Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə120/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   116   117   118   119   120   121   122   123   ...   266

 

252 


 

 

Oidium, unlu şeh və yaxud külləmə üzüm tənəklərinin ən təhlükəli və qorxulu 



göbələk  xəstəliklərindən  biridir.  Bu  xəstəliyin  törədicisi  Uncinula  necator  Burrill 

(çanta  mərhələsi)  və  yaxud  Oidium  Tuckeri  Berk.  (konidi  mərhələsi)  göbələyidir. 

Xəstəliktörədici  vegetasiyanın  bütün  dövrlərində  üzüm  tənəklərinin  bütün  yaşıl 

orqanlarını  sirayətləndirir.  Patogen  üzüm  tənəklərinin,  ancaq  canlı  toxumalarında 

parazitlik  edərək,  obliqat  xarakterli  göbələkdir.  Göbələk  mitseli  halında  zədələnmiş 

tumurcuqlarda,  zoğlarda  və  gövdə  yarıqlarında  qışlayır.  Abşeron  yarımadasında 

becərilən  üzüm  bağlarında  xəstəliyin  ilk  əlamətləri  özünü  daha  tez  göstərir. 

Tumurcuğu zədələnmiş zoğların üzəri göbələk mitselilərinin ağ örtüyü ilə örtülərək, 

onların inkişafdan qalmasına səbəb olur. Temperaturu nisbətən aşağı olan bölgələrdə 

xəstəliyin  ilk  nişanələri  (simptomları)  gec  müşahidə  olunur,  ona  görə  də  yarpaq  və 

salxımlarda  zəif  ağ  ləkəli  örtük  əmələ  gəlir.  Patogenin  aktiv  inkişafı  üçün  optimal 

temperatur  20-25

0

C,  nisbi  rütubət  isə  70-80%  olmalıdır.  Bu  optimal  şəraitdə 



yarpaqların  alt  və  üst  tərəfini  örtən  örtük  intensiv  əmələ  gəlir  və  daha  parlaq  olur. 

Göbələk çoxlu miqdarda konididaşıyanlarda oval zəncirşəkilli sporlar əmələ gətirir və 

sporlar  bütün  vegetasiya  dövründə  külək  vasitəsilə  yayılaraq,  daim  yeni-yeni 

sirayətlənmə təhlükəsi yaradır. İnfeksiyanın erkən inkişafı zamanı çiçəklər və cavan 

salxımlar  zədələnərək  quruyur.  Üzünm  tənəklərinin  çox  şiddətli  şəkildə 

sirayətlənməsi zamanı  yarpaqlarda, bəzi hallarda  “iylənmiş balıq” qoxusu müşahidə 

olunur.  Yağışlı  havalar  xəstəliktörədicinin  inkişafını  ləngidir.  Unlu  şeh  xəstəliyi  ilə 

sirayətlənmiş  üzüm  tənəklərinin  keyfiyyət  və  kəmiyyət  göstəriciləri  aşağı  düşür, 

tənəklərin inkişafı zəifləyir və qışlama halını pisləşdirir [11; 12; 13; 14; 15].   

 

Bir  sıra  tədqiqatçılar  tərəfindən  Abşeron  şəraitində  oidium  xəstəliyinə  qarşı 



aparılacaq  mübarizənin  daha  da  təkmilləşdirilməsi  və  səmərəsinin  artırılması  

məqsədi  ilə  konkret  şəraitdə  xəstəliktörədicisinin  bəzi  bioloji  xüsusiyyətləri  tədqiq 

edilmişdir [16]. 

 

Bəzi  müəlliflər  tədqiqatlar  nəticəsində  Abşeron  şəraitində  oidium  xəstəliyinə 



qarşı  kimyəvi  mübarizə  zamanı  bayleton  və  fundazol  fungisidlərindən  istifadə 

etməklə müsbət nəticələr və yüksək səmərə əldə edildiyini qeyd edirlər [17].  

 

Eyni  zamanda  tədqiqatlarla  Abşeron  şəraitində  vegetasiya  dövründə  oidium 



xəstəliyinə  qarşı  topaz,  dinokal,  trifmin  və  triadementol  fungisidlərinin  müxtəlif 

dozaları  sınaqdan  keçirilmiş  və  onların  optimal  normaları  müəyyənləşdirilmişdir. 

Aparılan  tədqiqat  zamanı  sınaqdan  keçirilən  preparatlar  içərisində  ən  yüksək 

səmərəliliyin (985-88%) topaz fungisidinin göstərdiyi aşkar edilmişdir [18]. 

 

Bəzi  tədqiqatçılar  mildiu  və  oidium  xəstəliklərinə  qarşı  mübarizə  məqsədi  ilə 



müxtəlif  fungisidlərdən  mikal,  skor,  topaz,  ridomil,  saprol,  impakt  və  bayletondan 

istifadə  etməklə,  üzüm  bağlarında  yüksək  texniki  səmərə  əldə  edildiyini  göstərirlər 

[19]. 

 

Bir  sıra  tədqiqatçılar  isə  Abşeron  şəraitində  unlu  şeh  xəstəliyinə  qarşı 



miklotane və topaz fungisidlərindən istifadə etməklə, yüksək səmərə əldə olunduğunu 

qeyd  etmişlər.  Eyni  zamanda  göstərilən  preparatlardan  Abşeron  şəraitində  üzüm 

tənəklərini  oidium  xəstəliyindən  mühafizə  etmək  üçün  istifadəsini  tövsiyə  edirlər 

[10].  



 

253 


 

Həmçinin  bir  sıra  tədqiqatçılar  tərəfindən  Abşeron  şəraitində  oidium 

xəstəliyinə  qarşı  mübarizə  məqsədi  ilə  balkaton  fungisidi  sınaqdan  keçirmişdir. 

Aparılan  tədqiqat  nəticəsində  preparatın  ən  səmərəli  istifadə  norması  (dozası)  və 

texniki səmərəliliyi müəyyən edilmişdir [20]. 

 

Genetik  Ehtiyatlar  İnstitutunun  Abşeron  Elmi-Tədqiqat  Bazasında  üzüm 



bağında aborigen və introduksiya olunmuş üzüm sort və formalarının genofondunun 

yaradılması,  yeni  sortlarla  zənginləşdirilməsi,  yaxşılaşdırılması,  onların  beynəlxalq 

deskriptorlar  əsasında  müxtəlif  xəstəlik  və  zərərvericilərlə  sirayətlənməsinin 

fitopatoloji  və  immunoloji  qiymətləndirilməsinin  aparılması  və  mühafizəsi 

istiqamətində  elmi  araşdırmaların  tədqiqi  həyata  keçirilir.  Aparılan  fitopatoloji  və 

immunoloji qiymətləndirilmələr nəticəsində özünü tolerant və davamlı göstərən üzüm 

sort  və  formaları  seçilərək,  onlardan  seleksiya  proqramlarında  əsas  göbələk 

xəstəliklərinə  (mildiu,  oidium,  boz  çürümə,  antraknoz)  və  zərərvericilərə  (kök 

fillokserası)  qarşı  tolerant  reaksiya  göstərən  üzüm  sortlarının  yaradılmasında 

davamlılıq donoru kimi istifadə olunması nəzərdə tutulur. 

 

Hal-hazırda  AETB-nin  üzüm  genofond  bağında  Azərbaycanın  müxtəlif 



bölgələrindən və digər xarici ölkələrdən toplanmış 200-dən çox yerli və intoduksiya 

olunmuş  üzüm  sort  və  formaları  becərilir.  Üzüm  tənəklərini  xəstəlik  və 

zərərvericilərdən  mühafizə  etmək  üçün  müxtəlif  mübarizə  tədbirlərindən  istifadə 

olunur.  Unlu  şeh  xəstəliyidir  Abşeron  şəraitində  üzüm  bağlarına  daha  böyük  ziyan 

vurduğundan patogen konkret olaraq bu şərait üçün daha xarakterik səciyyə daşıyır. 

Tədqiqat zamanı üzüm tənəklərini unlu şeh xəstəliyindən mühafizə etmək üçün topaz 

fungisidindən istifadə olunmuşdur. 

 

2015-ci  ildə  Abşeronda  vegetasiya  dövrünün  həddindən  artıq  isti  və  quraq 



keçməsi  ilə  əlaqədar  olaraq,  üzüm  bağında  patogenin  güclü  inkişafı  və  şiddətli 

yayılması  üçün  əlverişli  hava  şəraiti  yaranmışdır,  lakin  erkən  yazda  havaların  bir 

qədər yağışlı keçməsi digər bir göbələk xəstəliyinin mildiunun inkişafı üçün əlverişli 

şərait  yaranmışdır,  sonra  isə  havaların  isti  və  quraq  keçməsi  mildiu  xəstəliyinin 

inkişafının  və  yayılmasının  qarşısını  almışdır.  Bu  zaman  oidium  xəstəliyi  inkişaf 

etmiş  və  yayılmağa  başlamışdır.  May  ayının  üçüncü  ongünlüyündə  üzüm 

tənəklərində  oidium  xəstəliyinin  nişanələri  təzahür  etməyə  başlamışdır.  Üzüm 

bağında  topaz  preparatı  ilə  (0,02%-li  məhlulu  ilə)  birinci  çiləmə  may  ayının  25-də 

həyata keçirilmişdir. 2-ci çiləmə yenə də topaz fungisidi ilə, oidium xəstəliyinə qarşı 

həmin dozada iyun ayının 15-də  həyata keçirilmişdir. Üzüm bağında üçüncü çiləmə 

unlu  şeh  xəstəliyinə  qarşı  mübarizə  tədbiri  kimi  avqust  ayının  5-də  topaz 

fungisidindən (0,02%-li məhlulu ilə)  istifadə etməklə yerinə yetirilmişdir.  

 

Hal-hazırda kənd təsərrüfatı bitkilərindən sağlam, yüksək əmtəəlik görünüşünə 



malik  və  beynəlxalq  standartlara  cavab  verən  məhsul  əldə  edilməsi  üçün  kimyəvi 

mübarizədən birdəfəlik əl çəkmək mümkün deyildir. Ona görə də üzüm bağlarından 

yüksəkkeyfiyyətli  məhsul  əldə  edilməsi  məqsədi  ilə  Azərbaycanda,  o  cümlədən 

Abşeron şəraitində oidium xəstəliyinə qarşı kimyəvi mübarizədə topaz fungisidindən 

istifadə  olunmasını  məqsədəuyğundur.  Bütün  vegetasiya  dövründə  cəmi  3  dəfə 

çiləmə aparmaqla yüksək məhsul əldə etmək olar.    




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə