Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə122/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   118   119   120   121   122   123   124   125   ...   266

 

256 


 

nümunələrinin  zədələnmə  səviyyəsi  öyrənilmişdir.  Müəyyən  olunmuşdur  ki, 

mənənələr periodik olaraq kütləvi çoxalması nəticəsində əsasən, yumşaq və bərk 

buğdalara    ciddi  ziyan  vurur.  Bitkilərin  50%-dən  yuxarı  sirayətlənməsi  məhsul 

itkisinə təsir edir.  

 

Açar  sözlər:  Payızlıq  buğda,  mənənə,  sürfə,  həyat  tsikli,  iqtisadi  zərərvurma 

həddi, bitkilərin zədələnməsi, aqrotexniki və  kimyəvi mübarizə 



Ключевые  слова:  Озимая  пшеница,  тля,  личинка,  жизненный  цикл,  

экономический  порог  вредоносности,  устойчивость,  повреждение  растений,  

агротехнические и химические меры борьбы 

Key  words:  Winter  wheat,  aphids,  larvae,  life  cycle,  economic  threshold, 

damage of plants, agrotechnical and chemical control 

 

Azərbaycanda  əkin  sahəsinə  görə  dənli  bitkilər  içərisində  buğda  əsas  yer  tutur. 



Zərərvericilər,  xəstəliklər  və  alaq  otlarının  təsirindən  buğda  bitkisinin  məhsuldarlığı 

xeyli aşağı düşür. Respublikanın müxtəlif bölgələrində bir çox  zərərvericilərin dövrü 

olaraq kütləvi çoxalması və buğda bitkisinə ziyan vurması tez-tez müşahidə olunur.  

Bitkilərin  zədələnməsinin  qarşısının  alınması  üçün  zərərli  orqanizmlərin 

müəyyən  olunaraq  öyrənilməsi,  xəstəlik  və  zərərvericilərə  davamlı  sortların 

seçilməsi,  aqrotexniki  və  kimyəvi  mübarizə  tədbirlərinin  vaxtında  və  düzgün 

aparılması bir çox hallarda bitkilərin zədələnməsinin qarşısını alaraq, məhsul itkisini 

aradan qaldırır. 

Zərərvericilərin  təsirini  azaltmaq  üçün  davamlı  sortların  yaradılması  mühüm 

əhəmiyyət kəsb edir. Davamlı sortlar zərərvericilərlə ya zədələnmir, ya da bu zədələr 

zəif  olduğundan  məhsul  itkisi  minimum  səviyyəyə  düşür,  eyni  zamanda  kimyəvi 

mübarizəyə    ehtiyac  olmadığından  ətraf  mühitin  çirklənməsinin  də  qarşısı  alınır 

(Голышин Н.М., Захаренко И.А. 1986). 

Aparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, taxıl əkinlərinə ziyan 

vuran  əsas  zərərvericilərdən  biri  də  mənənələrdir.  Azərbaycanın  taxılçılıqla  məşğul 

olan bütün rayonlarında mənənələr yayılmışdır.  

Tədqiqatın  əsas  məqsədi  taxıl  əkinlərində  mənənələrin  biodinamikasının, 

zərərvurma səviyyəsinin müəyyən olunması, ona qarşı davamlı buğda nümunələrinin  

seçilməsi  və  gələcəkdə  onlardan  seleksiya  prosesində  istifadə  edilməsindən  ibarət 

olmuşdur. 

Vegetasiya  müddətində  mənənələrin  əkin  sahələrində  görünməsi,  yayılması, 

sıxlığı,  inkişafı,  zərərvurma həddi,  sortların yoluxması, zədələnmə səviyyəsi və s. 

göstəricilərin  öyrənilməsi  üçün  erkən  yazda  bitkilərin  kollanma  fazasından 

başlayaraq məhsul yetişənədək müşahidə aparılmışdır. 

Qeyd  etdiyimiz  məsələləri  öyrənmək  üçün  Ümumittifaq  Bitki  Mühafizəsi 

İnstitutunun hazırladığı xüsusi metodikalardan (Радченко Е.Е., Семенова А.Г. 1988; 

Гуслиц  И.С.,  Шапиро  И.Д.1983)  və  ümumi  entomoloji  metodlardan  istifadə 

olunmuşdur  (Чесноков  П.Г.  1956).  Həşəratları  müəyyənləşdirmək  üçün  entomoloji 

torba  vasitəsilə  çalma  ilə  bioloji  material  toplanmış  və  laboratoriyada  analiz 

olunmuşdur.  Bitkinin  boruyaçıxma,  sünbilləmə  fazalarında    gövdədə,  yarpaq  və 




 

257 


 

sünbüldə  mənənələrin  say  dinamikası  və  buğda  sotlarını  zədələməsi    müəyyən 

edilmişdir. 

Mövzu  üzrə  tədqiqat  işləri  2014-2015-ci  illər  ərzində  Abşeron  Yardımçı 

Təcrübə  Təsərrüfatı  və  Tərtər  Bölgə  Təcrübə  Stansiyasındakı  buğda    əkinlərində 

yerinə  yetirilmişdir.  Tədqiqat  obyekti  kimi  taxıl  sahələrində  müşahidə  olunan 

mənənələr yerli və gətirilmə sortlar götürülmüşdür. 

2015-ci ilin vegetasiya müddətində Respublikanın əksər taxılçılıq zonalarında o 

cümlədən,  Abşeron  YTT-da  zərərverici  həşəratların  inkişafı  üçün  əlverişli  şərait 

olmuşdur.  Əvvəlki  illərdə  İZH-i  keçməyən  Taxıl  Mənənəsinin    say  dinamikasında 

artım  müşahidə  olunmuş  və  əksər    buğda  nümunələri  bu  zərərvericilərə  müxtəlif 

səviyyədə  yoluxmuşlar.  Mənənələrin  buğda  əkinlərində  yayılması  bu  zona  üçün 

təsadüfi deyil, lakin say dinamikasının belə yüksək olması periodik xarakter daşıyır.   

Mənənələr 

Bərabərqanadlılar 

dəstəsinin 

(Homoptera) 

Mənənələr 

yarımdəstəsinə (Aphidinea) daxildir. Ölçüləri 1-4 mm böyüklükdə olan  qanadlı və 

qanadsız formaları olmaqla  taxıl bitkilərinin bütün hissələrində yaşaya bilir.  

Başlıca olaraq partenogenetik (bakirə) yolla çoxalırlar. Dişiləri  25-100-ə qədər 

diri süfrə doğur (yalançı baladoğma). İl ərzində 15-17-yə qədər nəsil verirlər, əlverişli 

şəraitdə  mənənələr  kütləvi  surətdə  çoxalır  və  taxıl  bitkilərinə  böyük  zərər  vururlar 

(Məmmədova S.R., Xəlilov B.B.1986).  

 Mənənələrin  özünəməxsus  inkişafları  vardır.  Bu  inkişafdan  asılı  olaraq  onlar 

iki bioloji qrupa köçəri və oturaq mənənələrə bölünür. 

Köçəri  mənənələrin  həyatı  iki  bitki  ilə  bağlıdır  və  mövsümdən  asılı  olaraq 

qanunauyğun tərzdə bir bitkini digəri ilə əvəz edir. Bu mənənələr bütün yay ərzində 

dənli  taxıl  bitkiləri  ilə  qidalanır  və  çoxalır.  Payızda  qanadlı  fərdlər  ağaclar  üzərinə 

uçur  və  qışlamaq  üçün  orada  da  yumurta  qoyur.  Məsələn,  meşə  gilası  mənənəsi 

(Rhopalosiphumpadi  L.)  yazda  bu  bitki  üzərinə  yumurta  qoyur.  Bir  müddət 

keçdikdən  sonra  onun  koloniyaları  əmələ  gəlir  və  may  ayından  etibarən  artıq 

qidalanmış mənənələr yulaf, çovdar, qarğıdalı, digər mədəni və yabanı taxıl bitkiləri 

üzərinə keçərərək, bütün yay müddətində bu bitkilər üzərində bakirə yolla çoxalır.  

Oturaq  mənənələrin  bütün  inkişafı  dənli  bitkilər  üzərində  gedir.  Payızlıq  dənli 

bitkilər  üzərinə  qoyulmuş  yumurtalar  qışlayır.  Yazdan  başlayaraq  payıza  qədər  arası 

kəsilmədən  bakirə  çoxalma  gedir.  Əgər  bu  dövrdə  mənənə  üçün  əlverişli  olmayan 

qida mühiti əmələ gəlirsə o zaman yayılmağa qadir olan qanadlı fərdlər əmələ gələrək 

nisbətən  zəif  və  hələ  tam  kobudlaşmamış  dənli  bitkilər  üzərinə  keçir.  Doğrudur, 

burada da bir bitkidən digər bitkiyə keçmə halları olur, lakin hər iki halda onun qida 

mühiti dənli bitkilərdən ibarətdir. 

Taxıl  bitkilərinə  əsasən  Böyük  Taxıl  mənənəsi  (Sitobion  avenae  F.),  Adi  taxıl 

mənənəsi (Toxoptera graminum Rond.), Arpa mənənəsi (Brachycolus noxius Mordv.) 

ziyan vururlar (Павлов И.Ф. 1983; Орлов В.Н. 2006). 

Böyük taxıl, Adi taxıl və Arpa mənənəsi köçəri olmayan mənənələrə aiddirlər. 

Böyük Taxıl mənənəsi buğda bitkisindən əlavə arpa, çovdar, vələmirə də ziyan 

vurur. Qanadsız fərdlər digər mənənələrdən bədən ölçüsünün daha iri (2,5-3,2 mm) 

olması  ilə  fərqlənir.  Yaşılımtıl  və  ya  sarı-qonur  rəngli  olub,  ayaqları  və  bığcıqları, 

şirə  sovuran  borucuğunun  uzun  olması  ilə  fərqlənirlər.  Sünbüllər  üzərində  açıq 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə