks-potensialını tənzimləyir. 

Stres şəraitində prolinin akkumulyasiyasını həm onun sintezinin artması, həm də 

oksidləşmiş  amin  turşusunun  reduksiyası  induksiya  edir.  Stres  zamanı  toplanan 

prolinin  əksər  hissəsi  peroksisomlarda  qlutamatdan  sintezi  hesabına  əmələ  gəlməsi 

haqda məlumat verilir [4]. Eyni zamanda prolinin oksidləşməsinin azalması da onun 

miqdarının artmasına səbəb olur. 

Aparılan  tədqiqat  işinin  məqsədi  quraqlıq  və  duz  stresi  şəraitində  bitki 

orqanizmində prolinin toplanmasının öyrənilməsi olmuşdur. 

Tədqiqat obyekti olaraq, yabanı buğda növlərindən T.beoeticum Boiss., T.urartu 

Thum.  və  T.  araraticum  Jakubz.  nümunələri  götürülmüşdür.  Təcrübə  sahəsindən 

götürülmüş bitkilər laboratoriya şəraitində 3 gün müddətində quraqlıq və duz stresinə 

məruz qalmışlar. 3 gündən sonra bitkilərin yarpaqlarında Bates. et. al (1973) metodu 

ilə  prolinin  miqdarı  təyin  edilmişdir  (9).  Prolinin  miqdarı  aşağıdakı  formulla 

hesablanmışdır (2). 

C=

??????∙??????∙???????????? 



C-prolinin qatılığı (mkM/q yaş çəkidə) 

E-optiki sıxlıq 

K-əmsal (kalibrovka əyrisi ilə hesablanmışdır (217, 49)) 

V-ekstraktın həcmi, (ml) 

m-çəkinin həcmi (q) 

3  günlük  stresə  məruz  qalmış  bitkilərdə  prolinin  miqdarının  təyini  nəzarət  və 

təcrübə  bitkiləri  arasında  fərq  olduğunu  müəyyən  etmişdir.  Həm  quraqlıq,  həm  duz 

stresinin təsiri ilə bitkilərdə toplanan prolinin miqdarı nəzarətə görə yüksək olmuşdur. 

Nəticələr Cədvəl 5-də verilmişdir. 

 

 



 

247 


 

Cədvəl 5 

Quraqlıq və duz şəraitində yabanı buğda yarpaqlarında prolinin miqdarı 

(mkM/q)  

Nümunələrin 

adı 

Nəzarət 

Quraqlıq 

Nəzarətə 

görə faizlə 

Duz 

Nəzarətə 

görə faizlə 

T.beoeticum 

2,96 

3,1 


104,7 

3,08 


104,1 

T. urartu 

2,14 

3,02 


141,1 

3,05 


142,5 

T. araraticum 

2,8 

3,1 


110,7 

3,05 


108,9 

 

T.beoeticum  nümunələrində  nəzarət  bitkilərində  prolinin  miqdarı  2,96  mk  M/q 



olduğu  halda,  stresə  məruz  qalmış  bitkilərdə  prolinin  miqdarı  bir  qədər  yüksək 

olmuşdur. Quraqlıq zamanı bu artım faizlə 4,7%, duzlu mühitdə 4,1% təşkil etmişdir. 

T.  araraticum-da  da  stresin  təsirindən  sonra  prolinin  miqdarında  artım  müşahidə 

edilmişdir. Belə ki, quraqlıq zamanı bu artım faizlə 10,7%, duzlu mühitdə 8,9% təşkil 

etmişdir. 

T. urartu nümunələrində təxminən 50% artım müşahidə olunur, belə ki, nəzarət 

bitkilərində  prolinin  miqdarı  2,14  mk  M/q  (100%)  olmuşsa,  təcrübə  bitkilərində 

quraqlıq zamanı bu göstərici 41,1%, duzluluq zamanı isə 41,5% artmışdır. Nəticələr 

şəkil 1-də nümayiş etdirilmişdir. 

 

Şək.1  Yabanı  buğda  növlərində  quraqlıq  və  duzluluq  şəraitində  prolinin  miqdarı 



(mkm/q) 

Qarğıdalı  hibridləri  ilə  aparılmış  tədqiqat  işinin  nəticələrinə  görə  quraqlığa 

davamlı  hibrid  formalarda  prolinin  akkumulyasiyasının  yüksək  olması  barədə 

məlumat verilir. R.Əliyev, və R.Heydari göstərmişlər ki, quraqlığın dərəcəsi artdıqca, 

həssas  hibridlərdə  prolinin  miqdarı  daha  çox  artmışdır  [1;11].  Su  qıtlığı  zamanı 

prolinin köklərdə toplanması haqda N.Mohammadkhani, C.Voetberq və R.Sharpın da 

işlərində məlumat verilir. Bir çox tədqiqatçılar quraqlıq şəraitində qarğıdalı bitkisində 

0

0,5



1

1,5


2

2,5


3

3,5


T.Boeticum

T.uratu


T.arraticum

nəzarət 


saxaroza

duz



 

248 


 

osmotik  təzyiqi  tənzimləmək  üçün  prolinin  miqdarının  artması  barədə  məlumat 

verirlər [11;12;13]. 

Məlumdur ki, prolin amin turşusu istənilən abiotik stres faktorun, xüsusilə də su 

və  duz  streslərinin  təsiri  ilə  toplandığı  bitkilərdə  osmoprotektor  kimi  geniş 

yayılmışdır [4]. 

Şevyakova  və  digərlərinin  göstərdiyi  kimi  NaCl-un  təsirindən  prolinin  yüksək 

akkumulyasiyası  baş  verir.  Bəzi  bitkilərdə  (büllur  ot)  C3  metabolizmdən  suyu 

qoruyub  saxlayan  CAM  tipə  keçid  ontogenetik  olaraq,  determinə  edilmiş,  bu 

bitkilərdə  prolinin  və  digər  osmolitlərin  stres  zamanı  toplanması  optimal  su 

balansının  və  membran  biopolimerlərinin  intakt  strukturunun  saxlanmasının 

şərtlərindən biridir [6]. 

Prolinin  bitki  hüceyrəsinin  təkcə  sitoplazmasında  yox,  həm  də  birbaşa 

plastidlərdə  toplanması  bir  sıra  işlərdə,  xüsusilə  Hanson  və  s.  əsərlərində 

göstərilmişdir [10]. 

Bu  yaxınlarda  prolinin  oksidləşdirici  stresə  qarşı  antioksidant  müdafiə 

sistemində iştirakı müəyyən edilmişdir [4]. Buna əsaslanaraq, güman etmək  olar ki, 

prolin  hüceyrədə  oksidləşdirici  reaksiyalara  səbəb  olan  oksigenin  hidroksil 

radikallarının və superoksid radikalın “söndürülməsində” iştirak edir. 

Lakin  KirillovA.F.  və  həmkarlarının  fikrincə,  bitki  nə  qədər  qeyri  əlverişli 

şəraitə  davamsızdırsa,  onun  toxumalarında  prolinin  miqdarı  davamlı  bitkilərlə 

müqayisədə  həm  tez  artır,  həm  də  çox  olur.  Davamlı  bitkilərdə  isə  prolinin 

miqdarının nəzarətdən kəskin fərqlənəcəyi qədər artması üçün daha güclü stres amilin 

olması tələb olunur [5]. 

Alınan  nəticələrə  görə  stres  amillərin  təsiri  ilə  T.  urartu  növündə  adaptasiya 

mexanizmlərinin  daha  fəal  işə  düşməsi  haqda  mühakimə  yürütmək  olar.  T. 

araraticum  və  T.  beoeticum  növləri  nümunələrində  isə  nəzarət  və  təcrübə 

variantlarında prolinin miqdarı arasındakı fərqin azlığına istinad edərək, bu iki növün 

hər iki stres amilə qarşı orta davamlı, T. urartu növünün isə davamlı olduğunu güman 

edirik. 


ƏDƏBİYYAT 

1.R.T. Əliyev, M.S.Şiri. Quraqlıq stresinin qarğıdalı bitki yarpaqlarında prolin amin 

turşusu miqdarına təsiri/ Journal of Qafqaz University, 2013, №1, № 2. Səh 120-124 

2. Гогуэ Д.О., Холoдова В.П., Кузнецов В.В., Влияние солевого стресса на рост 

и  некоторые  физиологические  показатели  растений  рода  nigella.  Вестник 

РУДН, серия. Агрономия и животноводство, 2013, № 2, стр.12-18 

3.Кузнецов Вл.В, Дмитриева Г.А. Физиология растений. М., Абрис, 2011, 625C 

4.  Кузнецов  Вл.  В,  Шевякова  Н.И.  Пролин  при  стрессе.  Биологическая  роль, 

метаболизм, регуляция/ Физиология растений, 1999, Т.46, стр.321-33 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə